“10 noyabr bəyanatı
Ermənistanın belini birdəfəlik
qırdı”
Tural İsmayılov: “İkinci Dünya
Müharibəsindən sonra belə bir hal müşahidə
edilməyib”
Azərbaycan birinci Zəfər ilini qeyd edir. Ermənistan Şuşanın
işğaldan azad edilməsindən sonra 10 noyabr bəyanatına imza atmağa məcbur oldu.
Sosial Tədqiqatlar Mərkəzinin
(STM) baş məsləhətçisi,
politoloq Tural İsmayılov “Xalq Cəbhəsi”nə açıqlamasında
bildirib ki, 10 noyabr bəyanatı ilə Ermənistan bir də başını
qaldıra bilməyəcək
biabırçı məğlubiyyətə
imza atdı: “10 noyabr bəyanatının
imzalanmağına səbəb
olan bir çox nünaslar var. Nəzərə almaq lazımdır ki, Ermənistanın Azərbaycan
torpaqlarını 30 il
işğalda saxlamağı
bütövlükdə Cənubi
Qafqaz regionuna mənfi təsir göstərirdi.
Daim aktiv fazada olan qarşıdurma
halı, regional aqressiya
və qonşu ölkələrin ərazilərinə
iddiaları Ermənistanın
bütövlükdə Avrasiya
məkanına zərbə
vurmağı demək
idi. Bəyanat imzalanana qədər
dəfələrlə Azərbaycan
beynəlxalq hüququn
şərtlərinin yerinə
yetirilməsinə çalışsa
da, qlobal güclər və regionun aparıcı ölkələri Türkiyə
istisna olmaqla Ermənistana real təzyiq
göstərmirdi. Bəyanat qalib
ölkə olaraq Azərbaycanın da tərəf olduğu 3 imzadan ibarətdir.
Amma düşünürəm ki,
10 noyabr bəyanatının
müddəalarının yerinə
yetirilməyində biabırçı
məğlubiyyət kapitulyasiyasına
imza atan məğlub ölkə Ermənistan, eyni zamanda Qarabağın bəzi bölgələrində
müvəqqəti mövcud
olan rus sülhməramlılarını nəzərə aldıqda
Rusiya daha çox məsuliyyət daşıyır. Bəyanat bütövlükdə
sabitliyi şərtləndirir,
bölgənin dayanıqlığına
xidmət edir, postpandemiya dövrünün
mühiti üçün
mükəmməl şərtlərin
fomalaşmağına səbəb
olur”.
Ekspert bildirib ki, məhz
10 noyabr bəyanatı
nəticəsində daha
çox itkimiz olmadı: “Azərbaycan 3 rayonu qansız və qadasız geri qaytardı. 10 noyabr bəyanatı
bu baxımdan da müstəsna əhəmiyyətə malikdir.
Ağdam, Kəlbəcər
və Laçın uğrunda döyüşlər
davam etsəydi itkilərimizin sayı daha çox ola bilərdi.
Bəyanat bu baxımdan
xüsusi dəyərə
malikdir ki, torpaqlarımızın bir
qismini şəhid vermədən azad etdik.
Həmçinin, 10 noyabr bəyanatı Zəngəzur dəhlizinin
mühümlüyünü bir daha nümayiş
etdirdi. Cənubi Qafqazın yeni
nəqliyyat habına çevrilməsi Zəngəzur
dəhlizinin açılmağı
ilə mümkün olacaq. Nəticədə, Azərbaycanla yanaşı
digər ölkələr
də dəhlizin iqtisadi dividentlərini hiss
edəcəklər. 26 iyun 1945 ildə antiyapon koalisiyasının
müttəfiqləri: Çin,
ABŞ və İngiltərə
Yaponiyaya danışıqsız
təslim olmaq şərtlərini özündə
birləşdirən "Potsdam Deklarasiyası" adlı
sənədi qəbul
edirlər. Yaponiya dövlətin tamamilə
dağılacağını görərək kapitulyasiyaya
imza atmışdı.
Ermənistan isə Yaponiya belə deyil. Azərbaycan təkbaşına
Ermənistanı kapitulyasiyaya
məcbur etdi ki, son 1 əsrdə İkinci Dünya Müharibəsindən bu yana belə bir hal müşahidə
edilməyib”.
Deputatı Sevinc Hüseynova
isə deyib ki, bu gün
Azərbaycan xalqı şanlı Zəfər Gününü böyük
qürur hissi ilə qeyd edir:
“Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq
qələbə qazandı.
44 günün hər bir günü
şanlı tariximizdir.
Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər,
kəndlər, qəsəbələr,
yüksəkliklər azad
edilirdi. Azərbaycan əsgəri,
Azərbaycan zabiti bir amalla vuruşurdu
ki, bu işğala
son qoyulsun, bu haqsızlığa son qoyulsun,
ədalət zəfər
çalsın, tarixi ədalət zəfər çalsın. Ötən il
noyabrın 8-də tarixi
şəhərimiz, mədəniyyətimizin
beşiyi olan Şuşa şəhərinin
işğaldan azad olunması düşməni
diz çökdürdü
və noyabrın 9-dan
10-a keçən gecə
Ermənistan kapitulyasiya
aktını imzaladı”.
