Bank sektoru: gəlirlər
və nəğdsiz əməliyyatlar artır
Azərbaycanda bank sektorunda zərərlə işləyən banklar olsa da, yaxşı pul qazananlar da var. Bu ilin yanvar-iyul aylarında banklar 492.6 milyon manat xalis mənfəət, 741.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Mərkəzi Bankın məlumatına əsasən, bu ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 114.1 milyon manat məbləğində mənfəət vergisi ödənilib. Bununla belə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 561.2 milyon manat artaraq 1,624.5 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artımla əlaqədardır.
Bank sektoruna inam çox mühüm amildir. Bu amil banklara
yatırılan əmanətlərin
həcminin artması məsələsində xüsusilə
vacibdir. Hər halda
əmanətçilər hələlik
milli valyutaya tam etibar etmirlər. Belə ki, fiziki
şəxslərin əmanətlərinin
dollarlaşması bu ilin iyul ayında
əvvəlki aya nəzərən 0.3 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən
isə 4.8 faiz bəndi azalaraq 39.9 faiz təşkil edib. Yəni, insanlar banjlara
qoyduqları əmanətləri,
hətta faiz gəlirləri çox aşağı olsa da belə, dollar şəklində yerləşdirirlər.
Bununla belə, əhalinin əmanətlərində artım
meyilləri müşahidə
olunur. Azərbaycanda əhalinin banklardakı
əmanətləri bu
ilin avqustun 1-nə 10 milyard 817.1 milyon manata çatıb. Azərbaycan Mərkəzi
Bankının məlumatına
görə, bu, yanvar-iyun ayları ilə müqayisədə
2,1% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə
isə əhalinin banklardakı depozitləri
25,5% artıb. Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında bu əmanətlərin həcmi 8 milyard 605.9 milyon manat təşkil
etmişdi. Milli valyutada olan əmanətlərin məbləği
əvvəlki ilin eyni dövrü ilə müqayisədə
31,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin
məbləği isə
12,1 faiz artıb.
Hökumətin nəğdsiz əməliyyatların
stimullaşdırılması istiqamətində tədbirləri
də nəticə verir. Belə ki, ölkədaxili
nağdsız əməliyyatların
həcmi keçən
ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə
artıb. Mərkəzi Banka xəbər verir ki, cari ilin
iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız
ödənişlərin həcmi
2,036 milyard manat təşkil edib. Həyata keçirilən nağdsız
ödənişlərin 1,566 milyard manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 467 milyon
manatı POS-terminallar
vasitəsilə gerçəkləşdirilib.
İyul ayı ərzində ödəniş kartları
ilə nağdsız ölkədaxili əməliyyatların
həcmi ümumi ölkədaxili əməliyyatların
41.8 faizini təşkil
edib.
Pandemiya iqtisadiyyatın bütün
sahələrinə ciddi
ziyan vurduğu heç kimə sirr deyil. Bununla belə
azsaylı sahələr
var ki, pandemiya
o sahələrin nisbətən
böyüməsinə, gəlirlərinin
atmasına müsbət
təsir göstərdi.
Onlardan biri də nağdsız
ödənişlərin artmasıdır.
Buna həm insanlar
arasında təmasların
azalması məcburiyyəti,
həm müasir
İKT və bank hesablaşmaları
sisteminin təkmilləşdirilməsi,
həm də dövlətin nağdsız
hesablaşmaların artmasında
maraqlı olması və bu prosesi
dəsdəkləməsi, stimullaşdırmasıdır.
Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi
üçün dövlət
orqanları və bank
sistemi tərəfindən
stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn,
Dövlət Vergi Xidmətinin “ƏDV geri
al” layihəsi çərçivəsində
nağd ödəniş
edənlər 10 faiz, nağdsız ödəniş
edən istehlakçılar
isə ödədikləri
verginin 15 faizini geri alırlar. Banklar nağdsız ödəniş
edənlər üçün
vəsaitin müəyyən
hissəsini bonus olaraq
istehlakçılara geri
qaytarırlar.
Artıq insanlar da elektron
ticarət və nağdsız ödənişlərin
üstünlüklərini əyani şəkildə
görür, vaxt itkisi və əlavə prosedurların
olmaması, ödəmənin
asanlılığı baxımından
nə qədər əlverişli olduğunu
başa düşür. Belə ki,
kartla ödəniş
zamanı vəsaitin xərclənməsini izləmək,
onu geri qaytarmaq və ödənişi ləğv
etmək mümkündür.
Pulları kart hesabında mühafizə
etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur. Məsələn, nağd pul
itdikdə və ya oğurlandıqda onu geri qaytarmaq
olmur. Lakin kart itərsə onun sahibi dərhal
mobil telefona yazılmış proqram vasitəsilə kartını
bloklaya bilir. Kartı götürən kənar
şəxs həmin kartdan pul çıxara
bilmir və kartın aid olduğu bank müştərisinə yeni
kart verir. Beləcə pullar yenə də sahibinin sərəncamında qalır.
