YENİ NƏŞR - "E ş q n
a m ə"
Poeziyasına ilahi eşq hakim olan həkimin
könülləri feyz şəbnəmlərinə qərq
edən “Eqnamə”sinin ovqatında
Oxucunu özünə ahənrüba kimi cəzb edən
“Eşqnamə”nin ilahi eşq təlqinləri ovqatında bəndə
bu beytə bənd olub:
Bir könüldən min könülə,
Aşiq olan gələr dilə...
Bu şehli, duyğulu misraların ədəbi mehi, əsintiləri
düşünürəm ki, Haçı Çingiz Ərəblini
dilə gətirən eşqin izharı, müəllifi
olduğu “Eşqnamə”nin ədəbi formuludur.
Dünya ədəbiyyatının poeziya zirvələrindən
olan, mütəfəkkir, eşqin ilahi şairi Nizami Gəncəvininn
təbirincə
Eşqdir məhvəri uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!
Mövlana Cəlaləddin Rumi isə “Eşq
sandığın qədər yox, yandığın qədərdi”
deyirdi. O da ola ilahi eşq...
Çingiz Ərəblinin “Eşqnamə”si mövzu səciyyəsinə
görə, Quran qissələri, səmavi kitab təlmihləri,
folklor örnəkləri, fəlsəfi-teoloji baxışlar,
elmi-nəzəri biliklər fonunda şərtlənir ki, bu vəhdət
şair təxəyyülünün zənginliyində mənəvi
dünyamızı fejz şəbnəmlərinə qərq
etmək özəlliyində olan poetik çalarlarla süslənib.
Elə mən də bu ovqatda düşüncələrimi dilə
gətirmək istərdim. Əvvəla, qeyd edim ki, ixtisasca həkim
olan İbadullayev Çingiz Əlisahib oğlunu şair kimi
çoxdandlr ki, tanıyıram. İllər öncə Həcc
ziyarətində olub. Çingiz Ərəbli imzası ilə
“Sevdalıyam” (2004) və “Görüşdük təsadüfən”
(2006) kitabları nəşr olunub. Onun ifadə tərzi təbii,
fikirləri səmimidir. O, hadisələri poetik çalarlara
boyamağı ustalıqla bacarır. Ən ümdəsi isə
odur ki, şeirlərin qayəsi ictimai fikir kimi səslənə
bilir.
Teoloji baxışlara görə, Tanrı
dünyanı öz sevgisinin “marağına” yaradıb; sevə-sevə
yaradıb. Dünyanın, kainatın nizamı sevgi
üstündə qərar tutub. Yol getdiyin yerdə bir də
baxıb görürsən ki, sərt “örtükdən”
cücərti günəşə boy göstərmək istəyindədir.
Bu, təbiətin sevgidən doğan bir məqamıdır.
Sevgi məqamına bağlanan poeziya da belədir. Çingiz
Ərəblinin poeziyası məhz bu qəbildəndir.
Poeziyasının məhvərində xaliqə məhəbbət,
xilqətə mərhəmət, yurda bağlılıq,
xalqa, Vətənə sonsuz məhəbbət ülviyyəti
duran həkim-şairin həyat qayəsi insanlığa sevgi məqamındadır.
Şeirlərini oxuduqca görmək olur ki, Çingiz
Ərəbli bəzən özü ilə baş-başa
qalmaqdam məmnundur. Ruh adamının, könül
adamının öz dünyasına çəkilməsi
heç də tərki-dünyalıq yox, dünyanın
subyektiv qismdə solğunlaşması, arzu- istək, ülvi
dəyərlər fonunda təzadlarla üz-üzə qalmaqdan
qaynaqlanır. Təbii ki, bu baxışın özülü
insanlıq həqiqətinə, haqqa dayaqlanır.
Çingiz Ərəblinin şeirlərində poetik
baxışın əhatə dairəsi geniş və rəngarəngdir.
Bu poeziya milli və bəşəri dəyərləri tarixi
və çağdaş kontekstində assosiasiya aparmaqla təqdim
edir. Şübhəsiz ki, bu cəhət şairdən məharət
və təcrübə tələb edir.
Vaxtın bərəkətdən düşən
vaxtında, texniki yüksəlişin sürətlə getdiyi
bugünkü industrial dünyada, atomdan çox-çox
kiçik və ya subatom hissəciklərdən ibarət olan
sistemlərin davranışlarını modelləşdirmək
və təxmin etməkdə istifadə olunan kvant
fizikasından pasiyentlərə gen məlumatlarına əsaslanan
diaqnoz qoyulmasında istifadə olunan səviyyəyədək
hər bir sahədə tətbiq olunan süni intellekt
dövründə belə bir əsərin yazılması
hansı zərurətdən doğur və buna nə dərəcəcədə
ehtiyac duyulur?
Əxlaqi gözəllik və mənəvi təmizliyi
özündə ehtiva edən bədii təfəkkür
örnəklərinə, poetik nümunələrə mənəvi
aləmi zənginləşdirmək baxımından hər
zaman ehtiyac duyulur.
