İnsanlığın PƏRVANƏSİ...
Bu gün cəmiyyətimizin çatışmayan cəhətlərindən
biri də odur ki, paxıllıq, xəbislik, nankorluq baş
alıb gedir. Sanki insanlar bir-birini ruhlandırmağı,
xoş söz deməyi yadırğayıblar. Əksəriyyət
kimdəsə şahidi olduğu müsbət xüsusiyyətlərdən
danışıb təbliğ etmək istəmir. Bunun
üçün ya arada hansısa maraq olmalıdır və
ya da ki, təmənna. Amma nə yaxşı ki, az da olsa
ürəyigeniş, mərd insanlar var. Onlar
tanıdı-tanımadı yaxşıya yaxşı deməyi
bacarırlar. Bu həm yaxşıları həvəsləndirir
və həm də yaxşılıqların artmasına təkan
verir...
Bu gün sizə 1982-ci il aprelin 23-də Gədəbəy
rayonunun Əli-İsmayıl kəndində dünyaya gələn
Pərvanə Bayramqızından danışmaq istəyirəm.
O da, hətta şəxsən tanımadığı
insanların yaradıcılığı barədə xoş
söz deməyi bacaran qələm adamlarındandır...
Gəlin əvvəlcə onun ömür yoluna
işıq tutaq. Pərvanə xanım orta məkətəbi
bitirdikdən sonra, 2000-ci ildə ailəliklə Bakıya
köçüblər. Sonra filologiya və kitabxanaçılıq
ixtisası üzrə təhsilə yiyələnib.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasında çalışır...
Deyir ki:- “”Kitabxanaçı” deyəndə kitab
alıb-vermək işindən başqa ağlına heç
nə gəlməyənlər üçün kitabxana
işinin elmi-nəzəri biliklərindən mühazirə
deyib, onları bu sahədən xəbərdar etmək çətin
məsələdir. Dinləməzlər. Amma həmin bilgilər,
peşənin məsuliyyəti, maraqlı tərəfləri
poeziyaya gətirilsə yaxşı təbliğat vasitəsi
olar. Bu bir təşəbbüsdür, dəyərləndirib
yazan olsa, mütaliə, kitabxana işinə müsbət təsir
göstərər...”
Peşəsinin vurğunudur, mütaliə etməyi,
daha çox öyrənməyi xoşlayır. Amma yuxarıda
qeyd etdiyim kimi, bir şözəl şakəri də var:-
Yazmaq, yazmaq, yenə də yazmaq. Odur ki, saysız-hesabsız
publisist yazılar yazıb. Bu yazılarda həm gündəmlə,
həm cəmiyyətin ictimai-sosial həyatıyla və həm
də yaradıcı insanlarla bağlı fikirlərini mətnlərə
çevirib. İndiyədək esselər, resenziyalar, ana dili məsələsi
ilə bağlı tanınmış ziyalılardan
aldığı müsahibələrdən ibarət altı
kitabı çap olunub...
“Məncə, yaxşı danışana,
ağzından dürr tökülənə, maraqlı
söhbət edənə qulaq asan olmur, hətta
sözünü kəsib özləri danışırlar. Mənasız
məişət söhbəti adamları daha çox cəlb
edir. Qonşunun yaşayış tərzindən, qohum-əqrəbasının
pisliyindən danışanı, çoxu həvəslə
dinləyir. Belələrini söhbətcil
adlandırılır. Onların "dinləyici
auditoriyaları" üstünlük təşkil edir. Nəylərinə
gərəkdir, sənin sağlam mənəviyyatından, zəngin
təfəkküründən bəhs edən
mövzuların. Qərəzsiz danışırsansa, obyektiv
fikirləşirsənsə, özünü tanımadan kiminsə
sözü ilə kimisə asıb-kəsmirsənsə
maraqsız adam təsiri bağışlayırsan.”- söyləyir.
Uşaq yaşlarından yazıb-yaradır. Amma ilk dəfə
2003-cü ildə “Mən də övladıyam Azərbaycanın”
şeiri ilə tanınıb. “Qəlbimin istəkləri”
adlı birinci kitabının nəşr tarixi isə 2008-ci ilə
təsadüf edir. Vətən, yurd, el-oba sevgisini, müharibənin
fəlakətlərini, fərdi yaşantılarını,
sevginin paklığını, ayrılıq əzablarını
əks etdirən mətnlərlə zəngin “Yaza bilməyən
yazıçı adlı kinci kitabından sonra, pandemiya dövrünün
ağrı-acıları, maddi çətinlikləri, sərbəstlik
məhdudiyyəti, ölümü, ayrılıqları, ana
dilinin qorunması, cəmiyyətin problemləri, sosial şəbəkələrin
faydalı-zərərli tərəfləri haqqında
geniş yazıların toplaşdığı “Karantin zədəsi”
kitabı isə onun üçüncü kitabıdır.
“Bir də gördüm…” adlı dördüncü
kitabını atasının xatirəsinə həsr edib. Bu
ilin mart ayında ərsəyə gətirdiyi bədii-publisist
yazıları əhatə edən “Asan çətinliklər”in
ardınca yalnız hekayələrin sıralandığı
“Siz harda yaşayırsınız?” kitabını da oxucuların
ixtiyarına verib. "Asan çətinliklər"
kitabı naşir Əli Aslani tərəfindən əski əlifbaya
çevrilərək, 2025-ci ilin yanvar ayında İranın
Miandoab şəhərində "Tərz" nəşriyyatında
çap olunub...
