Xalq yaradıcılığında erməni düşmənçiliyi motivi

 

Folkor xalqın tarixi, keçmişi, məişətinə bağlı yaranan zəngin bir mədəni sistemdir. Bu sistem daxilində buya digər xalqın apardığı mübarizə, müdafiə, sabaha arzu və ümidləri yer almaqdadır. Dünyanın bir çox xalqlarında olduğu kimi qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan torpağı zaman-zaman xarici işğalçı, kənar siyasi qüvvələrin hücumları şəraitində yaşamış, maddi-mənəvi sərvətlərinin qorunması, ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Tarix boyu belə mübarizə meydanlarının açıldığı qanlı ocaqlarda mənfur ermənilərin törətdiyi faciələr, bizim doğma torpaqlarımızı qəsb etmələri, milli-mədəni irsimizi özününküləşdirmək istiqamətində apardıqları çirkin siyasət, vəhşiliklər və s. başlıca yer tutub. Sözsüz ki, torpağımız, doğma yurd-yuvamız üçün igid, ərənlərimiz erməni özbaşnalığına qarşı mübarizələrini döyüş meydanlarına daşımış, səngərlərdə aparılan hərbi mübarizəmizlə yanaşı, xalq yaradıcılığında da erməni vəhşiliyinə qarşı bir cəbhə qurulub. Ayrı-ayrı şifahi söz sənəti inciləri-layla, el deyimləri, inanc, dastan və nağıllarımızda da mənfur qonşuların Azərbaycan torpağında illərlə yürütdükləri siyasət, xalqımıza qarşı işlətdikləri cinayət, özbaşnalıqlara qarşı nifrət, intiqam hissi öz əksini tapıb.

Folkorumuzun janr sistemində yığcam mətn strukturu, dərin lirizmi ilə yüklənən bayatılar digər mövzularla yanaşı, həm də tarixi faktların ümumiləşdirilmiş obrazında torpaq, vətənin zaman-zaman yaşadığı ağrılar, siyasi hadisələr əsasında yaranıb. Folklorumuzda seçilən “Araz”, “Qarabağmotivli bayatılarımız bu baxımdan Azərbaycanın torpaq, müharibə və mübarizə tarixinin bədii dillə danışan, nəğməyə çevrilən həqiqətləridir. Araz” motivində Təbriz həsrəti, qardaş ayrılığı, ikiyə bölünən torpaq ağrısı yer aldığı kimi, “Qarabağ” silsiləsindən olan bayatılarımızda da erməni vəhşilikləri, vandalizm, itirilən torpaqlarımızın ağrı-acısı bədiiləşməkdədir. Maraqlıdır ki, 2000-ci illərə qədərki toplanan folklor irsimizdə, xüsusilə istər Araz, istərsə də “Qarabağmotivli bayatılarımızda “düşmən obrazı” konkret dövlət, tayfa, millət adı çəkilmədən mətnlərdə yer alıb, onların törətdikləri cinayətlər, bu cinayətlərin insanlarda yaratdığı iztirab, ovqat ümumiləşdirilmiş hiss-ekspresiyada tərənnüm olunub. Yaşanan talesizlik, düşmənin vurduğu zərbələr daha çox ənənəvi “Fələk”, “Tanrı”ya müraciətlər üzərindən bayatılarda yer alıb. Dağıdılan yurd-ocaqlar “ələk-vələk olunan bağ”, “xəzan bürümüş torpaq” və s. obrazlaşmalarda xalqın vətən həsrəti, qəribçiliyi, söz övsunlarının qoşulduğu qarğış-bəddualarla nifrət duyğusunda ifadə olunub. “Təbriz” motivli bayatılarda:

 

A Təbriz, sona Təbriz,

Günləri sana, Təbriz.

Bizi ayrı salanı,

Od tuta, yana Təbriz.

 

Təbrizim sinə-sinə,

Gün düşdü sinəsinə.

