“Azərbaycan”  qəzetinin səhifələrində

 

79-cu yazı

 

“Vətən dili

 

İbtidai siniflər üçün 1-ci kitab nəşr olundu. Ümdə satılan yeriMaarif” mətbəəsi.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

5-ci homə üzvləri tərəfindən

 

Təbriz – Tehran.

Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onun rəisi Baş nazirimiz cənab Pişəvəriyə.

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Zəfər”, “Mərdom”, “ İran-e ma”, “Rəstaxiz-e İran”, “Dad” qəzetələrinə.

Biz, Təbrizin 5-ci homəsinin (rayon komitəsinin – red.) 1500 nəfər üzvü, öz hörmətli nümayəndələrimizdən görüş və müzakirələrində cavan Milli hökumətimizin və milli azadlığımızın, eləcə də İran daxilində bütün İran millətlərinin hüquqlarının qorunmasını istəməklə bərabər İranın bütün əyalət və vilayətlərində azadlığın bərqərar olmasını da istəyirik.

Biz 5 milyon Azərbaycan xalqı həmişə azadlığın dəstəyi olduğumuz kimi indi də hamımız bu yolda candan keçməyə hazırıq. 1500 nəfər tərəfindən imza edənlər: İbrahim Qədimi, Kərim Kavyani, Məhəmmədzadə, Qızıl Əhmədi, 5-ci homə komitəsinin sədri Rastgər.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

Xanımlar klubunun üzvləri tərəfindən Təbrizdən Tehrana

 

Azərbaycanın hörmətli nümayəndələri və onun Baş naziri cənab Pişəvəriyə.

Üzü. Təbrizdə nəşr olunan “Azərbaycan”, “Azad millət”, “Yeni Şərq” və Tehranda nəşr olunan “Rəhbər”, “Zəfər”, “Mərdom”, “İran-e ma”, “Rəstaxiz-e İran”, “Dad” qəzetlərinə.

Bütün İran millətlərinin azadlığı yolunda çalışan Azərbaycan fədailərinin analıq və bacılıq iftixarına malik olan biz Azərbaycan xanımları, öz Milli hökumətimizin və azadlığımızın qorunması ilə birlikdə bütün İranda həqiqi demokratik bir rejim yaranması və İran xalqlarının da hüquqlarının qorunmasını istəyirik. Biz Azərbaycan xanımları öz qəhrəman oğullarımız kimi bu yolda fədakarlıq etməyə hazırıq.

500 nəfər Azərbaycan xanımlar klubu üzvləri tərəfindən: Suğra Qadiri, xanım Daneş, Vartuş, xanım İlhami, Ruqiyyə Çalaki, Cəmşidi, Zəri, Ərusi, Gövhər, Püstə, Məhbubə, Rübab, Bilqeyis, Tamara, Məsumə, Xəndan, Bəhruzyan, xanım Setadiha.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

Əcəbşir və Dizəcrud mahalının demokrat firqəsi tərəfindən

 

Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri və onun rəisi Baş nazir cənab Pişəvəriyə.

O gündən ki, Azəbaycan xalq fədailəri, qoşunları və firqəçiləri hamı tərəfindən görüş və müzakirədə azərbaycanlıların hüququnumilli azadlığını qorumaqla bərabər bütün İranın əyalət və vilayətlərində azadlığın bərqərar olmasına tərəfdardırlar, həmişə İran millətinin hüququnu qorumağa, Azərbaycan xalqının milli azadlıq yolunda tarix boyu sübut etdikləri kimi hər cür ağır fədakarlıqlara hazırdırlar, bizİran istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını istəməklə bərabər bütün İranda demokratik hökumətin bərqərar olmasını öz nümayəndələrmizdən istəyirik.

Əcəbşir yerli komitəsi və Dizəcrud mahalının demokrat firqəsinin üzvləri tərəfindən: Qulam Tofiqi, İbrahim Cabbarpur, Babacan Bəhmənnejad, Mir Hüseyn Beyzəi, Əbülqasım Suheyli.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

Azərbaycan fədailəri tərəfindən

Tehran. Xalqımızın göndərdiyi möhtərəm heyətin rəisi Azərbaycan Milli hökumətinin Baş naziri cənab Pişəvəriyə.

Üzü: “Rəhbər”, “Necat-e İran”, “ İran-e ma” qəzetlərinə.

