Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının
Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin kollegiya üzvlərinin təsdiq
edilməsi haqqında” 2006-cı il 18 yanvar tarixli 13 nömrəli
və “Azərbaycan Respublikası Dövlət
Əmlakının İdarə Edilməsi üzrə Dövlət
Komitəsinin kollegiyasının tərkibi haqqında”
2006-cı il 6 iyun
........tarixli 137 nömrəli qərarlarının
ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı
“Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi
ilə bağlı bəzi məsələlərin tənzimlənməsi
və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin fəaliyyətinin təmin edilməsi
haqqında” 2009-cu il 24 iyun tarixli 116 nömrəli, “Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin
edilməsi və “Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli
Fərmanında dəyişikliklər edilməsi barədə”
2014-cü il 20 fevral tarixli 111 nömrəli, “Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri və “Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin
təmin edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə” 2015-ci il 4 may
tarixli 516 nömrəli, “Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi
tədbirləri və “Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti
və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə” 2016-cı il 28 aprel tarixli 888 nömrəli
və “Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi
haqqında” 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının
11.2-ci bəndinin icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 13 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1, maddə 44, ¹ 8, maddə 731) ləğv edilsin.
2. “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyun tarixli 137 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 565; 2009, ¹ 1, maddə 33) ləğv edilsin.
Əli
Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri, 19
noyabr 2021-ci il ¹
359
Xalq qəzeti
.- 2021.- 25 noyabr.- S.8.