Qaraqalpaq xalq ruhunun tərənnümçüsü  - Hacıniyaz Kosıbay oğlu

 

 3-cü yazı

 

Hacıniyazın yaradıcılığında yer almış şeirlər mövzu, məzmun, ideya etibari ilə tərif, didaktik (ağıl, öyud və nəsihət vermə), eşq-məhəbbət, satira-yumor xüsusiyyətləri ilə seçilən qoşmalar (kosıklar), deyişmələr (aytıslar) və şəcərədən ibarətdir. Şairin “Bənzər”, “Bibigül”, “Mədəyar”, “Qırmızı”, “Xivəli qız”, “Gözəllər”, “Bəri gəl”, “Könlüm mənim”, “Yox mənim”, “Olur”, “Qəm yemə”, “Gəldim”, “Hardasan”, “Gərəkdi”, “Nəsihət”, “Dildarın xəbərin kimdən soralım”, “Gülcan”, “Salam deyərsən” və s. kimi qoşmalarında biz VidadiVaqif lirikasının müxtəlif çalarlarını və rənglərini görməkdəyik.

Bir şeyivurğulamağa ehtiyac var ki, bu günə qədər XVIII və XIX əsrlər klassik türk poeziyasının, xüsusən onun dil-üslub xüsusiyyətlərinin əsaslı şəkildə üst-üstə düşən məqamları dərinləşdirilmiş şəkildə təh-lillərə cəlb edilməyib. Bu müstəvidə XVIII və XIX əsrlər Azərbaycan və qaraqalpaq poeziyasının dilüs-lub baxımından oxşar və fərqli cəhətlərinin öyrənilməsi də kifayət qədər maraqlı ola bilər. Məhz bu baxımdan Vaqif lirikası ilə Hacıniyaz lirikasının oxşar kontekstdə araşdırılması zəngin materiallar verir.

XVIII əsr Azərbaycan ədəbiyyatının inkişafında M.Şirvani, Şakir, Q.Təbrizi, Hamidi, M.V.VidadiM.P.Vaqif kimi sənətkarlar böyük ədəbi uğurlara imza atmışlar. Təxminən eyni dövrdə türkmən ədəbiyyatında M.Qaibi, Şeydai, A.Şabəndə, Q.Mağrubi, Məhdimqulu və digər şairlər yaşayıb yaratmışlar. Bundan bir qədər sonrakı dövrlərdə (XIX əsrdə) qaraqalpaq ədəbiyyatı nümayəndələri Günxoca, Hacıniyaz, Berdağ və Atəş şair kimi sənətkarlar doğma poeziyanın inkişafında əvəzsiz rol oynamışlar.

Məlum olduğu kimi, orta əsrlər dövründə türk xalqlarının dili leksik baxımdan bir-birinə yetərincə yaxın idi. Bu baxımdan Cənubi və Şimali Qafqaz, Volqaboyu, Orta AsiyaAnadolu regionlarında yaşayan türk xalqlarının dilinin leksik-semantik xüsusiyyətlərinin üst-üstə düşməsi də diqqəti cəlb edir ki, bu məsələylə bağlı da dilçi alimlərin nəzər nöqtələri ortaya qoyulmayıb, problemin nəzəri-praktik baxımdan təhlilləri aparılmayıb. Buna görə də məsələnin bu aspektinə toxunmadan diqqətimizi cəlb edən digər bir məqam da var ki, fikrimizi məhz onunla bağlı ortaya qoymağa çalışacağıq. Adətən Vaqif yaradıcılığı, ədibin yaradıcılığının müxtəlif tərəflərini təhlil edənlər onu türkmən klassiki Məhdimqulunun yaradıcılığı ilə müqayisə edirlər. Lakin burada başqa bir məsələ ondan ibarətdir ki, Vaqiflə Məhdimqulu yaradıcılığı müqayisəli-qarşılaşdırıcı aspektdə təhlil olunarkən adları çəkilən sənətkarların yaradıcılığı ilə eyni mövzu, motiv, obrazlar, lirik xüsusiyyətlər, istifadə edilən bədii ifadə vasitələrinin XIX əsr qaraqalpaq ədəbiyyatının klassiki Hacıniyazın yaradıcılıq arsenalında yer almış motiv, mövzu, obraz, bədii sistems. münasibət bir qayda olaraq tədqiqat və təh-lillərdən kənarda qalıb. Neçə onilliklərdir ki uni-versitetdə tədris zamanı yaradıcılığını təhlil etdiyimiz Hacıniyazın əsərlərinin dil-üslub xüsusiyyətlərini araşdırdıqda isə olduqca maraqlı mənzərənin şahidi oluruq.

