Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir
Azərbaycanlı gənclər arasında dövlətçilik
ənənələrini, öz milli kimliyini qoruyub saxlamaq, gənc
nəslin milli ruhda böyüməsi, vətənpərvərlik
və vətəndaşlıq hissləri gücləndirilməsi
istiqamətində maarifləndirici işlər aparmaq, gənclərimizin
antiAzərbaycan xarici qüvvələrin zərərli təsirlərindən,
milli dövlətçiliyimiz və mənəvi dəyərlərimiz
üçün təhdidlərdən qorumaq, ideoloji təhlükəsizliyimizi
təmin etmək vacib amillərdən biridir.
Müasir dövrdə xarici, xüsusilə,
qloballaşmanın yaratdığı ideoloji və mədəni
təsirlər gənclərin milli ruhda yetişməsini
çətinləşdirən amillərə çevrilib.
Buna görə də gənclərin xarici təsirə boyun əyməməsi
üçünmilli şüurun, vətənə
bağlılığın və mənəvi dəyərlərin
təməlini erkən yaşlardan qoymaq vacib şərt kimi
çıxış edir. Azərbaycan gəncliyi həm milli,
həm də qlobal məsələlərə dair bilik və
bacarıqlara sahib olmaqlayanaşı elmi və intellektual səviyyədə
dünyanın digər ölkələrinin gəncləri ilə
rəqabət aparmaq qabiliyyətini özündə əxz
edir. Millivətənpərvərlik amili isə xarici zərərli
ideologiyaların təsirinə qarşı müqaviməti və
immüniteti artırır.
Prezident İlham Əliyev VII
çağırış Milli Məclisin ilk
iclasındakı çıxışında bildirib ki, gənc
nəslin milli ruhda böyüməsi sadəcə
olaraqsözlər deyil. Bu, Azərbaycanın gələcək
inkişafının əsas təminatçısıdır,
çünki ölkələri insanlar idarə edir:
“İnsanların fikirləri, düşüncələri, cəsarəti,
yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və
ölkələrin düşdükləri vəziyyət də
böyük dərəcədə bundan asılıdır.
Ona görə elə gənc nəsil yetişdirilməlidir
ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə
bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir,
qürurluolmalıdır”.
Azərbaycan Demokratik İslahatların
İnkişafı Mərkəzi (ADİİM) İctimai
Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
maliyyə dəstəyi ilə “Xarici təsirlərə
qarşı sayıqlığın artırılması”
mövzusunda həyata keçirdiyi layihə də məhz bu
sahəyə istiqamətlənib.
Layihə rəhəri Cavid Şahverdiyev deyib ki, xaricdən
gələn ziyanlı ideoloji təbliğatlar
bütövlükdə cəmiyyətin inkişafına, milli
maraqlarabağlılığa xələl yetirə bilər.
Bunun qarşısının alınması üçün
isə gənclərin paralel olaraq dünya ilə inteqrasiyada
milli maraqları, millikimliyi və milli ruhu qoruma
bacarıqlarını inkişaf etdirmələri əsasdır.
Bu mühüm nəticəyə nail olmaq üçün isə
həm təhsil, həm də ailədə verilən tərbiyə
milli ideallar və dəyərlər üzərində
qurulmalıdır.
O, qeyd edib ki, bu gün Azərbaycan gəncləri həm
müasirtexnologiyaların verdiyi imkanlarla ölkənin
inkişafına töhfə verməli, həm də tarixi
yaddaşlarını qoruyaraq milli dəyərlərə sadiq
qalmalı, milli ruhda böyüməlidirlər. Vətən
müharibəsindəki qələbə dövlətin gənclər
siyasətinin düzgün istiqamətdə olduğunu bir daha
sübut etdi. Azərbaycanın gələcək
inkişafı və təhlükəsizliyi məhz bu gənclərin
vətənpərvərliyi, milli ruhu və biliyi ilə təmin
ediləcək.
