Ədəbi tənqidimizin cavan şiri

 

Onu cəmi bir dəfə görmüşəm, yaxından tanımıram. Odur ki, bir fərd kimi xüsusiyyətlərini tam xarakterizə edə bilməyəcəm. Amma müşahidələrimin nəticəsini, onun haqqında eşitdiklərimi sizinlə bölüşməyə hazıram.

1958-ci ildə Masallı rayonunda dünyaya gəlib. 1986-cı idə Azərbaycan Dillər Universitetini bitirib. Bir il Yardımlı rayonunda müəllim işlədikdən sonra, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə Mirzə Fətəli Axundovun “"Təmsilat"ı qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Elə həmin ildən 1993-cü ilədək Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993-1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir.

2010-cu ildə isə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Filolologiya üzrə elmlər doktoru elmi dərəcəsinə nail olub.

Deyir ki, “hamı dayanmadan yazır, hərə bildiyini, hərdən bilmədiyini yazır. Bilirsiz, bizdə bir yararsız xasiyyət var, yəni, bəlkə , istənilən yazı adamında. Sən daha çox bilmədiklərinin aşiqi olursan, ondan yazmaq, onu ekrana gətirmək istəyirsən. Amma onu fəth etmədən, haqqında cüzi şeylər bilməklə. Yəni düşünürsən ki, əsas modeldir, onu qursam, içi asandır nəticədə şablon alınır. Mən daha çox filologiya aləmindəmüşahidə edirəmdemirəm, bilmədən yazanları görürəm, çünki hər şey ortadadır. Ömür qısadırsa, onu yazmaqla uzatmaq olmaz. Bu eşqlə qələmə sarılanlar var, hətta xarici ölkələrdə çap olunurlar. Baxın, biriƏdəbiyyat nəzəriyyəsiyazırsa, ardınca ən azı 10 nəfər bu hadisəni yamsılayır. Nəyə lazımdır? İnsan əgər anlamadığı problemlərdən bir kitab bağlayırsa, onu nəşr etdirirsə, sonra da sinəsini qabağa verib sevinirsə, buna ad qoymaq olar? Əlbəttə cahillik...”.

Ruh adamıdır, gözlərinin dərinliyində qəribə bir ifadə var. Bəli, bu ifadə illərlə çəkdiyi zəhmətin təzahürüdür, gözlərindən məğrur-məğrur boylanır. Keçirdiyi yuxusuz gecələrin acısı, apardığı tədqiqatların əziyyəti sanki dil açıb adamla danışır. Amma yaxşı ki, yorulmayıb, hələ axtarışdadır...

Yaxşı şeirdə söz, "Uliss"də olduğu kimi, sərhəd situasiyasında yerləşməlidir. Hiss, duyğu işartısını tapıb itirdiyin eyni anın içindən keçən sərhəd keçmişlə gələcəyin dəli sularını bir-birinə qatır, dəqiq tapılan şeyin üstüylə gedib onu sanki yer üzünün yaddaşından silir, bütün parametrləri görünməyən nəsnəni son dərəcə konkret əşya biçimində nümayiş etdirir, beləliklə Neklyudovun "güzgü" nümunəsində güzgünün hər iki tərəfi həmin sərhəd zolağında qarışıb çat verir, dünya bu çatın ən dərin yerinə gömülür, göy üzündəki ulduzlar, bir az öncə salavat çəkdiyim ay göz yaşıtək damcılayır...”- söyləyir.