Deputat bildirib ki, qazanılan böyük Qələbə
ilə Ermənistanın
işğalçılıq siyasətinə son qoyuldu:
“Qəhrəman hərbçilərimizin
şücaəti, rəşadəti
hesabına, şəhidlərimizin
qanı-canı, qazilərimizin
sağlamlığı bahasına
bütün dünya Azərbaycanın şanlı
Qələbəsinin şahidi
oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən
Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Bu Zəfər sayəsində “Ermənistanın
güclü ordusu var” və “erməni
xalqı döyüşkən
xalqdır” kimi miflərə birdəfəlik
son qoyuldu. Azərbaycanın Vətən müharibəsində
nümayiş etdirdiyi
yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurdu. İkinci Qarabağ müharibəsi
birmənalı şəkildə
Azərbaycanın gücünü
göstərdi. Azərbaycan XXI əsrin müharibəsini
apardı. ABŞ, Almaniya,
Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də İkinci Qarabağ müharibəsinin bütün
aspektlərini öyrənirlər,
öz ordularını
müasir standartlara və tələblərə
uyğunlaşdırmağa çalışırlar”.
Millət
vəkilinin sözlərinə
görə, İkinci
Qarabağ müharibəsində
Azərbaycanın qələbəsini
zəruri edən bir sıra amillər
var idi: “Belə ki, ölkəmizin
dinamik inkişafı,
iqtisadi müstəqilliyimizin
təmin olunması, güclü ordu quruculuğu, beynəlxalq münasibətlərdə Azərbaycanın
milli maraqlarının
müdafiəsi və
təmin edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Həmçinin, Dağlıq Qarabağ
münaqişəsinin həlli
ilə bağlı beynəlxalq təşkilatların
qəbul etdiyi sənədlər Azərbaycanın
öz torpaqlarını
işğaldan azad etməsində hüquqi baza rolunu oynadı.
Xüsusilə, qələbənin əldə olunmasında xalqımızın cənab
Prezidentin siyasətini
birmənalı olaraq dəstəkləməsi, ölkəmizdə
milli birliyin mövcudluğu qələbəmizi
şərtləndirən amillər
sırasındadır.
Həmçinin, ötən dövr ərzində işğalçı
Ermənistan bütün
regional layihələrdən kənarda saxlanıldı. Bu, Azərbaycan dövlətinin
və Prezidentinin prinsipial mövqeyinin nəticəsidir. Bununla
da iqtisadi cəhətdən çökən,
dalana dirənən Ermənistan sosial-iqtisadi böhranın məngənəsindən
xilas ola
bilmədi. Bu da 44 günlük müharibədə Azərbaycan
Ordusu tərəfindən
Ermənistan ordusunu darmadağın edilməsi
ilə nəticələndi.
Öz havadarlarından pulsuz aldığı silahlar da Ermənistana kömək edə bilmədi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından
etibarən Azərbaycan
xalqı Türkiyənin
dəstəyini hiss etdi.
Türkiyə Prezidentinin ilk saatlardan
Azərbaycanın haqq
işinə öz dəstəyini verməsi,
onun açıq, birmənalı və sərt açıqlamaları
Azərbaycan xalqını
çox sevindirdi.
Türkiyənin Azərbaycana verdiyi
siyasi və mənəvi dəstək
hər bir Azərbaycan vətəndaşını
qürurlandırır, sevindirir”.
S.Hüseynova diqqətə çatdırıb
ki, 44 günlük Vətən müharubəsi
Azərbaycan xalqının
iradəsini, gücünü,
birliyini nümayiş
etdirdi: “Bu həmrəylikdə
ölkəmizdə fəaliyyət
göstərən siyasi
partiyalar, vətəndaş
cəmiyyəti təsisatları
da mühüm rol oynadılar. 44 gün ərzində
Azərbaycan bir addım da geri
atmadı, Ermənistan
bir dəfə də olsun uğurlu
əməliyyat keçirə
bilmədi. Azərbaycan hərbçiləri
mənəvi ruh, qəhrəmanlıq, şücaət
nümayiş etdirdilər.
Bütövlükdə isə, Qarabağ
müharibəsi Azərbaycan
xalqının şanlı
tarixidir. Azərbaycan dünyada
özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş,
məğlub ölkə
kimi dünyada tanındı. İşğal altında olmuş ərazilərdə hazırkı
vəziyyət isə
erməni vəhşiliyinin
əyani təzahürüdür.
Bütün dünya bundan
sonra da Ermənistanın hərbi
cinayətləri ilə
bağlı məlumatlandırılacaq.
Eyni zamanda, Bakıdakı Hərbi Qənimətlər
Parkı özündə
işğalçı Ermənistan
ordusunun sonunu ifadə edən bir tarix yaşadacaq”.
Deputat diqqətə çatdırıb ki, tarixi Zəfərimiz nəticəsində regionda yeni reallıqlar yaranıb: “Regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaq. Region ölkələri arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Eyni zamanda, Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Beləliklə, Azərbaycanın tarixində yeni səhifə başlanır. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad olunmuş ərazilərə səfər edərək quruculuq-bərpa işləri ilə tanış olurlar. Yəni, görülən işlər dövlət rəhbərliyinin birbaşa nəzarətindədir. Ötən gün cənab Prezidentin və birinci xanımın Şuşaya səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Zəfər yolunun açılışının edilməsi, Şuşanın bərpasına xidmət edən təməllərin atılması qürurvericidir. Azərbaycan xalqı olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanlarımızın xatirəsini böyük ehtiramla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələri bizlərə əmanətdir. Dövlətimiz şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərir. Bu siyasət bundan sonra da davam edəcək...”.
Əli
Xalq Cəbhəsi.- 2021.- 11 noyabr.-
S.9.