Qaraqalpaq xalq ruhunun tərənnümçüsü - Hacıniyaz Kosıbay oğlu

 

1-ci yazı

 

Qaraqalpaq ədəbiyyatının inkişafında əsərlərini Ziyyar təxəllüsü ilə yazmış Hacıniyaz Kosıbay oğlunun (1824-1878) müstəsna xidmətləri var. O, milli mədəniyyət tarixinə görkəmli söz sərrafı, baxşı-şair kimi daxil olub. Böyük sənətkar əsərlərinin xeyli qismini musiqinin köməyi ilə ifa edib. Bozatau, İgidlər, Başqa və digər bu kimi ya-ratdığı nümunələrdə şairin vətənpərvərlik, humanizm, etik, estetik və fəlsəfi baxışları əksini tapıb.

Hacıniyazın seçilmiş əsərləri Qaraqalpaqstanda bir neçə dəfə nəşr olunub. 1994-cü ildəki nəşr Hacıni-yazın 170-illik yubileyi münasibətilə həyat keçirilib. 2014-cü ildə isə Hacıniyazın 190 illik yubileyinə həsr olunan Seçilmiş əsərlər işıq üzü görüb. Daha doğrusu, 2014-cü ildəki Hacıniyaz Bülbilziban. Seçilmiş əsərləri. Qaraqalpaq ədəbiyyatı müntəxəbatı seriyasından (Hacıniyaz adına Nökis Dövlət Pedaqoji İnstitutunun əməkdaşları tərəfindən Hökc, 2014, 144 .) və Ə. ə (Ö ö. - tərəfindən ö, , 2014, 248 .) nəşr olunub.

Hacıniyaz Bülbilziban Seçilmiş əsərləri kitabına Hacıniyaz adına Nökis Dövlət Pedaqoji İnstitutu Qaraqalpaq ədəbiyyatı kafedrasının müdiri, fillogiya elmləri doktoru, professor Kenesbay Allambergenov Ruhi gözəllik timsalı adlı geniş ön söz yazıb. Ön sözdə haqlı olaraq göstərilir ki, Hacıniyaz XIX əsr qaraqalpaq ədəbiyyatında lirik poeziya nümunələri yaradan görkəmli şair kimi tanımaqdadır. Onun əsərlərinin ideya-bədii siması qaraqalpaqların ruhi mədəniyyətinin əvəzsiz çarçısı olduğunu sübut etməkdədir.

Hacıniyaz yaşadığı dövrün keşməkeşlərini içində daşıyan ziyalı insanlardan olub. Hacıniyazın atası Kosıbay doğma elə, obaya vurğunluqla yanaşmaqla, öz xalqının tarixini dərindən bilən ifaçı, axund və içində ruhanilik düşüncəsini şövqlə daşıyan böyük şəxsiyyət idi. Anası Nəzirə xanım da sözə, şeirə, ifaçılığa bağlı olmaqla, həm də hazırcavablığı ilə fərqlənən qaraqalpaq qadınlarından idi.

Keçmiş illərin bizə gətirdiyi soraqlardan müəyyən-ləşdirmək olur ki, Hacıniyaz 1824-cü ildə Aral dənizinin ətraflarında Konrat bəyliyinin Yetim özək elatının yaşadığı Kiyat Aşamaylı aulunda, indiki Muynak rayonunun Qamış leqetdə ruhani ailəsində doğulub. Hacıniyaz Xocamurad işan mədrəsəsində təhsilə başladıqdan sonra Yelmurad axund mədrəsəsində təhsil almışdır. Bundan başqa, gələcək şair Xivədəki Kutlımurad və Şirqazi xan mədrəsələrində təhsilini daha da kamilləşdirib.

Hacıniyaz təhsil aldığı illərdə Firdovsi, Sədi, Nəvai, Füzulibaşqa bu kimi sənətkarların əsərlərini öy-rənməklə yanaşı, həm də müsəlman dünyasının dini və dünyəvi əsərləri ilə yaxından tanış olub. Nümunə üçün onu demək kifayətdir ki, Hacıniyaz hələ on altı yaşında olarkən Nəvaninin Divanı nın üzünü çıxarıb. Eyni zamanda qeyd edək ki, onun katiblik bacarığı Şərq poeziyası klassiklərinin əsərlərinə verdiyi böyük dəyərlə bağlı idi. Bundan başqa, Hacıniyaz Orta Asiya xalqlarının, o cümlədən qaraqalpaqlara ruhi baxımdan yaxın olan türkmən Məhdimqulunun əsərlərini də mütaliə edib, dərindən öyrənib.