Biz Azərbaycan fədailəri yüzdə yüz əminik ki, göndərdiyimiz nümayəndələr Azərbaycan xalqının mənafeyini nəzərlərində tutub bir dəqiqə də olsun xalqımızın azadlığına olan şəraitləri nəzərlərindən çıxartmayacaqlar. Bununla bərabər möhtərəm nümayəndələrimizdən xahiş edirik ki, fədailərimizin verdiyi şəhidlər müqabilində alınan azadlığımızın barəsində zərrə qədər güzəştə getməsinlər. Axırda biz fədailər necə ki, 21 Azərdə öz imtahanımızı vermişik, yenə də azadlığımızı hifz etməkdən ötrü qanlarımızdan qorxmayıb ölkəmizə təcavüz edənlərə cavab verməyə hazırıq.

Fədai rəhbərlərinin imzaları.

Təbrizdən: Əli Qəhrəmani, Qasım Qazaq,

Sərd Səhradan: Mir Əbülfəz Qasımi,

Rudqatdan: İsmail Pişnamazi,

Azərşəhrdən: Əbülfəz Həyati,

Marağadan: Cavid,

Əcəbşirdən: Heydər

Şişəvandan: Səfər bəy,

Miyandoabdan: Çingiz xan.

Xoydan: Sai Süleymanpur.

Basmıncdan: Nemət Zare Samsam,

Salmasdan: Əhməd, Ahəngəri qardaşları,

Urmiyadan: Məhəmməd Heydəri,

Mərənddən: Kazım, İmam Sabir,

Sofyandan: Mir Cəlil , İsmayıl,

Sarabdan: Məmi Əbdüləli,

Ərdəbildən: Məhəmməd Vənd,

Miyanadan: Səid Fərasəti.

Zəncandan: Zamani,

Bostanabaddan: Qəmbəri Orunəq,

İzabdan: Cəfəri,

Şəbüstərdən: Mir İsmayıl Musəvi,

Xalxaldan: Bilal Azad,

Makudan: Tahiri,

Həştrudun Çaroymağından: Zakiri.

Yuxarıdakı fədai rəhbərlərinin imzaları təsdiq olunur: mayor Əshəqi.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

Azərbaycanın Milli Hökumətinin Baş naziri cənab Pişəvəriyə

Üzü: Hörmətli Azərbaycan nümayəndələrinə.

Azərbaycan Milli Hökumətinin hörmətli nümayəndələri, Azərbaycan xalqının əldə etdiyi azadlığı hifz etmək məsələləri ilə bağlı mərkəzə getdiyiniz bir zamanda fürsətdən istifadə edib Azərbaycan xalqının həqiqi arzu istəklərini xatırladırıq ki, biz Urmiyanın fədai, fəhlə, əkinçi, mülkədar, tacir adamları, Urmiya demokrat firqəsinin bütün üzvləri, azərbaycanlı, assuri, kürd başqaları bu günə qədər Azərbaycanın həqiqi azadlığının mühafizi olub biz bu yolda öz canımızı fəda etməyə qədər hazır olmuşuq. Bu gün biz istəyirik ki, İranın ayrı əyalət vilayətlərində azadlıq bayrağı ucalsın İran xalqının hamısının haqq hüququ qorunsun. Tarixi faktların göstərdiyinə görə azərbycanlı Azərbaycanın bütün İranın məşrutiyyət (Konstitusiya – red.) azadlığının müdafiəsi yolunda həmişə can malı ilə hazır olub hər cür çətinliklərə dözmuşdur. Buna görə o möhtərəm nümayəndə heyətinə xatırladırıq ki, biz azərbaycanlılar İranın istiqlalı daxilində bütün əyalət vilayətlərin azadlığını İranda həqiqi demokratik bir hökumətin qurulmasını tələb edirik.

1.Urmiyanın üləma ruhaniləri tərəfindən müctəhid Ərəbbaği Assurilər xəlifəsi Əbil Ziba Əsgərabadi;

2. Fədailər;

3. Həmkarlar ittifaqı tərəfindən: Bəhram Nami, Paşa Deyhəm, Əziz Fərhadi;

4.Gənclər tərəfindən: Əli Əsədi, Kuçek Rəhmani, Vilyam Qurkez;

5. Asurilər tərəfindən: Yusif xan Can, Səyyad İbrahim, Murhac;

6. Ermənilər tərəfindən: Margerit Bədəlyan, Tumanyan, Minasakyan;

7. Kəlimilər tərəfindən: Şabani, Xakşuri;

8. Kürdlər tərəfindən: Məhəmməd Vüsuq.

9. Xanımlar cəmiyyəti tərəfindən: Məryəm, bərbər Marqaret Aqresyan, Ruqiyyə Bəxtiyari;

10. Tacirlər tərəfindən: Ordubadi, Sərrafi;

11. Mülkədarlar tərəfindən: Bəzmi Əfşar, Sülət Ağazadə;

12. İş adamları (əsnaf) tərəfindən: Həzari, Xətibi, Atəş;