Vaqiflə Məhdimqulu eyni tarixi dövrdə yaşadıqları məlumdur. M.P.Vaqif (1717- 1797), Məhdimqulu (1733-1791) XVIII əsrdə, Hacıniyaz (1824-1878) isə XIX əsrdə yaşayıb yaradıb.

Adlarını çəkdiyimiz hər üç sənətkarın yaradıcılı-ğında əsasən heca vəznində qələmə alınmış nümunələr aparıcı yer tutmaqdadır. Lakin bu heç də belə bir anla-ma gəlməməlidir ki, onlar digər vəznlərdən istifadə etməmişlər. Vaqifdə olduğu kimi Məhdimqulunun və Hacıniyazın lirik yaradıcılığında da əruz vəzninin bir sıra şeir formaları (qəzəl, müxəmməs və s. kimi klassik şeir şəkilləri) yer alıb. Hər üç sənətkar milli poeziya kəhkəşanında gözəlləri tərif edən qoşmalar, eşq-məhəbbət nümunələri, öyüd-nəsihət mövzulu qoşmalar, deyişmələr, bir sıra hallarda həcvedici şeirlər, adət-ənənələrin mənzərəsini yaradan nümunələri ilə ortadadırlar.

Nəinki Vaqif və Məhdimqulu, o cümlədən Hacıni-yaz poeziyasının əksər xətlərinin bir-birinə yaxınlığı, həm də Azərbaycan, türkmən və qaraqalpaq dillərinin leksik tərkibinin, bu dillərin poetik ifadə vasitələrinin və çalarlarının bir-biri ilə uyğunluğunu ortaya çıxarmaqla, gələcəkdə həmin fonetik, leksik, semantik, morfoloji, sintaktik, üslubi və bədii təsvir vasitələrinin bolluğu ba-xımından tədqiqatların aparılması da zəruridir.

Qeyd edək ki, Hacınıyazın əsərləri XIX əsərdən nəsr olunmağa başlayıb. Belə ki, 11 sentyabr 1878-ci ildə “Türküstan vilayətinin qəzeti”ndə Hacıniyazın “Qız Meneşlə aytısı” dərc olunub. Bundan sonra şairin əsərlərinin xalq içində olan nümünələri və onların nəşrə hazırlanması ilə bağlı XX əsrin 30-cu illərində N.Baskakov, A.Sokolov, S.Malov, Y.Polivanov, O.Kojurov, S.Maulenov, Ş.Xocaniyazov, K.Yermakov və digərlərinin səyi nəticəsində daha intensiv aparılıb. Qaraqalpaq ədəbiyyatşünaslığında Hacıniyazın yaradıcılığının bir sıra məsələlərini K.Ayımbetov, A.Murtuzayev, K.Mambetov, A.Pirnəzərov, K.Sultanov, K.Bəyniyazov, B.Kalimbetov, K.Allamberqenov, K.Jərimbətov, B.Gəncəmuradov kimi alimlər nəzərdən keçirmişlər. Bundan başqa Hacıniyazın pedaqoji dünyagörüşü O.Aleuov, əsərlərinin tarixi baxımdan təhlili S.KamalovM.Tileymuradov tərəfindən öyrənilib.

