“Azərbaycan”  qəzetinin səhifələrində

 

 72-ci yazı

 

Azərbaycanın müxtəlif təbəqələri tərəfindən Tehrana göndərilmiş nümayəndələrə teleqraflar

 

Marağa əhalisi tərəfindən

 

Azərbaycan Milli Hökumətinin Baş naziri cənab Pişəvəriyə

Üzü: Azərbaycan dövlətinin möhtərəm nümayəndlərinə

Üzü: “İran-e ma” və “Rəhbər” qəzetlərinə

 

Marağanın ziyalı alimlərinin milli azadlıq qazanmaq yolunda çəkdikləri zəhmət və məşəqqətlərdən xəbərdarsınız. Bu zəhmətləri nəzərdə tutmaqla xahiş edirik, artıq ciddiyət və fədakarlıqla bütün Azərbaycan əhalisinin azadlığı və Milli hökumətin uğrunda məsul olasınız. Çünki müqəddəs milli hərəkatın müdafiəsində iştirak edən Azərbaycan xalqının müxtəlif təbəqələri qərara alıblar ki, bu yolda heç bir vəchlə mübarizədən, azadlığı, milli dövlətimizi və ana dilimizi qorumaqdan geri çəkilməsinlər.

Hacı Mirzə Əlizadə, Muinəssalam, Fəxr Vaizi, Hacı Əmin, Mömin Şəriəti, Hacı Mirzəli Mütəvəlli, Məhəmməd Əli Vaezi.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

 

***

Min nəfər Təbriz ziyalıları tərəfindən

Təbrizdən Tehrana: Azərbaycan xalqının nümayəndələri və Milli hökumətin Baş naziri Pişəvəri cənablarına.

Üzü: Cənab Qəvvamussəltənəyə,

Üzü: Təbrizdə nəşr olunan “Azərbaycan”, “Yeni Şərq”, “Azad millət” və Tehranda nəşr olunan “Rəhbər”, “İran-e ma”, “Zəfər” və “Dad” qəzetlərinə.

Biz Təbriz şəhərinin ziyalıları tərəfindən o möhtərəm heyətdən, Azərbaycan Milli Hökumətindən ana dilimizi, İranda azadlıq və demokratiya rejimini işlətməklə bərabər onların həyata keçirilməsin ciddi tələb edirikbu tələbləri qorumaq üçün biz Təbriz ziyalıları bütün xalq ilə birlikdə var qüvvəmizlə hazırırıq.

Min nəfər Təbriz ziyalıları adından: Məhəmməd Azərli, Məhəmməd Dehqan, Qafar Herisçi, İsmayıl Məhəmmədi, Rəşid Əlizadə, Mehdi Xudapur, Rəin Şəhdi, Bəylər Haili, Bəhmən Eqtesadi.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

 

***

Təbriz doktorları tərəfindən

Azərbaycan Milli Hökumətinin Baş naziri, Azərbaycan nümayəndələr heyətinin rəisi cənab Pişəvəriyə.

Üzü: “İran-e ma”, “Rəhbər”, “Nicat” və “İran” qəzetlərinə.

 

Tehranda müzakirəyə başladığıınız bu həssas zamanda biz, Təbriz həkimləri Azərbaycanın milli azadlığının və İranın azadlığını təmin etmək üçün böyük mübarizələr nəticəsində ələ alınmış Azərbaycanın milli demokratiyasının qorunmasını lazım və eyni zamanda vacib bilirik. Məşrutiyyət və azadlıq yolunda qurbanlar verən və fədakarlıqlar göstərən Azərbaycan bizim bugünkü tarixi vəzifəmizi müəyyən edir.

İrsilik qanununa görə bizim əcdadımızın qanı, onların hissləri, fikirləri və iradələri bizim millətlərimizin damarlarımızda axır. Tarixi hadisələr nəticəsində təcrübə qazanmış bizlər şərəflə söz veririk ki, axırıncı nəfəsimizdə və ölüm ayağında İran və Azərbaycanın azadlığını qorumaq yolunda fədakarlıq edəcəyik.

Doktor Purzənd, doktor Musəvi, doktor Quluyan, doktor Arduş, doktor Şəfanicat, doktor Herand, doktor Məmeqani, doktor Ağayan, doktor Manvelyan, doktor Xosrovşahi, doktor Hatəmi, doktor Bərabər, doktor Azad, doktor Qazi Vəkili, doktor Gülnazaryan, doktor Azmun, doktor Fərnuş, doktor Elmamuz, doktor Mithad, aoktor Moləvi, doktor Avatisyan, doktor Eftexari, doktor Əmini Əfşar, doktor Nur Həşmi, doktor Rahibi, doktor Müctəhidi, doktor Həştrudyan, doktor Behbud, doktor Adil, doktor Lütfi, doktor Axundzadə, doktor Anuş, doktor Baqdasaryan, doktor Baqeri, doktor Pakniya.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

 

***

Əlioğlu (Həmzə Fəthi Xoşginabi): "Balayi qeyrət! Mənimlə işiniz olmasın"

 

Bilirsinizvar? Mən indiyə kimi kirovat (qalstuk - red.) vurmazdım. Hər kəs kirovat vursaydı, onunla işim olmazdı. Mənə bir adam vəkalət vermədiyi üçün əgər bir adam özünü günaha batırıb başına börk qoysa, mən ona irad tutmaram. Mənim vecimədir ki, bir adam başı açıq dolanır, müasir qiyafədə yeriyir, ya kirovat vurur?!

