Dünya Ermənistanın mina terroruna göz
yummamalıdır
Cənubi Qafqaz regionunun əsas gündəmi Azərbaycanla
Ermənistan arasında sülh sazişinin imzalaması ilə
bağlıdır. İkinci Qarabağ müharibəsi və
2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərindən
sonra sülh sazişi ilə bağlı yeni imkanlar
yaranıb. Amma hələ də sülh gündəminə
mane olan məqamlar var. Bunlardan başlıcası da minalı ərazilərin
xəritəsi ilə bağlıdır. Mina terroru -
ümumilikdə erməni terrorunun əsas göstəricilərindən
biridir.
Ermənistanın mina terroru 44 günlük Vətən
müharibəsindən sonrakı dövrdə daha
açıq və aydın formada özünü göstərir.
Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan
vətəndaşı mina terrorunun birbaşa və yaxud
dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə
bu, bir daha onu göstərir ki, Ermənistan
qisasçılıq mövqeyindən əl çəkmir.
Çünki onların uzun illər əraziləri
minalaması nəticəsində bu proses davam edir.
Ermənistanın davam edən mina terroru nəticəsində
günahsız insanlar həyat və
sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən
etibarən Ermənistan tərəfdən basdırılan
minalar, həmçinin partlamamış hərbi sursatların
partlaması nəticəsidə 397 nəfər həlak olub və
ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də
insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi
ciddi bir problemdir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN)
ötən ayın sonlarında yaydığı məlumatında
deyilir ki, Ermənistanın Azərbaycan ərazilərini mina
ilə çirkləndirməsi səbəbindən 2020-ci il Vətən
müharibəsindən indiyədək 397 nəfər həlak
olub və ya yaralanıb.
Vurğulanıb ki, yaşayış məntəqələri
və qəbiristanlıqları hədəfə alan bu mənfur
əməllər beynəlxalq humanitar hüququ pozur və
sakinlərin öz evlərinə qayıtmasına mane olur.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev isə X
hesabında yazıb ki, 2020-ci ildən bəri təxminən
400 Azərbaycan vətəndaşı mina
partlayışlarının qurbanı olub.
"Bu minalar Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin işğalı zamanı məqsədli
şəkildə və geniş miqyasda yerləşdirilib. Bir
çox hallarda minalar hərbi zərurət olmadan, sırf
mülki əhalini hədəfə almaq və
köçkünlərin doğma yurdlarına təhlükəsiz
qayıdışını ləngitmək məqsədilə
basdırılıb. Bu mənada minalar kütləvi
qırğın silahları qismində çıxış
edir və ciddi təhlükə mənbəyidir", - Hikmət
Hacıyev qeyd edib.
Onu da qeyd edək ki, işğal dövründə ərazilərimizə
basdırılan minalar regionda qalıcı sülhün bərqərar
olmasına ciddi təhdid yaradır. Bu təhlükənin
qarşısının alınması üçün beynəlxalq
əməkdaşlıq və yardımlar olduqca vacibdir.
Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi
ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə
nəzərə alınması və Ermənistanın beynəlxalq
hüquq çərçivəsində məsuliyyətə
cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar
qarşısında mühüm bir öhdəlik olaraq
qalmaqdadır. Minaların məqsədli şəkildə
basdırılması insan hüquqlarının ciddi şəkildə
pozulmasına, regionda sülhün və təhlükəsizliyin
bərpa olunmasını çətinləşdirməyə
səbəb olur.
Ermənistanın mina terrorunun beynəlxalq ictimaiyyətə
çatdırılmasında QHT-lərin rolunu da xüsusi qeyd
etmək lazımdır.
Bu il Vətəndaş Hüquqlarının Müdafiəsinə
Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistanın
mina terroru xarici mediada" adlı layihəsinin icrasına
başlayıb.
Layihənin rəhbəri Fuad Əliyev qəzetimizə
bildirib ki, Ermənistanın mina terroru 44 günlük Vətən
müharibəsindən sonrakı dövrdə daha
açıq və aydın formada özünü göstərir.
Əslində 2020-ci ildən bu yana yüzlərlə Azərbaycan
vətəndaşı mina terrorunun birbaşa və yaxud
dolayı yolla qurbanına çevrilib və belə olan təqdirdə
bu, bir daha onu göstərir ki, Ermənistan
qisasçılıq mövqeyindən əl çəkmir.
