Xaricdə yaşayan soydaşlarımız
ulu öldər Heydər
Əliyevin 100 illik yubileyini layiqincə qeyd edir
Dünya
azərbaycanlılarının təşkilatlanması, müstəqil
Azərbaycan Respublikası
ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf
etdirilməsi son dərəcə
önəmli məsələlərdəndir.
Bu gün azərbaycançılıq
həm Azərbaycanda,
həm də bütün dünyada yaşayan azərbaycanlılar
üçün əsas
ideyaya çevrilib.
Ümummilli lider Heydər Əliyev bütün dünyada yaşayan soydaşlarımıza bu ideya ətrafında birləşməyi təlqin
edir və bildirirdi ki, azərbaycançılıq
öz milli mənsubiyyətini,
milli-mənəvi dəyərlərini
qoruyub saxlamaq, eyni zamanda onların
ümumbəşəri dəyərlərlə
sintezindən, inteqrasiyasından
bəhrələnmək və
hər bir insanın inkişafını
təmin etməkdən
ibarətdir.
“Xalq Cəbəhsi”nə
danəşan Diaspor Fəaliyyətinə Jurnalistlərin
Dəstəyi İctimai
Birliyinin sədri Fuad Hüseynzadə deyib ki,
Ulu öndərimiz xaricdə
yaşayan azərbaycanlıların
birliyi və təşkilatlanması məsələsini
daim diqqət mərkəzində saxlamış,
Azərbaycan diaspor cəmiyyətlərinin problem və
qayğılarına böyük
həssaslıqla yanaşmışdır.
Diaspor təşkilatlarına
öz tövsiyələrini
verən ulu öndər
həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi,
iqtisadi və mədəni həyatında
fəal olmağa istiqamətləndirmişdir. Heydər
Əliyev xarici ölkələrdə Azərbaycan
diasporunun formalaşdırılmasının
vacibliyini, lobbiçilik
fəaliyyətinin əsas
istiqamətlərini və
perspektivlərini bəyan
etmişdir. Ulu öndər
öz uzaqgörənliyi
və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkək
müasir dövrdə
hər bir dövlətin qüdrətinin
yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü
nəzərə almışdır.
Bu sahəyə xüsusi
diqqət yetirmədən
xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, eyni zamanda milli məsələlərin beynəlxalq
müstəviyə çıxarılmasına
nail olmaq mümkün
deyil. Elə bu səbəbdən də ulu öndərimizin
təməlini qoyduğu
siyasəti bu gün də uğurla davam etdirən Azərbaycan hakimiyyəti 32 il ərzində
dünya azərbaycanlılarının
həmrəyliyinə nail olmaq
üçün üzərinə
düşən tarixi
missiyanı məsuliyyətlə
yerinə yetirməyə,
bu sahədə ardıcıl siyasət yeritmişdir: “Azərbaycanda
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi
gününün bayram
kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında,
azərbaycan lobbisinin inkişafında başlıca
məqamlardan biri olmuşdur. Bu günün
tarixi Naxçıvan
MR Ali Məclisinin "Dünya
azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr
tarixli qərarı və bilavasitə bu işlərin təşəbbüskarı və
həmin tarixi qərara imza atmış şəxs - Heydər Əliyevin adı ilə bağlıdır. Bəlkə
də məhz bu hal xaricdə
yaşayan soydaşlarımız
tərəfindən Heydər
Əliyevin Azərbaycanda
hakimiyyətə gəldikdən
sonra gördüyü
işlərə diqqəti
artırmış, Azərbaycan
dövlətinin varlığına
və gələcəyinə
inam və ümidlər yaratmış,
onların tarixi Vətənlə əlaqələrinin
genişlənməsinə səbəb olmuşdur”.