Azərbaycan Prezidenti
çıxışlarının birində deyib ki, Azərbaycan
əhalisinin mütləq əksəriyyəti gənclərdir
və ölkədə demoqrafikmənzərə çox
müsbətdir: “Ona görə gənclərin asudə
vaxtlarının səmərəli təşkili, onların fəal
işə cəlb edilməsi, - misal üçün,
könüllülər hərəkatı çərçivəsində,
- vətənpərvərlik ruhunda tərbiyə edilməsi
istiqamətində, əlbəttə ki, qanunvericilikdə
addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə
almalıdırlar, xarici təsir altına düşməməlidirlər,
xüsusilə indiki internet dövründə ki, istənilən
yalantezliklə yayılır və sonra elə bil həqiqət
kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz
siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda
hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə
ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək
heç bir amil mövcuddeyil. Ona görə bu amilləri
anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində
yaratmaq istəyirlər”.
QHT sədri qeyd edib ki, ümumilikdə, müasir
dövrdə gəncləri yadtəsirlərdən qorumaq
çox çətin və mürəkkəb məsələdir.
Çünki müasirtexnologiyalar bütün gənclərin
həyatına bu və ya digər dərəcədə təsir
edir. Sözügedən məsələ qlobal miqyasda
aktualdır. Hesab edirəm ki, bu sahədə nəticələrin
əldə edilməsi zaman tələb edir.
Dövlət başçısı hər zaman
çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə
olunmasını, milli-mənəvi dəyərlərimizin
qorunmasını ön plana çəkir. Çünki
milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz
xaricitəsirlərdən tamamilə müdafiə olunur, onlar
xarici təsirlər altına düşmürlər və beləliklə
də, Azərbaycançılıq ideologiyası ətrafında
birləşərək Vətənə, dövlətə,
xalqa bağlı şəkildə inkişaf edirlər. Azərbaycan
gəncliyinin milli ruhda yetişməsini 44 günlük Vətən
müharibəsində gördük. İkinci Qarabağ
savaşında Azərbaycan gəncliyi üzərinə
düşən böyük missiyanı kifayət qədər
uğurla yerinə yetirdi. Bütün dünya buna şahid
oldu.
Prezident İlham Əliyevin bütün
çıxışlarına baxsaq, demək olar ki, hər
zaman gənclərlə işləməyin önəminə
toxunulur, üstəlik, davamlı şəkildə gənclərlə
bağlı atdığı real addımlar,
imzaladığı konkretsərəncamlar təsdiqləyir
ki, ölkədə gənclər siyasətinin dinamik və
ciddiaparılması üçün dövlət səviyyəsində
mühüm işlər görülür.
Bütün bunlar ona görədir ki, Azərbaycan gəncləri
savadlı yetişsin, beynəlxalq təhsil təcrübəsini
mənimsəsin, çağdaş dövrün tələblərinə
uyğun kadr, xalqını, dövlətini, millətini,
torpağını sevsin, onasədaqətlə xidmət etsin,
onları yad təsirlərdən qorusun. Gənclərin
milliruhda böyüməsi, tərbiyə alması, onlarda vətənpərvərlik
hisslərinin təşviqi onları məkrli xarici dairələrin
təsiri altına düşməkdən qoruyur, ölkəsinin
maraqlarını hər yerdə müdafiə etmək cəsarətini
və hisslərini möhkəmləndirir. Prezident təhlükənin
haradan gələ biləcəyini də gənclərə hər
zaman açıq ifadə etməyə
çalışır.
Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim
və tələbə heyəti ilə görüşündə
söyləyib: “Bizdən sonra gələn nəsil, gənclər,
onlar da bu yolla getməlidirlər. İlk növbədə,
milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə,
ənənələrinə, mənəvi dəyərlərinə
sadiqolmalıdırlar. Heç kimin təsiri altına
düşməməlidirlər, müxtəlif vədlərə
aldanmamalıdırlar. Bizim bu 30 illik işğal
dövrümüz onu göstərdi”.
