Böyük bir nəslin
nümayəndəsi
Üzündəki təbəssüm ilk baxışdan adamı heyran edir, heç zaman tükənməz. Ən çətin anlarda belə narahatlıq keçirmir. Onu heyrətləndirmək elə də asan deyil, hər bir baş verən hadisəni təbii hal kimi qəbul edir. İnsana xas əlamətidir, söyləyir. Hissləri ayıq, istedadı rəngarəng, təxəyyülü parlaq, ideyaları geniş adamdır. Ürəyi həddən artıq yumşaqdır. Maraq dünyası geniş olsa da, biruzə verməməyə çalışır. Daima yeni-yeni insanlarla görüşə can atır. Gözəllikdən zövq almaq, ürəkdən sevinmək onun həyat kredosudur. Dünyanın müvəqqəti məkan olduğunu çox yaxşı bildiyindən, xoşbəxt sonluğun yalnız sehrli nağıllarda baş verdiyini dərindən dərk edir...
Atası İsmayıl kişi
Xızının Xirək kəndindən olub.
Kəndin ilk ali təhsilli yetirməsi idi. Uzun illər “Azərittifaq”da müfəttiş işləyib.
Anası
Bibixanım Kərbəlayi
Həmid qızı evdar xanım olub. Özündən böyük dörd
qardaşı var. Böyük
qardaşı Nəcəfqulu
haqq dünyasına qovuşub. İkinci qardaşının adı
Abbasqulu, üçüncünün
adı Mehdi, dördüncünün adı
isə İlhamdır...
Deyir ki,- “2022-ci il
bədii rəhbəri
olduğum İ.Əbilov
adına Mədəniyyət
Mərkəzinin yaranmasının
100 illiyidir. Yubiley tədbirinin Dövlət
səviyyəsində qeyd
edilməsini və mədəniyyətimizdə xidmətləri
olan kollektiv üzvlərimizin əməyinin
dövlətimiz tərəfindən
dəyərləndirilməsini arzulayıram. Axı
İ.Əbilov adına Mədəniyyət
Mərkəzi ölkəmizdə
adi mədəniyyət
ocaqlarından biri deyil. Bu ocaqdan
Kor Əhəd (Ə.Əliyev), Ə.Ələkbərov,
M.Məmmədov, Ş.Ələkbərova,
S.Qədimova kimi korifey sənətkarlar çıxıb. Həmçinin mədəniyyət mərkəzinin
binası yararsız haldadır. Həmin binanın əsaslı təmir olunmasını və ya şəhərmizdə
daha geniş bina ilə əvəzlənməsini
istərdim...”
On üç yaşından
bu günə qədər nə az, nə
çox, qırx üç ildir ki, peşəkar səhnədədir. 1973-cü ildə
S.S.Axundov adına
172 N°-li məktəbin
1-ci sinfinə, 1976-cı ildə
K.Səfərəliyeva adına
Uşaq Musiqi Məktəbinin tar sinfinə
qəbul edilib. Musiqi məktəbində oxuduğu
illərdə bir çox müsabiqələrdə
laureat olub.
1981-ci ildə orta məktəbin 8-ci, UMM-nin də 5-ci sinfini bitirərək, A.Zeynallı
adına Bakı Musiqi Məktəbinin tar sinfində
təhsilini davam etdirib.
Elə həmin il
Azərbaycan Televiziyası
və Radiosunun
"DASTAN" folklor ansamblına
ud ifaçısı
kimi dəvət olunub. 1983-cü ildə
Qədim Azərbaycan Musiqi Teatrı
"İRS" folklor ansamblına
simli və nəfəs alətləri
ifaçısı kimi
dəvət alıb.
Zarafat deyil, on yeddi yaşında olarkən çoxsaylı musiqi alətlərinin ifaçısı
kimi şöhrəti
ölkəni dolaşmağa
başlayıb. Və nəhayət
"DASTAN" folklor ansamblına
konsertmeystr (1-ci tar ifaçısı)
təyin edilib. Azərbaycanda peşəkar kollektivlər
içərisində ən
gənc konsertmeystr kimi onun adı
ilklər siyahisindədir,
ta ansambl dağılan günə qədər həmin ansamblda çalışıb.
