Novruz Bayramı

 

Novruz bayramı dünyanın Asiya, AvropaAfrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tariximüasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bugünü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniyasülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir.

Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.

Novruz bayramının ritual-mifoloji mahiyyəti

 

Novruz bayramı özünün ritual-mifoloji strukturuna görə təqvim bayramıdır. Miladi təqvimi ilə mart ayının müxtəlif günlərinə (əsasən 21 mart) təsadüf etməklə qışın, köhnə ilin qurtarmasını, yazın, yeni ilin gəlişini bildirir. Bu bayramın funksional strukturunun əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla) ritmi durur. İnsan təbiətin üzvi struktur elementi kimi öz tarixinin mifoloji-kosmoqonik başlanğıc nöqtəsindən təbiətin bu teokosmik-sinergetik ritminə köklənib, onu Novruz Yeni gün adlandıraraq bütün tarixi boyunca həmin ritmlə kosmoloji harmoniyada yaşayıb.

 

Novruz bayramının mifoloji-kosmoqonik mahiyyəti

 

Novruz bayramının konseptual strukturunun əsasında bütün varlıq aləminin (insanın, canlı və cansız təbiətin) yaradılması ideyası durur. Bütövlükdə yenidən yaradılmanı kosmoqoniyanı özündə ehtiva edən bu bayram varlığın bütün ünsürlərinin (ilk insan, ilk predmet, ilk zaman), ilkin stixiyaların necə meydana çıxması (ölüb-dirilməsi) haqqındakı ilkin mifoloji təsəvvürləri təcəssüm etdirir. Bu bayram bütün sonrakı tarixi-mədəni transformasiya, şəkil və forma dəyişmələrinə baxmayaraq, mifogenezi (mifoloji-kosmoqonik başlanğıcını - mənşəyini) simvolik-metaforik strukturlar səviyyəsində qorumaqda davam edir.

 

Novruz bayramının fəlsəfi mahiyyəti

 

Novruz bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümüdür. Bayramın fəlsəfi konsepsiyasına görə məkan və zaman sistemi (kosmoloji kontinuum) müqəddəs (sakral) və adi (profan) olmaqla iki qatdan təşkil olunur. İlk insan (əcdad), onun ilk əşyası, ailəsi, övladları, yaşadığı ilk zaman sakral sferanı təşkil edir. Müqəddəs dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı insanların həyat və psixologiyasında il ərzində köhnələrək, adiləşərək mənfiləşən keyfiyyətləri yeni müqəddəs dəyərlərlə əvəz etməklə insanı və onun dünyasını yenidən yaradır. Bu baxımdan, Novruz bayramı modern fəlsəfi dünyagörüşləri kontekstində etnosistemonun daxil olduğu digər sistemləri öz içinə alan ekosistemin sinergetik özüntəşkil, özünüyaratma mexanizmidir.

Novruz bayramının sosial-psixoloji mahiyyəti

Novruz bayramı onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. Biri-biri ilə küsülülükdə, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailə, kənd və s. etnik vahidlər hökmən başırmalı, sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial strukturunda yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq sakral sosial-psixoloji harmoniya ilə əvəz edilir. Həmin harmoniya istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu baxımdan, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur.

 

Novruz bayramının kontinental-coğrafi mahiyyəti

 

Novruz bayramı coğrafi strukturuna görə kontinental mahiyyət daşıyır. Bütöv Avropa, AsiyaŞimali Afrikada müxtəlif etnosların nümayəndələri tərəfindən qeyd olunan bu bayram həmin etnosların ana vətəni kimi dünyanın üç qitəsini, miqrasiyaların timsalında isə bütün materik və qitələri biri-birinə birləşdirən, onlar arasında sülhsevgi yaradan ümumbəşəri harmoniyasülh bayramıdır.

Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki Novruz topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılıb. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə (Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya, Çuvaşstan, Altay-Xakas, Şimali Kipr Türk Respublikası, Krım-Ukrayna, Moldova-Qaqauzstan, Qərbi Trakya-Yunanstan, Bolqarıstan, keçmiş Yuqoslaviya, Çin-Uyğurustan, Dağıstan, Qaraçay-Balkar, Çeçenistan), İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.

Novruz bayramının etnik-millietnolinqvistik coğrafiyası

Novruz bayramı əsasən üç böyük etnosa: türk, hind-Avropasami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlalır, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılıb. Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.

Novruz bayramının dini mahiyyəti və coğrafiyası

Novruz bayramı tarixinə görə ilkin mifoloji-kosmoqonik görüşlərlə bağlıdır. Mifoloji düşüncənin parçalanaraq tarixi düşüncəyə keçidi zamanı əski dinlərə transformasiya olunmuş, daha sonrakı inkişafında müxtəlif səmavi və qeyri-səmavi dinlər, dini-ideoloji görüşlərlə qovuşmuşdur. Bu baxımdan, Novruz bayramı aşağıdakı dindini-mifoloji dünyagörüşlərini özündə birləşdirir:

- Qədim tükrlərin şamanizm dönyagörüşü;

- Qədim və erkən orta əsr türklərinin tanrıçılıq dini;

- Qədim Azərbaycan və İran xalqlarının zərdüştilik dini;

- İslam dinionun müxtəlif təriqət və məzhəbləri;

- Xristan türk xalqlarının simasında xristianlıq dini;

- İudaist türk xalqlarının (əsasən tarixi xəzərlərin və onların çağdaş törəmələrinin) simasında musəvilik iudaizm dini.

- İki milyona yaxın buddist türklərin simasında buddizm dini s.

Novruz bayramı bu tarixi müasir dinləri özündə birləşdirməklə, əslində, dinlərarası (sivilizasiyalararası) harmoniya modeli kimi çıxış edir.

 

Seyfəddin RZASOY

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2021.- 20 mart.- S.14.