Qaraqalpaq xalq ruhunun tərənnümçüsü - Hacıniyaz Kosıbay oğlu

 

4-cü yazı

 

Hacıniyazın poetik nitqi olduqca oynaqdır. Şair təbiət, peyzaj, gözəllərin vəsfini, insanların tərifini, Vaqifsayağı portret xarakteristikasını yetərincə relyefli yarada bilir. Məsələn, Ay üzlü aytək münəvvyər, Ay üzlüm, bal sözlüm, ağıllı, əsli İnkarım, dillərim niyə gəl-mədi və s. kimi münumələr şairin bədii dilinin zənginliyindən xəbər verməkdədir.

Hacıniyazın əsərlərində xalq adət-ənənələrinə bağlı olan söz, anlayış və ifadələr ədibin yaradıcılığının bədii dəyərini yetərincə qabartmağa xidmət etməkdədir. Şeirlərində milli geyim, bərbəzək əşyaları, qida məhsul-larının adları daha tez-tez çəkilməkdədir. Onlara geyim əşyaları kimi giyməşək, tirmə, bəşbənd, paşşayı, saukele (qaraqalpaq qadınlarının baş qeyimi), atlas, yaylıq, darayı, rumal; bərbəzək əşqaları-ərəbək, heykəl, düymə, sırğa, bilərzik, üzük, mərcan, yaşmaq; qida mənsulları adları , aşqatıq, nabat, süd, ayran, nan, çörək, fətir və s. etnik-milli realiyalar kimi çıxış etməklə, qaraqalpaq xalq mədəniyyətinin özünəməxsusluğu haqqında ətraflı təsəvvürlər yaradır.

Oxucular Hacıniyaz şeirləri ilə tanışlıq zamanı həm də onu görəcəklər ki, şairin yaradıcılığında müxtəlif sosial problemlərə özünəməxsus münasibət sərgilənir. Burada qaraqalpaq insanın sosial mühit, ətraf aləm və təbiətlə harmoniyası, toponimlərin, etnonimlərin və antroponimlərin tətbiqi ilə bağlı şair hər bir əsərinin süjetinin hərəkətinin əks olunmasında konkret situasiyalara yer verir, hadisələrin getdiyi yerzaman haqqında təsəvvürlər ortaya qoyur, zəruri fon yaratmağı gərəkli hesab edir. Odur ki, onu şeirlərində yer alan ölkə adları Türküstan, Hindistan, Rusiya, Gürcüstan, İraq; müəyyən lokal yer adları Bozatau, Abbas qorxan, Kiysık Por-xan atay; hidronimlər Seyhun, Ceyhun, Kayan, Aral, Şorköl, göl; makrotoponimlər vilayət, ölkə, diyar; şəhər adları Xivə, Urgənc, Qazan, Buxara, Xocənd, Sə-mərqənd, Daşkənd, Həştərxan, Tehran, Kokand, Marı, Nurata; mikrotopoimlər Konrat, Bozatau, Maypoz, Kulki xocaq, Qarabaylı, Öriz (oğul adı), etnonimlər özbək, qazax, qalpaq, rus, noğay, qırğız, tacik, alaş, estek (başqurd), konirat, balğalı, manqıt, qıpçaq, qanlı, tiyəkli, irqaklı, bakanlı, aralbay, beşsarı, qazayaqlı, kiyat, uyğur, qoşdamğalı, koldaulı, aşamaylı, müyten, sandaqlı, xəndəkli, səycəli bakanlı, keneges, xocas. kimi ad-larla tez-tez rastlaşırıq.

Hacıniyazın əsərləri antropoimlərlə də olduqca zəngindir. Bu nümunələrdə biz peyğəmlərlər və onların varisləri İsmayıl, Abdulla, Qabil, Nuh, Osman, Ömər, Həzrət Əli, Rəsul və digərlərini; xalq dastanlarının qəhrəmanları Rüstəm, Yusif, Məleykə, Həmra, Leyli, Zöhrə, Sənəm, Şahsənəm, Hürliqa; tarixi şəxsiyyətlərin, mütə-fəkkirlərin və şairlərin adları Firdovsi, Füzuli, Nəvai, Loğman həkim, İslam şah, Sultan şah, Nadir şah, Kabil bəylərbəyi, Arzu atalıq və başqa adlara rast gəlirik. Hacıniyazın yüksək dünyəvi təhsilə və erudisiyaya sahib olduğunu həm də ondan görürük ki, o, qədim yunan filosofları PlatonunAristotelin adlarını əsərlərində dəfələrlə çəkir. Bundan başqa Hacıniyaz nəinki müsəlman dini, Qurani-Kərimlə, həm də digər dinlər və kitablar Tövrat, Zəbur, İncildən yaxşı xəbərdar idionlara da şeirlərində dəfələrlə müraciət edib.

