Azərbaycançılıq ideyası: XX əsrin əvvəlləri və müasir dövr

 

Azərbaycanın milli oyanış və yeniləşməsi onunla baglı milli ideya ugrunda mübarizə hərəkati milli gerçəkliyimizin çox mühüm tərkib hissələrindən biridir. Qədim və orta əsrlər Azərbaycanda buna uygun ideyalar- vahid ərazi hissi, maddi- məişət şəraitinin ümumiliyi, xarici dövlətlərə qarşı əlbir mübarizə dilqan qohumlugu, soykök eyniliyi, mənəvi mədəniyyət sahəsində oxşar cəhətlər, iqtisadisiyasicografi birlik zəminində formalaşan müəyyən xüsusiyyətlər var idi. Sonrakı illərdə belə ideyalar ayrı- ayrı vaxtlarda ümumtürk, ümumislam və. s. ideyaların tərkib hissələri kimi də çıxış edib. Azərbaycanın ancaq özünə aid ola bilən və bugünkü elmi- nəzəri ədəbiyyatda özünə “Azərbaycançılıq” kimi vətəndaşlüq hüququ qazanan saf Azərbaycan milli ideyasına çevrilənədək o, uzun bir tariri inkişaf yolu keçib.

 

XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfindən işgalından sonra Rus şovinizmi burada assimilyasiya xəttini götürdü. Azərbaycan cografi termininin yalnız Arazdan cənuba aid olması irəli sürüldü, şimal hissəsi isə Qafqasya, Rusiya adlandırılmasına başlandı. Yerli əhalini isə oz soykökündən, milli mənsubiyyətindən, milli mədəniyyətindən ayıraraq “tatar”, “müsəlman” adlandırmaga çalışdılar.

 

XIX əsrin sonu XX əsrin əvvəllərindəAzərbaycan ictimai-siyasi hərəkatında üç axın başlayıb. Birinci axının tərəfdarları bütün islam xalqlarının Osmanlı dövlətinin tərkibində birləşməsini irəli sürürdülər. Ikincilər Azərbaycanın İran dövləti içərisində olmasını daha uygun sayır, üçüncülər isə islam xalqlarını Rusiya tərkibində olmasını mümkün hesab edirdilər. Məhəmməd Əmin Rəsulzadə və onun rəhbərlik etdiyi yeni xətt onların heç birini qəbul etməyərək müstəqil Azərbaycan dövləti ideyasını irəli sürdülər ki, “Azərbaycançılıq” ideyasının əsl mahiyyəti də buvdan ibarətdir.

 

“Azərbaycançılıq”, “azərbaycanlı” ideyası türkçülüyü və islamı inkar etmədən, Azərbaycanlı milli mənlik şüurunun formalaşmasına xidmət göstərirdi.

 

XX əsrin əvvəllərində Məhəmməd Əmin Rəsulzadə mövcud şəraitdə “Turan” ideyasının həyata keçirilməsinin qeyri mümkünlüyünü dərk edərək klassik turançılıgı, yeni turançılıqla əvəz etməyin zəruriliyini irəli sürdü. Əsas hədəf müxtəlif cografi ərazilərdə yaşayan türk xalqları öz hüdudları daxilində dövlətlərini yaratmalı, zaman gələndə isə federasiya və. s. şəkildə bir-biri ilə sıx əlaqələrini qurmalıdır deyən böyük siyasi xadim “Azərbaycanın istiqlalı” şüarını irəli sürüb və millətin yalnız öz bayragı altında azadlıq əldə etməsinin reallıgına inanıb. O, Azərbaycanı türklərdən, Şərqdən və İslamdan ayı-rmayaraq qeyd edirdi ki, azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə islam, mədəniyyət, xüsusiyyət etibarilə şərqlidirlər. Özlərinə məxsus ləhcələriylə Anadolu türkcəsinə yaxın bir şivə ilə danışan Azərbaycan türkü müxtəlif şivələrə malikoldugu yerlərə nisbətən müxtəlif isimlər daşıyan böyük türk agacının bir dalıdır.

 

Azərbaycançılıq idealının ortaya atılması ilə heçtürkçülük inkar edilmir, Azərbaycan Vətəni ideyaları birinci yerə keçirilir. Azərbaycanın cografi sərhədləri daxilində millətin yekdilliyi və vəhdəti birinci dərəcəli vəzifə kimi irəli sürülür.

