Günümüzdə Azərbaycanda söz və məlumat
azadlığı ən yüksək səviyyədə
qorunur
Milli Mətbuatımızın yaranmasının 150
illik yubileyinə hazırlaşdığımız bir vaxtda
eyni zamanda Dünya Mətbuat Azədlığı
Gününü də qeyd edirik. Məlum olduğu kimi hər
il 3 may tarixi Dünya Mətbuat Azadlığı Günü
kimi qeyd edilir.
Mövzu ilə bağlı Newscenter.az xəbər portalının
redaktoru, "Təhsilə Dəstək və Maarifləndirmə"
ictimai birliyinin sədri Süleyman İsmayılbəyli qəzetimizə
deyib ki, yaxın tarixə nəzər salsaq görərik ki,
Dünya Mətbuat Azadlığı Gününün qeyd
edilməsi sovetlərin dağılması zamanına təsadüf
edir. Belə ki, XX əsrin son onilliyində qlobal miqyasda cərəyan
edən proseslər, eləcə də həmin proseslər
fonunda dünyada yaranmış reallıqlar, meydana
çıxan siyasi mənzərəni nəzərə alan
müxtəlif ölkələrin jurnalistləri 1990-cı
ilin fevralında Fransada bir araya gələrək tarixi qərara
imza atdılar. Dünyanın aparıcı kütləvi
informasiya vasitələri və media subyektlərinin səlahiyyətli
şəxsləri, jurnalistlər Parisdə azad mətbuat
prinsiplərinin maneəsiz yayılması üçün
platforma təşkil etdilər və birgə mübarizənin
zəruriliyini vurğuladılar.
Beləliklə, 1991-ci il mayın 3-də UNESCO qeyd edilən
məqsəd və vəzifələri özündə ehtiva
edən sənədi dəstəklədi. Namibiyanın Vinduk
şəhərində qəbul olunmuş Bəyannamə ilə
3 may Dünya Mətbuat Azadlığı Günü kimi təsis
edildi. Eyni zamanda həmin sənədin dünya
çapında təsdiqi və yayılması
üçün təklif BMT-yə göndərildi. Beləliklə,
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı
ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı
Günü elan olundu.
Bu gün ərəfəsində dünyanın
dörd bir tərəfində keçirilən tədbirlərdə
söz və mətbuat azadlığının əsas
prinsiplərindən bəhs edilir, bu və ya digər ölkədə
ifadə azadlığının durumu, eləcə də onun
inkişaf perspektivləri müzakirə edilir. Ayrı-ayrı
ölkələrin mətbuatın müstəqilliyinin təmin
olunması istiqamətində atdığı addımlar təhlil
olunur, medianın, kütləvi informasiya vasitələrinin
insan hüquq və azadlıqlarının müdafiəsində
roluna diqqət çəkilir, bu istiqamətdəki mövcud
vəziyyətə nəzər salınır: “3 may, Dünya
Mətbuat Azadlığı Günü dünyanın əksər
ölkələrində olduğu kimi Azərbaycanda da bəlli
bir səviyyədə qeyd edilir. Ümumiyyətlə, Azərbaycan
dövləti, hakimiyyəti, xüsusən dövlət
başçısı azad medianın, sərbəst media
mühitinin olmasını önə çəkib, dəstəkləyib.
Bu baxımdan 3 may, Dünya Mətbuat Azadlığı
Gününə dövlət, onun müvafiq qurumları, eyni
zamanda media subyektləri, ayrı-ayrı kütləvi
informasiya üstünlük verirlər və həmin gün
Azərbaycanda da dövlət və KİV tərəfindən
dəstəklənir. Əslində bunun alternativini də
söyləmək mümkün deyil. Çünki müstəqil
Azərbaycan dövləti ölkədə insan
hüquqlarının müdafiəsi, söz və mətbuat
azadlığı kimi məsələlərə xüsusi
önəm verir, müntəzəm olaraq qeyd edilən istiqamətlərdə
daha da irəliləyə nail olmaq, tərəqqi əldə
etmək üçün müvafiq addımlar atır,
lazımı sənədlər, proqramlar təsdiq edir. Bir
sözlə Azərbaycan dövləti, onun rəhbərliyi
azad sözün cəmiyyət həyatında üstün yer
tutması, maneəsiz yayılmasını əsas prioritet
hesab edir, zəruri addımlar atır”.
O, qeyd edib ki, günümüzdə 3 may Dünya Mətbuat
Azadlığı Gününü ən yüksək səviyyədə
qeyd etməyə hər cür haqqı olan ölkələrdən
biri, bəlkə də elə birincisi məhz Azərbaycandır.
Çünki məhz Azərbaycan dövləti və şəxsən
dövlət başçısının media, mətbata
yönəlik diqqət və qayğısının nəticəsidir
ki, günümüzdə Azərbaycanda söz və məlumat
azadlığı ən yüksək səviyyədə
qorunur. Vaxtı ilə 3 may Dünya Mətbuat
Azadlığı Gününü təsis edənlərin,
daha doğrusu, bu təşəbbüsü dəstəkləyən
və ona qoşulan ölkələrin mütləq əksəriyyəti
günümüzdə mətbatın, asad medianın
düşməninə çevriliblər deyə bilərik.
