Regionların sosial-iqtisadi
inkişafı sürətlənir
Azərbaycanın iqtisadiyyatı gücləndikcə, artıqdca bütün sahələrdə köklü islahatlar sürətlənir. Demək olar ki, iqtisadiyyatın bütün sahələrində dönüş yaranır. Bu vaxtadək ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox artıb, əhalinin sosial vəziyyəti yaşlaşıb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb.
Ölkəmizdə iqtisadi gücün artması Azərbaycanın bölgədə nüfuzunu artırır, bunun nəticəsidir ki, rəsmi Bakıya böyük layihələrin müəllifi kimi çıxış edir. Azərbaycan Avropanın enerji təchizatçısına çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəltmiş, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023- cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Ümumilikdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına ən azı 17 milyard manatdan çox vəsaitin sərf edilməsi nəzərdə tutulur ki, bunun 4,6 milyard manatı özəl sektor tərəfindən hazırda icra edilən və hazırlığı gedən layihələrə investisiya şəklində qoyulacaq. Eyni zamanda, dövlət tərəfindən təxminən 13 milyard manata yaxın investisiyasının yatırılacağı gözlənilir.
Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.
Milli Məclisin üzvü Vüqar Bayramov yerli mediaya verdiyi açıqlamasında qeyd edib ki, dövlət proqramlarının əsas hədəflərindən biri regionla Bakı arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılmasıdır:
"Regionların sosial-iqtisadi
inkişafı Azərbaycan üçün
prioritet istiqamətlərdən biridir. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı
dövlət proqramlarının əsas hədəfləri məhz
regionla Bakı arasındakı fərqin mərhələli
şəkildə aradan
qaldırılması və xüsusən də bölgələrə
daha çox
investisiyanın cəlb edilməsindən ibarət idi. Ötən müddətdə
regionlarda infrastrukturun
qurulması və bunun fonunda,
xüsusən də kommunal xidmətlərin
əlçatanlılığının təmin edilməsi
reallaşdı və nəticə etibarı ilə rəsmi statistikada regionlarla
Bakı arasında iqtisadi fərqin mərhələli
şəkildə azalmasını hiss edirik. Bu, zaman tələb
edən bir prosesdir və növbəti illərdə
proses davam edəcək”.
Vüqar
Bayramovun sözlərinə
görə, torpaqlarımızın
işğaldan azad olunması ilə regionların inkişafı
yeni mərhələyə
keçdi:
"Artıq yeni
mərhələdir. Bir tərəfdən
torpaqlarımızın işğaldan
azad olunması regionların inkişafı
ilə bağlı yeni modelin tətbiqini
gündəmə gətirdi.
Bu istiqamətdə də işlər davam edir. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə
idarəetmə forması
yenidir. Eyni zamanda "Ağıllı
kənd”, "Ağıllı
şəhər” prinsipinə
uyğun olaraq yaşayış məntəqələrinin
salınması həyata
keçirilir ki, bu da artıq
Azərbaycan üçün
regionların inkişafı
baxımından yenin bir yanaşmadır.
Əsas hədəflərdən biri
də regionlarda formalaşmış infrastrukturun
dəyərə çevrilməsidir. Bu istiqamətdə də həm yerli, həm xarici investisiyanın cəlb edilməsi prosesinin təşfiq edilməsi həyata keçirilir.
Bu baxımdan gözlənilir ki, regionlarla paytaxt arasındakı fərq azalacaq. Regionlarda ixtisaslı kadrların
işlə təmin olunması ilə bağlı dövlət proqramlarının, eləcə
də investisiya layihələrinin sayında
artımlar var ki, bu da,
xüsusən də bölgələrimizin inkişafı
baxımından vacib hesab olunur”.
Milli Məclisin Regional məsələlər
komitəsinin üzvü
Kamran Bayramov isə bildirib ki, cənab Prezident tərəfindən
regional siyasət planlı,
düşünülmüş və mütəşəkkil
qaydada həyata keçirilir, bölgələrimiz
ölkə başçısının
təsdiq etdiyi Azərbaycan Respublikasının
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramlarının uğurlu
icrası nəticəsində
inkişaf edir, regionlarda yaşayan əhalimiz bundan faydalanır. Bələdiyyələr
də, regionların sosial-iqtisadi inkişafında
çox mühüm rol oynayır, əhatə etdikləri ərazilərin təbii və sosial-iqtisadi potensialından, əmək
ehtiyatlarından, yerüstü
və yeraltı sərvətlərindən, su
və torpaq ehtiyatlarından səmərəli
istifadə etməklə
müvafiq ərazinin inkişafına töhfə
vermək və əhalinin rifahını yüksəltmək imkanlarına
malikdirlər: “Eyni zamanda, bələdiyyələrin
regionların inkişafında
olan rolun bir təzahürü də cənab Prezidentin bu il yanvarın 29-da təsdiq etdiyi “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı”nın həyata
keçirilməsi üzrə
tədbirlər planının
icrasında bələdiyyələrin
iştirakıdır. Belə
ki, qeyd edilən tədbirlər planına əsasən Proqramın əhatə etdiyi müddət ərzində bələdiyyələr
turist cəlb edilməsi baxımından
yüksək dəyərə
malik olan prioritet turizm nümayiş obyektlərinin
inkişaf etdirilməsində,
sosial-iqtisadi inkişafla
əlaqədar əhali
arasında ekoloji maarifləndirmə işlərinin
təşkilində, avtomobil
yollarının, eləcə
də qəsəbələrararası
və qəsəbədaxili
avtomobil yollarının
tikintisi və yenidən qurulmasında, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında
və abadlıq-quruculuq
işlərinin davam etdirilməsində yaxından
iştirak edəcəklər.
