RƏMİŞ. Sənət, zaman, tale üçbucağında

 

Ukraynalı jurnalist Dimitro Qordonun Vaxtanq Kikabidze ilə müsahibəsinə baxırdım. Söz Vısotskidən düşdü. Tanımayan gənc oxuculara deyim ki, Kikabidzesovet dövrünün populyar müğənnisi, aktyoru olub. Amma şair, müğənni, teatrkino aktyoru Vladimir Vısotski o vaxtın yarıdissident canlı əfsanəsiydi.

Jurnalist soruşur: ”Rusiyanın indiki sənət ulduzlarına baxıram, Putini dəlicəsinə sevirlər, özübunu nümayiş etdirməyi xoşlayırlar. Necə düşünürsünüz, bu günlərə qədər yaşasaydı, Vısotski də Putini dəstəkləyərdimi?”

Kikabidze bir qədər düşünüb, ”bilmirəm” deyir. Ammayox, dəstəkləməzdi” demir.

Onların bu söhbətinə baxa-baxa Rəmişi xatırlayıram. Yeniyetməlik çağımızın kumirini.

 

***

 

“Vısotski azad olmayan sovet insanı üçün necə “azad adam” nümunəsiydisə, SSRİ-nin böyüdüyüm ucqar əyalət şəhəri Ağdamda gitarası ilə məşhurlaşan Rəmiş də eləcə azadlıq simvolu idi.

Səhnəyə uzun saçı, cins şalvarı, hətta “vyetnamka” şəpşəpisiylə çıxaraq sovetin sərt kültür stereotiplərini dağıdan, fərqli ifası, davranışı, həyat tərziylə dövrün standartlarından çox uzaqlaşan biriydi.

Gitara, istedad, xarizma, şöhrət, pul, nəşə. Sözüm bir təhər çıxmasınadama daha lazımdır ki?!

Adama bir , nəfəs lazımdır!

Rəmişdə bu nəfəs çatmadı, Vısotski ola bildi, heç Viktor Tsoy

Amma o vaxt o cür sənətkarları birləşdirən ümumi bir cəhət vardıəsl azadlığın olduğunu bilməyən insanlara azadlığın üfüqlərindən xəbər vermək, onların qəlbində yeni, əvvəllər tanış olmadıqları duyğular yaratmaq kimi.

Visotskinin 42 illik ömründə tamamladığı yola Rəmiş 70 yaşında belə çata bilmədi. Bilmirəm kimin sözüdü, deyirdi ki, o, bağladığı qalstukla özünü intihar elədi. Ritorik yanaşmadı, razıyam, hər halda özünü Rəmişə oxşatmaq istəyən fanatik çətin tapılar indi”.

Bu sözlər 6 il qabaq yazdığımYarımçıqlıq mərəziyazısının Rəmişə aid yerindəndir.

 

***

 

1986-cı ilin iyun ayı idi. Əsgər gedirdim. Biləcəri komissarlığında dedilər ki, növbəti göndəriş bir həftədən sonra olacaq. O bir həftəni Bakıda qalmadım, Ağdama getdim.

Qonşumuz Vahid əminin yenə hardansa qonaqları gəlmişdi. Onun belə məclisləri həmişə səsli-küylü keçərdi. Vısotskinin maqnitafon mahnıları, Rəmişin gitara çalğısı məhləmizi başına götürərdi.

Qəlbi sevgiylə dolu əsgər gedən 18 yaşlı xəyalpərəst bir oğlan təsəvvür edin. Bir , o gecə sübhəcən açıq pəncərədən o oğlanın qulağına süzülən piano pıçıltılarını, gitara nalə-nərə-çığırtılarını dinləyin.

Pəncərənin ağzındakı divanımızda qollarımı başımın altında çarpazlayıb armud ağacının yarpaqları arasından boylanan Aya baxırdım. Xəyalən Ay işığını səmt alıb ona sarı, ondan da o yanaulduzlu göylərə uçurdum.

