Zəfər sənə yaraşır!

 

Zəfər günün mübarək Azərbaycan xalqı! Sən ən böyükdən də böyüksən! Sən ucadan ucasan! Zəfər sənə yaraşır!

Zəfər bayramın qutlu olsun Bütöv Azərbaycan!

Ən yaxın tarix II Qarabağ müharibəsində biz nələri gördük?

1. Öz oğlunun tabutu qabağında oynayan ana.

2. Öz nişanlısının ölümündən sonra intiar edən qız.

3. Öz ərinin cənazəsini çiynində daşıyan qadın.

4. Öz qızının bağırsaqlarını yerdən yığan ata.

5. Öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana.

6. Əli, qolu olmaya- olmaya mən vətən üçün heç edə bilmədim deyən qəhrəman.

7. Ürəyində qəlpə ola-ola ürəyim qurban bu vətənə deyən Əsgər.

8. Əsgərinə bu mənim qardaşımdır deyən General.

9. Öz oğlunun məzarında "Xocalı qisası almısan buna görə ağlamıram" deyən ana.

10. Can verəndə qızım üçün darıxıram deyən əsgər.

11. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.

12. Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.

13. Hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər.

14. Özü can versə Şuşada öz döyüş yoldaşını ölümdən quRtaran əsgər.

15. Siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb "Polad Həşimovun" qisasın

alan Əsgər.

16. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən Hikmət baba.

17. Oğlunun cənazəsi gələn yolu əyilib öpən "südüm sənə halal olsun oğul" deyən ana.

18. Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.

19. Döyüşə getmək üçün hərbi komissarlığın əməkdaşları ilə dalaşan oğullar.

20. Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.

21. Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.

22. Bütün xarici təzyiqləri dəf edərək, siyasi gücləri susdurmağı bacaran ölkə başçısı.

23. Eyni səngərdə döyüşən ata-oğullar.

24. Yatağında qanına qərq olan günahsız insanlar.

25. Üzü-gözü qan içində kameraya gülümsəyən yaşı kiçik, ürəyi böyük qəhrəmanlar.

26. Öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızlar.

27. Günlərlə yuxusuz qalıb, əsgər övladları üçün yeməklər hazırlayan analar.

28. Cibinin bəlkə son manatı ilə əsgər qardaşlarına corab, əlcək, siqaret alıb yollayan, aparan oğullar.

29. nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək, qardaş olan ölkələr

 

Malik Balaşov, tarixçi-publisist

 

Xalq Cəbhəsi.- 2021.- 11 noyabr.- S.14.