İnnovativ startaplar
İnnovasiya fəaliyyəti üzrə vergi güzəştləri
almış mikro və kiçik sahibkarlıq subyektlərinin
sayı 213-ə çatıb.“Startap” şəhadətnaməsinin
verilməsi üzrə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyində (KOBİA)
yaradılmış Ekspertlər Şurasının növbəti
iclasında KOB subyektlərindən daxil olmuş 8 müraciətə
baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin
verilməsi barədə qərar qəbul edilib.
“Startap” şəhadətnamələri "Cool Bears"
MMC-nin mobil və veb oyunların tərtibi və istehsalı,
"Multi Solutions" MMC-nin sürücülər və
daşıyıcılar üçün balans idarəetmə
və ödəniş sistemi, "Noteservice" MMC-nin xidmətlər
üçün veb platforma və mobil tətbiq layihələri
üçün təqdim edilib. “Startap” şəhadətnaməsi
KOB subyektlərini şəhadətnaməni aldıqları
tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və
ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri
inkişaf mərhələsində olan mikro və kiçik
sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi
üçün KOBİA-ya müraciət edə bilər.
Vergi güzəşti almış layihələr kənd
təsərrüfatı, aqrar biznes, fintek, “yaşıl
iqtisadiyyat” və elektron ticarət sahələrində
innovativ həllərdir. 2024-cü ildə 104-ü mikro və
5 kiçik sahibkarlıq subyekti olmaqla “Startap” şəhadətnaməsi
almaq üçün Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109
müraciət daxil olub. Müraciətlərə “Startapın
müəyyən olunması meyarları”na əsasən
Ekspertlər Şurası tərəfindən baxılıb və
65 KOB subyektinə “Startap” şəhadətbaməsi verilib.
Şəhadətnamə almış sahibkarların 52-si
hüquqi, 13-ü fiziki şəxs olmaqla, 62-si mikro və
3-ü kiçik sahibkardır. “Startap” şəhadətnaməsi
almış layihələr kənd təsərrüfatı,
aqrar biznes, fintek, “yaşıl iqtisadiyyat” və elektron ticarət
sahələrində innovativ həlləri özündə
birləşdirir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən təmin edilən dövlət
dəstəyi mexanizmlərindən yararlanmış
sahibkarların və biznesə başlamaq istəyən şəxslərin
əhəmiyyətli hissəsi gənclərdir. Təkcə
2024-cü ildə Agentliyin biznes üzrə bilik və
bacarıqların artırılmasına dair təlim, məsləhət
və biznes planın hazırlanması xidmətlərindən
faydalananların 40%-ni gənclər təşkil edib. Biznes
subyektini vergidən azad edən "Startap" şəhadətnaməsi
almış KOB-ların 30%-dən çoxu, qrant dəstəyindən
yararlanmış sahibkarların isə 30%-i gənc sahibkarlar və
startaplardır.
KOBİA gənclərin sahibkarlıq fəaliyyətinə
təşviqi və bu sahədə onların təşəbbüslərinin
dəstəklənməsi üçün peşə və
ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq
edir. Bu əməkdaşlıq çərçivəsində
Agentliyin biznes üzrə mütəxəssisləri müxtəlif
peşə və ali təhsil müəssisələrinin tələbələri
ilə görüşərək sahibkarlıq fəaliyyəti,
bu sahədə dəstək alətləri üzrə ilkin məlumat
verir, gənclərin suallarını cavablandırırlar. Həmçinin,
biznes fəaliyyətinə marağı olan tələbələr
üçün təlimlər təşkil edilir.
Eyni zamanda KOBİA və tərəfdaş
qurumların birgə təşkilatçılığı
ilə gənclərin biznes təşəbbüslərinə
dəstək məqsədilə müxtəlif layihə və
proqramlar həyata keçirilir. Gənclərin biznesə
başlaması üçün ilkin dəstəyi təmin edən
“Gənclərin biznes emalatxanası” və biznes
ideyalarının maliyyələşdirilməsinə töhfə
verən “Bizdən biznəsə” layihələrindən 60 gənc
faydalanıb.
Agentliyin “KOB könüllüləri” proqramı da idarəetmə,
biznes və menecment ixtisasları üzrə təhsil alan tələbə
və magistrların sahibkarlıq sahəsində ilkin biliklərə
yiyələnmələri üçün faydalıdır.
Bugünədək 700-dən çox gənc proqramı
uğurla başa vurub. Onlar arasında özəl sektorda
çalışan gənclər xüsusilə seçilir.
2024-cü ildə KOBİA-nın biznes biliklərinin və
bacarıqlarının artırılması üzrə dəstək
və xidmətlərindən 13 mindən çox sahibkar,
startap və biznesə başlamaq istəyən şəxs
faydalanıb. Ötən il KOB subyektlərinin biznes sahəsində
bilik və bacarıqlarının
yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq
səviyyəsinin yüksəldilməsi məqsədilə
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) tərəfindən 1047 təlim təşkil olunub.
Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun
olaraq, satış, marketinq, mühasibatlıq, işçi
heyətinin idarə edilməsi, brendləşmə, biznesdə
innovasiyaların tətbiqi, biznes planın hazırlanması,
layihələrin idarə olunması, “yaşıl iqtisadiyyat”
və digər mövzuları əhatə edib. 41 sahibkar və
menecer beynəlxalq təcrübəyə yiyələnməsi
üçün “Almaniya ilə biznes əməkdaşlığı”
Proqramı çərçivəsində Almaniyada
ixtisasartırma kursu keçib.
