Tarixi və mədəni irs hər bir xalq
üçün özünüdərk məktəbidir
Zəngin və çoxəsrlik bir mədəni irsə
sahib olan Azərbaycan xalqı minillərlə davam edən
inkişaf yolu keçərək elmə, incəsənətə
və mədəniyyətin rəngarəng qaynaqlarına yiyələnib.
Bu günə kimi qorunub saxlanılan maddi mədəniyyət
nümunələri, tarix və mədəniyyət abidələri
xalqımızın bu sahədə keçdiyi uzun yolun
canlı sübutudur. Dünyanın qədim sivilizasiya
ocaqlarından biri sayılan Azərbaycan torpağında hər
addımda tarixə işıq tutan izlərə rast gəlmək
mümkündür. Bu izlər təkcə
xalqımızın deyil, bəşər mədəniyyətinin
də formalaşmasında mühüm rol oynayıb. Tarixi
yaddaşımızı, milli-mənəvi dəyərlərimizi
əks etdirən maddi və mənəvi abidələrə
ölkəmizin hər bir guşəsində rast gəlinir.
Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci il
üzrə qeyri-hökumət təşkilatları
üçün elan etdiyi qrant müsabiqələrində
qalib olan Azərbaycan Demokratik İslahatların
İnkişafı Mərkəzi İctimai Birliyinin sədri
Cavid Şahverdiyev deyib.
O, qeyd edib ki, QHT Mədənuiyyət Nazirliyinin maliyyə
dəstəyi ilə “Yerli mədəni irs nümunələrinin
toplanması, foto və video arxivin yaradılması” layihəsini
həyata keçirəcək. QHT sədri qeyd edib ki,
qloballaşan dünyada xalqların öz mədəni-mənəvi
varlığını qoruması prioritet məsələdir.
Çünki xalqın dili, adət-ənənələri, mədəni
irsi onun milli identikliyinin əsas göstəricisidir.
Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan
Azərbaycan torpağında hər addımda tarixə
işıq tutan izlərə rast gəlmək
mümkündür. Bu izlər təkcə
xalqımızın deyil, bəşər mədəniyyətinin
də formalaşmasında mühüm rol oynayıb.
Hər bir tarixi-memarlıq abidəsi yalnız onun
inşa olunduğu dövrü deyil, eyni zamanda həmin
dövrün ictimai, mədəni və intellektual mühitini də
özündə yaşadan canlı tarix yadigarıdır. Bu
abidələr xalqın təfəkkür tərzini, estetik
zövqünü və dünya görüşünü nəsildən-nəslə
ötürən unikal irs nümunələridir. Məhz buna
görə onların mühafizəsi həm milli kimliyimizin
qorunması, həm də gələcək nəsillərə
ötürülməsi baxımından xüsusi əhəmiyyət
daşıyır.
Müstəqil Azərbaycanın memarlıq və
tarix-abidələrinin qorunması məsələsi
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik
siyasətində prioritet istiqamətlərdən biri olub. Ulu
Öndərin təşəbbüsü ilə qəbul edilən
1998-ci il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
bu sahədə hüquqi bazanın formalaşmasında
mühüm mərhələ oldu. Qanunda abidələrin əhəmiyyət
dərəcələri, toxunulmazlığı, istifadə və
mühafizə qaydaları, tədqiqat prinsipləri və
qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələləri
aydın şəkildə təsbit olunub. Qürurvericidir ki,
bu gün də ölkəmizdə tarixi və mədəni
irsə göstərilən yüksək diqqət və
qayğı davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü siyasət nəticəsində
bir sıra tarixi abidələr bərpa olunub, beynəlxalq səviyyədə
təbliğ edilib və onların bir neçəsi YUNESKO-nun
Ümumdünya Mədəni İrs Siyahısında öz
yerini alıb. Prezidentin imzaladığı müvafiq fərman
və sərəncamlar bu sahədə həm hüquqi-normativ
çərçivənin formalaşmasında, həm də
praktiki tədbirlərin icrasında xüsusi əhəmiyyət
daşıyır. Dövlət başçısının
təşəbbüsü ilə qəbul olunan strateji sənədlər
sırasında "Azərbaycan Respublikasının Mədəniyyət
Konsepsiyası", "Azərbaycan 2020: Gələcəyə
Baxış" İnkişaf Konsepsiyası və
"Daşınmaz tarix və mədəniyyət abidələrinin
bərpası, qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi
və inkişafına dair 2014-2020-ci illər üzrə
Dövlət Proqramı" vacib yer tutur. Bu sənədlər
milli-mədəni irsin qorunması və gələcək nəsillərə
ötürülməsi sahəsində uzunmüddətli və
kompleks tədbirlərin həyata keçirilməsinə zəmin
yaradıb.
