Şair
olmaq istəməyən xalq artisti...
Olduqca inadkar adamdır. Məqsədinə nail olanadək
yorulmadan çalışır. Dürüstlük vəetibarlılıq
onun üçün çox vacibdir. Fədakarlıqalın
yazısıdır. Haqsızlıqla qarşılaşanda tərəddüdetmədən
mübarizəyə atılır. Dostluqdaetibarlıdır,
dostlarına sonadək sadiq qalır. Ədalət onun
üçün çox önəmlidir. Planlı vənizamlı
şəkildə hərəkət etməyi xoşlayır.
Yaxşıintuisiyası var, hadisələri əvvəlcədən
hiss edəbilir. Azadlıq aşiqidir, məhdudiyyətə
nifrət edir. İnsanları sevən, lakin tünlükdən
qaçan adamdır. Sülh və əminamanlıq onun ən
böyük istəyidir. Çox ciddi və düşüncəli
olduğu üçün öz üzərinəməsuliyyət
götürməkdən çəkinmir. Bir azdərvişliyi
də var- dünyanı yaşamaq üçün ideal yer
hesab etmir və adətən tək qalmağa
üstünlükverir. Bir sözlə, onu insanlara sevdirən ədalətlivə
vicdanlı olmasıdır. Analitik idraka malik olduğuna görə,
nəyisə sınaqdan keçirmədənqərar vermir.
Onun üçün kəmiyyət yox, keyfiyyət daha
üstündür. Lazımsız yerlərə pulxərcləmir,
israfçılıqdan çəkinir...
Deyir ki, “teatr hər zaman olub. Əvvəl də var
idi, bu gün də var. Teatr ayrı-ayrılıqda birprosesdir,
haqqında danışarkən onu əsasən ikimərhələyə,
sovet və müstəqillik mərhələsinəbölmək
lazımdır. Təbii ki, bu dövrlərdə
teatrınuğurlu, uğursuz vaxtları da olub. Məsələn,
SSRİ dövründə böyük bir imperiyada Azərbaycanteatrı,
Azərbaycan aktyorları çox böyük işlərgörüblər,
çox yüksək sənət əsərləri göstəriblər.
Bu dövrdə çox böyük sənətkarlar
yetişib. Müstəqillik dövrünə gəldikdə
isə, ilk vaxtlarbütün sahələrdə olduğu kimi,
teatrda da birdurğunluq yaşandı. Bu, hamı
üçün gözlənilməzidi. İctimai formasiya dəyişirdi.
Nəyin necəolacağını bilmirdik. Amma indi bütün
buproseslər öz yoluna düşüb və necə deyərlər,
hərşey yaxşılığa doğru gedir. Öz fikirlərimitəsdiqləmək
üçün təkcə bir faktı deməkistəyirəm.
Bu il biz Azərbaycanda ilk dəfəmüstəqil
teatrların festivalını keçirdik. Səmimideyim ki, mənim
də xəbərim yox idi, biz festival keçirəndə
gördük ki, Bakıda 20-yə yaxın müstəqil teatr
var. Bu çox gözəlgöstəricidir, buna sevinmək
lazımdır. Əlbəttə, bu teatrların çoxunun
müstəqil binası yoxdur, stabil heyəti yoxdur, bir
çox problemləri var. Amma bu yeni formalaşan məsələdir.
Getdikcədaha da yaxşılaşacaq. Qeyd edim ki, Bakıda hərzaman
teatr və teatrı sevən insanlar olub. Əgərbiz
yaşda aktyorlar hələ teatrdan bezibgetməyibsə, deməli,
hər şey yaxşıdır”.
Söhbət prezidentin fərdi təqaüdçüsü,
xalq artistiVidadi Həsənovdan gedir. O, 1958-ci ilin iyulun16-da Gəncədə
anadan olub. Orta təhsilini oradabaşa vurub. 1979-cu ildə hərbi
xidməti başavurduqdan sonra Cəfər Cabbarlı adına
Gəncədövlət dram teatrında fəaliyyətə
başlayıb. Dahasonra Azərbaycan Dövlət Mədəniyyət
vəincəsənət İnstitutunda dram və kino
aktyoruixtisasına yiyələnib. 1986-cı ildən həmin
elm məbədində müəllim kimi
çalışır. "Estrada rejissoru"
kafedrasının dosentidir. Eynizamanda "Media Company"-nin nəzdindəyaradılmış
"M. Teatr Production"un bədiirəhbəridir. 2008-ci ildə
"Şair olmaq istəmirəm" adlı şeirlər
kitabı işıq üzü görüb.
Avropakinematoqrafçılar Assosasiyasının xətii iləTibilisidə
və eləcə də Moskvada ssenaristlərkursunu keçərək,
beynəlxalq sertifikatlar alıb...
“Bəlkə də, bir az bəsit müqayisə
olacaq, ancaqyenə də deyim. İnsan ac olanda yemək istəyir.
