Milli Kitabxanada Aprel döyüşlərinə həsr
edilmiş sərgi hazırlanıb
Milli Kitabxanada “Aprel döyüşləri
– böyük zəfərin başlanğıcı” adlı
virtual sərgi və eyniadlı ənənəvi geniş kitab
sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan bildirilib ki, sərgilərdə
Aprel döyüşlərində Lələtəpə,
Talış yüksəklikləri və digər bir sıra
mühüm strateji yüksəkliklərin işğaldan azad
edilməsindən, bu döyüşlərin canlı
şahidləri - qazilərlə, iştirakçı
olmuş kəşfiyyatçılarla müsahibələr, Vətən
müharibəsi, şanlı Qələbə, tarixi Zəfərimizin
əldə olunmasında Müzəffər Ali Baş Komandan
İlham Əliyevin uzaqgörən hərbi və siyasi
strategiyasından, Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqlarından,
torpaqlarımızın azadlığı uğrunda
canından keçən şəhidlərimizin
döyüş yolundan bəhs edən Azərbaycan və
müxtəlif dillərdə kitablar, dövri mətbuat məqalələri,
fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Xalq Cəbhəsi .- 2025. -3 aprel(№12).- S.16