“Doktoranturalar
yaradılan Azərbaycan Respublikasının ali
təhsil müəssisələrinin, elmi
müəssisə və təşkilatların
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli
235 nömrəli və “Baza maliyyələşdirilməsinin
subyektləri olan elmi
müəssisə və təşkilatların
Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli..584
nömrəli qərarlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 11.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 12, maddə 1117; 2011, ¹ 9, maddə 853; 2013, ¹ 7, maddə 883, ¹ 10, maddə 1232; 2014, ¹ 1, maddə 57, ¹ 6, maddələr 736, 752; 2015, ¹ 4, maddə 455, ¹ 8, maddə 967; 2016, ¹ 5, maddə 955, ¹ 6, maddə 1208, ¹ 8, maddə 1435, ¹ 11, maddə 1953; 2017, ¹ 2, maddə 301, ¹ 4, maddə 667, ¹ 7, maddə 1494, ¹ 10, maddə 1931; 2018, ¹ 3, maddə 598, ¹ 8, maddə 1798, ¹ 9, maddə 1935; 2019, ¹ 1, maddə 150, ¹ 5, maddə 944, ¹ 8, maddə 1463, ¹ 12, maddə 2089; 2020, ¹ 1, maddə 83, ¹ 4, maddə 481, ¹ 11, maddə 1412; 2021, ¹ 6 (IV kitab), maddə 674; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 oktyabr tarixli 300 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə” bölməsinin 1-ci hissəsinin 2-ci sütununda “İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu” sözləri “İqtisadi Elmi Tədqiqat İnstitutu” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 12 (II kitab), maddə 2531; 2018, ¹ 8, maddə 1798; 2019, ¹ 5, maddə 944; 2020, ¹ 4, maddə 481, ¹ 10, maddə 1309, ¹ 11, maddə 1409) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın 8.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“8.1. İqtisadi Elmi
Tədqiqat İnstitutu.”.
Əli Əsədov
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri,
19 noyabr 2021-ci il ¹
358
Xalq qəzeti.-
2021.- 25 noyabr.- S.8.