Yeri gəlmişkən onu da qeyd etməyə etiyac vardır ki, Hacıniyazın əsərlərinin dil məsələləri ilə bağlı dilçi-alimlər D.Nəsirov, H.Həmidov, D.Saytov, O.Dospanov, A.Bekbergenov, Ş.Abdinazimovun apardığı tədqiqat işləri də maraqlıdır. Nəzərə çatdırdıqlarımızdan yaxşı görünür ki, Hacıniyazın ədəbi irsi qaraqalpaq ədəbiyyatşünaslığında təhlil edilməsindən savayı, tarixi, pedaqoji və fəlsəfi istiqamətlərdə də yetərincə öyrənilib. Dilşünaslıq aspektində isə Hacıniyaz yaradıcılığı monoqrafik tədqiqat obyekti kimi Gülmirə Karlıbaye-vanın doktorluq dissertasiyasında təhlil predmeti kimi çıxış edib.

Hacıniyazın qaraqalpaq ədəbiyyatının, geniş mə-nada mədəniyyətinin inkişafında rolundan danışarkən biz böyük klassikin qaraqalpaqların ədəbi dilinin formalaşmasında yerini qeyd etməliyik. Qaraqalpaq tədqiqatçılarının axtarışları nəticəsində məlum olmuşdur ki, şairin yaşadığı dövrdə qaraqalpaq ədəbi dilinin formalaşması iki yolla gedib. Bu yollardan birincisi onun əsərlərinin ümumxalq qaraqalpaq dilində yaradılması ilə bağlı idisə (çünki bu dildən xalqın gündəlik həyatında daha geniş istifadə olunurdu), ikinci yol yaradıcılıq nümunələrinin uzun əsirlər ərzində Orta Asiya, Türküstan və Cənubi Qafqazda hakim olan türk ədəbi dil ənənələri əsasında inkişafı istiqamətində əzəməti ilə bağlıdır. Eyni zamanda qaraqalpaq yazılı ədəbiyyatı və ədəbi dilinin inkişafı ümümtürk ədəbi dilinin ənənələri ilə bağlı olub, Orta Asiya, Türküstan, Volqaboyu, Cənubi və Şimali QafqazAnadolu yaylasında məskunlaşmış xalqların vahid dil funksiyasını yerinə yetirməklə bağlı idi. Bax, məhz bu cəhətlərinə görə də biz türkmən Məhdimqulu, Əndəlib, Dövlətməmməd Azadi, Zəlili, Seyidi, Kəminə, azərbaycanlı Molla Pənah Vaqif, Molla Vəli Vidadi, M.Şirvani, Şakir, Q.Təbrizi, Hamidi, qaraqaplaq Jiyen Jırau, Günxoca, Atəş şair, Ömər şair, Berdağ, Hacıniyaz və digər sənətkarların əsərlərinin dilində xeyli yaxın oxşar ifadələrlə rastlaşırıq. Eyni zamanda adlarını çəkdiyimiz şairlərin əsərlərində həm də onların mənsub olduqları xalqların ümumxalq danışıq dil elementlərindən bol-bol istifadənin şahidi oluruq. Hacıniyazın əsərlərinin dili ilə tanış olduqda onun yaradıcılığına, yuxarıda bildirdiyimiz kimi, Şərq xalqlarının virtuoz sənətkarlarının da yaradıcılığının təsir etdiyini görmək nümkündür. Bu baxımdan Hacıniyazın qaraqalpaq ədəbi dilinə etdiyi təsiri azərbaycanlı Vaqifin, türkmən Məhdimqulunun doğma ədəbi dilə etdiyi təsirlə müqayisə etmək mümkündür. Şərq və türk qa-baqcıl ənənə və təcrübəsini dərindən mənimsəyən adlarını çəkdiyimiz şairlər milli ədəbiyyatları yeni janrformalarla, bədii vasitə və üslub təsvirləri ilə zənginləşdirmiş əvəzsiz şəxsiyyətlərdir. Onların milli poeziyada və ədəbiyyatda mənəvi-estetik prinsiplərin görümlü şə-kildə istifadəsi üçün, insanın daxili aləminin açılmasını, milli söz sənətini əsil mövcud istiqamətə yönəltməyə müvəffəq oldular. Bu baxımdan Hacıniyazın dil palitra-sı yetərincə rəngarəngdir. Onun dil stixiyası o qədər özəldir və gözəldir ki, o, sadə xalq dilini yetərincə kamil olan ədəbi dil qaydaları həddinə çatdırmaqda böyük iş-lər görmüşdür. Hacıniyaz dilinin leksik-semantik layı və üslubi planda əzəmətliliyi ilə bağlı akademik H.Həmidov yazır: “XVIII- XIX əsrlər qara-qalpaq şairləri arasında Hacıniyaz Kosıbay oğlu öz əsərləri və dil xüsusiyyətləri ilə fərqlənir. Onun yaradıcılığında, onun dilində Şərqin təsiri daha çox hiss olunur... O, yerli dili bilməsi ilə yanaşı, həm də böyük nüfuzsevgi qazanmış şərq mədəniyyətini və həmin dövrün dilini, qədim yazılı özbək dilini yaxşı bilməklə, onları doğma dili ilə uğurlu şəkildə uzlaşdırıb”.