Azərbaycanın mədəni irsin qorunması sahəsində
qazandığı uğurlar, heç şübhəsiz,
ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın da parlaq fəaliyyətinin
nəticəsidir. Onun mühüm təşəbbüsləri
nəticəsində milli mədəniyyətimizin nadir
nümunələri dünya ictimaiyyətinə təqdim
olunub, Azərbaycan irsinin ümumbəşəri dəyər
kimi qəbul olunmasına mühüm töhfə verilib. Məhz
onun təşəbbüsü və fəal təşkilatçılığı
ilə Azərbaycan muğam sənəti, tar
ifaçılığı sənəti, aşıq sənəti,
Novruz bayramı, Kəlağayı (Buta simvolizmi), İçərişəhər
Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət
Tarixi-Bədii Qoruğu kimi unikal mədəniyyət nümunələri
YUNESKO-nun qeyri-maddi və maddi mədəni irs siyahısına
daxil edilib. Mehriban xanım Əliyevanın təşəbbüsləri
sayəsində mədəni irsə münasibət cəmiyyətin
bütün təbəqələrində fərqli müstəviyə
keçib, maarifləndirmə, mədəni diplomatiya və
irsə sahib çıxmaq ənənəsi daha da güclənib:
“Abidələrin yalnız qorunması deyil, həm də
danışdırılması, tanıdılması və
öyrədilməsi də əsas məqsədlərdən
biri olmalıdır. Tarixi abidələrin təbliği və
onlara olan yanaşma cəmiyyətin öz mədəni kimliyinə
münasibətini müəyyənləşdirir.
Mədəniyyət naziri Adil Kərimli 07.07.2025-ci ildə
parlamentin Mədəniyyət komitəsində keçirilən
ictimai dinləməsi zamanı söyləyib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən dövlət siyasətində mədəniyyət
sahəsi xüsusi yer tutur: “Tarixi abidələrin, maddi-mədəni
irs nümunələrinin qorunması və gələcək
nəsillərə ötürülməsi dövlətimizin
başçısının daim diqqət mərkəzindədir.
Onun bu istiqamətdə verdiyi tapşırıqlar əsasında
qarşıya yeni strateji vəzifələr qoyulub və
prioritet istiqamətlər müəyyən edilib”.
“Mədəni irs Azərbaycanın milli kimliyinin
ayrılmaz hissəsidir və bu sahəyə yanaşma da
dövrün tələblərinə uyğun olaraq yenilənib.
Mədəniyyət Nazirliyi olaraq qarşıya qoyulan strateji məqsəd
milli-mənəvi dəyərlərin qorunması ilə
yanaşı, bu irsin beynəlxalq miqyasda tanıdılması
və UNESCO kimi qurumlarla əməkdaşlığın daha
da gücləndirilməsidir”- deyib nazir”.
Tarixi və mədəni irs hər bir xalq
üçün özünüdərk məktəbidir. Mədəni
irs mülkdür, öncəki nəsillərdən bizlərə
gəlib çıxan qiymətli xəzinədir,
keçmişlə bu gün arasında əlaqədir. Xalqa
aid olan dəyərlərin məcmusudur. Mədəni irs təkcə
gözlə gördüyümüz, toxuna bildiyimiz abidələrdən
ibarət deyil. O, həm də keçmişimizin, kimliyimizin və
mənəviyyatımızın güzgüsüdür. Vətən
torpağının hər bir qarışında əcdadlarımızın
izi var. Bu, mədəni irsimizin bir parçasıdır. Ona
sahib çıxmaq, mühafizə etmək və gələcəyə
ötürmək vacibdir. Mədəni irsin qorunması təkcə
dövlət qurumlarının deyil, cəmiyyətin hər
bir üzvünün borcudur: “Azərbaycanın yerli mədəni
irs nümunələrin, xüsusən dünya əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin
qorunması, tanıdılması və bu irsin gələcək
nəsillərə ötürülməsi istiqamətində
maarifləndirmə, praktiki, tədqiqat və sənədləşdirmə
formatında layihənin həyata keçirmək niyyətindəyik.
Bunun üçün mədəni irs nümunələrin
foto və video arxivini yaratmağı
düşünürük.
