Qarabağ sakinlərini qarşılamağa
hazırdır
Fuad Əliyev: “Dövlətimiz torpaqlarımızı
necə azad edibsə, oranı cənnətə döndərmək
gücünə də malikdir”
Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdışa
dair I Dövlət Proqramı mərhələ-mərhələ
həyata keçirilir. Bu ayın ilk ongünlüyündə
daha bir qrup sakin dogma torpağına qovuşub. Dekabrın 11-də
Xocalı rayonunun Şuşakənd, Ballıca və
Badara kəndlərinə növbəti köç
karvanları yola salınıb. Bu mərhələdə
Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər)
və Badaraya 6 ailə (18 nəfər)
köçürülüb.
Bu köçlə Şuşakəndə 93 (341 nəfər),
Ballıcaya 237 (1054 nəfər), Badaraya isə 43 ailənin
(154 nəfər) daimi qayıdışı təmin ediləcək.
Növbəti köç karvanı Xocalı rayonunun
Ballıca və Badara kəndlərinə çatıb, sakinlərə
açarlar təqdim olunub.
Açarların təqdim olunması mərasimində
Xankəndi şəhərində, Ağdərə və
Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyi ilə Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin əməkdaşları
iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Ballıcaya
köçürülən ailələrin sayı 237-yə
(1054 nəfər), Badaraya qayıdan ailələrin sayı isə
43-ə (154 nəfər) çatıb.
Dekabrın 12-də isə Ağdərə rayonunun Vəngli
kəndinə qayıdan ailələrə evlərin
açarları təqdim olunub.
Vəngli kəndinə 16 ailənin (76 nəfər)
qayıdışı təmin edilib.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Vəngli
kəndinə qayıdan ailələrin ümumi sayı 134-ə
(544 nəfər) çatdırılıb.
Növbəti köç karvanı dekbarın 15-də
Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb,
sakinlərə mənzillərin açarları təqdim
olunub.
Açarların təqdim olunması mərasimində
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları
iştirak ediblər.
Kəndə köç edənlər respublikanın
müxtəlif yerlərində, əsasən yataqxanalarda,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür
ediblər. Onlar həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə
22 ailə (85 nəfər) köçürülüb.
Cəbrayıl rayonunun Horovlu kəndinin sakini,
keçmiş məcburi köçkün Teymur Allahverdiyev
jurnalistlərə müsahibəsində deyib: “Bu gündən
kəndimizdə rahat, azad yaşayacağıq”.
"Bu gün Horovlu kəndinə
qayıdışımızın əsas səbəbkarlarından
olan bütün şəhidlərimizə Allahdan rəhmət
diləyir, qazilərimizə can sağlığı
arzulayırıq. Ermənilər 1992-ci ildə bizi silah
gücünə kəndimizi tərk etməyə məcbur
etdilər. Şükür Allaha, Azərbaycanın igid
oğulları kəndimizi işğalçılardan təmizlədilər",
- T.Allahverdiyev vurğulayıb.
Dekabrın 16-da isə Xocalı rayonunun Təzəbinə
və Seyidbəyli kəndlərinin hər birinə
ayrılıqda 10 ailə (müvafiq olaraq 44 və 41 nəfər)
köçürülüb.
Qeyd olunan kəndlərə köçürülənlər
ölkənin müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.
Təzəbinə və Seyidbəyli kəndlərinə
yola salınan ailələr Xocalı şəhərinə
çatıblar, mənzillərin açarları təqdim
olunub.
Qarşılanma və açarların təqdim
olunması mərasimində Xankəndi şəhərində,
Ağdərə və Xocalı rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları
iştirak ediblər.
Mərasimdən sonra Təzəbinə və Seyidbəylidə
məskunlaşacaq ailələr həmin kəndlərə
yola salınıb.
Qeyd edək ki, bu köçlə Təzəbinəyə
qayıdan ailələrin ümumi sayı 139-a (609 nəfər),
Seyidbəyliyə köçürülən ailələrin
sayı isə 48-ə (168 nəfər) çatıb.