Çünki onların uzun illər əraziləri
minalaması nəticəsində bu proses davam edir.
Ermənistanın davam edən mina terroru nəticəsində
günahsız insanlar həyat və
sağlamlıqlarını itirməkdədir. 2020-ci ildən
etibarən Ermənistan tərəfdən basdırılan
minalar, həmçinin partlamamış hərbi sursatların
partlaması nəticəsidə 397 nəfər həlak olub və
ya yaralanıb. Bu, yalnız fiziki deyil, həm də
insanların psixoloji və sosial baxımdan dərindən təsirləndiyi
ciddi bir problemdir.
O, qeyd edib ki, işğal dövründə ərazilərimizə
basdırılan minalar regionda qalıcı sülhün bərqərar
olmasına ciddi təhdid yaradır. Bu təhlükənin
qarşısının alınması üçün beynəlxalq
əməkdaşlıq və yardımlar olduqca vacibdir:
"Eyni zamanda, Ermənistanın minalarla çirkləndirdiyi
ərazilərdəki humanitar vəziyyətin ciddi şəkildə
nəzərə alınması və Ermənistanın beynəlxalq
hüquq çərçivəsində məsuliyyətə
cəlb edilməsi aidiyyəti beynəlxalq qurumlar
qarşısında mühüm bir öhdəlik olaraq
qalmaqdadır. Minaların məqsədli şəkildə
basdırılması insan hüquqlarının ciddi şəkildə
pozulmasına, regionda sülhün və təhlükəsizliyin
bərpa olunmasını çətinləşdirməyə
səbəb olur".
F.Əliyev qeyd edib ki, minalar istehsal edən, onu qanunsuz
şəkildə ərazilərimizə yerləşdirən
Ermənistan hələ də qınanılmayıb. Rəsmi
Bakı dəfələrlə Ermənistana düzgün xəritələrin
verilməsi ilə bağlı çağırış
edib. Nəzərə almaq lazımdır ki, mülki təyinatlı
ərazilərin kütləvi şəkildə minalanması
beynəlxalq hüquq normalarının ciddi şəkildə
pozulması ilə yanaşı, insanlıq əleyhinə
törədilən cinayətdir: "Ermənistanın Azərbaycana
minalanmış sahələrin doğru xəritələrini
verməməsi bir daha onu göstərir ki,
işğalçı ölkə hələ də
düşmənçilik niyyətindən əl çəkməyib
və onun xəritələri verməməkdə əsas məqsədi
daha çox mülki vətəndaşın ölümünə
səbəb olmaq, işğaldan azad etdiyimiz ərazilərdə
dinc həyatın bərpasına və vətəndaşlarımızın
doğma yurd-yuvasına qayıtmasına maneə törətmək,
başqa sözlə desək, bölgədə daim hərbi gərginliyi
qoruyub saxlamaqdan ibarətdir".
F.Əliyev vurğulayıb ki, Ermənistanın 30
illik talan və dağıntılarından sonra Azərbaycan
dövləti işğaldan azad edilən Qarabağ və
Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və
quruculuq işləri aparır, keçmiş
köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi
bu prosesə ciddi əngəldir, vətəndaşların həyat
və sağlamlığı üçün təhlükə
mənbəyidir.
Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə
qarşı müharibədir. Azad edilmiş ərazilərdəki
yaşayış evlərində, qəbiristanlıqlarda və
digər yerlərdə aşkar edilən minalar, o cümlədən
tələ minalar buna sübutdur. Hətta bir sıra kütləvi
məzarlıqların ətrafı minalanıb.
Doğmalarının qalıqlarını illərin həsrətindən
sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə
gələn insanlar üçün minalar
basdırılıb. Mülki əhali ilə yanaşı
heyvanlar da mina terrorunun qurbanına çevrilirlər. Hətta
2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın
rayonlarını tərk edərkən ermənilər həmin
ərazilərə əlavə minalar basdırıblar. Bu, bəşəri
cinayətdir.
Minatəmizləyənlərin qiymətləndirməsinə
görə, təmizlənən və ya gələcəkdə
təmizlənməsi planlaşdırılan ərazilərdə
təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin
hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən
basdırılan minaların ümumi dəyəri 400 milyon
dollar ola bilər. Yerli miqyasda bu, astronomik məbləğdir.