 

“Azərbaycan dili” anlayışı “Azərbaycan türk dili” mənasından başqa bir şey ifadə etməmiş və ümumtürk ailəsində öz xarakterik xüsusiyyətlərini əks etdirir.

 

Bu sahədəki bir çox polemikalar əslində məsələnin müəyyən cəhətlərini daha da dolaşdırır və azərbaycandakı islam xalqları arasında müəyyən gərginliyin yaradılmasına xidmət edir.

 

Bəzi müəlliflər bu məsələnin şərhində ya bilərəkdən, ya da problemə dərindən nüfuz edə bilmədiklərindən müəyyən səhv nəticələrə gəlib, “Azərbaycan dilini qeyri-türk dili “azərbaycanlıları” qeyri türk və azərbaycançılıgı isə türkçülüyə zidd bir hərəkət kimi qiymətləndiriblər. Bu azərbaycançılığı təkcə və yalnız Azərbaycan vətənsevərliyi ideyaları ilə məhdudlaşdırmaqdan irəli gəlib.

 

Əslində termin müxtəlifliyi və forma məsələnin mahiyyətini və məzmununu heç də müəyyən edə bilməz.

 

Dağıstan, Gürcüstan və digər respublikalarda yaşayan soydaşlarımızın “azərbaycanlı” yaxudtürk” adlandırılması səhv sayılmamalıdır, çünki azərbaycanlıların yaşadıqları bu yerlər tarixən Azərbaycan torpaqları olub.

 

Hazırda mövcud olan “Azərbaycançılıq” ideyası müstəqil, unitarvahid Azərbaycan idealının gerçəkləşməsi mahiyyəti kəsb edir.

 

Məsələyə bu baxımdan yanaşılmasından aydın görünür ki, dövlətçilik idealı, prinsipi milli ideologiyanın nü­vəsini təşkil edir. Lakin milli ideologiyanın bu mühüm struktur amili vətənpərvərlik, milli-mənəvi dəyərlər və onlara sədaqət kimi digər zəruri amillərlə üzvi vəhdətdə götürülür. Bu ideologiya insanların əsl vətəndaş kimi formalaşması, vəzifələri ilə yanaşı milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi, həmin dəyərlərin aşılanması əsasında soykökünə bağlılıq, milli özünüdərk, özünüifadə və özünütəsdiq kimi ümdə məsələləri də qarşılıqlı əlaqədə əhatə edir. Bu baxımdan da ümummilli lider Heydər Əliyev milli ideologiyada azərbaycançılıq ideyasının yerirolunun xüsusi əhəmiyyətini ön plana çəkmiş, vətənpərvərlik, tarixi keçmişə, soy­kö­künə bağlılıq hisslərinin, Azərbaycan dilinin, milli-mədəni, dini də­yər­lə­rin mənəvi-əxlaqi gücünün inkişaf etdirilməsini bu ideyanın gerçək­ləş­di­ril­məsi vasitələri kimi səciyyələndirib.

 

Azərbaycançılıq ideyasının son illərdə nəinki milli məfkurəyə çevrilməsinin, habelə təkcə respublikanın deyil, ümumən bütün dünya azərbaycanlılarının bu məfkurə ətrafında birləşməsinin həm ideoloji-nəzəri, həm də bu birliyin siyasi-təşkilati əsaslarının yaranmasına və möh­kəm­lənməsinə nail olub. Belə ki, təməlində Azərbaycan-Vətən məfhumu və vətənçilik-dövlətçilik amalı duran, mahiyyətcə dərin ictimai-si­yasi önəm və demokratik səciyyə daşıyan azərbaycançılıq ideyasından mil­li birliyin, həmrəyliyin düşünülmüş doğru-düzgün yolu keçir. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının tarixi I qurultayı və həmin qurultayda Prezident Heydər Əliyevin proqram nitqi deyilənlərin parlaq təcəssümüdür. “…Azər­bay­can dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azər­baycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafını təmin etmək deməkdir”.

 

Rafail Ayvaz oglu Əhmədli,

fəlsəfə elmləri doktoru, professor

 

Xalq Cəbhəsi.- 2022.- 10 mart.- S.14.