Xocavəndin Sos kəndinə köçürülən
ailələrə də mənzillərinin açarları təqdim
olunub.
Qeyd edək ki, bu mərhələdə Xocavəndin
Sos kəndinə 21 ailə, 94 nəfər
köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər.
Onlar, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Dünən isə Prezident İlham Əliyevin
tapşırığına uyğun olaraq işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış
çərçivəsində Laçın şəhərinə,
Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə
və Ağdam rayonunun Xıdırlı kəndinə
köç karvanları yola salınıb.
Köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və
inzibati binalarda müvəqqəti məskunlaşmış
ailələrdir.
Bu mərhələdə Laçın şəhərinə
17 ailə (69 nəfər), Xocavəndin Hadrut qəsəbəsinə
6 ailə (26 nəfər), Qırmızı Bazar qəsəbəsinə
18 ailə (90 nəfər), Ağdamın Xıdırlı kəndinə
isə 16 ailə (45 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət diləyiblər.
Siyasi ekspert Fuad Əliyev deyib ki, aydanaya Qarabağ və
Şərqi Zəngəzurda həyat əvvəlki axarına
qayıdıb. O, qeyd edib ki, Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanları ilə adıçəkilən
bölgənin iqtisadi inkişafına təkan verilib.
İşğaldan azad edilən ərazilərdə
genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata
keçirilməsi, şəhər və kəndlərin yenidən
qurulması, “ağıllı kənd” və yaşayış
məhəllələrinin salınması, infrastruktur layihələrinin
icrası, istehsal və digər iqtisadi obyektlərin
yaradılması keçmiş məcburi köçkünlərin
Qarabağ və Şərqi Zəngəzura
qayıdışına və əzəli
torpaqlarımızda layiqli yaşayışına
hesablanıb: “Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur
sözün həqiqi mənasında cənnətə
dönür. Buranın sakinlərinin yaşaması, işləməsi,
təhsil almaları üçün hər bir şərait
yaradılıb. Hər iki iqtisadi rayonda aparılan
tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi
Zəngəzura, həm də Qarabağa Böyük
Qayıdış sürətlənib. Yeni iş yerlərinin
açılması, yolların çəkilməsi, bir
neçə su elektrik stansiyası inşa edilərək
istismara verilməsi, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında “yaşıl enerji” zonasının
yaradılması ilə əlaqədar dağ-mədən
layihələrinin icrasına başlanılması, iqtisadi və
sosial sahələrdə islahatların davam etdirilməsi və
s. onu deməyə əsas veirir ki, Qarabağ və Şərqi
Zəngəzur iqtisadi inkişafımızın yeni istinad
nöqtəsi olacaq. Bütövlükdə, azad edilən
torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı
potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən
sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə
verəcək, inkişafın yeni lokomotivinə çevriləcək”.
F.Əliyev onu da vurğulayıb ki, bölgədə
aparılan bərpa, quruculuq işləri ölkənin iqtisadi
gücünün göstəricisidir: “Bunu Azərbaycan
heç bir kənar dəstəyin müqabilində etməyib,
bizim ölkənin iqtisadi gücü imkan verir ki,
işğaldan azad edilən ərazilərimizdə quruculuq
işlərini aparaq. Düzdür, bu çətindir,
çünki işğalçı Ermənistan 30 ilə
yaxın bir müddətdə torpaqlarımım talan edib,
viran qoyub, milyardlarla dollar dəyərində bizə zərər
vurub. Bunun cavabını Beynəlxalq məhkəmələrdə
verəcək. Ancaq dövlətimiz 44 günlük müharibədə
necə qələbə qazanıbsa, torpaqlarımızı
necə azad edibsə, oranı cənnətə döndərmək
gücünə də malikdir .”
Cavid
Xalq Cəbhəsi .- 2025.- 18 dekabr (¹47).- S.9.