Belə çıxır ki, işğal illərində Ermənistan
Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi
büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin
10 faizini xərcləyib: “Azərbaycan Prezidenti İlham
Əliyevin 2024-cü il iyul ayında II Şuşa Qlobal Media
Forumunun açılış mərasimində toxunduğu
mövzulardan biri də Ermənistanın müharibədən
sonra Azərbaycan ərazisini minalarla çirkləndirilməsi
oldu.
“2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatından
sonra, bizim Laçın dəhlizi üzərində nəzarətimiz
olmadığı dövrdə Ermənistandan mina
daşınır və onlar Qarabağda
basdırılırdı. Biz bunu necə bilirik? Çünki
o minaların üzərində “İstehsal tarixi 2021-ci il, Ermənistanda
istehsal edilmişdir” yazıları var. Yəni, təsəvvür
edin ki, İkinci Qarabağ müharibəsi başa
çatdıqdan sonra belə onlar bizə qarşı mina
terroru həyata keçirirdilər”.
Bu gün dünyanın bir çox ölkələrinin
mina terrorundan əziyyət çəkdiyini forum
iştirakçılarının diqqətinə
çatdıran dövlətimizin başçısı Ermənistanın
bizə verdiyi mina xəritələri tamamilə yararsız, dəqiq
olmadığını da qeyd edib: “Əvvəl biz onlardan
xahiş edəndə deyirdilər ki, onların baş nazirləri
mənə deyirdi ki, bizdə xəritələr yoxdur. Ancaq
sonra etiraf etməli oldular ki, xəritələr var, amma onlar
tamamilə yararsızdır”.
Keçmiş köçkünlərin doğma
yurdlarına qayıdışına ən böyük maneənin
məhz minalar olduğunu deyən İlham Əliyev Azərbaycanın
həmin ərazilərin reabilitasiyasının daha sürətli
aparılması üçün infrastruktur layihələrinin
və yaşayış binalarının inşasına
başlamamışdan əvvəl o ərazilərin minalardan
təmizləndiyini qeyd edib: “Təəssüflər olsun ki,
bizim kifayət qədər resursumuz, təcrübəli heyətimiz
yoxdur. Beynəlxalq təşkilatlar və şirkətlər
bizə elə qiymətlər təklif edirlər ki, hər
bir kvadratmetrə təklif edilən qiymət 5-10 dəfə
artıqdır. Çünki bizim də
özümüzün Minatəmizləmə Agentliyimiz və
şirkətlərimiz var. Bu, nə qədər davam edəcək,
bunu demək çox çətindir”.
QHT sədri sonda onu da vurğulayıb ki, layihənin həyata
keçirməkdə əsas məqsəd Ermənistanın
mina terrorunu internet üzərindən dünya ictimaiyyətinə
çatdırmaqdır: "Bununla bağlı Rusiya, Pakistan,
Türkiyə, Ukrayna, Gürcüstan və
Qırğızıstan mediasında rus, türk, ingilis,
Ukrayna, gürcü dillərində yazılar ictimailəşdiriləcək.
Təbliğatın daha geniş auditoriyanı əhatə etməsi
üçün yazılar müxtəlif sosial şəbəkələr
vasitəsilə də paylaşılacaq, layihənin sonunda
yekun tədbir keçiriləcək: “Beynəlxalq ictimaiyyət
Ermənistanın minalardan istifadə etməklə Azərbaycana
qarşı davam edən mina terroruna göz yummamalıdır.
Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi
işində beynəlxalq təşkilatlardan fəal dəstək
gözləyir. Doğrudur, bəzi beynəlxalq təşkilatlar
və ölkələr bu məqsədlə müəyyən
maliyyə dəstəyi ayırıb. Amma qeyd etdiyimiz kimi,
müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı
ölkələrin parlamentləri, insan haqlarının
müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana
qarşı davam etdirilən mina terroruna biganə
qalmamalıdır. Onlar Ermənistan tərəfindən
törədilən hərbi və ekoloji cinayətlərə,
humanitar hüquq pozuntularına sərt reaksiya verməli, dəqiq
mina xəritələrinin Azərbaycana təqdim edilməsi
istiqamətində bu ölkəyə ciddi təsirlər
göstərməlidir”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 12 iyun(¹21).-S9.