Nələr düşündüyümü indi xatırlamıram, bir onu xatırlayıram ki, mən ulduzlara doğru uçduqca gitara siminin dartınıb uzanan dəmir səsi yanımca gəlirdi. Səsi ulduzlara Yer üzünün sevgi naməsiymiş kimi aparırdım.

Rəmiş idi, yenədəli kimi çalırdı”! Onun o gecədəki o dəli çalğısını dinləyən hər kəs mənim sevgi ritmində vuran ürək döyüntülərimi, bir ulduzların sükunət səsini eşidərdi.

Adaşım Rəmişin o gecəki piano ifalarını ayrıca yazmışdı kasetə, bir nüsxəsini mənə bağışlamışdı. Əsgər getməyimin şərəfinə. Evimizdə kirayə qalanmuzuçilişa”nın pianoçu tələbə qızları heyrətlə qulaq asırdılar ona. Qayıdanda o kaseti tapmadım, elə heyifsilənirəm ki.

Bu, Rəmişin Leninqrad sərgüzəştləri haqda şəhərdə yeni söhbətlərin dolaşdığı vaxtlar idi. Ermitajda royal görüb, nətər çalıbsa, xarici turistlər muzeyi unudub onun başına yığılıbmışlar”.

Leninqrad dedim, “Lenfilmyadıma düşdü. Bir onu danışırdılar ki, 1982-ci ildəLenfilm”in çəkdiyiNikkolo Paqaninifilminə baş rola Rəmiş çəkiləcəkmiş. Rejissora şəxsən Müslüm Maqomayev tövsiyyə edibmiş. Rəmiş getməyib, əvəzində erməni aktyor Msryanı çəkiblər.

Belə-belə söhbətlər vardı Ağdamda.

 

***

 

Ruhlar şəhəri” kitabının Ağdamın musiqi dünyasına həsr olunan bölümündən:

”Rəmiş 1960-70-ci, uzağı 80-ci illərdə tez-tez düşdüyü qəzaların birindən sağ çıxmasaydı, indi Azərbaycan mətbuatı ona “vaxtsız ölən virtuoz sənətkar”, “bəxtsiz maestrokimi epitetlərlə dolu yazılar həsr edərdi. Doğum günündə festivallar təşkil olunardı. El arasında əfsanələr artıb cild-cild olardı: “Yaşasaydı, Zeynəbin yox, Madonnanın ansamblında çalardı”, “Erik Klipton onun yanında əlinə gitara almayıb” kimi. Ya da o vaxt Ağdamda danışılanlar sayaq: “Barmaqlarından qan dama-dama nətəhər çalıbsa, xəbəri olmayıb”, “Moskvada yəhudi toyunda ona qulaq asmırlarmış, qəfildən İsrailin himninə keçib, hamını ayağa qaldırıb”.

Bunların heç biri olmadı, nə qəzetlər onu yazdı, nə də camaat bunu dedi, çünki Rəmiş ölmədi, sağdı”.

 

***

 

Kikabidzenin sözü olmasın, mən də bilmirəm, 1980-ci ildə ölməsəydi, bu günə sağ çıxsaydı, Vısotski Putinsevər olardı, ya yox. Amma dəqiq bilirəm ki, Rəmiş də SSRİ epoxasında qalsaydı, onunqalstuk taxmağı” bir yana, rəhbərin qəbrinə gül qoyması kiminsə ağlına gəlməzdi.

Sənətkar və zaman qəliz mövzudur. Sənətkarın zaman sınağından çıxması da həmçinin. Mən də girişmirəm bu söhbətə, eləcə deyirəm ki, Rəmiş Azərbaycan musiqi zirvəsinə adını yazmış sənətkardı. 1930-cu illər Amerikasının “biq-bənd” estrada ansambllarında həyat vəsiqəsi qazanmış Qərbin elektro-gitarasını milliləşdirən, şərqləşdirən sənətkar.

 

Vahid Qazi

May, 2021

 

Xalq Cəbhəsi.- 2021.- 6 may.- S.5.