Ermənilərin Kəlbəcər rayonunda tarix  mədəniyyət abidələrinə vurduğu zərər

 

Beynəlxalq konvensiyaları kobud şəkildə pozan ermənilər qədim Azərbaycan abidələrinin tarixini saxtalaşdırmağa çalışıblar

 

Ermənilər torpaqlarımızı işğal altında saxladıqları 30 ilə yaxın müddətdə Kəlbəcər rayonu ərazisində də çoxsaylı vandallıq əməlləri törədiblər. Bu yazıda erməni faşizminin Kəlbəcər rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurduğu zərər haqqında danışılacaq. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirir ki, Kəlbəcər rayonun Vəngli kəndində məşhur Gəncəsər alban məbədi, Xanbert qalası, Hermuk qalası, kilsə, Kolatağ kəndində tikilmə tarixi 635-ci ilə aid edilən memarlıq abidələri yerləşir. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxarı axınında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr), körpüs. qalıb. Oradakı Qafqaz alban dinastiyaları və katalikoslarının son iqamətgahı olan məşhur Qanzasar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfindən qoyulub. Sonuncu Qanzasar alban məbədi 1837-ci ildən etibarən erməni katalikosluğuna tabe edilib. Kəlbəcər rayonunun memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı Xudabənt məbədi (XIII-XV əsrlər) qalıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret siyasət həyata keçirib: “Bu siyasətin mahiyyəti ilk növbədə bizim izlərimizi oradan silməkdir. Onların siyasətinin mahiyyəti özününküləşdirmək xarakteri daşıyırdı. İşğal altında olan 128 alban məbədinin demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqoryan kilsəsinə çevrilib”.

Xudavəng monastırı (habelə Dadivəng və Xutavəng) Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Məbədin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor G.Məmmədova Xudavəng monastırının Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir. Xudavəng monastırına dini və dünyəni xarakter daşıyan ondan çox müxtəlif ölçüdizayna malik tikililər daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə tikilıib. Kompleksin ən erkən tikilisi VIII–IX əsrlərə aid edilən Qədim bazilikadır. Həmin tikili Müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş və Abqar adlı yerli hakim tərəfindən öldürülmüş Həvari Dadinin məzarı üzərində inşa edilib. Kafedral statusu daşıyan Arzu xatun kilsəsi isə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. Kompleksə daxil olan tikililərin ən qədimi VIII–IX əsrlərə aid edilsə də, kafedral kilsəsi və digər vacib tikililər XIII əsrdə tikilib. Monastırın adı tarixi mənbələrdə Dadivəng kimiqeyd edilir. Dadi sözünün etimologiyası Qafqaz Albaniyasının tarixi ilə əlaqəlidir. Dadiya Dada, Həvari Faddey tərəfindən "xristianlığın təbliğ edilməsi üçün şimal və şərq ölkələrinə göndərilmiş" 70 həvaridən biri olub. Monastır kompleksi orta əsrlər Qarabağının mədəniyyət mərkəzlərindən biri olub. Monastır kompleksinə daxil olan ondan çox tikilitikili qalıqları uzun əsrlər ərzində burda çoxsaylı monaxların iştirakı ilə təşkil olunmuş aktiv monastır həyatının olduğunu deməyə əsas verir. XVII əsrdən başlayaraq Xudavəng tədricən tabeliyində olan əraziləri itirir.

Monastır kompleksinə daxil olan tikililər müxtəlif inşaat materiallarından, fərqli memarlıq üslublarında inşa edilib, dini və dünyəvi süjetlərə malik relyeflər, oyma naxışlar və epiqrafiya nümunələrilə bəzədilib. Kompleks iki hissəyə bölünür; əsas tikililər daş hasarla əhatələnib, köməkçi tikililər isə hasardan kənarda – cənub tərəfdə yerləşir.

1993-cü ildə Xudavəng monastırının yerləşdiyi Kəlbəcər rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü ildə müharibənin bitməsindən sonra monastır yenidən istifadəyə verilir. 2004-cü ildə erməni əsilli ABŞ adamı Edel Hovnanyan monastırda restavrasiya işləri aparıb, proses 2005-ci ildə tamamlanır. 2017-ci ilin avqustunda Xudavəngdə restavrasiya işləri aparmış italyan mütəxəssislər monastırın təmizlənməsinə və restavrasiya prosesinə davam etmək üçün geri qayıdırlar. Artıq kompleksə daxil olan dörd kilsəni, onların freskalarını restavrasiya etmişdilər, layihənin isə 2020-ci ilə qədər tamamlanması planlaşdırılırdı. Bu isə o demək idi ki, ermənilər 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını kobudcasına pozaraq, monastırı saxtalaşdırıblar. Burevtavrasiyaoyunu aydınca göstərir ki, ermənilər tarixi saxtalaşdırma yolunu tutmuşdular.