Səttar gülləsi dəysin

Düşmənin sinəsinə.

 

Qarabağmotivli bayatılarımızda:

 

Qarabağı,

Könlümün Qarabağı.

Gorbagor olsun cəllad

Kor qoydu Qarabağı.

 

Gəncədən gəl, Gəncədən,

Atın yesin yoncadan.

Bizi qərib salanın,

Beli sınsın incədən.

 

Qarabağın narıncı,

Yar yara yalvarıncı.

Bizim elə göz dikən,

Qalsın yerdə zarıncı.

 

Son 30 ilə yaxın bir müddətdə el-obasından didərgin düşüb qaçqınlıq taleyi yaşayan həmvətənlərimizin dilində bu nəğmələr daha kəskin söz ovsununda erməni murdarlığının törətdiyi vəhşiliklərə ünvanlanmaqdadır:

 

Araslar oda yansın,

Od tutsun, oda yansın.

Nejə biz dağıldıx çöllərdə yandıx,

Allah, erməni elə yansın.

Qızıl gül haça bəddi,

Sana gör neçə bəddi.

Yanasan erməni, gəl düş biz düşən dərdə

Gör bu bir necə dərddi.

 

Qeyd edək ki, ümumiyyətlə tük xalqlarında qarğış, bədduanın söylənilməsinə həmişə ehtiyatla yanaşılıb, sözün magik gücünə inam onun dilə gətirilməsində belə müəyyən tabulara əsaslanıb. Folklor nümunələrinin toplanılması təcrübəsində dəfələrlə müşahidə etmişik ki, qoca ana-nənələr qarğış söyləməkdən imtina edib, “bala, cavan üzünə deməzlər”, “eşidən qulağımızdan uzaq, söylənilməzdeməklə həmişə bəddualarınçağrılmasın”dan yayınıblar. Təsadüfi deyil ki, toplama prosesində bir çox hallarda informatorlar qarğış mətnlərini söyləməzdən əvvəl ermənilərin onların başına açdığı oyunlardan, vəhşiliklərdən danışmış qeyri-ixtiyarı bu ovqata köklənib düşmənə bəddularını bildirmişdilər:

 

Mən aşıx Həkəriyəm,

Qəndinəm, şəkəriyəm.

Ağır-ağır bardannar götdüh,

Ağır-ağır ketmannar götdüh.

Sahələr bejərdih, əvlər tihdih,

Demə erməninin donnuxsuz nökəriymişəm.

 

Bayatılarımızda olduğu kumi, atalar sözləri, deyimlərimizdə xalq əzəli, əbədi düşməninə öz münasibətini bildirib, eləcə illərlə birgə yaşayıb hal-xasiyyətinə bələd olduqları bu nankorların üzünü açıb göstərib. Xalq məişətində yaranan inanc el deyimlərində düşmən-erməni obrazına eyni şəkildə aqressiv münasibət yer almaqdadır. Folklor toplama işlərində məzhəb ayrılığı üzərindən diqqət yetirdiyimiz məqamalar sırasında yaşlı el ağbirçəkləri üçün bu münasibətlərdən danışmaq həmişə çox həssas bir mövzuya çevrilib. Zamanla ana-nənələrerməni qabındanuzaq durduqları kimi onlarla ünsiyyətdə həmişə ehtiyatlı davranmağa üstünlük vermişdilər. Bu xalq məişətində geniş işləklik qazananelə bir erməni dığasıdır”, “elə bir erməni haxçığıdırifadələrinin işlənmə mövqeyi sübut edir ki, “qonşulardünyagörmüş ana-nənələrimiz, ata-bablarımızın illərə dayanan təcrübəsində yalançı, hiyləgər, nankor insanlar kimi tanınmışdılar.

