“Şah Abbas Namə” təqdim olundu
İyunun 21-də və 22-də Azərbaycan Dövlət
Milli Gənc Tamaşçılar Teatrında böyük
anşlaqla “Şah Abbas Namə” tamaşasının
premyerası keçirilib. Yazıçı-dramaturq İlqar
Fəhminin “Şahnamə” pyesi əsasında
hazırlanmış səhnə əsərində Səfəvi-Qızılbaş
imperiyasının yüksəliş dövründən bəhs
edilir.
Premyera günlərində dövlət və
hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət
xadimləri, ictimaiyyət nümayəndələri iştirak
ediblər.
İkihissəli tarixi dramın quruluşçu
rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı
teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı
Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə,
rejissor assisentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır.
Tamaşada Sənan Kazımlı, Niyaz Qasımov, Xalq
artisti Qurban İsmayılov, Əməkdar artistlər Nicat Kazımov,
Elnur Kərimov, Nofəl Vəliyev, Elnur Hüseynov, Rasim Cəfər,
aktyorlar Mətləb Abuşov, Kərəm Hadızadə,
Aydın Dəmirov, Anar Seyfullayev, Ceyhun Məmmədov, Elşən
Hacıbabayev, Ramil Məmmədov, Vahid Orucoğlu, Elşən
Şıxəliyev, Manaf Dadaşov, Rəşad Səfərov,
Elgün Yəhyayev, Anar Səfiyev, İlhan Sadıqov, Nurlan
Süleymanlı, Hüseyn Bayramov, Ramiq Nəsirov, Tahir
İsmayılov, Vüqar Məmmədəliyev, Xaliq Bəkirov,
Hilal Dəmirov, Eldar İmanov, Yaşar Heydərli iştirak
ediblər.
“Məşq prosesi təxminən 5 ay çəkdi”
Premyeradan sonra səhnə əsərinin
quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov
tamaşanın ərsəyə gəlməsi haqqında ətraflı
şəkildə “Xalq Cəbhəsi”nə məlumat verib:
“Əslində mən İlqar Fəhminin “Şahnamə” əsərini
5 il bundan əvvəl 2020-ci ildə oxumuşdum və çox
bəyənmişdim. İlqara demişdim ki, bu əsərin
tamaşasını böyük məmnuniyyətlə
hazırlayaram. Yəqin bu vaxta düşməli imiş və
onunüçün də belə oldu. Daha sonra biz
tamaşanı repertuara daxil etdik, yəni keçən il
teatrımızın iş planına daxil edildi. Amma bu il yanvar
ayının 11-dən artıq aktyorlarla məşqə
başlandı. Məşq prosesi təxminən 5 ay bir
müddət çəkdi. Düzdür, bəzən bir
neçə gün saxlamalar, dayanmalar oldu. Lakin təxminən
5 ay müddətində məşqlər davam etdi. Həmçinin
dekor, kostyum bunlar da hazırlandı və əslində sentyabra
qədər də bu istiqamətdə hələ bəzi
işlər görüləcək. Lakin demək olar ki, mart
ayından bəri bu işlərə başlanıldı və
gördüyünüz kimi tamaşanı təqdim etdik. Mən
tamaşanın rəssamı Mustafa Mustafayevə, musiqilərindən
istifadə etdiyimiz Azər Hacıəsgərliyə, əlbəttə
ki, İlqar Fəhmiyə, teatrmızın rəhbərliyinə
və bütün aktyorlarına, tamaşada iştirak edən
hər bir kəsə təşəkkür edirəm”.
“Mənim üçün baş rol, xırda rol
anlayışı yoxdur”
N.Kazımov vurğulayıb ki, tamaşada onun
üçün baş rol,xırda rol anlayışı
yoxdur: “O, 6 nəfər ki var, yəniRamiq, Tahir, Vüqar, Xaliq,
Eldar və Hilal, Şah Abbasları oynayanlar mənim
üçün nə qədər vacib idisə, o 6 obraz da o
qədər vacib idi. Mən onların hər birinə,
teatrımızın texniki heyətinə və işıq
üzrə rəssam Vadim Kuskova, musiqi tərtibatçısı
Aygülə, videolara baxan Zaura, Ramilə, butafor sexinə
Şahinə, Katyaya,Sevincə, rəssam sexinə, dekor sexinə,
teatrımızın dülgərinə, quraşdırma sexinə
hər birinə dərin təşəkkürümü
bildirirəm. Minnətdaram. Çünki tamaşa tək bir
adamın zəhməti deyil, burada hamının zəhməti
olub, teatrmızın bütün kollektivi istəyirdi ki, bu
tamaşa yaxşı alınsın. Ona görə də bu
tamaşa ərsəyə gələ bildi”.
“Hər kəsə təşəkkür edirəm”
Əməkdar artist səhnə əsərinin
tamaşaçılar tərəfindən çox maraqla
qarşılandığını və çoxlu təbriklər
aldıqlarını bildirib: “Çox qiymətli insanların,
sənət adamlarının, tamaşaçıların dəyərli
fikirlərini öyrənirik, bizi təbrik edirlər. Hər
birinə dərin təşəkkürümü bildirirəm.
Eləcə də video çəkilişdə göstərdiyi
xidmətə görə Buzovnada yerləşən sənət
məktəbinə, oranın rəhbərliyinə, kollektivinə
dərin təşəkkürümü bildirirəm. Operator
Anara, montaj edən Həmid Kazımzadəyə çox təşəkkür
edirəm. Çox sağ olsunlar. Həmçinin siz də
çox sağ olun ki, gəlib baxdınız və sağ
olun ki, yazırsınız”.
Qeyd edək ki, “Şah Abbas Namə” tamaşası Səfəvi
imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə
olduğu dövrdə 16 yaşlı Şah Abbasın hakimiyyətə
gəlişindən, ölkə sərhədlərini
genişləndirmək, ərazi bütövlüyünü
qorumaq uğrunda apardığı döyüşlərdən,
saraydaxili qanlı toqquşmalardan bəhs edir. Rejissorun bədii
baxışı ilə təqdim olunan səhnə əsərində
tarixin ən parlaq və ziddiyyətli fiqurlarından olan
Şah Abbas ömrünün son günlərində belə
hakimiyyətin və ölkənin taleyi naminə soyuqqanlı,
amansız qərarlar qəbul etməkdən çəkinmir.
Röya İsrafilova
Xalq Cəbhəsi .- 2025.- 26 iyun(¹23).-S.15.