Dağılmaqda olan
tarixi hamamlar...
Astara rayonunun Ərçivan kəndində qədim
bir hamam vardır. Bu cənub
bölgəsinin 1806-cı ildə xeyriyyəçi Kərbəlai
Həmid Abdulla tərəfindən
şərq üslubunda tikilmiş ən qədim
hamam sayılır. Səkkiz
günbəzi olan binanın hörgüsündə yumurta sarısı və ocaq
külünün qarışığından
hazırlanmış məmulat və
çiy kərpicdən istifadə edilib.
Günbəzlərin quruluşu gün
işığının içəri daxil olmasına imkan
verir, gecələr isə hamamda şam
işığından istifadə olunub. Heç bir texniki
vasitəsi olmayan hamamın isitməsi yanacaq odunla görülüb.
Quyudan çəkilən su qazanxanada isidilib. Eləcə tüstünün çölə
çıxdığı kanallar hamamın döşəməsi
boyu keçərək əlavə isitmə
funksiyasını daşıyıb. Hamam həftədə
dörd gün kişilərə, iki gün qadınlara xidmət
göstərib. Yoxsullar isə bir gün burada pulsuz çimə
biliblər. Həmçinin karvan yolunda yerləşdiyi
üçün səyyahlar,
tacirlər də hamama gəliblər. Deyilənlərə
görə, hamamın müalicəvi əhəmiyyəti də
olub. Odur ki, ağrılardan əziyyət çəkən
yaşlı adamlar evdəki
hamamı qoyub müalicə məqsədilə buraya gəliblər.
Məlumat üçün bildirək ki, hamam
sovet dövründə yerli kolxoza verilib. Burada əldə
olunan vəsait kolxozun hesabına keçib.
Ərçivan hamamı bir dəfə, yəni 1980-ci
ildə təmir edilib. Abidə 2001-ci ilin avqustundan dövlət
tərəfindən qorunsa da, unudulmuş kimidir. Belə
ki, çoxdandır onun təmiri ilə maraqlanan yoxdur.
Hətta bir günbəzi dağılaraq yararsız hala düşüb...
Cəlilabad rayonunda da qədim keçmişə aid
tarixi hamamla çoxdur. Təəssüf
ki, biganəlik üzündən hazırda yararsız hala
düşənləri də vardır. Yerli əhəmiyyətli
daşınmaz memarlıq abidələrinə aid olan tarixi
hamam sanki son günlərini yaşayır. Yaxınlarda tarixin nadir incisi sayılan
bu binanın 100 yaşı tamam olacaq. Amma tarixi keçmişi
bu günə qədər yaşadan və qorunan tikililər
siyahısına əlavə edilən abidə olduqca acınacaqlı vəziyyətdədir.
Hamam o dövrün
qırmızı kərpicdən tikildiyi üçün suya
dözümlüdür. Qaldı ki, uzun müddətli
yağan yağışların nəticəsində
hazırda uçub-dağılır. Binanı təmir etməklə onu
qoruyub saxlamaq olar. Elə cəlilabadlılar da əlaqədar
təşkilatlardan bunu istəyirlər
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2025.- 24 iyul(¹27).-S.13.