Təsadüfi deyil ki, zaman-zaman erməni yalanı, vəhşiliyinin şahidi olan bu xalqQara gecə olmaz, əski düşmən dost olmaz”, “Hər yurdun ovunu öz tazısıyla”, “Su uyuyar, düşmən uyumaz”, “Bəsdə qarğanı, oysun gözünü s. kimi deyimlərində gələcək nəsillərə bir mesaj göndərmiş, nəsihət vermişdilər. Bu nümunələrlə xalq öz hikmətində gələcək nəsillərə hər şeydən öncə milli qəhrəmanlıq, mübarizə tarixi belə olmayan erməni düşmənçiliyini, tarix boyu türklərin kölgəsində yaşayıb, özlərini tanıtmağa çalışannatamam bir xalq”ın qəzəbini, iddeasını xatırladır. Qarabağda, xüsusilə Füzuli məişətində bu günerməni qan gördüifadəsi tez-tez işlədilməkdədir. Qorxaq, öz kölgəsindən belə çəkinən, yaxud elə əhəmiyyəti olmayan bir hadisənin böyüdən hər bir kəs üçün xalq məişətində bu bənzətmədən yerində istifadə olunmaqdadır. Yaxud folklorumuzda geniş yayılanƏrindiyindən erməniyə dayı deyir”, “ərindiyindən erməniyə dayı deyəcək ərinənə eşşək deyərlərkimi vulqar ifadələrdə eyni nəsihət uzaqgörənlik öz ifadəsini tapmaqdadır. Xalq məişətində rastlaşdığımız bir çox inanclarımızda da oxşar motivlər izlənməkdədir. Müxtəlif meyvə, tərəvəzlərin ilk nübarını dadarkənbaşımın, dişimin ağrısı erməniyəsöylənilməsi verbal magiya gücündə qarşı tərəfə nifrət bədduanın ötürülməsi mexanizminin fərqli bir ifadə şəklidir.

Düşməndən intiqam motivinin ən geniş yayılmış, belə demək mümkündürsə, gizli formalarından biri erməni milliyyətindən olan şəxslərin müsəlmançılığı qəbul etməsidir. Füzuli, eləcə Qarabağ bölgəsinə aid bir çox rəvayət Əsli Kərəmdastanı motivlərinə uyğun yaranan nağıl mətnlərində erməni qızının müsəlmançılığı qəbul etməsi seçilən, əxlaqi dəyərlər baxımından üzə çıxarılmayan geniş yayılmış mövzulardandır. Erməni qadınının müsəlman məişətindəki hərəkətləri, ailə münaqişələri s.bağlı el arasında çoxsaylı lətifə, rəvayətlər mövcuddur. Maraqlıdır ki, hələ qədim zamanlarda zina edən erməni kişisi, yaxud qadını qamçılanar, ya da müsəlmanlığın qəbul olunmasına məcbur etdirilərdi. Bu öz-özlüyündə cəzalandırılma intiqam, qisas almanın forması olaraq qəbul olunmaqdaydı.Əsli Kərəmdastanında sevən gənclərin vüsala yetməmələri “el qınağı”ndan çəkinməyib yola çıxan Kərəmin faciəsini reallaşdırdığı kimi, “Sənan tərsa gözəlindəməhz qadının müsəlmançılığı qəbul etməsi ilə xoşbəxt sonluqla nəticələnir.

Qarabağ folkloru bütün hallarda Azərbaycan gerçəkliklərinin tarixi möhürünü üzərində yaşadan zəngin, əvəzolunmaz bir mənbədir. Bu mənbə bizim keçmişimiz, məişətimiz, mübarizə, mücadilə tariximizi xalq dili, hikməti ilə qoruyub saxlayır. Bu gün doğma Füzulimizdə xalq tərəfindən bəddua ilə xatırlanan ermənilər yazılan tariximizdən xalqın gələcək nəsillərə göndərdiyi bir tarix, bir ibrət, bir nəsihətdir...

 

Mətanət Maşallahqızı (Abbasova)

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Xalq Cəbhəsi.- 2021.- 1 may.- S.14.