Xarici ticarət: ixrac
və idxal azalır
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan
dünyanın 175 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları həyata keçirib,
120 ölkəyə məhsul ixrac edilib, 170 ölkədən
idxal olunub. Gömrük orqanlarında qeydiyyatı
aparılmış, lakin gömrük rəsmiləşdirilməsi
tam başa çatdırılmamış ixrac olunan xam neft və
təbii qazın statistik qiymətləndirilmiş dəyəri
nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında
ölkənin xarici ticarət dövriyyəsi 39,914 milyard
ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin
20,7 milyard dollarını və ya 51,8 faizini ölkədən
ixrac olunmuş məhsulların, 19,2 milyard dollarını
(48,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil
etmiş, nəticədə 1,5 milyard dollar məbləğində
müsbət saldo yaranmışdır. 2024-cü ilin
yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət
dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz
artmış, real ifadədə isə 7,9 faiz
azalmışdır. İdxal real ifadədə 7,9 faiz, ixrac isə
7,8 faiz azalmışdır.
Real vəziyyət isə məhz real ifadədə
olan rəqəmlərdə özünü göstərir.
İxracın azalması neft hasilatının və
ixracının azalması ilə, idxalın azalması isə
daxili bazarda alıcılıq qabiliyyətinin, tələbin
aşağı düşməsi ilə bağlıdır. Hətta
qeyri-neft sektorunda da ixrac rəqəmləri real ifadədə
geriləmədən xəbər verir. Belə ki, 2025-ci ilin
yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının
ixracı 2987,8 milyon dollar təşkil etmiş və
2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə
6,6 faiz artsa da, real ifadədə isə 17,7 faiz
azalmışdır ki, bu da çox ciddi rəqəm hesab
oluna bilər.
Dövlət Gömrük Komitəsinin məlumatlarına
əsasən ölkənin xarici ticarət dövriyyəsinin
25,8 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,2 faizi Rusiya, 9,3
faizi Çin, 3,0 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş
Krallıq, 2,1 faizi İsveçrə, hər biri 1,9 faiz
olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla
Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla
Bolqarıstan və Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya,
1,3 faizi İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz
olmaqla Portuqaliya və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz
olmaqla Belarus və Hindistan, 12,3 faizi isə digər ölkələr
ilə aparılmış ticarət əməliyyatlarının
payına düşmüşdür.
İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini
Türkiyəyə, 4,5 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya,
3,1 faizini Yunanıstana, 3,0 faizini Bolqarıstana, 2,9 faizini
Xorvatiyaya, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3
faizini Rumıniyaya, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini
İsveçrəyə, 1,3 faizini Birləşmiş
Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz
olmaqla Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini
Fransaya, 0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə
digər ölkələrə göndərilmiş məhsulların
dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində
Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə
(9,7 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş
Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,7
faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana
(1,8 faiz), ABŞ-a (1,7 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,1
faiz), Çinə (1,1 faiz) göndərilmiş malların
payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların
ümumi dəyərinin 19,4 faizi Çin, 16,5 faizi Rusiya, 10,1
faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,0 faizi Avstraliya, 3,9 faizi
Birləşmiş Krallıq, 3,6 faizi Almaniya, hər biri 2,7
faiz olmaqla Qazaxıstan və İran, 2,4 faizi İsveçrə,
hər biri 2,1 faiz olmaqla Özbəkistan və İtaliya, hər
biri 1,5 faiz olmaqla Meksika, Yaponiya, Braziliya və Cənubi Afrika
Respublikası, hər biri 1,4 faiz olmaqla Koreya və Belarus, 1,2
faizi Ukrayna, hər biri 1,0 faiz olmaqla Fransa və Hindistan, 0,9
faizi İspaniya, 12,4 faizi isə digər ölkələr ilə
aparılmış idxal əməliyyatlarının payına
düşmüşdür.
2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin
eyni dövrü ilə müqayisədə mühüm məhsul
növlərindən təzə meyvə ixracı 28,2 faiz, təzə
tərəvəz 17,9 faiz, şəkər 58,5 faiz, siqaretlər
35,0 faiz, kartof 47,1 faiz, bitki yağları 22,3 faiz, mineral
gübrələr 8,0 faiz, polietilen 5,2 faiz, emal olunmamış
alüminium 48,7 faiz, sement klinkerləri 13,8 faiz, pambıq ipliyi
17,8 faiz artıb. Ancaq meyvə və tərəvəz şirələri
ixracı isə 1,5 faiz, meyvə və tərəvəz
konservləri 19,0 faiz, tütün 45,7 faiz, çay 4,3 faiz,
marqarin, qida üçün yararlı digər
qarışıqlar 27,0 faiz, təbii üzüm şərabları
və üzüm suslosu 22,0 faiz, pambıq lifi 9,8 faiz,
polipropilen 6,4 faiz, elektrik enerjisi 34,9 faiz, qara metallardan borular
9,8 faiz, qara metallardan çubuqlar 40,2 faiz, bentonit gili 16,4 faiz
azalmışdır.
