Qarabağ Universitetinin yaradılması həm elmi, həm siyasi baxımdan əhəmiyyətlidir

 

Xankəndi Qarabağ Universiteti üçün ən ideal seçimdir

 

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmişAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.

Əhalinin dayanıqlı məskunlaşması ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir.

Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub. Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulmuş, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərmiş, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin tabeliyində Qarabağ Universitetinin yaradılması sərəncamını imzalayıb.

Təhsilə Dəstək Maarifləndirməİctimai Birliyinin sədri Süleyman İsmayılbəyli deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında Xankəndidə Qarabağ Universitetinin yaradılması təkcə elmi deyil, eləcə siyasi baxımdan əhəmiyyətlidir. Adıçəkilən təhsil ocağının fəaliyyətə başlamasından onun 5-10 illik fəaliyyətindən sonra biz Qarabağ Universitetinin əhəmiyyətini, Azərbaycan üçün verəcəyi faydaları görəcəyik.

İctimai birlik sədrinin sözlərinə görə, Qarabağ Universitetinin yaradılması elmi cəhətdən ona görə faydalıdır ki, bu təhsil ocağında oxuyacaq gənclər Qarabağın tarixi, onun əzəli Azərbaycan ərazisi olması, zəngin tarixi-mədəni abidələri, eləcə digər bu kimi mühüm özəllikləri barədə məlumatlı olacaq, Qarabağ tariximiz onlara daha dərindən öyrədiləcək: “Siyasi baxımdan ona görə önəmlidir ki, sözügedən ali təhsil ocağını bitirən xarici ölkə gəncləri Qarabağın tarixən Azərbaycana məxsusluğunu biləcək, öz ölkələrində zaman-zaman formalaşmış erməni yalanlarını geri qayıtdıqdan sonra ifşa edəcəklər. Bir sözlə Qarabağ Universiteti erməni yalan maşınını sıradan çıxaran mühüm faktorlardan olacaq”.

Süleyman İsmayılbəyli hesab edir ki, Qarabağ Universitetinin kontingentini daha çox xarici ölkə gənclərindən təşkil etmək məntiqli olardı: “Hətta bunun üçün Qarabağ Universitetini seçən xarici ölkə gənclərinə müəyyən güzəştlər, imtiyazlar da tətbiq edilə bilər. Belə bir praktika dünyanın bir çox ölkəsində mövcuddur. Çünki həmin universiteti bitirəcək xarici ölkə gəncləri yaxın gələcəkdə müxtəlif ölkələrdə Azərbaycanın lobbisini təmsil edəcəklər. Ona görə sözügedən təhsil ocağının daha çox xarici auditoriya üçün hesablanması məqsədəuyğun olardı”.

Süleyman İsmayılbəyli deyib ki, ermənilər 100 illərlə məhz bu cür vasitələrlə, yalan təbliğatla Qarabağ barədə dünyada həqiqətə uyğun olmayan məlumatlar yayıb, insanların beyinlərinə sirayət edə biliblər:

“İndi növbə bizimdir. Qarabağ Universiteti həm erməni yalanlarının ifşası demək olacaq”.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması xəbərini qürur hissilə qarşıladım. Prezident İlham ƏliyevinQarabağ Universitetinin yaradılması haqqındaSərəncam imzalaması təqdirəlayiq addımdır. İşğal separatizm fəlakətindən xilas edilən ərazilərimizdə yeni təhsil ocağının qurulması Qarabağımızın ümumi dirçəlişində mühüm rol oynayacaq: "Hazirda işğaldan azad olunmuş ərazilərimizdə bərpa-yenidənqurma işləri uğurla davam etdirilir. Qarabağ Şərqi Zəngəzurda ərazilər minalardan təmizlənir, sıfırdan yeni şəhər kəndlər salınır. Mənfur erməni işğalı nəticəsində 30 il doğma torpaqlarında yaşamaqdan məhrum olmuş soydaşlarımızın öz yurdlarına qayıtmasını təmin etmək üçün dövlətimizBöyük QayıdışProqramını sürətlə icra edir. bu istiqamətdə həyata keçiriləsi ən ümdə məsələlərdən biri işğaldan azad edilmiş ərazilərə qayıdan gənc nəsil üçün yerlərdə orta ali təhsil almaq imkanlarının təmin edilməsidir".