Ac olmayanda yeməyə ehtiyac duymur. Teatr da insanın digər
ehtiyacları kimidir. Adam var ki, özündə teatra getmək
ehtiyacı duyur, adam da var ki, onun üçün teatrın
varlığının və yayoxluğunun elə bir əhəmiyyəti
yoxdur. Sən nəqədər təbliğat aparsan da, izah etməyə
çalışsanda- "mənə teatr lazım deyil",
deyəcək. Bu, normal haldır. "Bizim insanlar niyə
teatragetmirlər?",-sualı ritorikdir. Bu sualın
cavabıyoxdur. Heç kəs bu suala cavab verə bilməz.
Getmək istəyən teatra gedəcək, getməkistməyən
də getməyəcək”,- söyləyir.
Bir sıra əsərlərin səhnələşdirilməsindərejissorluq
edib. Eləcə də tetrda və iyirmi beşəyaxın
filmdə aktyor kimi müxtəlif
obrazlarıcanlandırıb...
Deyir ki, “indi bir çox insanlar ancaq nostaljihisslərlə
yaşayırlar, müasir filmlərə baxmadan, müqayisə
aparırlar. Mən bir neçə festivaldaiştirak etmişəm.
Həmin festivallardaAzərbaycanın yeni filmləri
nümayiş olunub. O filmlər haqqında orada yüksək
fikirlər deyilib. Hətta, Kazan festivalında bir çox
peşəkaradamlar, böyük mütəxəssislər bu
filmlər barədəçox yüksək fikirlər səsləndiriblər.
Mən şəxsənbunun şahidi olmuşam və o fikirləri
sosialşəbəkələrdə paylaşmışam. Belə
olan halda indibelə filmlərin pislənməsilə
bağlı fikirlərlə necərazılaşmaq olar? Gəlin,
"Bəyin oğurlanması" filmini misal göstərək.
Aktyorlar da, rejissorlarda, kinoşünaslar da qeyd edirlər ki,
öz bədiidəyərinə görə bu film o qədər
də yüksək filmdeyıl. Daha çox regional filmdir.
Düzdür, oradadeyilən hər söz insanların dilindədir,
oradadeyilən hər söz zərbi-məsələ
çevrilib. Amma bufilm bədii dəyər baxımından zəif
filmdir. Sənonu götürüb Azərbaycandan hansısa
festivalaaparsan, heç onu müsabiqəyə də salmazlar.
Ancaq uşaqdan-böyüyə hamı o filmi sevir.
"Əhməd haradadır" filmini sevməyən var?
Ancaq ona kateqoriya veriləndə ən aşağkateqoriya
verilmişdi. Amma bizim eləmürəkkəb, elə qəliz
filmlərimiz var ki, onlaruğur qazanıblar. Ola bilər ki, o
filmlərAzərbaycanda göstərilər və bəyənilməz.
Ancaqbu, o demək deyil ki, həmin filmlər uğurludeyil. Bu
baxımdan Azərbaycanda kino prosesiçox uğurlu gedir. Hər
sahənin çatışmayancəhətləri olduğu
kimi bu sahənin də çatışmayancəhətləri
var. Əsas məsələ də maddi məsələdir. Bu
məsələ həll olunsa, biz daha yaxşı filmlərçəkə
bilərik”.
Bəli, xalq artisti kino sənayesindəki problemlərigörür
və çox narahatdır. Haqlı iradları var: “bizdə
bu qədər tarixi filmlər çəkilib.
Hansındanrazı qalmısınız? Ona görə tarixi
seriallarçəkilməsə yaxşıdır. O cür
serialları çəkmək asanməsələ deyil.
Paltardakı detallar, sifət cizgiləri, təbiət mənzərələri
və sair çox dəqiq olmalıdır. Buna isə
külli miqdarda vəsait lazımdır. Türkiyəseriallarına
baxın, demək olar ki, dünyateleməkanını zəbt
ediblər. Elə bir ölkə yoxdurki, orada türk
serialları nümayiş etdirilməsin. Təbii ki, o səviyyəyə
gəlib çatmaq üçünpeşəkarlıqla
yanaşı, maddi vəsait də əsasdır. Məsələn,
bəzi deputatlarımız müəyyənməsələlərin
həllində dünya təcrübəsini misalgətirirlər.
Eyni şəkildə kinomuzun, teatrımızınproblemlərini
də dünya təcrübəsinə uyğun həlletmək
olar. Çünki hər şeyi dövlətdən gözləməkolmaz.
Ən azı ona görə ki, bu gün bizimbərpasını
gözləyən Qarabağımız var. Düzdür, hər
sahədə olduğu kimi, bu sahədə də müsbətyanaşmalar
var. Ancaq nə edəsən ki, hələ dənəticə
o deyıl”,- deyib köks ötürür...
Ümumiyyətlə, Vidadi Həsənov zəhmətkeşadamdır.
Necə deyərlər, arı kimi səhərdənaxşamadək
çalışır. İnanır ki, Azərbaycankinosunun ən
böyük uğurları hələ qabaqdadır...
İyulun 16-sı haqqında
danışdığım xalq artistinin67 yaşı tamam
oldu. Onu bu münasibətlə təbrikedir, möhkəm can
sağlığı arzulayıram...
Elman Eldaroğlu
Xalq Cəbhəsi .- 2025.- 17 iyul(¹26).-S.15.