Bu dəfə Tiflis vasitəçilik
etmək istəyir
Gürcüstanın regiondakı proseslərə
təsir imkanları məhduddur
Oktyabrın 8-də Azərbaycan Prezidenti
İlham Əliyev Gürcüstana
səfər edib və ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Müzakirələr
və mətbuata birgə bəyanatlarda ən müxtəlif məsələlərə toxunulub.
Vacib məqamlardan biri isə Azərbaycan
və Ermənistan arasındakı normallaşma
prosesi və Gürcüstanın buna yanaşması
ilə bağlıdır.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili
oktyabrın 8-də Prezident
İlham Əliyevlə birlikdə
keçirdiyi brifinqdə
söyləyib ki, bizim
böyük ümidlərimiz
var ki, Azərbaycan və
Ermənistan sülh sazişini imzalayacaq.
"Biz Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana
da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da
öz növbəsində
hər zaman Gürcüstanın
ərazi bütövlüyünü
və suverenliyini dəstəkləyir. Onu
da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan
və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz
tam üst-üstə düşür",
- İ.Qaribaşvili deyib.
Baş
nazir bölgədə sülhün
davamlı olacağına
ümidvar olduğunu bildirib: "Ümidvarıq
ki, bu bölgədə
sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına
xidmət edəcəkdir,
həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün".
Azərbaycan Prezidenti İlham Əliyev
də məsələ
ilə bağlı danışıb. Deyib ki,
bu gün bir neçə ölkə və eyni zamanda, bəzi
beynəlxalq təşkilatlar
Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə
çalışırlar. Biz bunu alqışlayırıq.
Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən
vasitəçiliyi və
yardımı qəbul
edirik. Ancaq mənim fikrimcə, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq, əlbəttə ki, Gürcüstan
ola bilərdi.
Gürcüstanın bu məsələdə mümkün
vasitəçilik imkanlarını
ortaya qoyduğuna görə Baş nazir
İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd
edib: “Hesab edirəm ki, biz buna hazır
olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər
Ermənistan tərəfindən
də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri
Gürcüstanda həm
ikitərəfli, həm
də üçtərəfli
görüşə gələ
bilərlər”.
Rəsmi
Tiflisin vasitəçiliyi
müsbət nəticələr
verə bilərmi, Ermənistan bu təkliflə razılaşacaqmı?
Politoloq Elşən
Manafov “Xalq Cəbhəsi”nə bildirib ki, Gürcüstanın
region dövləti olaraq münaqişə tərəfləri arasında
vasitəçilik etmək
istəyi təqdirəlayiqdir
və əlbəttə
alqışlanmalıdir. Azərbaycan
problemin həlli naminə regionda fərqli geosiyasi maraqları olan tərəflərlə əməkdaşlığa
həmişə açıq
olub: “Bu bir tərəfdən rəsmi Bakının regionda yaxın perspektivdə gerçəkdən
dayanıqlı sülhün
və sabitliyin nəhayət ki, bərqərar olması istəyi ilə bağlıdır. Digər
tərəfdən Azərbaycanın
çoxvektorlu xarici siyasətinin prioritetlərindən
irəli gəlir: “Lakin qeyd etmək
lazimdır ki, Gürcüstan hakimiyyətinin
regiondakı proseslərə
təsir imkanları Vaşinqton, Brüssel və Moskva ilə müqayisədə
çox kiçik və məhduddur. Azərbaycan öz prezidentinin timsalında Ermənistana sülh bağlamaq üçün
5 mühüm şərtini
açıqlayıb. Erməni
tərəfinin sülh
danışıqlar ilə
bağlı məsələlərə
öz baxış bucağı var və bu təbii
ki, rəsmi Bakını qane edə bilməz. Qeyd etmək yerinə düşərdi
ki, ABŞ, AB, Rusiyanın
vasitəçiliyi ilə
aparılan danışıqlarda
indiyədək sülh
müqaviləsinin imzalanmaması
tərəflərin regionu
və sabahı ilə bağlı məsələlərə fərqli
geosiyasi maraqları ilə bağlı olun, xüsusulə Paşinyanın bu danışıqlarda Rusiyanın
əleyhinə, Qərbin
isə xeyrinə geosiyasi dəyişikliklərə
nail olmağa hesablanmış siyasəti
danışıqlarda əyləc
mexanizmi rolunda çıxış edir.
Qarşı duran geosiyasi tərəflər
regionun bu günü və sabahı ilə bağlı xəritələrdə
Ermənistana yol, Gürcustana vasitə, Azərbaycana isə mükafat rakursunda yanaşırlar. Region dövlətləri arasında
məhz Azərbaycanın
müstəqil mövqeyi
hələlik bu layihənin reallaşmasının
qarşısını alır.
Nəhayət, Gürcustandakı
hakimiyyət özu yekrəng, monolit olmadığından onun özünün də danışıqlarda əldə
etmək istədiyi dividentlər fərqli maraqlar üçün xərclənə bilər.
Gürcustan prezidentinin
Qərbpərəst, Gürcü
hakimiyyətinin isə
Rusiya ilə münasibətlərə fərqli
notlar üzərində
köklənmələri belə
bir fikri səsləndirməyə əsas
verir ki, Tiflis danışıqlarında
hansısa məsələlər
ətrafinda razılıqlar
əldə edilə bilər (məsələn
kommunikasiyalar) ancaq sərhədlərin demilitasiyasi
və ən əsasi sülh müqaviləsi ətrafinda
yox”.
Siyasi ekspert
Fuad Əliyev deyib ki, Gürcüstan
Azərbaycan-Ermənistan arasında
sülh danışıqları
təşkil edə bilər. Azərbaycan buna hazırdır,Ermənistan
isə yox. Onun havadarları, xüsusilə Fransa, hələki buna razılıq vermir.
