“Azərbaycan”
qəzetinin səhifələrində
81-ci yazı
Azərbaycan Demokrat Firqəsinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin nüfuzu və təsir gücü barədə
“Azərbaycan” qəzeti redaksiyası
Qəzetin 18.04.1946-cı il tarixli 176-cı nömrəsində “Basmıncda yoluxucu qarın yatalağı xəstəliyi yayılıb və ev yoxdur ki, orda 1-2 xəstə olmasın və balaca uşaqlardan da gündə bir-iki tələf olanı vardır” xəbəri qeyd olunmuşdu. Buna görə də Səhiyyə Nazirliyinin Basmıncda müalicə ilə məşğul olan rayon həkimi cənab Mizaniyə göstəriş verildi ki, lazımi araşdırmalar aparsın. Aaparılan araşdırmalardan məlum olmuşdur ki, Basmıncda əslən qarın yatalağı xəstəliyi yoxdur. Amma kiçik uşaqların arasında göy oskürmə vardır və bununla bağlı müvafiq tibbi göstərişlər verilmişdir. Əlavə olaraq Səhiyyə Nazirliyi oranın səhiyyəsi üçün əməli bir yol nəzərə alıbdır.
Səhiyyə Nazirliyi tərəfindən doktor Pezeşki
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may
1946-cı il
***
Azərbaycan
xalqı Milli hökumətin qəhrəman müdafiəçisidir
Həqiqi demokratiyanın irtica və faşizm ilə
mübarizə edib axırda da onlara qələbə
çaldığ bu son dünya müharibəsi nəticədə
irtica və diktatorluq zəncirlərinin təzyiqi altında
sızlayan millətlərə imkan verildi ki, onlar da qəsbkarlar
və istilaçılar tərəfindən qəsb olunan
öz qanuni haqlarını və azadlıqlarını
alıb istədikləri və arzu etdikləri kimi azad
yaşasınlar. Biz bu gün bütün Şərq və
Qərb ölkələrində bütün azadlıq
aşiqi olan xalqların öz azadlıqları uğrunda
sarsılmaz bir iradə və qüvvətli bir iman ilə
irtica qüvvələri ilə necə mübarizə
apardıqlarını göstərən bir titrəyiş
görürük.
Bu son dünya müharibəsi dünya millətlərinin
həyatında yeni bir fəsil və bəşər tarixində
yeni bir dövr açdı. Bu gün artıq müharibədən
qabaqkı köhnə və çürümüş rejimlər
və üsullar ilə xalqların müqəddəratını
həll etmək, onların istək və ehtiyaclarını təmin
etmək imkanı yoxdur.
Ona görə də Azərbaycanın ayıq və kəskin
zəkalı milləti özünü köhnə və
irticaçı rejimlərin zülmlərindən və təzyiqlərindən
qurtarmaq üçün öz milli həyatına və yeni
yaşayışına uyğun olan və onun gələcəkdə
xoşbəxtliyini təmin edən bir Milli hökumət, bir
xalq hökuməti yaratdı. Bu hökumət Azərbaycanlının
istədiyi hökumətdir. Çünki bu hökumət
tamamilə milli və demokratik əsaslar üzərində
qurulduğu üçün azərbaycanlı azad
yaşayıb və sonda öz milli arzularına və əməllərinə
nail ola biləcəkdir.
Milli hökumətimiz xalqımızın ləyaqətini
müdafiə etdiyi kimi cəsarətli xalqımız da həmişə
və bütün varlığı ilə Milli hökumətimizin
qəhrəman bir müdafiəçisidir.
Məhəmməd Əzmi.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may
1946-cı il
***
Azərbaycan
cavanlarına
Hər
bir ölkənin qüdrəti, azadlığı və gələcəyinin
səadəti o ölkənin cavanlarının səylərinə
əsaslanar
Tarix göstərir ki, dünyada millətlərin
azadlığını bərqərar etmək
üçün ən böyük və görkəmli
demokratik inqilablar tamamilə cavanların güclü iradəsi
və yüksək səyi sayəsində əmələ gəldiyindən
demək olar ki, onlar öz ölkələrində
böyük siyasi bir əhəmiyyətə malikdilər. Bu nöqtələri
nəzərdə tutarsaq, görərik ki, biz Azərbaycan
cavanlarının indiki tarixi vəzifələri çox
böyük və mühümdür.