2025-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 6,4
faiz, xam şəkər 25,6 faiz, kartof 13,8 faiz, mal əti 2,8
faiz, təzə tərəvəz 35,6 faiz, siqaretlər 2,8 dəfə,
minik avtomobilləri 29,8 faiz, polad prokatı 0,7 faiz, avtobuslar 2,4
dəfə, məişət kondisionerləri 11,5 faiz, mineral
gübrələr 3,1 faiz, polietilen 20,0 faiz, polipropilen 5,2 faiz,
məişət soyuducuları 11,6 faiz artıb. Amma bitki
yağları idxalı isə 7,1 faiz, kərə yağı,
digər süd yağları və pastaları 12,1 faiz, təzə
meyvə 14,7 faiz, şokolad və şokolad məhsulları
4,0 faiz, unlu qənnadı məmulatları 2,0 faiz, çay 5,5
faiz, quş əti və onun əlavə məhsulları 28,9
faiz, dərman vasitələri 15,6 faiz, qara metallardan borular 12,4
faiz, hesablama maşınları, blok və qurğuları 9,8
faiz, ayaqqabılar 2,0 faiz, rezin şinlər 3,1 faiz, sintetik
yuyucu vasitələr 5,8 faiz, mebellər 0,3 faiz, yük
avtomobilləri 6,4 faiz, qara metallardan çubuqlar 0,9 faiz,
paltaryuyan maşınlar 11,2 faiz, qara metallardan künclüklər
1,9 faiz, sement 21,8 faiz azalmışdır.
İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”na
əsasən 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 6.6% artaraq 2,99 milyard
ABŞ dolları təşkil edib. Yeyinti məhsulları
üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər
olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan şəkər
ötən ilin müvafiq dövrünə nəzərən
49.6%, meyvə-tərəvəz 30%, kimya sənayesi məhsulları
22.8%, pambıq iplik 8,8%, alüminium və onlardan hazırlanan
məmulatlar 3,8% artıb. Cari ilin on ayında aqrar məhsullar
üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye
məhsulları üzrə ixrac isə 260 milyon ABŞ
dollarına bərabər olub.
Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının
birgə ixracı 19,1% artaraq 1.03 mlrd ABŞ 2025-ci ilin
yanvar-oktyabr ayları ərzində qeyri-neft-qaz ixracı 2,99
milyard ABŞ dolları təşkil edib. Cari ilin yanvar-oktyabr
ayları ərzində yeyinti məhsullarının ixracı
962,1 milyon ABŞ dolları olub. 3 İqtisadi İslahatların
Təhlili və Kommunikasiya Mərkəzi 4 dolları təşkil
edib. Qe yd olunan dövrdə ixrac edilmiş qeyri-neft sek toruna
aid malların siyahısında qızıl ( 2 76.8 milyon
ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (15 9,8
milyon ABŞ d olla rı) ikin ci, ka r b a mid ( 153 m i l y o n A B
Ş d olla rı) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft
sek toruna aid malların siyahısında qızıl (38.9 milyon
ABŞ dolları) birinci olub. Bu siyahıda xurma (32.7 milyon
ABŞ dolları) ikinci, meşə fındığı (23,9
milyon ABŞ dolları) isə üçüncü yerdə
qərarlaşıb. Cari ilin on ayında Rusiya Federasiyasına
968,9 milyon ABŞ dolları, Türkiy ə yə 486,3 milyon
ABŞ dolları, İs veçrə yə 288,3 milyon ABŞ
dolları, Gür cüstana 2 73,6 milyon ABŞ dolları, Ukr
ayna ya isə 171,4 milyon ABŞ dolları də yərində
qeyri-neft sek toruna aid mal ixrac olunub. 2025-ci ilin oktyabr ayında
Rusiya Fe d e r a siy a sın a 90 milyon ABŞ dolları, Türkiy
ə yə 50,6 milyon ABŞ dolları, İs veçrə
40,6 milyon ABŞ dolları, Gür cüstan 28,8 milyon ABŞ
dolları, Ukrayna isə 24,1 milyon ABŞ dolları də yərində
qeyri-neft sek toruna aid mal ixrac edilib.
Yeni nəsil xidmət ixracı hesab edilən peyk
telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi
istiqamətində mühüm rola malikdir. 2025-ci ilin
yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının Kosmik
Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41
ölkəsinə 14,9 milyon ABŞ dolları dəyərində
peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un
xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin
66%-ni təşkil edib. 2025-ci ilin oktyabr ayında isə “Azərkosmos”
dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları
dəyərində xidmət ixrac edib. Hesabat dövründə
peyk telekommunikasiya xidmətlərinin ixracının ilk
beşliyində 3,9 milyon ABŞ dolları ilə Birləşmiş
Krallıq, 2,9 milyon ABŞ dolları ilə Lüksemburq, 904.8
min ABŞ dolları ilə İsveç, 696,7 min ABŞ
dolları ilə Türkiyə, 695,4 min ABŞ dolları ilə
Nigeriya qərarlaşıb.
M.Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.-
25 dekabr(¹48).- S.12.