Ermənilərin Şuşa və Xocalı rayonlarında tarix, mədəniyyət  abidələrinə vurduğu zərər

 

Bu yazımızda ermənilərin Şuşa, Xocalı rayonlarında tarix və mədəniyyət abidələrinə vurduğu zərər haqqında danışılacaq. Əslində erməni faşizminin onillər ərzində torpaqlarımızda törətdikləri sadəcə, “zərər” anlamına belə gəlmir. Bu, açıq-aşkar total soyğunçuluq, göz görəsi nə varsa, məhvetmə siyasətinin gerçəkləşməsidir. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun araşdırmasında bu məsələyə aydınlıq gətirilir.

Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublikadünya əhəmiyyətli abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdu. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir. Şuşada 17 məhəllə - Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı, Təzə məhəllə, hər məhəllədə hamam, məcid, bulaq vardı.

Buradaca zəruri xatırlatma: 2009-cu ildə Faiq İsmayılov erməni həyasızlığı haqqında deyirdi: "Ermənistanın "Qospirint" nəşriyyatında ingilis, rus və erməni dillərində buraxılan "Şuşa şəhərinin faciəli həyatı" kitabı (2009) ənənəvi erməni təbliğatını ortaya qoyub. Həmin kitabda "qədim" erməni millətinin Dağlıq Qarabağ ərazilərinin yerli sakinləri kimi, eləcə də Pənahəli xanın müəllifi olduğu Şuşa qalasının və digər tarixi yerlərimizin, o cümlədən bütövlükdə Şuşa şəhəri erməni millətinin ictimai-siyasi, elmi-mədəni mərkəzi kimi təqdim edir. Kitabın müəllifləri olan Şagen Mıkrtıçyan və Şors Davityan "Böyük Ermənistan" haqqında utopik xəyallardan vəcdə gələrək, Şuşa şəhərində 6 erməni kilsəsinin və ümumiyyətlə, Dağlıq Qarabağ ərazilərində 100 mindən çox "erməni memarlıq nümunələrinin olduğunu" iddia edirlər. Onlar bu hisslərin təsiri altında bir çox tarixi şəxsiyyətlərə belə şər atmaqdan, yalan danışmaqdan çəkinmirlər. Cızma-qara müəllifləri kitabın birinci fəslində utanmadan yazırlar: "Şuşa şəhərinin və eləcə də Dağlıq Qarabağın xəritəsi Lenin, ÇiçerinAtatürk tərəfindən çəkilərək təsdiq edilib".

Kitabın müəllifləri erməni millətçilərinin gələcəkdə də yeni işğalçılıq planlarının yenidən hansısa bir tarixi məqamda baş verəcəyinə inandıqlarını açıq-aydın büruzə verirlər. Müəlliflər ən yaxın tariximizi belə saxtalaşdırmaqdan çəkinmirlər. Onlar "Şuşa yolu və Laçın dəhlizi tapmacası" fəslində yazırlar: "1929-cu ildə Araz çayından Şəmşəddinə qədər ərazilər və eləcə də Qazax mahalı" Azərbaycan türkləri tərəfindən Ermənistan SSR-dən qoparılıb". Kitab heç bir elmi-tarixi faktlara əsaslanmadığından elmi-tarixi əhəmiyyət də daşımır. Bu kitab bir neçə nəfərin və ya hansısa bir qrupun fantastik xəyallarının məhsulu olsa da, separatizmə meyilli böyük bir qrup şovinist ermənilərin “strateji planlarına” xidmət edir. Kitabın yazılmasında məqsəd... ermənilərin terrorçu əməllərinə hüquqi don geyindirməkdən ibarətdir". Artıq gerçəkdir ki, bu murdar istəkləri onların gözlərində qaldı...

Şuşada Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixiŞuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalåråyası, 4 texnikum, 2 institut filialı, ortaorta ixtisas musiqi məktəbləri, êitabõanalar fəaliyyət göstərirdi. 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və s. var idi.

İndibaşqa tarixi abidələrin siyahısını nəzərdən keçirək: kurqan, daş qutu qəbirləri, mağara düşərgəsi, 2 nekropol, qala, 2 saray, bürclər, 3 türbə, malikanələr, tarixi şəxsiyyətlərin evləri (74), 12 məscid, məscid mədrəsə, mədrəsə, 2 məscid karvansaray, 4 karvansaray, 24 bulaq, Gəncə qapısı, 2 məbəd, 2 hamam, Realnı məktəbin binası, xəstəxana binası, Qız məktəbi, 67 yaşayış evi, su anbarı, qız monastrı, inzibati bina, dəyirman, 3 kilsə - cəmi 217.

Şuşanın yaranışı, inkişafı üç mərhələdə baş verib. Birinci, 1753-54-cü illərdə olub. Bu müddətdə əsasən qala divarları və qəsrlər tikilmişdi. İkinci, İbrahim xanın hakimiyyəti dövründə orada yeni məhəllələr salınmaqla yanaşı, Böyük Cümə məscidinin inşası başa çatdırılmışdı. Şəhərin daha sürətlə və milli arxitekturaya uyğun genişlənməsi 1805-ci ildən sonraya təsadüf edir. Bu diyar tarixi abidlərlə zəngin olduğu üçün 1977-ci ildə qoruq-şəhər statusu alıb. Şuşa dəniz səviyyəsindən təxminən 1800 metr hündürlükdə yerləşir. Şəhərin ərazisi təxminən 400 hektara yaxındır. Əhalinin suya olan ehtiyacının ödənilməsi üçün Xan qızı Natəvan 1873-cü ildə Şuşaya Sarıbaba dağından su kəməri çəkdirmişdi. Bütün Zaqafqaziyada yeraltı kanalizasiya sistemi ilk dəfə Şamaxıdan sonra Şuşada quraşdırılmışdı. Əhalisi təxminən 40 min nəfərə çatırdı.