Hər birimiz Yaxın Şərqdə və bəzi
postsovet ölkələrində baş vermişinqilabların
ağır nəticələrinə şahidlik etmişik.
2000-ci illlərin əvvəllərində – Gürcüstanda,
Ukraynada, Qırğızıstanda, əsrin ikincionilliyində
isə Yaxın Şərqdə həyata keçirilən
qanlı inqilablarnəticəsində ölkələrin
iqtisadiyyatları məhv edildi, yüzminlərlə
insanqaçqın düşdü, dövlətlərin sərhədləri
güc yolu ilə dəyişdirildi. İnqilabların
katalizatoru rolunda isə gənc nəsil çıxış
edirdi. Tərxibatçı fondlar və QHT-lər əvvəlcə
hədəfə aldıqları dövlətin idarəçiliyinə
nüfuz edirlər və müxtəlif yollarla xüsusilə
gənclər arasında hakimiyyətlərə qarşı
kin və nifrət aşılamaqla məşğul olurlar. Ona
görə də cənab Prezidentin də dediyi kimi, Azərbaycan
gəncliyi milli ruhdaböyüməlidir ki, kənar qüvvələrin,
təxribatçı fondların təsiri altına
düşməsin. Ümumiyyətlə, hesab edirik ki, Cənab
Prezident özfundamental çıxışı ilə Azərbaycan
gəncliyi üçün üçün yol xəritəsimüəyyənləşdirdi.
Azərbaycan xalqı heç vaxt ölkəmizin xarici
güclərin döyüşmeydanına, təxribatçı
fondların və QHT-lərin inqilab ssenariləri qurduğu
poliqona çevrilməsinə imkan verməz: “Cənab
Prezidentin də söylədiyi kimi, qlobalistlər müxtəlif
ölkələrdə inqilablar həyata keçirib, dövlətlərin
təməl dayaqlarını sarsıdıb və ölkələri
viranqoyublar. Azərbaycan xalqı Suriya, İraq, Ukrayna, Liviya və
digər bukimi ölkələrdə təşkil edilən
qanlı inqilabların nəticələrinə əyani
şahidlik edib. Sorosa bağlı qruplar müxtəlif vaxtlarda
eyni ssenariləri Azərbaycanda da həyata keçirməyə
çalışıblar. Amma Azərbaycan xalqı sayıqlıq
nümayiş etdirib və xarici güclərin oyununa alət
olmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var.
QHT sədrinin fikrincə, harada yaşamasından
asılı olmayaraqazərbaycanlı gənc milli ruhda tərbiyə
almalı, böyüməli, vətəninə, xalqına,
millətinə, dövlətinə, torpağına
bağlı olmalıdır, dövlətçilik ənənələrini,
öz milli kimliyini qoruyub saxlamalı, milli mənlik
şüurunu formalaşdırmalı, vətənpərvərlik
və vətəndaşlıq hisslərinə sahib
olmalıdır. Eyni zamanda gənclərimizin antiAzərbaycan
xariciqüvvələrin təsirlərindən, milli dövlətçiliyimiz
və mənəvi dəyərlərimiz üçün təhdidlərdən
özlərini qorumalı, ideoloji təhlükəsizliyimizi təmin
etməlidir: “Layihə mövzusuyla bağlı yerli mediada 10
maarifləndirici yazı hazırlanacaq. Hər bir yazı
MEDİA reyestrndən keçən internet resursunda dərc
ediləcək. Artıq layihə mövzuzuyla bağlı 3
maarifləndirici, təbliğedici veriliş hazırlanıb.
Bu layihəni həyata keçirməkdə əsas məqsəd
və hədəfimiz milli-mənəvi dəyərlərimizigənclər
arasında təbliğ etmək və yad təsirlərdən
qorumaq, gənc nəslinmilli mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinintərbiyəsinə
töhfə verməkdir”.
Röya
Xalq Cəbhəsi .- 2025.- 17 iyul(¹26).-S.9.