Gəncədə insan
alverinə qarşı mübarizə ilə bağlı seminar keçirilib
BMT-nin Miqrasiya Agentliyinin (BMqT) Azərbaycandakı Nümayəndəliyi Gəncə şəhərində insan alveri qurbanlarının müəyyən edilməsi üzrə 3 günlük təlimə başlayıb. Gəncədə bununla bağlı “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində seminar keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, seminarda BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer, Gəncə şəhər Baş Polis İdarəsinin, Şəmkir, Tovuz rayonlarının polis şöbələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1044 şəxsə iş yerlərinə göndəriş verilib
İkinci Qarabağ müharibəsində döyüş getmiş ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Təlimin açılış sessiyasında BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və ABŞ səfiri Li Litzenberqer çıxış ediblər.
Çıxış edənlər bildiriblər ki, 2015-ci ildən etibarən BMqT ABŞ-ın İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı Mübarizə üzrə Fəaliyyət” adlı layihəni icra edir. Qeyd olunub ki, layihənin əsas məqsədi insan alveri haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Təlim insan alveri və insan alverinə qarşı mübarizənin əsas konseptləri, insan alveri qurbanlarının aşkar edilməsi, onların identifikasiyası, istiqamətləndirilməsi, kommunikasiya zamanı etik qaydalar və ehtimal olunan qurbanlarla müsahibənin aparılması, Azərbaycanda standart fəaliyyət prosedurları və Milli İstiqamətləndirmə mexanizmlərini əhatə edir.
Bildirilib ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan Alverinə Qarşı Mübarizə Fəaliyyəti” layihəsi mövcud və potensial insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq qurbanlarına yardım göstərən vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarına texniki və maliyyə dəstəyi göstərir və insan alveri, məcburi əmək və gender əsaslı zorakılıq formaları ilə mübarizə sahəsində çoxtərəfli koordinasiya və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.
BMqT-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Vladimir
Gjorgjiev jurnalistlərə
açıqlamasında bildirib ki, tədbirdə iştirak
etməkdən böyük məmnunluq duyur: “Biz insan
alveri ilə mübarizə və onun qurbanlarının müəyyən edilməsi
ilə bağlı dövlət qurumlarının, eləcə
də vətəndaş cəmiyyətinin regional
nümayəndələri üçün
treninqlər təşkil etmişik. Bildiyimiz kimi insan alveri
qurbanlarının sayı artmaqdadır. Çünki
COVID19-un yaratdığı müəyyən çətinliklər
var. İnsanlar işsiz qalıblar, bu
çətinliklər potensial olaraq insan alveri
qurbanlarının sayını artıra bilər. İnsanlara, xüsusən də həssas
insanları necə müəyyənləşdirmək və
onlara mülki sektor tərəfindən, hökumət
tərəfindən köməklik göstərilməsinə
və bu insanların problemlərinin
müsbət şəkildə həll edilməsinə əmin
olmaq istəyirik. Bildiyimiz
kimi Azərbaycan regionun
5 ölkəsi ilə qonşu olan böyük ölkədir
və Azərbaycan insan alveri
üçün tranzit
ölkə kimi istifadə oluna,
Azərbaycanda da insan alveri ola bilər.
Düşünürəm ki, insan alverinə qarşı mübarizə
qabiliyyətimizi yaxşılaşdırmaq vacibdir.
Biz düzgün tərəfdaşlığın
olmasına əmin olmalıyıq”.
Cavid
Xalq Cəbhəsi.- 2021.- 28 oktyabr.-
S.13.