KOBİA-nın video təlim platformasındakı
onlayn təlim videolarından ödənişsiz olaraq 618
sahibkar və biznesə başlamaq istəyən şəxs
faydalanıb. KOBİA tərəfindən satış
kanallarına çıxış, marketinq, biznesin
planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə
bağlı 2473 sahibkara və biznesə başlamaq istəyən
şəxsə məsləhət xidməti göstərilib.
Agentlik 2024-cü ildə kənd təsərrüfatı,
istehsal, xidmət və digər istiqamətlərdə 1137
biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək
verib. Ümumilikdə, 2024-cü ildə Agentliyin KOB subyektlərinin
biznes biliklərinin və bacarıqlarının
artırılması istiqamətində göstərdiyi dəstək
və xidmətlərdən 13 mindən çox KOB subyekti,
startap və biznesə başlamaq istəyən şəxs
yararlanıb.
Regionlarda biznesə başlamaq və ya sahibkarlıq fəaliyyətini
inkişaf etdirmək istəyən iş adamları dəstək
üçün KOBİA-nın struktur bölmələrinə
müraciət edə bilərlər.
Regionlarda mövcud biznes potensialının reallaşdırılması,
yeni KOB subyektlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi, eləcə də iş
adamlarının investisiya təşəbbüslərinin dəstəklənməsi
məqsədilə Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) geniş infrastruktur
şəbəkəsi mövcuddur. Sahibkarlıq fəaliyyətinə
başlamaq və biznesini inkişaf etdirmək istəyən
iş adamları dəstək və xidmətlər
üçün KOBİA-nın KOB evlərinə, 50-dən
çox şəhər və rayonu əhatə edən KOB
dostu şəbəkəsinə və KOB inkişaf mərkəzlərinə
müraciət edə bilərlər.
Qeyd edək ki, KOBİA regionlarda həyata keçirilən
və ya icrası davam edən 18 layihəyə 300 min manatdan
çox qrant vəsaiti ayırıb. Regionlarda fəaliyyət
göstərən 40 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi
verilib. Məhsul və xidmətlərinin satışına və
tanıdılmasına dəstək üçün bölgələrdə
930-a yaxın biznes subyketinin iştirakı ilə 16 sərgi və
yarmarka təşkil edilib. Ticarət şəbəkələrinə
çıxışa dəstək mexanizmindən
faydalanmış sahibkarların 15-ə yaxını
regionlardandır. Bölgələrdə yeni məhsul və
xidmət istehsalı üzrə sahibkarların müraciətləri
və KOBİA-nın təşəbbüsü ilə 3
daxili bazar araşdırması aparılıb.
Agentlik tərəfindən regionlarda fəaliyyət
göstərən sahibkarlar və biznesə başlamaq istəyən
şəxslər üçün ödənişsiz olaraq 3
mindən çox təlim, 80 min saata qədər məsləhət
xidməti təşkil olunub. KOBİA-nın dəstəyi ilə
hazırlanmış biznes planların 700-ə yaxını da
region sahibkarlarının və ya bölgələrdə icra
olunacaq layihələrin payına düşür. Bölgələrdəki
sahibkarların biznes sahəsindəki yeniliklər və
müasir çağırışlar, mövcud dövlət
dəstəyi alətləri barədə məlumatlandırılması,
qarşılaşdıqları məsələlərin,
ehtiyac və təkliflərinin öyrənilərək
müvafiq qurumlarla birgə həlli məqsədilə indiyədək
KOBİA tərəfindən 20 mindən çox sahibkarın
iştirakı ilə 580-ə yaxın sahəvi
görüş və maarifləndirmə tədbiri təşkil
olunub.
Gbaru.com Azərbaycanda və regionda inşaat sektorunda fəaliyyət
göstərən şirkətləri bir araya gətirən
ilk B2B platformasıdır və bu sahədə fəaliyyət
göstərən şirkətlər arasında rəqəmsal
işbirliyini gücləndirmək, satınalma proseslərini
sadələşdirmək və onları beynəlxalq bazarlara
çıxarmaq məqsədilə yaradılıb. Gbaru.com-un
verdiyi imkanlar sayəsində şirkətlər özəl
satınalma elanları paylaşa, həmin elanlara dair təkliflər
ala, məhsul və xidmətlərini auksion vasitəsilə
sata bilərlər. Nəticədə həm təchizatçılar,
həm də alıcılar üçün daha çevik,
şəffaf və sürətli qərarvermə prosesi təmin
edilir. Üstəlik, platforma üzərindən vakansiya yerləşdirmək
və kampaniyalar təşkil etmək də əlçatandır.
Bizneslər və startapların süni intellekt
texnologiyalarına əlçatanlığını təmin
etmək üçün yaradılmış AlfinX
platforması yerli bazarda Azərbaycan dilində xidmət
göstərən yeganə süni intellekt
platformasıdır. Startapın müəllifi Orxan Əliyev ərsəyə
gətirdikləri platformanın bizneslər üçün
yüksək dəqiqliklə, lokal dildə və münasib
qiymətlə süni intellekt həlləri təqdim etdiyini
bildirib. Belə ki, heç bir texniki bilik tələb olunmadan
bizneslər AlfinX vasitəsilə sərfəli qiymətə
süni intellekt servislərindən faydalana bilərlər.
Bununla yanaşı, platforma sadə inteqrasiya,
avtomatlaşdırılmış proseslər və istifadəyə
hazır API-lərlə təmin olunduğu üçün
gündəlik əməliyyatları daha sürətli və
effektiv həyata keçirməyə imkan verir.
Mahir
Xalq Cəbhəsi .- 2025.-5 iyun(¹20).- S.12.