O, qeyd edib ki, Prezidentin imzaladığı Sərəncamda qeyd olunduğu kimiBöyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq əhalinin dayanıqlı məskunlaşması ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası istiqamətində müəyyənləşdirilmiş hədəflərin reallaşdırılmasında nəzərdə tutulan müasir yanaşmalar, o cümlədən qabaqcıl standartların, yüksək texnologiyaların tətbiqi hər bir rayonun ixtisaslaşma sahəsinə müvafiq inkişafı yüksəkixtisaslı kadrların cəlb edilməsini şərtləndirir: "Bu baxımdan, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında dövlət başçımızın sərəncam imzalaması regionda təhsil ənənələrimizin dirçəldilməsinə humanitar sahənin inkişafına mühüm töhfə verəcək. Əlbəttə, bu universitet Şuşada da, Ağdamda da, Laçında da eləcə işğaldan azad edilmiş digər şəhərlərimizdə yaradıla bilərdi. Ancaq Xankəndi Qarabağ Universiteti üçün ən ideal seçimdir. Suverenliyimizin bərpası uğrunda mübarizəmizin sonuncu nöqtəsinin qoyulduğu şəhərdə universitetin yaradılması strateji addımdır. Bu addım suverenliyimizi daha da möhkəmləndirəcək.

Qarabağ Universitetində həm regionun inkişafı üçün kadr potensialı yetişdiriləcək, həm bu yeni təhsil ocağını əcnəbi tələbələr nüfuzlu təhsil mərkəzlərindən birinə çevirmək imkanlarımız olacaq. Bir sözlə, Qarabağ Universiteti bizi yaxın gələcəkdə dünyada tanıdan təhsil brendimizə çevrilə bilər".

Politoloq Azər Qasımov isə deyib ki, Xankəndi Universiteti həm məkanca, həm mənəvi baxımdan Azərbaycan xalqı üçün müqəddəs bir yer olacaq

Azərbaycan dövlətinin torpaqlarını azad etməsinin rəmzi olaraq pik nöqtəsi Xankəndidə "Qarabağ Universiteti"nin yaradılması xəbəri oldu. Azərbaycan xalqı bu addımla artıq Qarabağ üçün hərb dövrünün geridə qaldığını bundan sonra əvvəllər olduğu kimi elm, incəsənət, quruculuq dövrünün başlandığını elan etmiş oldu. Quruculuq təkcə yaşayış məskənləri salınmaqla olsa idi, bu, yarımçıq fəaliyyət olardı.

O, qeyd edib ki, Azərbaycan dövləti qədim Azərbaycan şəhəri olan Xankəndidə universitet açmaqla elm-incəsənət mərkəzi olan regionun keçmiş ənənələrini bərpa etmək, müasir dövrdə yenidən həmin ənənələri dirçəldəcək dünya miqyasına çıxarmaq üçün addım atdı.

Qarabağ regionunda ali təhsil ənənəsi-burada ilk ali təhsil ocağı 1969-cu ildə qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Azərbaycan dövlətinin Xankəndi universitetini yaratması regionda aparılan quruculuq işləri, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, eləcə əmək bazarının tələblərini həyata keçirmək üçün yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətindən irəli gəlir: "Region bundan sonra özünün iqtisadi mənəvi inkişaf dövrünə qədəm qoyacağından bu universitetin yaradılması mütləq dövrün tələbi idi. Təbii ki, Xankəndi Universiteti tək bölgə yox, eyni zamanda, bütün Azərbaycan Respublikasının öndə gələn universitetlərundən birinə çevrilməlidir. Tək bölgədən yox, bütün respublikadan burda ali təhsil almağa can atan tələbələrin hesab etmək olar ki, sayı daha çox olacaq. Çünki Xankəndi Universiteti həm məkanca, həm mənəvi baxımdan Azərbaycan xalqı üçün müqəddəs bir yer olacaq.

Gənc nəslin ideoloji baxımdan daha da milli ruhda ali təhsil almasına rəvac verəcəkdir. Gənc nəslin burda ali təhsil alarkən özlərini savadlı bilikli kadrlar kimi yetişdirmək üçün daha böyük ruhla təhsilə cəlb edəcəklər. Azərbaycan əsgərinin Xankəndi ətraf regionun işğaldan azad edilməsi zamanı göstərdiyi iğidlik rəşadəti öz təhsilıərində göstərməyi özlərinin mənəvi borcu hesab edəcəklər".

 

Cavid

 

Xalq cəbhəsi.- 2023- cü il.- 30 noyabr.- ¹ 41.- S. 10.