13. Demokrat Cavanlar Təşkilatı tərəfindən: Aram Əbəvi, Məcid Abbasi, Calal, Suğra;

14. Qoşun tərəfindən: Kapitan Cəlil Azər, kapitan Zeynalzadə, baş leytenant Məhəmmədi;

15 Urmiya demokrat firqəsi tərəfindən: Kamkar Mirzadə, Əzima İsgəndəri, Həbib İlahi.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

Azərbaycan demokrat cavan qız oğlanları tərəfindən

Təbriz – Tehran.

Tehran. Azərbaycan Milli Hökumətinin nümayəndələri onun rəisi cənab Pişəvəriyə.

Üzü: Təbrizdə nəşr olunanAzərbaycan”, “Azad millət”, “Yeni Şərq”, Tehranda nəşr olunan, “Rəhbər”, “Mərdom”, “Bəra-ye cavanan”, “Bəşər”, “Necat-e İranqəzetlərinə.

Biz, Azərbaycan Demokrat Firqəsinin cavan oğlan qızları, öz hörmətli nümayəndələrimizin müzakirə görüşlərində Azərbaycan xalqının yaratdığı milli azadlığın milli dövlətin İran istiqlalı daxilində qorunmasını bütün İran əyalət vilayətlərində həqiqi demokratik bir rejimin yaranmasını İranın bütün millətlərinə milli azadlıq verilməsini istəyirik. Biz Azərbaycan demokrat cavanları azadlığımzı yaratmaqda fədakarlıq etdiyimiz kimi onu hifz etmək yolunda da bir əsgər kimi hazırıq.

Azərbaycan demokrat cavanları tərəfindən: Sərrafi, Təbrizxani, Məcid Səfəri, Zehtab, Ruben Mxtariyan, Əqdəs xanım, Şəfiqə xanım, Sübhi Moləvi, Pənahi, Müciri.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

Sayınqala əhalisi tərəfindən

Sayınqaladan.

Azərbaycan nümayəndələr heyəti və onların rəisi Pişəvəri cənablarına.

Biz, Sayınqala hərbi qarnizonunun zabit, serjant və əsgərləri, öz nümayəndələrimizdən ciddi şəkildə istəyirik ki, Azərbaycan xalqının istəklərini ciddi bir surətdə əmələ yetirsinlər. Azərbaycan xalqı öz səadət və azadlığını hifz etmək üçün öz şərəfli və hörmətli cavanlarımızın iştirakı ilə bir milli qoşun yaratmışdır. Millətin qüdrət məzhəri olan bu qoşun öz xalqına söykənib. Azərbaycan xalqı uzun zamandan bəri öz ana dilindən məhrum qaldıqdan sonra təbii olaraq öz ana dilini həyata keçirmişdirbütün vətəndaşlarımıza həyat haqqı verilmişdir. Bu müvəffəqiyyətləri nəzərdə tutan Azərbaycan xalqı öz səadət və azadlığını heç bir vaxt təhlükəyə salmayacaq, onların davamlı və əbədi olması üçün var qüvvəsi ilə çalışacaqlar. Əziz nümayəndələrimiz, biz sizdən tələb və rica edirik ki, xalqımızın və işçilərimizin istəklərini nəzərə alıb onları yüzdə yüz müqavilədə keçməsində qətiyyətli olasınız və biz də xalqımızın səadət və azadlığını hifz etmək üçün var qüvvəmizlə çalışacağıq. Əgər lazım gələrsə, azadlığın qönçəsini öz qanımız ilə suvarmağa hazırıq.

Kapitan Küzəkani, kapitan Qəməryan, baş leytnant Səfai, kapitan doktor Rəfizadə, kapitan doktor Ariyan, leytnant Bigdeli, kiçik leytnant Qaraməlikli, kiçik leytnant Eqrazi, kiçik leytnant Təbrizi, kiçik leytnant Firuzi, kiçik leytnant Həsənzadə, kiçik leytnant Əsgərzadə, kiçik leytnant Mömini, kiçik leytnant Gəzdikli, kiçik leytnant Xəlilpur, kiçik leytnant Dəsmalçı.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 191, 06.05.1946

 

***

 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

Xalq Cəbhəsi.- 2021.- 16 fevral.- S.14