Vətənə xidmət şərəf borcudur:
XTQ-26
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
(XTQ) 30 aprel 1999-cu il də Ulu Öndər Heydər Əliyevin
əmri ilə yaradılıb. Hər il aprelin 30-u tarixi
Xüsusi Təyinatlı Qüvvələr (XTQ) günü
kimi qeyd olunur.
Azərbaycan Ordusunun ən elit hərbi birləşmələrindən
biri olan Xüsusi Təyinatlı Qüvvələr (XTQ)
yüksək peşəkarlığa malik, çətin
şəraitdə fəaliyyət göstərməyi bacaran və
ölkənin təhlükəsizliyi naminə xüsusi əməliyyatlar
həyata keçirən hərbçilərdən ibarətdir.
Bu gün həm də XTQ-nin Vətən uğrunda
göstərdiyi xidmətlərə hörmət və ehtiram
günüdür.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri
(XTQ) 2020-ci il Vətən müharibəsində mühüm nəticələr
əldə edib və qəhrəmanlıq nümayiş
etdirib. Bu qüvvələr xüsusi əməliyyatlarla
düşmənin dərin arxasına sızaraq strateji
yüksəklikləri və yaşayış məntəqələrini
azad edib, Azərbaycan Ordusunun qazandığı uğurlara həlledici
təsir göstərib.
Ən mühüm hadisələrdən biri –
Şuşanın azad olunmasıdır. XTQ-nin əsgər və
zabitləri dağlıq, çətin relyefli ərazilərdə
piyada yollarla irəliləyərək, Şuşaya gizli şəkildə
daxil olub döyüşərək şəhəri azad ediblər.
Bu əməliyyat Azərbaycan hərb tarixinə qızıl
hərflərlə yazılıb.
Ali Baş Komandan İlham Əliyev bu qələbədən
sonra çıxışlarında Xüsusi Təyinatlı
Qüvvələrin qəhrəmanlığını
xüsusi vurğulayıb, onların "dəmir yumruq"
kimi düşmənin belini qırdığını
bildirib. Ali Baş Komandanın etimadını doğruldan XTQ,
həm taktiki, həm də mənəvi
üstünlüyü ilə öz gücünü
bütün dünyaya göstərib.
Cənab Ali Baş Komandan İlham Əliyev bu barədə
bildirib: “Bu tarixi Zəfəri bizə yaşadan Azərbaycan
Ordusudur. Xüsusi Təyinatlı Qüvvələrimiz şəhəri
döyüşlə almışlar. Onlar piyada yollarla,
dağlarla, meşələrlə, dərələrlə gedərək
Şuşaya daxil oldular...".
"Xüsusi Təyinatlı Qüvvələrimiz qəhrəmanlıq
göstərmişlər, fədakarlıq göstərmişlər.
Onlar misilsiz şücaət göstərərək
torpaqlarımızı azad etdilər. Onların hər biri
xalqımızın fəxridir."
"Bu Qüvvələr mənim xüsusi diqqətim
altında olmuşdur. Onların təchizatı,
hazırlığı və peşəkarlığı məhz
bu gün üçün
formalaşdırılmışdı. Onlar mənim
etimadımı tam doğrultdılar”.
"Azərbaycan əsgəri, Azərbaycan Xüsusi Təyinatlısı
– bu, rəşadət, cəsarət, vətənpərvərlik
simvoludur. Gənclərimiz sizə baxaraq böyüyəcək".
Xüsusi Təyinatlı Qüvvələr
yarandığı gündən hər bir XTQ mənsubun bir
şuarı olub Vətənə, Dövlətə sədaqətlə
xidmət etmək. Vətənə sədaqətim şərəfimdir!
Bəhruz Məmmədzadə
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid
ailələri və Veteranları ictimai birliyinin sədri, Mətbuat
Şurası İdarə Heyətinin üzvü
Xalq Cəbhəsi .- 2025.-1 may(№16).- S.15.