Hacıniyazın şeirləri, hər şeydən öncə, öz mövzu, janr, forma, üslub özəlliyi nöqteyi-nəzərdən, qeyri-adı obrazlar sistemi yaratmaq baxımından, süjet motivlərini ovxarlaya bilmək sahəsində qaraqalpaq milli ədəbiyya-tında özünə öncül mövqe qazanmış qəzəl, müxəmməs, məsnəvi, mürəbbe, rübai, aytıs, aforizm, satirik-yumors-tik poeziya, öyüd-nəsihət, gözəlləri tərif edən nəğmələri yaratmaqla xalq ruhunun tərənnümçüsü kimi ortadadır. Bundan başqa, Hacıniyazın əsərlərinin ən fərqli və özəl xüsusiyyəti onun yaradıcılıq manerasının orijinallığını formalaşdırımasıdır. Maraqlıdır ki, şairin yazıb-yaratdığı dövrlərdə Orta AsiyaQafqaz dağlarının ətəklərində, Qazaxıstanda, Edil-Yaik çayları ətrafında yaşayan türk xalqları arasında Hacıniyazın Ellərim vardı, Çıxdı can, Qız Meneşlə aytıs və digər mövzulu əsərləri olduqca məşhur olub.

Hacıniyazın əsərləri 1949, 1960, 1961, 1965, 1975, 1988 illərdən başqa, 1994-cü ildə 170 illiyi, 2004-cü ildə 180 illiyi, 2009-cü ildə 185 illiyi və 2014-cü ildə 190 illik yubileyləri münasibəti ilə Qaraqalpaqstan Respublikasında nəşr olunub. Böyük ədibin yaradıcılığı ilə bağlı bir sıra namizədlik dissertasiyaları yazılmış, monoqrafik araşdırmalar işıq üzü görüb. Eyni zamanda Hacıniyazın həyat və yaradıcılığının müxtəlif tərəflərini çevrələyən K.Sultanovun Hacıniyaz, K.Mambetovun Bozatau romanları, M.Nizanovun Ziyyar tarixi dramı, Özbəkistan qəhrəmanı, xalq şairi İ.Yusupovun librettosu əsasında görkəmli bəstəkar N. Mühəmmədo-vun tarixdə birinci olaraq yaratdığı Hacıniyaz operası Qaraqalpaqstan mədəniyyəti tarixində önəmli hadisə idi. Bu operanın 1993-cü ildə Daşkənddə Qaraqalpaqstan Mədəniyyəti günlərində Nəvai teatrında, 1991-ci ildə Almatı şəhərində Qaraqalpaqstan Teatr günlərində Almatıdakı Dövlət OperaBalet Teatrında və Qaraqalpaqstan Respublikasının teatrlarının repertuarında dəfələrlə nümayiş etdirilib. 2012-ci ildə isə Qaraqal-paqstanın paytaxtı Nökis şəhərində operanın klivierinin (səs yazısının) nəşri həyata keçirilib.

Bundan başqa, Hacıniyazın həyat və yaradıcılığı daim qaraqalpaq alimlərinin diqqət mərkəzində olub. Bununla bağlı çoxsaylı məqalə və monoqrafik araş-dırmalar aparılsa da, böyük sənətkarın həyat və yaradıcılığının bəzi məqamları indiyədək hələ də tam şəkildə dürüstləşdirilməyib. Tanınmış qaraqalpaq alimi, akademik Cumanazar Bazarbayevin qələmə aldığı Hacıniyaz şairin doğum ili haqqında mühüm söz məqaləsində məsələ ilə bağlı bir sıra dürüstləşdirmələr aparılıb. Məqalədə müəllif Hacıniyazın Qız-Meneşlə aytısından bir fraqmentə diqqət çəkməklə şairin iyun ayında yox,aprel ayında doğulduğunu müəyyənləşdirib. Eyni zamanda Hacıniyaz 1858-1859-cu illərdə Bozatau hadisələri ilə bağlı Qazaxıstana gedib. Məhz 1863-1864-cü illərdə onun qırx yaşlarında Qazaxıstana gedəndən sonra Qız-Meneşlə deyişdiyi dürüstləşdirilib.

Hacıniyazın əksər əsərləri bədii-poetik bitkinliyi baxımından oxucu diqqətini cəlb edir. Onun Bozatau poeması, hər şeydən öncə, özünün sosial-siyasi, fəlsəfi-estetik yönümü ilə seçilir. Bu əsərin ana xəttini ilk növbədə qaraqalpaqların apardığı azadlıq mübarizəsi ideyaları təşkil edir.