Onu da qeyd edək ki, zaman - zaman Qurani-Kərim və
ayrıca olaraq Quran qissələri bədii fikrin istiqamətlənməsində
mühüm rol oynamışdır. Belə ki, divan ədəbiyyatımızın
özülçüsü Qazi Bürhanəddinin, Azərbaycan
türkcəsində yaranmış fəlsəfi şerin
tacdarı Nəsiminin, Azərbaycan dövlətçiliyi
tarixində misilsiz xidmətləri olan hökmdar-şair
Şah İsmayıl Xətainin və klassik ədəbiyyatımızın
zirvəsində dayanmış Məhəmməd Füzulinin ədəbi
irsində bu cəhət misilsiz mənəvi-bədii dəyərləri,
əxlaqi-didaktik əhəmiyyəti ilə özünü
qabarıq şəkildə göstərir.
Səhərin al şəfəqləri nura boyayır
cahanı, günəş təbəssümün sanki
qönçələrə süzür. Zaman öz
axarındadır. Bu axarsa hər məqamı öz vədəsində
salamlayır. Artıq üfüq boyu sanki tonqal qalanıb.
Yavaş-yavaş bu şölə incəlir. Ay
işığında yer üzü sanki süd gölünə
bənzəyir. Göy üzünü bəzəyən,
sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir.
Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz
dünya öz gərdişində, öz nizamındadır.
Bu əzəli-əbədi nizamın ədəbi inikası
olan bir ədəbiyyat nizamı, söz nizamı da var.
Hansı ki, mənəvi təlimi bütün zamanlar
üçün orijinallığını hifz edən
mütəfəkkir şair, könüllər sultanı
Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə
belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız
müqayisədən doğan müdrik bir qənaət...
Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin
o üzündən üzü bəri duyğularımıza
ayna tutub, ruhumuzun təsəllisinə, iç
dünyamızın həmdəminə dönüb. Poetik
ovqata qatılanlar mənən saflaşıb, misraların
axarında durula-durula bir üzü tunc, bir üzü ipək
dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən
keçirərək, “məndə mənini” arayıb. Mənəvi
dünyamızın tükənməz enerji mənbəyi olan
sözün (əsrarəngiz bədii - “nizamlı” söz -
şeir) işiğında yol gəliblər və yol gedirik
sözün heyrətinə bələnə-bələnə.
Bir həqiqət də var: mənəvi
dünyamızın aynası, ruhumuzun tərcümanı
sayılan poetik söz dünyasının
işığına üz tutan söz pərvanəsinin
özü də işığa dönür. İşıq
isə bəlli olan həyat ünsürlərindən biridir.
Bu əzəli-əbədi həqiqəti dərk edən,
sözə könül verən söz ziyarətçisi kimi
sözə üz tutmağın ilkinliyi görən haradan və
necə başlayır? Şeirin əzəli təcəllisi
hansı qaynaqdan intişar edir?.. Bu ritorik suallarla “Eşqnamə”nin
” qutsal ab-havasında bir daha duyğulanıram, misra -misra
şeir-şeir...
Qutsallıq havasına köklənən bədii
söz müəllifin dərkindən keçən məqamların
təzahürü, bədii təxəyyülün rənginə
boyanan gerçəkliyin inikasıdır.
Yaşanmış duyğu və düşüncələr
mənəvi ab-havanın ovqatı kimi səciyyələnir.
Bədii təfəkkürün süzgəcindən
keçirilən yaşantılar obrazlı ifadələrlə
sərgilənir, İLAHİ sevgi misra-misra, söz-söz
şeirin təlqin aurasına sirayət edib. Təbii ki, bu cəhəti
səciyyələndirən əsasən şairin həyat qayəsi
və ədəbi xislətidir.
Təbii ki, müəllifin poetik istedadının
aynasına çevrilən, dərin poetik ümumiləşdirmə
bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin
bədii-fəlsəfi məfkurəsini özündə əks
etdirən poetik çalarlar da özünəməxsusluğu
ilə diqqət çəkir.
Həm fəlsəfi mahiyyətinə, həm də
söz sənəti məziyyətinə görə dolğun
olan bu poemada Ulu Yaradanın sonsuz hikmət və qüdrəti,
dünyanın, kainatın, Yer kürəsinin
yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd
Peyğəmbərin mövludu, həyatı və ilahi
missiyası, eləcə də imamətin islam
dünyasında rolu poetik incəliklə, özəlliklə
təsvir edilib.
Məmnunluqla qeyd edim ki, poemada məharətlə
fabula sərgiləmək, süjet xəttində maneralar,
maraqlı xarekter yaratma üsulları dolğun şəkildə
təzahür edir. Çingiz Ərəbli hadisələrin təsvirini
elə səpkidə qələmə alır ki, obrazlı desək,
sanki torpağı yumşaldıb əkin üçün
yararlı vəziyyətə gətirir... Təbii ki, bu məziyyət
şairdən böyük səriştə, zəngin təxəyyül,
dərin bilik, sərrast müşahidə qabiliyyəti tələb
edir.
Əslində şeir duyğuların dilidir.
Duyğuların dilə gəldiyi məqamlardır.
Düşünürəm ki, könüllərə feyz
şəbnəmləri səpmək
duyğusallığı yaşadacaq söz fəsahəti ilə
baş-başa qalmağa dəyər.
İnanaırıq ki, “Eşqnamə” minillik ədəbiyyatımızın
poeziya havasına qarışmaqla çağdaş ədəbi
mühitimizdə dan yerini şəfəqləndirən
günəştək nurlanacaq, qutsql qayəsi ilə bəşərin
əzəli-əbədi ülviliiklərini oxucu
düşüncəsində məhrəm duyğulara
çevirəcək.
Tapdıq Əlibəyli
Şair-publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2025.- 13 mart(¹10).- S.15.