QHT sədrinin sözlərinə
görə, diaspor quruculuğu sahəsində
dövlət siyasətinin
məqsədi xaricdə
yaşayan soydaşlarımızın
milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini
genişləndirməkdən ibarətdir. Ulu öndər
hakimiyyətə qayıdışından
sonra xaricdə yaşayan azərbaycanlıların
birliyi və təşkilatlanması məsələsini
dövlət siyasətinin
əsas istiqamətlərindən
birinə çevirmiş,
müxtəlif xarici ölkələrə çoxsaylı
səfərlərində Azərbaycan
diasrorunun nümayəndələri
ilə görüşlər
keçirmişdir. Onların
problem və qayğılarına
daim böyük həssaslıqla yanaşmışdır.
Azərbaycanın diaspor
təşkilatlarına öz
tövsiyələrini verən
ulu öndər xarici ölkələrdəki səfirliklərimizi
də diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın
ictimai-siyasi, iqtisadi və mədəni həyatında real iştiraka
istiqamətləndirmişdir. 1996-cı ildən başlayaraq ölkəmizdə aparılan
islahatlar nəticəsində
ictimai-siyasi sabitliyin bərqərar olması,
bazar iqtisadiyyatının əsaslarının
formalaşması, hüquqi
dövlət quruculuğunun
uğurla davam etməsi kimi mühüm proseslər dünyanın müxtəlif
bölgələrinə səpələnmiş
soydaşlarımızın diqqət mərkəzində
olmuş, onlarda qürur və Vətənin işıqlı
gələcəyinə ümid
hisslərini artırmışdır.
Heydər Əliyev dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın və həmvətənlərimizin
müstəqil Azəbaycan
Respublikası ilə əlaqələrinin daha
da möhkəmləndirilməsi, dünya azərbaycanlıları
arasında mənəvi,
siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin
gücləndirilməsi və
əlaqələndirilməsinin ətraflı müzakirəsinin
zəruriliyini nəzərə
alaraq 2001-ci ilin may ayının 23-də xüsusi
sərəncam imzalamışdır.
Həmin sərəncama
uyğun olaraq 2001-ci
il noyabrın 9-10-da Bakıda
keçirilmiş Dünya
azərbaycanlılarının I qurultayı soydaşlarımızın
azərbaycançılıq ideyası ərtafında sıx birləşməklə
təşkilatlanması baxımından
tarixi əhəmiyyət
kəsb etmişdir. Bu
addım diasror hərəkatının inkişafında
yeni mərhələnin başlanğıcını
qoymuşdur. Ümummilli
lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya
azərbaycanlıları arasında
milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının
əlaqələrinin möhkəmləndirilməsi,
qarşıya çıxan
problemlərin həllində
səylərin birləşdirilməsi,
Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması, inkişaf
etdirilməsi zərurəti
ilə bağlı fikirlərini söyləmişdir.
Azərbaycanın beynəlxalq
nüfuzunun daha da artırılması, müxtəlif
ölkələrdə dilimizin,
tariximizin, mədəniyyətimizin
yüksək səviyyədə
təbliği, Ermənistanın
təcavüzkarlıq siyasətinin
ifşası, bədnam
erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili
məsələləri qurultayın
qarşıya qoyduğu
başlıca vəzifələr
kimi diqqəti cəlb etmişdir. Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə
yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin
etmək məqsədilə
2002-ci ildə "Xarici
ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş
üzrə Dövlət
Komitəsinin yaradılması
barədə" fərman
imzaladı. Komitənin
yaradılması xaricdəki
Azərbaycan cəmiyyətlərinin,
birliklərinin və dərnəklərinin fəaliyyətinin
vahid mərkəzdən
koordinasiyasına, habelə
onların dövlət
qayğısı ilə
əhatə olunmasına
geniş imkanlar verdi. Dövlət komitəsinin yaradılması
dünya azərbaycanlılarının
konsolidasiyasında, diaspordan
lobbiyə doğru inkişafında yeni mərhələnin
başlanğıcını qoydu: “Artıq dünya azərbaycanlıları
istədikləri vaxt öz paytaxtlarına gələ və öz problemlərini müzakirə edə bilərdilər. Komitə
qısa bir müddətdə dünyanın
müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın
azərbaycançılıq ideyası və Azərbaycan dövləti
ətrafında birləşməsi
istiqamətində xeyli
iş görməyə
müvəffəq oldu.