Deyir ki:- “Nadanların yanında dan görünmək
üçün gərək onların tayı olasan, yoxsa təklənirsən.
Adamın yaxşı insanlara canı yanır,
duyğularına, xoş hisslərinə heyfi gəlir.
Onların ali keyfiyyətlərini dəyərləndirmək əvəzinə,
ya paxıllığını çəkirlər, ya da ruhən
öldürməyə çalışırlar. Ətraf
doludur bu cür "qatillərlə".”
Cəmiyyətdə raslaşdığı problemlər-
nadanlıq, bir-birinə hörmətsizlik, xəbislik hissləri
onu çox narahat edir. Düşünür ki, bunun
qarşısını yalnız marifləndirməklə almaq
olar...
“Tez-tez qarşılaşdığım məqamdır-
hansı qadın kollektivində oluramsa, mənə
ağzımı açıb bir kəlmə deməyə
imkan vermirlər. Ya hamı eyni vaxtda danışıb xor
yaradır, ya da hər kəs özü danışır,
özünə maraqlı olan mövzunu ortaya atır. Mən
də günahkarcasına onlara baxıram. Özümü
danlayıram: necə maraqsız adamam... bu qadınların
güldüyü söhbətlərə niyə gülməyim
gəlmir? Niyə mən də başqalarının
yaşayış tərzi ilə maraqlanmıram? Niyə bunlar
özgəni müzakirə edəndə mən
"İnsanı öldürmək" hekayəsindən
danışmaq istəyirəm? Niyə cəmiyyətin problemlərini
özümlə o başa-bu başa daşıyıram? Kimə
lazımdır axı? Əcəb olur mənə.
Yaxşısı başını aşağı salıb
yazmaqdır.”- söyləyir.
Oxucu qıtlığından gileylənir. Gənclərdə
kitablar haqqında gözəl təsəvvür
formalaşdırmaq, gələcək nəslin mədəni
yetişməsi üçün gücümüzü
toplayıb yaxşı işlər uğrunda
çalışmağı təklif edir. Onun bu təklifinə
gülməyi tutanları, mənasız iş sayanları
"laqeyd vətəndaşın millətə zərəri"
maddəsi ilə mənəvi məsuliyyətə cəlb
olunmasını istəyir.
Qəlbi təmiz adamdır. Heç kimə pis nəsə
arzulamır. Həyat enerjisi yüksəkdir. Çox məsələlərdə
təfərrüatlı və diqqətlidir. Əsas
xüsusiyyətləri isə ağıllı, mərd və
müdrük olmasıdır. Onu çox bəyənirlər,
elə buna görə də ətrafındakı
qadınların bəziləri onu qısqanır,
paxılığını çəkirlər...
Deyir ki:- “Ürəyimdə, beynimdə nə varsa,
dilimə də onu gətirirəm. Bildiyim təkcə
obyektivlik və ədalətdir. Günahım olarsa, üzr istəyər,
olmazsa adamların pis üzündən sarsılaram. Xoşuma
gəlməyən simadan uzaq dursam da özünü
ustalıqla gizləyən hiyləgərlərə inanıram.
Əgər gözümün qabağındakı saxtakar, hiyləgər
özünü saf kimi tanıtmağı bacarıbsa, həqiqətən
saf olana da yaxınlaşmağa adam tərəddüd edir.
Neynəyim dodağısözlü, qeybətcil,
paxıl, təfəkkürü mətbəxdən o yana
inkişaf etməyən qadınlarla sözüm tutmur...”
Duyğularını tam şəkildə hiss etməyi
sevir. Olduqca qayğıkeşdir, mehriban xarakterlidir.
Etibarlılığı və mülayim təbiəti ilə
fərqlənir. Tez qərar verməyi, onu qısa müddətdə
həyata keçirməyi bacarır. İnadkar, xarizmatik
xanımdır. Bəzən sərt, bəzən isə həssas
olur. Duyğusal olduğundan romantik, sakit və ciddi adamları
bəyənir. Ümumiyyətlə, insanları tanımaqda
çətinlik çəkmir...
“Yaxşı insanlar onlara dəyər verən,
yaxşı insanların yanında dəyərlidir. Bir qanmaz,
yaxud paxıl əsl insanın layiq olduğu münasibəti
ona göstərməz. Xainin gözündə yaxşı
insan yaxşı kimi yox, maneə kimi görünər.
Paxıl adam insanlığı dəyərləndirə bilməz.
Ona gic kimi baxar. Yazıq yaxşı adam yenə günahı
özündə axtarır. Hər şey "zər
palan"(zəfəran) məsəlidir.”- söyləyir.
Üstün xüsusiyyətlərindən biri də
odur ki, o, həmişə qürurludur və sabit bir şəkildə
həyatda necə davam edəcəyini yaxşı bilir.
Gözəlliklərdən maksimum həzz almaq istəyi
bütün varlığına hakim kəsilib. Necə deyərlər,
həyatın gözəlliklərini çox sevir. Və
gözəl görünən hər şeyə dəyər
verməyi bacarır...
Xülasə, düşünürəm ki, onun
haqqında bildiklərimi sizə çatdıra bildim. Söhbətimin
sonunda isə, onu ad günü münasibətilə təbrik
edir, möhkəm can sağlığı, səadət
arzulayıram.
Yeni yaşı mübarək olsun!..
...Yeri gəlmişkən, 23 aprel həm də Ümumdünya
Kitab və Müəlliflik Hüququ Günüdür...
Hörmətlə, Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 24 aprel(¹15).- S.15.