Haciniyaz yaradıcılığında Vətən, ana torpaq, doğma el-oba mövzusu aparıcı olmaqla yanaşı, həm də mə-həbbət, insan gözəlliyi, qız-zənən gözəlliyi üstün möv-qedə dayanır. Doğrudan da bu baxımdan şairin Bibigül, Qırmızı , Xivəli qız , Katşa, Düşər, Düş-dü, Gözəllər, Bir canan, Bir pəri, Bəri gəl, Sevdiyim, Dildarın xəbərin kimdən soralım, Gül-can, Dilbərim və s. kimi nümunələrində biz onun gözəllərin Vaqifsayağı şəninə qoşulmuş nəğmələrinin şahidi oluruq.

Gözəllərin qaraqalpaq poeziyasında vəsfi heç də təzə məsələ deyil. Bununla belə, Hacıniyaz gözəl ob-razının yaradılmasında özünün şairlik məharətini yetə-rincə görümlü şəkildə ortaya qoyur. Bu baxımdan Hacı-niyazın Mənzər, Qız Araz, Katşa, Bir pəri, Bibigül, Mədəyar, Qırmızı, Bir canan, Ey nazəninlər, Bəri gəl, Gülcan, Dilbərim və s. nümunələr səciyyəvidir. Şairin məharətli təsvirlərini Bir canan şeirinə müraciət etməklə illüstrasiya edək:

 

Gözümə görünüb, bəylər, bir canan,

Şirin canım oda yaxdı da, getdi.

Yalan söyləmirəm, sözümə inan,

Min hiylə naz edib, baxdı da, getdi.

 

...Siyah-zülfü rəngli, misalı gündüz,

Görənin ürəyin yaxardı hərgiz,

Leyli, Zöhrə kimi ol sahib bəniz,

Badi səba kimi əsdi də, getdi

 

Gözəllərə valeholmanın Hacıniyaz lirikasında öz hüsnü, öz qeyri-adi xüsusiyyətləri görünür. Şeirlərində əsasən qızın, zənənin, qadının mənəvi-əxlaqi keyfiyyətləri göz önündə canlandırılır. Lakin şair bununla da işi-ni bitmiş hesab etmir. O, həm də fərqli qadın portretləri yaradır. Bunun təsdiqini Sevdiyim şeirində axtaraq:

 

El yatanda gedib girsəm qoynuna,

Məşğul olub, mən aldansam oynuna,

Quçaqlaşıb əl salanda boynuna,

Sonda büsat-bayram edən sevdiyim.

 

Bundan başqa, Hacıniyazın həsrət, kədər, qüssə, ayrılıq s. kimi sevgi-məhəbbət şeirlərində qızın, qadı-nın tənhalığı, cəmiyyətdəki qeyri-bərabər hüquqları, bu qadınların düşdükləri vəziyyətin dözülməzliyi, zamana, dövrana qarşı hiddət hissi şairin əsaslı təsvir obyekti kimi diqqət mərkəzindədir. Lakin Hacıniyazın sevgi-məhəbbət şeirlərində biz sevgi, sevinc hisslərinin himnini görürük. Gözəllər Hacıniyazda Vaqifsayağı epitetlərlə öyülür. Bununla belə, xeyli şeirlərində gözəlin nəinki romantik obrazı, həm realist xüsusiyyətləri diqqəti cəlb edir. Yəni demək istəyirik ki, Hacıniyaz gö-zəllərin yalnız səmalarda pərvaz etməsinə aludəçilik etmir, onu insanın real düşüncələrinə yaxınlaşdırır.

Hacıniyazın bütün yaradıçılığı həm vətənpər-vərlik, doğma el-oba həsrətini içində yaşadan nümunələrlə zəngindir. Onun Dövran olmadı, Məni Nemətulladan niyə ayırdın, Hürzadanın atasına dedikləri, Salam deyərsən, Nurəliyə, Bilmədim, Vardı s. kimi şeirlərində Bozatau poemasında vətənpərvərlik hiss duyğuları özünün pik nöqtəsinə çatır. Bununla belə, qeyd etmək istəyirik ki, Hacıniyazın lirik əsərlərinin mövzu amplitudasında vətən obrazı vətənpərvərlik dominant kimi çıxış edir.

 

Nizami Məmmədov Tağısoy

filologiya elmləri doktoru, professor

 

Şəbnəm Məmmədli

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 4 may.- S.14.