Hörmüz boğazı bağlanarsa...
Bu, böyük qiymət artımlarının
olmasını labüd edəcək
İran sahillərində Hörmüz boğazı
yaxınlığında üç gəmi yanıb. Yanan gəmilər
Fars körfəzi ölkələrindən neft və qaz
ixracı üçün əsas marşrutun keçdiyi
Hörmüz boğazının
yaxınlığındadır.
Televiziya kanalı hadisənin səbəblərini
açıqlamır. İsrailin İranın ərazi
sularındakı gəmilərə zərbə endirməsi
barədə məlumat daxil olmayıb.
Eyni zamanda, “Neftegaz.ru”nun məlumatına görə, rəsmi
olaraq hazırda yalnız “Adalynn” tankerində baş verən
hadisə təsdiqlənib. Gəmi Xaur-Fakkan limanının cənubunda
Fuceyra limanının lövbər dayanacağında olub.
BƏƏ Milli Qvardiyasının Sahil Mühafizə bölməsi
iyunun 17-də “Adalynn” tankerinin 24 heyət üzvünün
xilas edildiyini və təxliyə olunaraq Xaur-Fakkan limanına
çatdırıldığını bildirib.
Ümumiyyətlə İsrailin İrana hücumundan
sonra Hörmüz boğazı dünya gündəmində
daha çox müzakirə olunur. İran Hörmüz
boğazını bağlayacağı ilə bağlı
açıqlamalar verir. ABŞ isə buna sərt reaksiya verir.
Təbii ki, Hörmüz boğazının dünya iqtisadiyyatında
cidd rol oynaması bəlli məsələdir. Bəs ekspertlər
nə deyir, Hörmüz boğazı bağlanarsa dünya
iqtisadiyyatında nə baş verə bilər?
“Bu, dünya iqtisadiyyatı üçün arzuolunan
deyil”
Milli Məclisin deputatı, iqtisadçı alim
Vüqar Bayramov söyləyib ki, İran-İsrail müharibəsi
beynəlxalq yükdaşımalara təsir göstərməkdədir:
“Nəzərə alsaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi
İran üzərindən reallaşır və eyni zamanda
İranın körfəzə çıxış
imkanları praktik olaraq regional və beynəlxalq
yükdaşımalara təsir göstərir”.
Deputat əlavə edib ki, bu kontekstdən təbii ki,
müharibə yüklərin İran üzərindən
daşınmasına və həmçinin körfəz
üzərindən daşınan yüklərin həcminə
təsir göstərə bilər: “Bu, dünya
iqtisadiyyatı üçün arzuolunan deyil. Çünki
dünya iqtisadiyyatının bəzi məhsulların təklifinə
və eləcə də tələbinin ödənilməsinə
neqativ təsir göstərə bilər. Adətən
Yaxın Şərqdə baş verən müharibələr
beynəlxalq yükdaşımalara neqativ təsir göstərir.
Bu da təbii ki, bəzi məhsullara tələbin ödənilməsində
çətinliklər yaradır. Ona görə də əgər
müharibənin miqyası dərinləşərsə,
ümumiyyətlə, Hörmüz boğazının
bağlanması qısa, orta və uzun müddəti əhatə
edərsə, bu, beynəlxalq yükdaşımalarda dünya
iqtisadiyyatına neqativ təsir göstərəcək. Bəzi
ölkələrdə bir sıra məhsullar, o cümlədən
ərzaq məhsullarına tələbin ödənilməsində
çətinliklərin yaranmasına səbəb olacaq. Ona
görə də birmənalı şəkildə müharibə
beynəlxalq yükdaşımalara və qlobal iqtisadiyyata
neqativ təsir göstərməkdədir”.
“Dünya iqtisadiyyatı yenidən yeni bir sınaqla
qarşılaşacaq”
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 23
iyunda başlanmış İsrail-İran müharibəsi təəssüf
ki, davam etməkdəir və tərəflərin bir-birinə
endirdiyi hava zərbələri nəticəsində hər iki
tərəfdə böyük dağıntılar və insan
ölümləri baş verir: “Həm də müharibənin
dayandırılması ilə bağlı müxtəlif səviyyələrdə
təşəbbüslər səslənsə də hələ
ki, döyüş meydanında səngimə
görünmür və dağıntıların miqyası
ötən hər gün genişlənməkdədir.
İran dünya neft tələbatının 4%-ə qədərini
istehsal etdiyindən müharibənin başlandığı
ilk gündən başlayaraq qlobal bazarlarda neftin qiyməti
artmaqdadır. Əgər müharibə uzun müddətli
olarsa və Hörmüz boğazında daşınmalarla
bağlı təhlükə meydana gələrsə, qlobal
bazarlarda neft və qazın qiymətlərində kəskin
artımların olacağı gözləniləndir. Təbii
ki, bu da qlobal infilyasiyaya yol açacaq. Yəni dünya
iqtisadiyyatı yenidən yeni bir sınaqla
qarşılaşacağına ehtimallar böyüyür.
Çünki Hörmüz boğazı dünya ticarətinin
əsas arteriyalarından biridir və qlobal neft təlabatının
20%-dən çoxu, mayeləşdirmiş qazın 1/5 hissəsi
Hörmüz boğazı vasitəsilə daşınır.
Bu da böyük iqtisadi güc mərkəzləri olan ölkələrin
neft-qaz idxalını bahalaşdıracaq və böyük
qiymət artımlarının olmasını labüd edəcək”.
“Dünya nizamının təhlükəsizlik
arxitekturası pozulub”
A.Badamov qeyd edib ki, İran sahillərində
Hörmüz boğazı yaxınlığında
üç gəminin yanması da vəziyyətin təhlükəli
səviyyəyə gəldiyini göstərir: “Bu baxımdan
Hörmüz boğazında vəziyyət gərginləşdikcə
neft-qaz məhsulların qiymətlərində
sıçrayışlı artımlar olacaq və bu da qlobal
inflyasiya risklərini sürətləndirəcəyini hesab
edirəm. Təəssüf ki, dünya nizamının təhlükəsizlik
arxitekturası pozulub və bu da özü ilə yeni qlobal
problemlər gətirir”.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 19 iyun(¹22).-S.5.