Bununla yanaşı, bələdiyyələrin
mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında
iştirakı zəruridir.
Xüsusilə sahibkarlığın
inkişafına aid olan
dövlət proqramları
çərçivəsində bələdiyyələr öz
ərazilərində kiçik
sahibkarlıq üçün
münbit şərait
yarada, öz xidmət sahələrini,
bələdiyyə müəssisələrini,
təsərrüfat subyektlərini
təşkil edə, şəxsi fəaliyyəti
ilə region iqtisadiyyatının
dinamik inkişafına
təkan verə bilərlər”.
Milli Həmrəylik
Partiyasının sədri
Əlisahib Hüseynov
isə bildirib ki, Prezident İlham
Əliyevin təşəbüsü
ilə hələ
2004-cü ildən başlayaraq
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramları qəbul
olunub. 5 illik müddəti əhatə
edən bu proqramların icrası nəticəsində mühüm
nailiyyətlər əldə
edilib, regionların siması dəyişib: “Sözügedən 5 illik proqramlar bölgələrimizin
həm abadlaşmasına
stimul verib, həm də yeni inkişaf imkanlarının əldə
edilməsinə şərait
yaradıb. Bütün
bunlar da eyni zamanda regionlarda
məşğulluğun artırılmasına,
yeni iş yerlərinin açılmasına
böyük töhfə
verib. Bölgələrdə
yeni iş yerlərinin yaradılması,
məşğulluğun təmin
edilməsi günümüz
üçün olduqca
aktual məsələdir.
Prezident bu məsələni daim diqqət mərkəzində saxlayır.
Çünki dövlət başçımızın
yürütdüyü siyasətin
mərkəzində vətəndaşlarımızın
rifahının yaxşılaşdırılması
prinsipi dayanır.
Regionlarda yaradılan aqroparkların,
sənaye məhəllələrinin
də fəaliyyəti
məhz bu prinsipin həyata keçməsinə xidmət
edir".
Ə.Hüseynov vurğulayıb ki,
bu obyektlərin, yeni infrastruktur layihələrinin həyata
keçirilməsi həm
də ona görə əhəmiyyətlidir
ki, onların fəaliyyətə başlaması
yerlərdə məşğulluğu
təmin etməklə
yanaşı, xarici ölkələrə yeni
məhsulların ixrac
edilməsinə də
şərait yaradır:
“Azərbaycanın bölgələrində
istehsal edilən sənaye malları birbaşa dünya bazarına çıxarılır.
Bu da öz
növbəsində qeyri-neft
sektorunun inkişafına
imkan verir. Beləliklə, son nəticədə iqtisadi inkişafımızın
dayanıqlı və
davamlı olmasına əlverişli zəmin yaranır. Gördüyümüz
kimi, bütün bunlar zəncirvari proses olaraq bir-birinə
bağlıdır. Haqqında bəhs
etdiyimiz dövlət proqramları və infrastruktur layihələrinin
icrası həm dünya bazarına çıxış imkanları
qazandırır, həm
də daxildə ayrı-ayrı sahələrin
inkişafına xüsusi
diqqət ayrılmasına
əlverişli şərait
yaradır. Dövlət başçısı rayonların
iqtisadi inkişafının
ixtisaslaşmalar yolu ilə təmin edilməsinə, hər bir bölgəmizin malik olduğu təbii resurslara və iqlim şərtlərinə
uyğun olaraq spesifik kənd təsərrüfatı sahələrinin
inkişaf etdirilməsinə
böyük önəm
verir. Regionların inkişafına bu
cür selektiv yanaşma olduqca səmərəlidir. Beləliklə, həmin sahələrin inkişafını daha da sürətləndirmək
üçün müvafiq
dövlət proqramları
da təsdiqlənir.
Fermerlərə dövlət dəstəyinin
davamlılığı təmin
edilir. Bütün bunlar isə
son nəticədə vətəndaş
məmnunluğunun təmin
edilməsinə, insanlarımızın
rifah halının yaxşılaşdırılmasına xidmət edir”.
Cavid
Xalq Cəbhəsi.- 2021.- 30
sentyabr.- S.9.