Onun sözlərinə
görə, bizim Gürcüstanla ikitərəfli
münasibətlərimiz var.
Gürcüstan Azərbaycan
vasitəsilə böyük
neft, qaz layihələrində iştirak
edir. Bu layihələrdən böyük
gəlir əldə edir. Azərbaycan dövləti Gürcüstanda
böyük investitsiyalar
yatırır. Prezident
İlham Əliyevin Gürcüstana son səfəri, dövlətlərarası
münasibətlərin inkişafına
töhfələr verəcək.
Enerji, nəqliyyat, logistika və digər sahələrdə
əməkdaşlığ üçün işlər
görülür.
Fuad Əliyevin
sözlərinə görə,
Azərbaycanın əzəli
torpaqlarının işğaldan
azad olunması onu göstərir ki, sülhə doğru addım atıla bilər: “Prezident İlham Əliyev Azərbaycan-Ermənistan
görüşü üçün
Gürcüstanı təklif
edib. Gürcüstan hökuməti bu sülh danışıqlarına
yardım etməyə
hazır olduğunu bildirib. Deməli, Gürcüstan Azərbaycan-Ermənistan
sülh danışıqları
təşkil edə bilər. Azərbaycan buna hazırdır, Ermənistan isə yox. Onun havadarları,
xüsusilə Fransa, hələki buna razılıq vermir”.
Politoloq Elxan
Şahinoğlu isə
deyib ki, Prezident İlham Əliyevin Tiflisi səfəri zamanı Azərbaycan-Ermənistan arasında
Gürcüstanın vasitəçiliyini
məqbul sayması haqda fikirlərinə münasibətində deyib
ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın
vasitəçiliyinə müsbət
yanaşır və bu haqda fikirlərini
bir neçə dəfə bildirib.
“Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan dövlət başçısı
kimi tez-tez Gürcüstana səfər
edir və qonşu dövlətlə
strateji tərəfdaşlıqdan
danışır, ancaq
Tiflisin vasitəçiliyi
ilə bağlı fikir bildirməkdən yayınır. Halbuki, hardan baxsaq, Gürcüstanın vasitəçiliyi
həm Azərbaycana, həm də Ermənistana faydalıdır.
Gələcək sülh
sazişinin imzalanması
üçün də
Tiflis ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz”,
- politoloq vurğulayıb.
Deputat Cavanşir
Feyziyevin fikrincə, Prezident İlham Əliyevin bir çox ölkələrin
Azərbaycan–Ermənistan
münasibətlərinin tənzimlənməsində
iştirak etmək istədiyini, Azərbaycanın
bu təşəbbüslərə
müsbət yanaşdığını
diqqətə çatdıran
deputat bildirib ki, bununla belə,
dövlətimizin başçısının
Gürcüstanın bu
sahədə daha səmərəli vasitəçi
ola biləcəyini vurğuladığını deyib.
Bildirilib ki, doğrudan da hazırda Cənubi Qafqazda sülh yaradılması proseslərində
Rusiya ilə Qərb arasında və eləcə də Avropa ilə ABŞ arasında gedən rəqabət Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsindən
daha çox sülh təşəbbüsünün
kimin adına yazılacağı uğrunda
aparılır. Məhz
bu səbəbdən iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına
ciddi maneələr yaratmağa cəhdlər edilir. Bölgədə sülhün bərqərar
olunmasında ən çox maraqlı olan dövlətlər isə məhz Cənubi Qafqazın üç dövlətidir.
Odur ki, bölgənin iki dövləti arasında münasibətlərin tənzimlənməsində
aparıcı rolun bölgənin üçüncü
dövlətinə, yəni
Gürcüstana həvalə
olunması qısa bir zamanda sülhün
və təhlükəsizliyin
təmin olunmasına xidmət edə bilər.
Azərbaycan ilə Gürcüstanın
tarixi İpək Yolu üzərində yerləşməsi və
ölkələrimiz tərəfindən
birgə irimiqyaslı
enerji və nəqliyyat layihələrinin
icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə
artırıb. Ölkələrimiz
arasında uğurlu regional əməkdaşlıq
münasibətləri çərçivəsində
irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin
reallaşdırılması bölgədə sülhə
və sabitliyə xidmət edir. Ölkələrimiz arasında
iqtisadi əlaqələr
davamlı olaraq güclənməkdədir. 2022-ci ildə iki ölkə
arasında ticarət dövriyyəsi 771 milyon ABŞ
dolları təşkil
edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Azərbaycanda 500-dən
çox Gürcüstan
investisiyalı kommersiya
qurumu uğurlu fəaliyyət göstərir.
Ümumilikdə Gürcüstandan
Azərbaycana 279 milyon,
Azərbaycandan Gürcüstana
isə 3,4 milyard
ABŞ dolları məbləğində
investisiya qoyulub”, - deyən deputat Azərbaycan ilə Gürcüstan arasında
humanitar sahədə də əməkdaşlığın
xüsusi əhəmiyyətə
malik olduğunu bildirib və bütün bunların iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin
daha da möhkəmləndirilməsinə
xidmət etdiyini vurğulayıb.
Onu da qeyd edək ki, rəsmi İrəvanın isə Tbilisidə görüş
təklifinə necə
cavab verdiyi hələ də aydın deyil.
“Azadlıq” radiosunun
erməni xidməti -
“Azatutyun” məsələ
ilə əlaqədar
Ermənistan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Lakin Ermənistan XİN təklifə
heç bir şərh verməyib. Ermənistanın digər
rəsmiləri də
təklif qarşısında
hələ ki susurlar.
Cavid
Xalq Cəbhəsi.- 2023.- 12 oktyabr.- S.8.