Qeyd etdiklərimiz bir daha sübut edir ki, Hacıniyazın yaradıcılığı qaraqalpaq ədəbi-mədəni dövriyyəsində və təfəkküründə tamamilə fərqli bir mövqe qazanıb. Onun poetik irsi ilə Azərbaycan oxucularının görüşü, ümid edirik ki, yetərincə uğurluyadda-qalan olacaq.

Məlum olduğu kimi, poetik tərcümə bədii tərcümənin xüsusi növü kimi son dərəcə böyük məsuliyyət tələb edir. Burada ən başlıca çətinlik poetik mətnin xüsusiyyətləri ilə bağlıdır. Tərcümənin adekvatlığına nail olmaq üçün mütərcimin həm tərcümə etdiyi dili, həm də öz ana dilini mükənməl bilməsi zəruridir. Lakin burada mütərcimlikdən savayı, həm də interpretatorun tarixçi, coğrafiyaçı, ölkəşünas, dilşünas, poeziyanın mahiyyətini, xüsusiyyətlərini bilən mütəxəssis olması son dərəcə zəruridir.

XX əsrin 80-ci illərindən biz tərcümə, tərcümə nəzəriyyəsi, tarixi, praktikası ilə ardıcıl məşğul olmuş, namizədlik və doktorluq dissertasiyalarımızı da məhz bu problemə həsr etmişik. 90-cı illərdən qaraqalpaq ədəbiyyatı, folklorueposu üzərində işlərimizi davam etdirib, ali məktəb tələbələri üçün rus və Azərbaycan dillərində Qaraqalpaq ədəbiyyatı (2007, 2015) dərsliyini çap etdirib, Qaraqalpaq xalq nağıllarını dilimizə çevirib Azərbaycan oxucularının ixtiyarına vermişik, qaraqalpaq folkloru, eposu, klassikmüasir ədəbiyyatıyla bağlı 10-dan artıq Beynəlxalq konfranslarda məruzələr etmiş, 50-dən çox məqalələr nəşr etdirmişik.

2015-ci ildə Özbəkistan Elmlər Akademiyası Qara-qaplaq bölümü Qaraqalpaq Humanitar Elmlər Elmi-Tədqiqat İnstitutunun dəvətiylə biz Nökisə Qaraqalpaq Folklorunun 100 cildliyinin nəşri ilə bağlı Beynəlxalq konfransda iştirak etdiyimiz zaman bizə Hacıniyazın iki əsəri Ə . T 190 və Ə. Məu kitabları hədiyyə olunmuşdu. Hacıniyaz poeziyası ilə əvvəlcədən tanış olub, onunla bağlı oçerklər və məqalələr yazsaq da, bu kitablar bizə Hacıniyazı daha yaxından tanıtdırdı. Bundan başqa, Hacıniyazla bağlı ortaya çıxmış yeni araşdırmalar da ədibin yaradıcılığını daha çox diqqət mərkəzinə çəkməyə sövq etdi. Və beləcə tərcümə işinə başladıq. Burada köməyimiə çatan da ilk növbədə qızım Şəbnəm Məmmədli oldu. Yeri gəlmişkən qeyd edək ki, onun da tədqiqat işi qaraqalpaq ədəbiyyatı, daha doğrusu, Azərbaycan-qaraqalpaq folklor əlaqələrinə həsr olunub. O da məhz bu sahədə çalışmaqdadır. 2015-ci ildən başlayaraq, ikimiz də Hacıniyaz yaradıcılığının dilimizə tərcüməsi üzərində işləyirik. Qaraqalpaqlar türk xalqları və dili ailəsinə mənsub olduğundan dillərinin xeyli örnəkləri bizim türkcəmizlə oxşarlıqlara malikdir. Bununla belə, həm də qaraqalpaqların dilində elə çoxsaylı sözlər və ifadələr də vardır ki, onların Azərbaycan türk-cəsində paralellərini tapmaq da olduqca çətindir. Eyni zamanda onu da bildirək ki, XVIII-XIX əsrlər qaraqalpaq türkcəsi müasir qaraqalpaqcadan Azərbaycan dilinə daha yaxındır.

Tərcümənin həm adekvatlığını, həm üslubunu, həm estetikasını hifz edib saxlamaq üçün biz qaraqalpaq alimləri, tədqiqatçıları, şair və mütərcimləri Polad Ataniyazov, Təzəgül BayniyazovaSeydin Əmirlanla dəfələrlə məsləhətləşmiş, xeyli söz, anlayış və ifadələrin daha düzgün, orijinalın ruhunu zədələməməklə ortaya qoymağa səy göstərmişik. İş prosesində məlum oldu ki, klassikanın tərcüməsi olduqca böyük məsuliyyət tələb edir. Və biz bu məsuliyyəti kifayət qədər dərindən dərk edib, adekvat tərcümə mətni ortaya çıxarmağı özümüz üçün qəti şəkildə müəyyənləşdirdik.