Zahirən qayğılı, məşğul adama bənzəyir, fikirli görünür. Sanki öz aləmində nələrisə çək-çevir edir, qaranlıqlara işıq tutmağa çalışır

Bir neçə yerdə dəfələrlə demişəm, indi təkrar edirəm: O, ədəbiyyat haqqında, bədii mətn əsər haqqında fərqli nəzəri təcrübələr ənənələr kontekstində düşünə yaza bilən beş - altı filoloqumuzdan biridir. Mətni çox sevir. Mətnlə davranmağı, işləməyi bacarir. Onun sevdiyi filoloji mövqe - kontekstinin tapılması mət¬nin hüdudlarını, eləcə sıxlıq dərəcəsinigöstərməsidi. Sevdiyi şairlərin yaradıcılığına Tınyanov prinsipini- “şeir sırasının sıxlığıprinsipini tətbiq edir. O, semantik əlaqələri yalnız qonşu sözlər arasında, sətirdə, beytdə deyil, bütövlükdə şeirin simmetrik yerləri arasında da aparır. Çağdaş poeziyamızın istedadlı nümayəndələrinə həsr olunmuş məqalələrini xatırlamaq gözdən keçirmək kifayətdir. Poeziya haqqında ən yaxşı yazanlardan biri odur. Onu poeziyadadilin arxa planımaraqlandırır. Onu yaxın-uzaq sətirlərin, obrazların gizli əlaqələri, mənalar mübadiləsi s. maraqlandırır.”- bu fikirlər ədəbiyyatşünas, professor Rüstəm Kamala aiddir. Hörmətli professor onun haqqında düşündüklərini davam etdirərək daha sonra yazır:

Onun bütün cəhdləri XX əsr Azərbaycan poeziyasının iyerarxiyasını anlamağa yönəlib. Yazılarından söhbətlərindən gəldiyim qənaət budur: O, ədəbiyyatda hər kəsin yerini gözəl dəqiq bilir. heç vaxt ölçü həddini itirmir. Onun sevimli şairlərini mən tanıyıram. “Əli Kərim xəstəliyiilə məni yoluxdurdu. Sağ olsun. Azərbaycanın bir böyük şairinə mən yaxınlaşabildim. O, janrından asılı olmayaraq, bütün əsərlərə poeziya bucağından baxır. Onun üçün poetika poeziya haqqında elmdir hətta klassik Azərbaycan komediyalarını poeziya kimi araşdırır. Onun şairliyindən xəbərim var. İlk dəfə bir neçə şeirini bir soyuq qış axşamıBaksovet”də bir kafedə oxumağı da yadıma gəlir. Bu şeirləri oxuyandan sonra ağlıma gələn ilk nəzəri qeydlər bunlar oldu: Bu şeirlərdə məna obrazla kəsişmir- daha doğrusu, hansısa sürreal bucaq altında kəsişir. Bəzən predmetin mənası simvolik obrazı arasında əlaqəni pozur. Onun poetik mətnlərində vahid obyekt yoxdur, fraqmentlərə- “kubiklərəbölünür hər birinin şəffaf süjeti var. O, Azərbaycan poeziyasını struktur baxımdan təşkil olunmuş vahid süjet kimi anlamağa, araşdırmağa çalışır. Fikrimcə, Azərbaycanda filoloqları milli oxucuları iki yerə bölmək lazımdır: Mirzə Fətəlini oxuyanlara oxumayanlara. Hiss olunur ki, o, Mirzə Fətəlini mükəmməl oxuyub. Namizədlik doktorluq dissertasiyalarını Azərbaycan komediyasının poetikasına həsr edib. Mən yazılarımı ona baxıb yazıram. Onun baxışlarını həmişə üzərimdə hiss edirəm...”

Bu söhbətimdə bilərəkdən daha çox mütəxəsis rəyinə istinad etdim ki, həm yaddaşlar təzələnsin həm tənqidçi, ədəbiyyatşünas tərcüməçi Cavanşir Yusiflini yaxından tanıyasınız...

Bəli, illər öncə guya ürək çatışmamazlığından vəfat etdiyi xəbəri ölkəyə yayılsa da, professor Rüstəm Kamal demişkən- Cavanşir Yusifli hələ uzun müddət ədəbiyyatımıza xidmət göstərəcək...

 

Elman Eldaroğlu

Xalq Cəbhəsi.- 2023.- 28 sentyabr.- S.15.