Ölkə daxilində aparılan
nağdsız ödənişlərdən
hər hansı əlavə vergilər tutulmur, əksinə qanunvericilik nağdsız ödənişlər üzrə
həm sahibkarlara, həm də vətəndaşlara müvafiq
üstünlüklər nəzərdə
tutur. Nağdsız ödənişlərin inkişafı strategiyası
2026-cı ilədək davam
etdiriləcək.
Bank sistemi üzrə
iyul ayının sonunda dövriyyədə
olan ödəniş kartlarının sayı ötən aya nəzərən 185 min ədəd
artaraq 12 milyon 429 min ədəd təşkil edib. Keçən ilin müvafiq
dövrü ilə müqayisədə bu göstərici 22.6 faiz artıb. Ödəniş
kartlarında artım
debet kartları üzrə 21.9 faiz, kredit kartları üzrə 27.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə
nəzərən əməkhaqqı
kartlarının sayı
90 min, kredit kartları
339 min, digər kartlar
isə 1.8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə
müsbət təsir
göstərib.
Bankların ödəniş xidməti
şəbəkəsi üzrə
dinamik artım müşahidə olunur. Belə ki,
keçən ilin iyul ayının sonu ilə müqayisədə
bankomatların sayı
4.2 faiz, POS-terminalların
sayı 17.8 faiz artıb. Bu il
iyulun 31-nə fəaliyyət
göstərən 26 bankın
filiallarının sayı
480, şöbələrinin sayı 95, ATM-lərin sayı 2 min 944 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı
0.9 faiz (203 nəfər)
artaraq 21 min 729 nəfər
təşkil edib.
Ümumilikdə, cari ilin 7 ayında bank sektorunun işçi sayı 6.9 faiz və ya
1400 nəfər artıb
(iyul ayında 203 nəfər artım).
Pul kütləsində
də artım müşahidə olunur. Belə
ki, cari ilin iyul ayında
manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən
10 faiz, ötən ilin müvafiq dövrünə nəzərən
isə 20.3 faiz artaraq 26,265 milyard manat təşkil edib.
Mərkəzi Bankının İdarə
Heyətinin 01 avqust
2022-ci il tarixli qərarı ilə “Bank kapitalının
və onun adekvatlığının hesablanması
qaydaları”nda dəyişikliklər
təsdiq edilmiş və 16 avqust 2022-ci il tarixindən qüvvəyə minmişdir.
Bu dəyişikliklər bütövlükdə
bank sektorunun maliyyə
dayanıqlığının daha da gücləndirilməsi,
o cümlədən məsuliyyətli
və daha sağlam kreditləşmənin
təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının
alınması, borcalanların
potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə
yeni tələbləri
nəzərdə tutur.
Son dövrdə istehlak
kreditləşməsi seqmentində
aktivlik müşahidə
olunmaqdadır. Cari ilin 6 ayında
bankların istehlak krediti portfeli 14.9% artmışdır. Qeyd
olunanlar nəzərə
alınaraq, məsuliyyətli
və sağlam kreditləşmənin təmin
edilməsi, o cümlədən
əhalinin izafi borclanmasının qarşısının
alınması istiqamətində
borcun gəlirlərə
nisbəti (BGN) əmsalı
45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən
borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50% bəndi artırılmışdır. Təhlillər göstərir ki, istehlak kreditləri portfelinin 21%-ni BGN əmsalı 45-70% intervalında
verilən kreditlər
təşkil edir.
Bundan əlavə, istehlak kreditləri üzrə yeni prudensial tələblərin faizlərə
azaldıcı təsirinin
təmin edilməsi məqsədilə faiz dərəcəsi sektorun orta faiz dərəcəsi
ilə müqayisədə
yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilmişdir.
Son illərdə bankların biznes portfelində dedollarlaşma meylləri müşahidə olunmaqdadır. Bununla belə, təhlillər xarici valyutada gəliri olmayan biznes subyektlərinin xarici valyutada biznes kreditlərinə maraqlarının olduğunu göstərir. Borcalanların potensial valyuta riskindən qorunması istiqamətində valyuta riski hedcləşdirilməmiş borcalanlara (xarici valyutada gəliri olmayan və ya valyuta riskindən sığortalanmamış borcalanlar) xarici valyutada verilmiş biznes kreditlərinin risk qrupu 120%-dən 200%-ə qaldırılıb.
Ölkədaxili banklararası bazarın stimullaşdırılması istiqamətində qısamüddətli yerli banklararası tələblərin risk qrupları yumşaldılmışdır. Qeyd olunanlardan əlavə, risk səviyyəsinin aşağı hesab olunduğu bir sıra istiqamətlər üzrə tənzimləmə yanaşmaları yumşaldılmışdır. Bütövlükdə, yeni dəyişikliklər post-pandemiya dövründə tədricən artan iqtisadi aktivlik fonunda bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi və gücləndirilməsini, habelə əhalinin izafi borcalanmasının qarşısının alınmasını, eləcə də borcalanların valyuta riskindən qorunmasını və banklararası bazarın inkişafını təmin edəcək.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2022.- 25 avqust.-
S.12.