Azərbaycan Televiziyasının hazırladığı "QIZ QALASI" cizgi filminin solo musiqilərini ifa edib. Həmin filimdə solist
müğənni xalq
artisti Mələkxanım
Eyyubova olub.
1987-ci ildə bədii
rəhbər Rasim Müzəffərli onu AzİMİ-nin "OZAN" estrada qrupuna dəvət edib. "OZAN"la bir
çox müsabiqələrdə
laureat olublar. Belə ki, Zaqafqaziya
üzrə Ümumittifaq
müsabiqə laureatı,
Qazaxstanda keçirilən
müsabiqədə isə
caz ustası Əzizə xanım Mustafazadə ilə birgə QRAN PRİyə layiq görülüblər...
1988-ci ildə Azərbaycanda
İLK olaraq, qardaşları
ilə birlikdə müstəqil "QARDAŞLAR" kvartetini yaradıblar. Həmin kvartet
haqqında Aztv-nin
"DALĞA" proqramında, şəhid jurnalist Osman Mirzəyevin aparıcılığı ilə,
tele-rejissor Akif Salamov tərəfindən
xüsusi telesüjet hazırlanıb. Kvartet bir
çox Dövlət
tədbirlərində çıxışlar
edib. SSRİ-nin bir çox şəhərlərində, hətta
qardaş Türkiyədə
qastrol səfərlərində
olublar...
Əgər onun fəaliyyətini tam şəkildə ifadə
etsəm, vaxt çatmaz. Bu insanın
o qədər zəngin
həyat yolu var ki, lap həsəd
apardım. Yeri gəlmişkən,
1997-ci ildən başlayaraq,
Azərbaycan Televiziyası
ilə solo konsertləri
təşkil olunub.
Tədbirlərin birində
təsadüfən Yasamal
Rayon İcra Hakimiyyətinin
o vaxtkı başçısı
Arif Ağayevlə tanış olublar və bu tanışlıqdan sonra Arif müəllim
onun İ.Əbilov adına Mədəniyyət
Mərkəzinə işə
götürülməsi üçün,
o vaxtkı bədii rəhbər Mirəhməd
Əsgərliyə tapşırığını
verib. Həmin ildən bu günə qədər fasiləsiz 25 ildir ki, müxtəlif vəzifələrdə çalışıb.
Metodist, quruluş hissə müdiri, müşaiətçi
çalışdıqdan sonra
2015-ci ilin sentyabrından
bu günə qədər Mədəniyyət
Mərkəzinin bədii
rəhbəri vəzifəsini
daşıyır. Radionun
Qızıl Fondunda bir neçə musiqi alətində ifaları qorunur...
Təsadüfən Dövlət tədbirlərinin
birində Zeynəb xanım Xanlarova ilə görüşərkən,
onu öz ansamblına dəvət edir. Təklifdən məmnun
olsa da, o, Xanım sənətkatımıza
işlərinin həddindən
artıq çox olduğunu bildirir...
“Yeni nəsil musiqçilərimiz çox
düzgün yoldadırlar. MaşALLAH olsun,
musiqi mədəniyyətimizin
hər sahəsində
ildırım sürətilə
inkişaf davam edir. Deyərdim ki, bu gün Azərbaycan musiqi aləmi, gənclərimizin timsalında,
etibarlı əllərdədir.
Onlara bir müəllim kimi UĞURLAR diləyirəm!”-
söyləyir.
Nə isə,
bu dəfəki söhbətimin qəhrəmanı-
musiqi dünyasının
fədaisi Məhərrəm
Nəcəfzadə idi. O, Məhərrəm
Nəzafzadə ki, Azərbaycan mədəniyyətinin
marşallarından biri,
sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadənin sonbeşik
qardaşıdır...
Elman Eldaroğlu
Xalq Cəbhəsi.- 2022.- 11 avqust.-
S.14.