Amma di gəl xalqa...

Doğrudan da xalq dilotu yeyib. Lap huşdan, ağıldan çıxmışlar. Elə bil ki, bunlar ağıl dişi çıxaranda anaları onlara dişləmək hədiyi bişiribdir.

***

Bilirsiniz var? Mən indiyə kimi kirovat vurmazdım.... Amma indi adamı kritik (tənqid - red.) edirlər. Deyirlər, kirovat vurmaq eyibdir.

Əslən lazımdır ki, insan özünü bir az görkəmli saxlasın. Köynəyin yaxası həmişə ütülü olsun. Axı bu mənim üçün mümkün deyildir, mən ancaq libaslarımı özüm yumağa imkan tapa bilirəm. Mən ancaq gündə bir-iki dəfə başımı darıyıram. Mən ancaq həftədə bir dəfə mənzilimi səliqə-sahmana sala bilərəm. Mən ancaq elə....

Bunlar hamısı belə işdir. Mənim kirovat vurmağa hövsələm yoxdur. Kirovat vurmaq adamın vaxtını alır. Adamın bir əli gərək o zəhrimarın düyünündə olsun. Hər gün 3-4 dəfə onu açsın, bağlasın. Hər köynək ilə bir cür kirovat vursun, üçün qanmırsınız? Mənim iki köynəkdən artıq köynəyim yoxdur, onun da saf yeri qoltuğunun altındadır... İndi bildiniz?

***

Bilirsiniz var?.... Mən indiyə kimi kirovat vurmazdım....

Axırda ağsaqqal bilib məni kirovat vurmağa məcbur etdilər. İki kirovat aldım. Yoldaşlarımın biri onların düyünlərini vurdu mənə öyrətdi. Onun dediyi kirovat sistemlərinin heç biri mənim yadımda qalmayıbdır.

Ancaq vurdum... Bir qonaqlığa getdim. Orada mənə gülürdülər. Elə bil ki, hamı mənə baxırdı. Mənim yaxınlığımda oturan bir nəfər gözünü kirovatıma dikib məsxərə ilə gülərkən əlini kəssəydin xəbəri olmazdı...

Niyə? Mənə üçün gülürlər? Mən o birilər kimi kirovat vurmuşam da. İndiyə kimi vurmazdım, indi vurmuşam. Çox da yaxşı etmişəm. Xalqa dəxli var?

Ayrı bir yoldaşım mənə yaxınlaşıb dedi ki, "kirovatın tərsəsinə vurulmuşdur".

***

Bilirsiniz var?.... Mən indiyə kimi kirovat vurmazdım....

Mənə dedilər ki, heç olmazsa, rəsmi qonaqlıqlarda kirovat bağlayım. Bağladım, əvvəlincisini pis bağladığım üçün vaxt açılıb bilmirəm, harada boynumdan düşüb itmişdir, heç zad! Bir kirovatım elə getdi işinə! İkincisi isə gecə yatanda yadımdan çıxıb boynumda qalıb ütüsü xarab olmuşdu.

Aha! Bu da kirovat! Zor ilə kirovat olmaz ki?! üçün düşünmürsünüz? Ya yumurtanı düyünlə ya sizə söz qandır. İkisi birdir. Mən kirovat vurmaq istəmirəm, necə ki, siz vurmaq istəyirsiniz. O kirovat, o da siz! Ancaq, balayi qeyrət, mənimlə işiniz olmasın.....

***

Bilirsiniz var? Mən indiyə kimi kirovat vurmazdım...

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

 

***

 

Məhəmməd Əzmi: “Xalqımız öz həqiqi sevimli nümayəndələrinin danışıqlarının intizarındadır”.

 

Bazar günü, aprel ayının 28-də Tehrana ezam olunan nümayəndələrimiz hörmətli Baş nazirimiz cənab Pişəvərinin rəyasəti ilə səhər saat 7-də Təbrizin təyyarə meydanına təşrif apardılar. Təyyarə meydanına hərəkətdən əvvəl nümayəndələrimiz Milli Məclisə gedib Tehrana getmək icazəsi almışlar.