Başda Fransa olmaqla eləcə də media, fikir, söz
azadlığından ağızdolusu danışan, bəhs
edən, hətta yeri gələndə digər dövlətlərə
diktə etməkdən belə çəkinməyən həmin
ölkələr bu gün öz əməlləri ilə səlində
mətbuatın, azad medianın ən böyük düşməni
olduqlarını ortaya qoyurlar. Son bir neçə ay ərzində
başda Paris olmaqla ölkənin bir sıra əyalətlərində
keçirilən etiraz aksiyalarında polisin mətbuat
içiləri, jurnalistlərə qarşı nə dərəcədə
aqressivlik nümayiş etdirdiyini bütün dünya
gördü. Baxmayaraq ki, fransız polisinin hədəfinə
tuş gələn həmin jurnalist xüsusi geyimdə idi və
polis bunu bildiyi halda belə aqressiyasından əl çəkmədi,
azad fikri, düşüncəni yerindəcə boğdu. Eyni
mənfi tendensiya bu gün dünyaya demokratiya dərsi
keçməyə çalışan Birləşmiş
Ştatlarda da təkrarlanır, insan hüquq və
azadlıqlarından agız dolusu danışan Avropada da: “Bu
gün həmin ölkələrdir ki, Azərbaycana demokratiya,
mətbuat azadlığı, insan hüquq və
azadlıqları dərsi keçməyə
çalışırlar. Eyni zamanda bu demokratik prinsiplər
üzərindən Bakıya təzyiq göstərməyə
çalışırlar. Azərbaycanda fikir və mətbuat
azadlığı pozulur, insan hüquq və azadlıqları
təmin edilmir, sərbəst toplaşmaq hüququ
tanınmır və s. kimi cəfəng iddilarla. Halbuki Azərbaycan
qeyd edilən demokratik prinsiplərə müstəqilliyin ilk
illərindən sadiqlik nümayiş etdirib və qeyd edilənlər
istiqamətində müvafiq addımlar atıb. Onların təmini
ilə bağlı müvafiq qanunvericilik aktları qəbul
edilib. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı
ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv
olundu. Senzuranın ləğvi və bu qəbildən digər
tədbirlər müstəqil KİV-lərin
inkişafını, vətəndaşların beynəlxalq
hüquq normaları və Azərbaycan Konstitusiyası ilə
təsbit olunmuş söz, məlumat və fikir
azadlığını təmin etmişdir ki, bu da demokratik cəmiyyət
quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə
uyğun idi. Təbii ki, bütün bu sadalanan müsbət
addımlar ümummilli lider Heydər Əliyevin adı ilə
bağlı idi: “1998-ci ildə mətbuata dövlətin nəzarət
mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil
KİV-lərin inkişafı üçün geniş
imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla
cəmiyyəti maraqlandıran informasiya bolluğunun
yaradılmasının təməlini qoymuşdur. Ölkədə
xeyli sayda müstəqil mətbu orqanın və informasiya
agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və
birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət
təşkilatlarının azad fəaliyyət göstərməsi
üçün zəruri imkanlar yaradılıb. Ulu öndər
Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da
inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə
görə 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin
dostu” mükafatına layiq görülüb. Heydər
Əliyev siyasi kursunun uğurlu davamçısı İlham
Əliyev Prezident kimi fəaliyyətə
başladığı ilk gündən azad mətbuatın
inkişafına yönəlmiş bu siyasətə sadiq
olduğunu atdığı addımları ilə təsdiqləyib.
“Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin
inkişafına Dövlət Dəstəyi
Konsepsiyası”nın qəbul edilməsi, Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun, sonradan Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında"
2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə
Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin (MEDİA) yaradılması mətbuatın
inkişafına göstərilən diqqət və
qayğının ən bariz nümunəsidir. Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi,
jurnalistlərə mənzillərin verilməsi. mətbuatın
130, 135 və nəhayət, 140 illik yubileylərinin
respublikanın bütün bölgələrində yüksək
səviyyədə qeyd olunması, jurnalistlərin fəxri
adlarla mükafatlandırılması, bir neçə peşəkar
jurnalistin Prezident təqaüdünə layiq görülməsi,
jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdırılması atılan addımlar
sırasındandır. Bütün bular medianın inkişafına
dövlət qayğısının ən bariz göstəricisi
olmaqla yanaşı, söz və mediaya verilən dəyər,
fikir və ifadə azadlığına göstərilən
diqqətdir.
Ölkəmizdə söz, mətbuat
azadlığının təminatçısı olan
Prezident İlham Əliyev həm də jurnalistlərin ən
yaxın dostudur. Dövlətimizin
başçısının son on ildə iki dəfə “RUH”
Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin
keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu”
mükafatına layiq görülməsi ötən dövr ərzində
mətbuatın inkişafına göstərilən diqqət
və qayğıya media ictimaiyyətinin baxışı və
verdiyi dəyəridir.
Hazırda Azərbaycanda dünya standartlarına
uyğun media, elektron və yazılı KİV-lər
formalaşmışdır. Müstəqil KİV-lərin
sayına görə Azərbaycan MDB və Şərqi Avropa
ölkələri arasında qabaqcıl mövqelərdən
birini tutur”.
Cavid
Xalq Cəbhəsi .- 2025.-1 may(¹16).- S.9.