Hacıniyaz poeziyası, heç şübhəsiz ki, digər nəzm nümunələri kimi şeirşünaslıq qanunlarına söykənən ciddi ritmlə bağlı olub, onların ölçü vahidləri və rəngarəng birləşmələri ilə uyğunluq təşkil etməkdədir. Hacıniyazın şeirlərinin intonasiyasında sanki bir musiqi rəngi də iştirak edir. Hacıniyaz nitqinin musuqi elementi olan alliterasiyayla zənginləşməsi o zaman müəyyən məna kəsb edir ki, nə zaman o bədii təəssüratın və fikrin gücləndirilməsinə xidmət edir. Müasir şeirdə aydın qaydalar o qədər nəzərəçarpacaq dərəcədə iştirak etməsə də, klassik poeziyada (Hacıniyazda bu, daha görümlüdür) həmin ünsürlərin qorunmaması tərcümə olunan şairionun yaradıcılığını tanınmaz hala sala bilər. Ha-cıniyazın əsərlərinin tərcüməsi prosesində biz bu tipli bir sıra çətinliklərlə üzləşdik. Onlar aşağıdakılardır:

1) milli özünəməxsusluğın qorunub saxlanılması;

2) əsərlərin ruhununonlarda təsvir olunan zamanın qorunması;

3) tərcümədə dəqiqliyin və gözəlliyin sax-lanılması.

Birinci problem onunla izah olunur ki, şeir müəyyən gerçəkliyi əks etdirdikdə, həm də konkret xalqın həyatı ilə bağlı çerçəklik onda təsvir olunur. Və bu da obrazların təcəssümü üçün əsas verir. Bu problem isə yalnız forma və məzmun vahidliyinin qorunulması ilə həll oluna bilər ki, bu da ondakı milli şərtiliklə bağlıdır. Eyni zamanda burada əsərlərin yazıldığı dövrün ruhu da qorunub saxlanılmalıdır. Yəni mütərcim burada oxu-cu üçün keçmiş dövrün atmosferini doğru-dürüst yarat-mağa borcludur. Həmin dövrü biz tərcümə zamanı oxucuya daha çox yaxınlaşdırmağa çalışmışıq.

Tərcümə edilən dilorijinal hər biri türk dil qrupu ailəsinə aid olsa da, onlardan hər biri həm də öz milli spesifikasına və mahiyyətinə görə bir-birindən fərqlidir. Bəs belə olduqda tərcüməylə bağlı hansı yolu seçmək daha münasib ola bilərdi?! Xeyli ölçüb-biçdikdən sonra biz həm orijinaldan asılı, həm də ondan asılı olmayan tərcümə yolunu seçdik. Yəni burada forma və məzmun olduğu kimi saxlanılmaqla, şeirlərin ölçüsü, strofası, metrikası, qafıyələrin sırası və tipi, onların me-lodikası və səs təşkili maksimum dərəcədə qorunulub. Belə yanaşmaqla, fikrimizcə, biz Hacıniyazın fərdi üslubunu da qorumağa müvəffəq ola bilmişik.

Demək olar ki, hər bir tərcümədə itkilərsiz ötüşmək mümkünsüzdür. Lakin bizim təqdim etdiyimiz örnəkdə oxucu (həm də tədqiqatçı) itkilərlə rastlaşmayacaq. Çünki biz tərcümə zamanı orijinala sədaqəti qorumaqla, həm də Azərbaycan oxucusunun hissinə estetik təsir və zövgünə bir mülayimlik gətirməyə səy göstər-mişik. Burada biz böyük romantik-şair hind, yunanAvropa ədəbiyyatlarından uğurlu tərcümələr etmiş V.Jukovskinin fikirlərini əldə rəhbər tutmuşuq: Şeir tərcüməçisi müəllifin rəqibi, nəsr tərcüməçisi isə onun quludur. Biz Hacıniyaza rəqib münasibətini ortaya qoymuşuq. Başqa sözlə, V.Jukovskinin tezisi bizim tərcümə yaradıcılığımızın dominantası kimi ortada dayanıb. Odur ki, Hacıniyazdan etdiyimiz tərcümələrlə bağlı hər hansı pozitiv fikir söyləyəcək oxucuları və mütəxəssisləri minnətdarlıqla anacaq, işlərimizdə bağlı göstərəcək təklifləri gələcək tərcümələrdə nəzərə alacağıq.

 

Nizami Məmmədov Tağısoy, filologiya elmləri doktoru, professor

Şəbnəm Məmmədli, filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2021.- 18 may.- S.14.