Xocalı qədim yaşayış məskənidir. Yerlixarici alimlər, etnoqraflar tədqiqatlarında bildirmişlər ki, Azərbaycan tarixinin öyrənilməsində Xocalı mədəniyyətinin tədqiqi mühüm əhəmiyyətə malikdir. Xocalı başdan-başa tarixi-memarlıq abidələri diyarıdır. Buna misal olaraq miladdan əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tuncilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca başqalarını göstərmək olar.

Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi rayonlarında, Kür-Araz çayları arasında son Tuncilk Dəmir dövrlərinə aid arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır. Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mistunc məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilib. Buradan Neolit dövründə yaşayan insanlara aid əmək alətləri də tapılıb. Torpaq, daş qutu qəbirlər və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunub. Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc, təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov, bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif məmulatlar aşkar edilib.

Bu faktlar sübüt edir ki, Xocalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Keçmiş SSRİ-nin tanınmış etnoqraf alimləri və yerli etnoqraflar qədim dövrə aid abidələri daha çox Xocalı və Xankəndi yaxınlığında apardıqları tədqiqatlar zamanı tapmışlar. Onlar arxeoloji qazıntılar zamanı kurqanlara, qəbir daşlarına və müxtəlif yaşayış məskənlərinə rast gəliblər. Qədim Xocalı qəbiristanlığındakı 11 saylı kurqandan tapılan muncuqlar, üzərində eramızdan əvvəl 1307-1275-ci illərdə Assuriya çarı Adadnirariyə aid mixi yazılar, eləcə də müxtəlif çeşidli bəzək əşyaları, saxsı qablar, şüşə muncuqlar yerli sakinlərin Şərq ölkələri ilə geniş iqtisadi-mədəni əlaqələrindən xəbər verir. Azərbaycanın Kiçik Qafqaz dağ və dağətəyi ərazilərində eramızdan əvvəl XIII-VII əsrlərdə yayılmış arxeoloji mədəniyyət ilk dəfə Xocalı yaşayış məskənində və Gədəbəy rayonunda tətbiq olunduğundan bu abidələr Xocalı-Gədəbəy mədəniyyəti nümunələri adlandırılır. Alimlər sübut ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti son Tunc və erkən Dəmir dövrlərinin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirir. Qəbirlərdən tunc, qılınc, nizə ucluğu, silahlar, ox, yaba, təbərzin, toppuz, bilərzik, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış müxtəlif əşyalar aşkar edilib. Aparılan toponimik araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti Xocalı toponimiyasında da əksini tapıb.

İ.Dyakonov, M.Kalankatlı və M.Xorenli əsərlərində Qafqaz Albaniyasının Xocalı rayonu ərazisinə aid Qarqar düzünü Qafqaz tayfalarından olan Qarqarların adı ilə bağlayırlar. Qarqarlar, utilər, albanlar və digər türkdilli xalqlarla birgə Qarabağın qədim sakinləri hesab olunurlar. Yunan coğrafiyaşünas alimi Strabon qarqarların Şimali Qafqazda yaşadıqlarını göstərib. Heç bir alim və tədqiqatçı, hətta tarixin atası hesab olunan Heredot, coğrafiyaşünas Strabon, M.Kalankatlı belə Qarabağ ərazisində erməni toponimini, mədəniyyətini, yaşayış tərzini xatırladan mənbə göstərməyiblər.

M.Xorenli və M.Kalankatlı alban əlifbasının qarqarların dili əsasında tərtib olunduğunu etiraf etmişlər. Hətta şərqşünas V.Bartold XVIII-XIX əsrə aid mənbələrdə Orta Qazaxıstanda və Tyan-Şanda Qarqar adlı toponimlərin olduğunu deyib. Tarix boyu Azərbaycan xalqının yaratdığı Manna, Midiya, AlbaniyaAtropatena dövlətlərinin formalaşmasında və inkişafında Qarqar boylarının böyük rolu olub.

Xocalı rayonu ərazisindəki Əsgəran qalası XVIII əsrdə Qarqar çayının sağsol sahillərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikilib. İki istehkamdan ibarət qala çay daşından inşa olunub. Yeri gəlmişkən, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılıb. Əsgəran sözünün mənası "Qədim Aran" deməkdir. Tarixi faktlar sübut edir ki, Xocalı rayonu ərazisi Azərbaycanın ən qədim, qocaman diyarlarından biridir. Aparılan araşdırmalar göstərir ki, xalqımızın uzaq keçmişindən tutmuş bu gününədək olan məşğuliyyəti, sənətkarlığı, dini baxışları, mədəniyyəti Xocalı toponimiyasında öz əksini tapıb. İndi də abidələrin siyahısını nəzərdən keçirək: 8 nekropol, 4 kurqan, köhnə qəbiristanlıq, 3 məbəd, türbə, 6 Alban məbədi, 5 qala - cəmi 28.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2021.- 20 may.- S.13.