2002-ci ildə Milli Məclisdə
qəbul olunmuş
"Xaricdə yaşayan
soydaşlarımıza dövlət
qayğısı haqqında"
qanun xaricdəki azərbaycanlılara dövlət
qayğısının hüquqi
əsaslarını müəyyənləşdirdi.
Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən
soydaşlarımızın hüquqları Azərbaycan
dövləti səviyyəsində
qorunur. Həmçinin,
imkanlı azərbaycanlıların
ölkə iqtisadiyyatına
sərmayə qoyması
üçün qanunda
vergi, gömrük güzəştləri nəzərdə
tutulur. Bu qanun ölkəmizin diaspor və lobbi quruculuğu
sahəsindəki fəaliyyətinin
hüquqi əsaslarını
və prinsiplərini müəyyənləşdirən mühüm sənəd kimi təqdirəlayiqdir. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində
450-dən çox birlik,
cəmiyyət və assosiasiyası fəaliyyət
göstərir”.
Ümummilli liderimiz Heydər
Əliyevin siyasi kursu bu gün
onun layiqli varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin
"Dünya azərbaycanlılarının
II qurultayının keçirilməsi
haqqında" 8 fevral
2006-cı il tarixli sərəncamında
vurğulanmışdır ki, dünya azərbaycanlılarının
müstəqil dövlətimiz
və vahid məqsəd ətrafında
birləşdirilməsi ideyasının
müəllifi məhz
ümummilli lider Heydər Əliyevdir. Prezident İham Əliyev hər zaman bildirmişdir ki, yalnız
güclü diaspora malik xalqlar
xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini
hər zaman layiqincə
qoruyur, ümummilli problemlərinin həllinə
nail olur, öz dilini, mədəniyyətini,
incəsənətini, tarixini
lazımi səviyyədə
təbliğ edirlər:
“Diaspor quruculuğunu xarici siyasətin prioritet istiqamətlərindən
biri kimi qiymətləndirən və
bu fəaliyyətin getdikcə daha da gücləndirilməsini vacib
sayan Prezident İlham Əliyev milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə
qorunması, ölkə
həqiqətlərinin dünya
ictimaiyyətinə dolğun,
obyektiv şəkildə
çatdırılması baxımından hər
zaman xaricdə yaşayan
soydaşlarımızın üzərinə mühüm
vəzifələrin düşdüyünü
qeyd edir, onların daha da təşkilatlanması, vahid
hədəflər naminə
mütəşəkkil mücadilə
aparması ilə bağlı dəyərli
tövsiyələrini verir.
Ölkə Prezidentinin
sərəncamı əsasında
keçirilən II qurultayda
xarici ölkələrdə
yaşayan azərbaycanlıların
problem və qayğıları
bir daha nəzərdən keçirilmişdir.
Daha sonra keçirilimiş 3 qurultayda
da Azərbaycan Respublikası
ilə əlaqələrinin
daha da möhkəmlənməsi,
ölkəmizlə bağlı
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması,
diaspor quruculuğu işinin təkmilləşdirilməsi
sahəsində qarşıda
duran vəzifələr
müzakirə edilmişdir.
Hazırda xaricdə yaşayan soydaşlarımız
da ulu öldər Heydər
Əliyevin 100 illik yubileyini layiqincə qeyd edir. Demək
olar ki, bütün diaspor təşkilatlarımız
ümummilli liderin yubileyini ən yüksək səviyyədə
qeyd edir, bu münasibətlə müxtəlif tədbirlər
keçirirlər”.
Cavid
Xalq Cəbhəsi.- 2023.- 12 oktyabr.- S.9.