Bu gün Azərbaycan Respublikasının dövlət
siyasətinin əsas istiqamətlərindən biri olan mədəni
inişafı siyasəti, milli-mənəvi dəyərlərin
təbliği, tarixi mədəni zənginliyin qorunması vətəndaşların
tərbiyəsində xüsusi yer tutur.
Hər bir dövlətin və cəmiyyətin
formalaşmasında, inkişafında ölkədə
mövcud olan mədəni və milli-mənəvi dəyərlər
sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər
sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin
və dövlətin inkişafını iddiasında olmaq əbəsdir.
Göstərilən səbəbdən də mədəni irs
nümunələrinin qorunması və gələcək nəsillərə
ötürülməsidir. Bu istiqamətdə vətəndaş
cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin
də üzərinə məsuliyyət, öhdəlik
düşür. Dövlətlə bərabər QHT-lərin
də əsas vəzifələrindən biri, həm ölkə
vətəndaşları arasında, həm də beynəlxalq
aləmdə mədəni irs nümunələrinin təbliğinə
kömək etməkdən ibarət olmalıdır.
Öncə ölkəmizin tarixi mədəniyyət
obyektlərinin, incəsənət ocaqlarının, teatr və
muzeylərinin, eləcə də mədəniyyət və
incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar
tərəfindən yaxından tanınması məqsədi
ilə fəaliyyətləri gücləndirmək və daha
da təkiminləşdirmək lazımdır. Bu gün bu
istiqamətdə fəaliyyət göstərən hər
birimizin üzrərinə Azərbaycanın zəngin mədəni
irsinin təbliği və onun gənclərimiz tərəfindən
qorunması kimi məsuliyyətli bir öhdəlik
düşür. Hər kəsə məlumdur ki, gənc nəsil
həm də xalqın əsrlər boyu yaradıb
yaşatdığı ənənələri, milli mədəniyyəti
yaşadır və gələcək nəsillərə
ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan
gəncinin də amalı, ideyası vətəni, xalqı
düşünmək, ölkəmizin beynəlxalq aləmdə
tanınması üçün öz bacarığından
maksimum istifadə etməkdən ibarət olmalıdır”.
C.Şahverdiyev onu da vurğulayıb ki, Azərbaycanın
mədəni irsin qorunması üçün rəqəmsallaşdırma
və yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət
daşıyır. Bu yanaşmalar vasitəsilə tarixi abidələr,
sənət əsərləri və mədəni dəyərlər
həm mühafizə olunur, həm də dünya səviyyəsində
tanıdılır. Gələcəkdə texnologiyanın
daha da inkişafı ilə Azərbaycanın mədəni
irsin qorunması və tanıdılması daha da effektiv
olacaqdır.
Azərbaycan dünya əhəmiyyətli zəngin mədəni
irs nümunələrinə, obyektlərinə malikdir.
Onların qorunub saxlanması və gənc nəsillərə
ötürülməsi, təbliğatı, yerli və
dünya ictimaiyyətinə məlumatlandırılması
vacib amillərdən biridir. Bu məqsədlə QHT tədqiqat
və sənədləşdirmə formatında Azərbaycanın
dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət,
arxeoloji abidələrin foto və video arxivinin
yaradılması layihəsini həyata kermək niyyətindədir.
Bu həm mədəni irs nümunələrinin qorunub
saxlanması və gələcək nəsillərə ötürülməsinə
xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət
internet üzərindən Azərbaycanın mədəni irs
nümunələri ilə tanılışq
üçün canlı geniş imkanlar əldə edə
biləcəklər.
Yerli dünya əhəmiyyətli daşınmaz tarix
və mədəniyyət, arxeoloji abidələrin toplanması,
foto və video arxivin yaradılması üçün
Azerbaijan-irs.az adlı internet resursu və eyniadlı yutub
kanalı yaradılmalıdır. Sayt üzərindən həm
fotolar, həm də videolar ictimailəşdiriləcək.
Bu formatla layihənin geniş auditoriyanın
marağına səbəb ola biləcəyinə, eyni zamanda
mədəni irs nümunələrinin əhəmiyyəti,
qorunub saxlanması və gələcək nəsillərə
ötürülməsi üçün fundamental məlumatlandırıcı
elektron bazanın qurulacağına əminik. Bu həm də
xarici turistlərin ölkəmizə marağənən
artmasına gətirib çıxaracaq”.
Cavid
Xalq Cəbhəsi .- 2025.-
25 dekabr(¹48).- S.9.