Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

¹ 369 Bakı şəhəri, 26 noyabr 2021-ci il

 

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli 1947 nömrəli Sərəncamının 2.1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 3, maddə 373, ¹ 6, maddə 792, ¹ 8, maddə 1118, ¹ 11, maddə 1386; 2021, ¹ 4, maddə 398, ¹ 7, maddə 861, ¹ 8, maddə 964; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 8 yanvar tarixli 2 nömrəli və 7 oktyabr tarixli 298 nömrəli qərarları) 2-ci hissəsində “noyabrın 1-dək” sözləri “2022-ci il yanvarın 1-dək” sözləri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 

Azərbaycan Respublikasının Baş naziri

 

Xalq qəzeti .- 2021.- 28 noyabr.- S.6.