Əgər Azərbaycanın keçmiş tarixinə
bir nəzər gəzdirsək, aydın surətdə görə
bilərik ki, Azərbaycanın aslan gəncləri öz milliyəti,
azadlığı və ana dilini mühafizə etmək
üçün heç bir vaxt canını, malını bu
müqəddəs yolda əsirgəməmişlər. Vətəni
müdafiə etmək, azadlığını qorumaq və
ana dilinə pərəstiş etmək azərbaycanlı
üçün milli bir vəzifədir. Azərbaycanlı
qardaş qanı tökməyi böyük bir günah
sayırsa da Azərbaycanın əleyhinə
çalışanları və onun azadlığına qəsd
edənləri məhv etməkdən heç bir zaman aciz
olmayıb və olmayacqdır. Azərbaycanın
azadlıqsevən millətinin əsrlər boyu azadlıq
uğrunda apardığı mübarizələr dünya
tarixinə qızıl səhifələr əlavə etmişdir.
Azərbaycan cavanları öz cəsarətli əcdadının
yadigar buraxdığı o müqəddəs mirası
canında nə qədər canı, damarlarında nə qədər
qanı varsa, mühafizə və müdafiə edəcəkdir. Azərbaycan
cavanları öz millətinin qüvvətli iradəsi və
şanlı səyi ilə ələ gətirmiş olduğu
Milli hökuməti daha da artıq qorumağa əzm
etmişdir.
Azərbaycan cavanları tariximizi Babək, Cavanşir, Səttarxan
və Bağırxan kimi şərəfli və rəşadətli
adamların adı ilə zinətləndirən əcdada
malikdirlər.
Onun damarlarında axan qan və onun sinəsində
çırpınan ürək Babək, Cavanşir və Səttar
qanıdır.
Azərbaycan gəncləri Vətən kəlməsinin
mənasını və məfhumunu yaxşı
anlamışdır. O, yəqin etmişdir ki, onun millətinin bu diləyi
müqəddəs bir haqdır. Azərbaycan gənci
yəqin edibdir ki, ədalət, azadlıq və milliyyət
yolunda apardığı mübarizə haqlı bir mübarizədir
və bunu da anlamışdır ki, haqlı bir surətdə
mübarizə edən millətlər həmişə girdikləri
mübarizələrdən qalib çıxıblar.
Çünki tutduğumuz düz yol millət yoludur, haqq
yoludur.
Ona görə qalibiyyətimiz həmişəlikdir.
Poladdan
möhkəm sinələrini öz ana vətənlərini
qorumaq üçün qiyam edən Azərbaycanın
cavanları yaşasın!
R.
Muxtariyan
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 188, 2 may
1946-cı il
***
Azərbaycan
Milli hökumətinin maarif sahəsindəki islahat tədbirlərindən:
Savadsızlıq
əleyhinə mübarizə
Təbrizdəki
sinemaların (kino-teatrların – red.) işçilərinə
“Fərruxi” adına məktəbdə
xüsüusi bir savadlanma kursu açılmışdır. Burada 45 nəfər savadsız sinema işçisi təhsil
almaqdadırlar. İşçilər
bununla bağlı Maarif Nazirliyinə öz təşəkkürlərini
bildirirlər.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı il
***
Azərbaycan
Milli hökumətinin maarif sahəsindəki islahat tədbirlərindən:
Qızlar
gimnaziyasında pedaqoji dərslər
Təbriz qızlar gimnaziyasında pedaqoji, yəni müəllimlik
kursu açılmışdır.
Hələlikdə bu kurslarda ibtidai məktəblərin
birinci və ikinci siniflərinin müəllim və müəllimələri
təhsil almaqdadırlar. Yaxın zamanda altıncı sinfə dərs
verən bütün müəllim və müəllimələr
bu sinifdə pedaqoji təhsil alacaqlar.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı il
***
Azərbaycan
Milli hökumətinin maarif sahəsindəki islahat tədbirlərindən:
Təbrizdə
qadınlar və kişilər üçün savadlanmaq
kursları
Təbrizin
8 nahiyyəsinin hər birisində xanımıar
üçün ayrıca olaraq bir savadlanma kursu
açılmışdır ki, bu yolla 8 kursda qadınlardan
151 nəfər gündə iki saat təhsil almaqdadırlar. Kişilər üçün də 14 savadlanma kursu
açılmışdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı il
***
Universitetdə
hazırlıq kursu
09.04.1946-cı
il tarixindən Təbrizdəki “Azərbaycan”
universiteti nəzdində hazırlıq kursu
açılmışdır. Bu kurslara
oğlanlı, qızlı, qadınlı, kişili əlində
11-ci sinfi qurtarmaq haqqında təsdiq olunmuş sənədi
olanlar qəbul edilmişlər. 40 nəfər qız və
xanım, 100 nəfər də oğlan və kişi
burada təhsil almaqdadırlar. Bu kursda təhsil müddəti
altı ay olmaqla üç şöbədən ibarətdir:
1) riyaziyyat, 2) təbiət elmləri, 3) ədəbiyyat.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı il
***
Şah
gölündəki köhnə imarətin təmiri
Keçmişdə Şah gölündə olan
uçub dağılmış imarət Təbriz şəhər
idarəsi tərəfindən əsaslı bir surətdə təmir
olunub gözəl bir imarət şəklinə
salınmışdır. Bu imarətdə
Şah gölünə səyahət və istirahət
üçün gedən əhalidən ötrü istiraət
və məşğuliyyət vasitələri hər cəhətdən
təmin edilməkdədir. Şah
gölündə yeni üsulda tikilən evlər. Şah gölündə Təbriz şəhər
idarəsi tərəfindən yeni üsulda üç evin
tikilməsi qərara alınıb tikilməyə
başlamışdır. Bu evlərin
üçü də iki ailəlilər üçün icarəyə
veriləcəkdir. Şah gölündə
istirahət evi. Təbriz şəhər
idarəsi tərəfindən Şah gölündə
xalqımızın istirahətindən ötrü yeni
üsulda istirahət evi tikilməkdədir.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı il
***
Milli mətbuat
tariximizdən:
Homələrdə
nəşr olunan qəzetlər
Firqə üzvləri bütün ictimai sahələrdə
fəaliyyət etməklə bərabər hərbi təlim
almaqda və çoxlu ayrı işlərdə də
iştirak edirlər.Xüsusilə homələrdə (firqənin
rayon komitəsi – red.) nəşr olunan divar qəzetləri
artıq dərəcədə diqqəti cəlb edir və
bununla firqə üzvləri mətbuat fəaliyyətində
də iştirak edirlər. Bu xalqımızın
siyasi inkişafı və istedadından böyük nümunədir.
Homələrdə nəşr olunan qəzetlərlər
aşağıdakılardan ibarətdir:
“21 Azər”
(1-ci homənin orqanı),
“Qəhrəman
Təbriz” (2-ci homənin orqanı),
“Möcüz”
(3-cü homənin orqanı),
“Azadlıq
günəşi” (4-cü homənin orqanı),
“Yeni
fikir” (5-ci homənin orqanı),
“Qəhrəman
Azərbyacan” (6-cı homənin orqanı),
“Azad
fikir” (7-ci homənin orqanı),
“Əvvəl
qədəm” (8-ci homənin orqanı),
“Gözəl
məram” (9-cu homənin orqanı),
“Yüksəliş yollarında” (10-cu homənin
orqanı).
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may
1946-cı
***
Tehranda
29 aprel
1946-cı il
Xüsusi
müxbirimuizdən aldığımız məlumata görə,
aprel ayının 28-də saat 11.20-də Azərbaycan nümayəndələri
cənab Pişəvəri, cənab Badeqan, cənab
İbrahimi, cənab Məhəmmədhüseyn xan Seyf Qazi, cənab
Deyməqani öz yoldaşları ilə bərabər
“Mehrabad” aeroportunda yerə enmişlər. Tehran
xalqı güclü maneələrə baxmayaraq nümayəndələrimizi
qarşılamaq üçün qaçaq şəkildə
aeroporta tərəf sel kimi axmaqda imişlər. Jandarmalar Tehran fəhlələrinin və
azadlıqsevərlərinin aeroporta gəlməsinin
qabağını şiddətli bir şəkildə almaq istəmişlər.
Nəticədə jandarma zabitlərinin göstərişi
ilə fəhlələr tərəfə atəş
açılmışdır.
Tütün fabrikinin İsmayıl adlı bir nəfər
fəhləsi ölmüş və 4 nəfər
yaralanmışdır.
Xalq bu qəbildən olan təzyiqlərə baxmayaraq Azərbaycan nümayəndələrini görmək istəyib onları qarşılamışlar. Tehrandakı azərbaycanlılar “Yaşasın yurdumuzun böyük nümayəndələri!” deyə nümayəndələri alqışlamışlar. Ondan sonra fəhlələr nümayəndələri əlləri üstünə götürüb həyacanlı alqışlar içərisində avtomobillərinə çatdırmışlar.
Azərbaycan nümayəndələrinin iqamət yeri hələlik Xorasan darvazasında Tehranın 10 kilometrliyində olan Cavadiyyə qəsrindədir. Bütün xalqda böyük bir həyəcan vardır. Tehranda böyük bir izdiham olacaqmış, lakin qabağı alınıbdır. Aprel ayının 29-da müzakirələr rəsmi surətdə başlanacaqdır.
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 187, 1 may 1946-cı il
***
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun "İran tarixi və iqtisadiyyatı"
şöbəsinin elmi işçisi Saleh Dostəliyev,
yazıları elmi redaktə edən, şərhlər verən,
anlaşıqlı dildə təqdim edən eyniadlı
institutun Cənubi Azərbaycan şöbəsinin müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent Səməd
Bayramzadə
Xalq Cəbhəsi.- 2021.- 27 fevral.-
S.14.