Bu hərəkət, bu tədbir aydıncasına göstərir ki, Milli hökumətimiz ictimai fikrə necə hörmət qoyur istəmir ki, xalqın, millətin onun fikrinin ziddinə olan tək bir adım belə götürülsün.

Milli hökumətimiz həqiqətən xalqımızın millətimizin iradəsinin məzhəridir.

O həmişə xalqın, şanlı firqəmizin rəhbərliyi Məclisimizin iradəsilə hərəkət edir ki, millətin xalqın xeyrinə ən yaxşı düzgün bir hərəkət edə bilmiş olsun. Yenə bu hərəkətin davamında hörmətli Baş nazirimiz təyyarə meydanında etdiyi nitqində nümayəndələrin müşayiəti üçün yığışan xalqa söz verdi ki, onların zərərinə bir müzakirə aparılmayacaqdır, Azərbaycan xalqının tələblərinin tamamilə təmininə çalışılacaqdır.

Yenə Baş nazir öz danışığının davamında israr etdilər ki, bütün millət bizim müzakirələrimizdən xəbərdar olacaq müzakirələrin gedişi onlar üçün gizli qalmayacaqır. Hətta müzakirələr nəticəsində Tehran dövləti ilə bağlanan müqavilə Milli Məclisimizin təsdiqinə veriləcəkdir.

Bunlar hamısı göstərir ki, rəhbərlərimiz dövlət başçılarımız ictimai rəyə, Milli Məclisə, millətin arzuları istəklərinə böyük hörmətə yanaşırlar.

Müqəddəs firqəmizin orqanı olanAzərbaycanqəzeti keçən nömrələrində dəfələrlə bunu xalqa bildirmişdir ki, bizdə gizlətmək siyasəti yoxdur. İstismar siyasəti irticaçı dövlətlərə məxsusdur. Bizim dövlətimizdə istismar siyasəti ola bilməz. Çünki bizim hökumətimiz xalq hökumətidir xalq hökumətlərinin əsası həmişə millətlərin iradəsinə söykənir.

Xalq çox səbirsizliklə öz nümayəndələrindən böyük tarixi vəzifələrini yaxşılıqla sədaqətlə yerinə yetirmələrini gözləyir ki, gələcəkdə tarixin hökmü qarşısında məsul olmayıb daha çox özləri üçün xalqın məhəbbətini qazansınlar. Hörmətli nümayəndələrimiz yaxşı bilməlidirlər ki, bütün bu azad yaşayışlardan sonra biz bir daha irticanın o ağır şəraiti altında yaşaya bilmərik. Biz bir daha zülmün işgəncənin ağır mənfur boyunduruğu altına girmərik.

Bu, millətimizin kəskin qərarı qəti məramıdır.

Nümayəndələrimiz gərək buna görə hərəkət etsinlər.

 

Azərbaycanqəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

 

***

Urmiya, Maku, Zəncan, Miyana, Xoy sair yerlərdən gələn xəbərlər

 

Azərbaycanın hər tərəfindən Təbrizə və Tehrana göndərilən teleqrafların məzmunu bundan ibarətdir ki, xalq Tehrana gedən öz möhtərəm nümayəndələrindən və Milli hökumətindən çox böyük israrla bütün milli hüquqlardan əl çəkməyəcəklərini və milli muxtariyyət, hökumət və azadlıqları xüsusunda indiyə qədər olduğu kimi bundan sonra da hər cür fədakarlığa və ölümə hazır olduqlarını bildirməkdədir.

Məsələn, Makudan təqribən 50 imza ilə gələn teleqraf eynilə təqdim olunur:

Tehran. Azərbaycanın möhtərəm nümayəndələr heyətinin üzlərinə, Azərbaycanın Xalq Qoşunlarına. Üzü: “Azərbaycan” qəzetinə. Üzü: Tehranda nəşr olunan “Rəhbər”, “Keyhan”, “İran-e ma” qəzetlərinə. “Biz Azərbaycan fədailəri Azərbaycanın azadlığına zaminik. Ümidvarıq ki, Azərbaycan nümayəndələri xalqımızın mənafeyini, xalqın azadlığını və səadətini unutmayacaq, əslən xalqına uyğun olan şəraiti yaddan çıxartmayacaqlar, igid fədailərin verdiyi qurbanlarqanlar bahasına aldıqları azadlığı və 21 Azərdə şərəflə verdikləri imtahanı yaddan çıxartmayacaqlar. Yenə də hər cür fədakarlığa hazırıq və azadlığımızın yolunda axır qətrə qanımıza kimi çalışacağıq. Bütün Azərbaycan və Maku fədailəri tərəfindən Əsədulla Tahiri yüz atlısı ilə”.

 

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 190, 05.05.1946

 

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə

 

 

 

 

Xalq Cəbhəsi.- 2021.- 30 yanvar.- S.14.