2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi ərəfəsində fürsətcil ermənilər vəhşilik örnəyi göstərərək monastrdakı zəngləri, xaç daşlarını, digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana apardılar. Azərbaycan Mədəniyyət Nazirliyi bunu qeyri-qanuni fəaliyyətlər adlandıraraq zəruri hüquqi proseduraların tətbiqi üçün tədbirlər görüləcəyini bildirdi. Habelə vurğulanırdı ki, oradakı hər bir maddi mənəvi mədəniyyət nümunələri Azərbaycana məxsusdur. Çünki bunlar Azərbaycanın ərazisindədir və bu mülkiyyətin Azərbaycandan qeyri-qanuni daşınması beynəlxalq humanitar hüquqa ziddir, eyni zamanda, ümumbəşəri dəyərlərə də hörmətsizlikdir. Qətiyyətlə pislənən bu hadisə ilə bağlı beynəlxalq təşkilatlara, xüsusilə də UNESCO-ya müraciətlər olunub, bu əməllərə beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməlidir. Beynəlxalq konvensiyaları kobud şəkildə pozan ermənilər monastrın tarixini də saxtalaşdırmağa çalışıblar. Mütəxəssislərin sözlərinə görə, dırnaqarası “qədim xaç daşları” düzəldən erməni ustalar bu işi də keyfiyyətlə görməyiblər. Müxtəlif memarlıq üslublarında inşa edilmiş qədim kompleksdəki süjetli relyeflər, epiqrafiya nümunələri, eləcə də oyma daş bəzəklər, tikilinin tarixi və mənsubluğu haqqında geniş məlumat verir. O deməkdir ki, bütün iddialarına baxmayaraq ermənilərin bubaşqa tarixi abidələrə qətiyyən aidliyi yoxdur.

Ötən il dekabrın 16-da ermənilər İrəvan şəhərindəki Xalq Sənətləri Muzeyində "Dadivəngdən İrəvana" adlı satış-sərgi keçiriblər. Sərgidə Xudavəng monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunub. Təbii ki, bu hadisəni daha bir erməni həyasızlığı kimi dəyərləndirmək olar.

Məbədin əsası İsanın həvarilərindən biri olan Müqəddəs Faddeyin təbliğat üçün "Şərq ölkəsinə" göndərdiyi Dadaya Dadi tərəfindən qoyulub. Mxitar Qoş da məbədin qədim tarixə malik olmasını, onun əsasının bizim eranın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulmasını təsdiq edir. Bazilika Xudavəng monastırı ərazisindəki ən qədim tikilidir. Birnefli bazlikanın şərq tərəfində geniş yarımdairəvi altar apsidası yerləşir. Divarlara bitişik yerləşən üç cüt sütun dövrümüzə çatmamış çatmatağ tavanı dəstəkləyirdi. Prof. G.Məmmədovanın fikrincə, kilsənin ən maraqlı xüsusiyyətlərindən biri əsas altarın yanlarında yerləşən əlavə məkanlardır, bu məkanlar Qafqaz Albaniyası memarlığında məbəd inşasının kanonlaşdırılması dövründə hətta birnefli kilsələrdə də əlavə altar yerlərinin inşası ənənəsini parlaq şəkildə əks etdirir. Cənubi Qafqazın analoji abidələrinin tədqiqi göstərir ki, böyük ölçülü birnefli bazilikalar əsasən erkən orta əsrlərdə inşa edilib. Nadir hallarda VI–VII əsrlərdə də belə tikililərə rast gəlinir. Tədqiqatçıların fikrincə, Xudavəng bazilikasının qonşu ölkələrdəki anoloji abidələrlə müqayisəsinə əsasən tikilinin VI əsrə aid olmasını söyləmək olar. Epiqrafika məlumatına əsasən bazilikanın əlavə məkanları (pridel) XIII əsrə aid edilir. Məbədin cənub divarına bitişik nartekskiçik birnefli kilsə inşa edilib. Kilsənin divarında yerləşdirilmiş sütunlar qabağa çıxaraq ensiz, lakin dərin nişlər formalaşdırır. Bina Qafqaz Albaniyası monastırlarında geniş yayılmış düzbucaqlı altar kilsələri qrupuna aiddir. Oxşar kilsə binasına nümunə olaraq Gütəvəng monastırındakı kilsəni, həmçinin Xatirəvəng və Müqəddəs Yelisey monastırlarındakı sovmələri göstərmək mümkündür.

Bu ilin yanvarında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı açıqlamada vurğulanırdı ki, bu ərazilərdə Azərbaycan xalqına məxsus olan hər bir şeyi məhv edərək, azərbaycanlıların öz evlərinə geri qayıtmasına imkan verməmək məqsədini güdən Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxladığı ərazilərdə tarixi, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, onların mənşəyinin dəyişdirilməsi istiqamətində fəaliyyət hərbi cinayətlərə bərabərdir. Əlbəttə, bu cinayətlərə görə Ermənistan məsuliyyət daşıyır və beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir. Qədim erməni dini və dünyəvi abidələrinə gəldikdə, Qafqaz etnoslarına aid olmayanQafqaza kütləvi şəkildə 19-cu əsrdə köçürülən ermənilərin bu kimi abidələri bəlkə də haradasa mövcuddur.

Faiq İsmayılovun tədqiqatında bildirlir ki, Kəlbəcər rayonu üzrə zərər çəkmiş Qafqaz Albaniyası dövrü abidələrinin sayı 28-dir. Kəlbəcər rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə vurulan zərərin ümumi həcmi isə 14,383 milyard manatdır.

 

Elçin Qaliboğlu

 

 

Xalq Cəbhəsi.- 2021.- 30  mart.- S.13.