Hacıniyazın əsərlərinin dilində özbək, qazax və türkmən dillərindən alınmış sözlər də kifayət qədər çoxdur. Məlum olduğu kimi, XIX əsrin əvvəllərində qara-qalpaqlar Xarəzm ərazisində məskunlaşmışdılar. Yaxın qonşuluq, dostluq əlaqələri, sıx mədəni ünsiyyət həmin regionda yaşayan xalqların dilinin bir-birinə təsiri, həm də onların bir-birini zənginləşdirməsinə gətirib çıxarıb. Qazaxlarqaraqalpaqlar dil baxımından bir-birinə olduqca yaxındırlar. Buna görə də onların dilində qazax dilinin elementlərinin özünü biruzə verməsi də təəccüblü deyil. Bu elementlər Hacıniyazın “Ellərim vardı”, “Çıxdı can”, “Ayrılsa”, “Salam deyərsən”, “Qız Meneşlə aytıs” və s. kimi nümunələrdə daha qabarıqdır. Bu, həm də Hacıniyazın qazax xalqının dilini və etnoqrafiyasını yaxşı bilməsi ilə bağlıdır.

Bir məqamı da göstərməyi zəruri hesab edirik. Ha-cıniyaz Xivə mədrəsəsində təhsil aldığı dövrlərdə türkmən ədəbi mühiti ilə yaxın münasibətlərdə olub. O, Məhdimqulu, Seyildnəzər Səidi, Kəminə, Mollanəfəs, Şeydai, Qəribniyaz və digər türkmən şairlərinin şeirlərini və dastanlarını da oxumuşdu. Buna görə də şeirləri-nin dilində türkmən dilinin aşağıdakı tipli elementlərinə – “dodaq”, “qardaş”, “əl”, “keçdi”, “nahar”, “daş”, “şah” və s. kimi ifadələrə tez-tez rast gəlinir. Türkmən, xüsusilə Məhdimqulunun dilinin isə Vaqifin, yaxud müasir Azərbaycan dilinin elementləri ilə az qala yüzə-yüz üst-üstə düşdüyünü söyləmək mümkündür. Mə-sələn, “Allah saldı belə yola”, “Cana can qardaşı gərək”, “Arada daş olsa da, mən dönməm səndən”, yaxudQohum-qardaş, türkmən sirdaş demişlər” və s. kimi ifadə və frazalar göstərir ki, bu xalqların XVIII-XIX əsrlər dövründəki dilləri bir-birinə olduqca yaxınlığı ilə nəzərləri cəlb edir.

 

Nizami Məmmədov Tağısoy, filologiya elmləri doktoru, professor

Şəbnəm Məmmədli, filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 8 may.- S.14.