Ruhun şad olsun qəhrəman
Azərbaycanın qəhrəman övladı Mehrab
Niftəliyev haqqında çox yazılmalı və filmlər
çəkilməlidir. Onun keçdiyi döyüş yolunun
və göstərdiyi qəhrəmanlıqların canlı
şahidiyəm. Belə qəhrəmanlarımızı
xüsusilə gənclər tanımalı, öz qəhrəmanları
ilə fəxr etməli və örnək götürməlidirlər.
Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il mayın
13-də Quba rayonunun Qam Qam kəndində anadan olub.
1992-2003-cü illərdə Quba rayon Mübariz
Abdullayev adına Qam Qam kənd orta məktəbində orta təhsil
alıb. 2003-cü ilin iyulunda müddətli hərbi xidmətə
yollanıb. Elə hərbi xidmətdə olarkən Xüsusi
Təyinatlı Qüvvələrin kursundan keçən
Mehrab ümumilikdə 2005-ci ildən 2020-ci ilə qədər
Xüsusi Təyinatlı Qüvvələrin
döyüşçüsü kimi Vətənə xidmət
edib. O, Xüsusi Təyinatlı Qüvvələrin baş
giziri idi. “Qafqaz qartalı” və EFES kimi çətin hərbi
təlimləri uğurla tamamlayaraq kəşfiyyatçı-istehkamçı
kimi ixtisaslaşıb.
Xidməti dövründə müxtəlif hərbi əməliyyatlarda
uğurla iştirak edib. Mehrab Niftəliyev 2016-cı il Aprel
döyüşlərində də yüksək şücaət
göstərib. Qüsursuz xidmətlərinə və
şücaətlərinə görə dəfələrlə
medal və diplomlarla təltif olunub. Vətən Müharibəsinin
ilk günündən ön cəbhədə olan Mehrab
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd -
xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda
gedən döyüşlərdə böyük qəhrəmanlıq
nümunələri göstərib. O, düşmənin xeyli
sayda canlı qüvvəsini məhv edib və
texnikalarını sıradan çıxarıb, hərbi qənimət
kimi ələ keçirib. Döyüşlər zamanı
yaralı və şəhid hərbi qulluqçuları
savaş meydanından çıxarmaqla yanaşı,
yaralı silahdaşlarına tibbi yardım da göstərib.
O, noyabrın 7-də Şuşa uğrunda gedən
döyüşlərdə artilleriya qəlpəsi yarası
alıb. Noyabrın 8-də isə şəhadətə
yüksəlib. Noyabrın 11-də Sumqayıt Şəhər
Şəhidlər Xiyabanında torpağa
tapşırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin
9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə
ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”
adına layiq görülüb, o cümlədən “Vətən
uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın
azad olunmasına görə”, “Füzulinin azad olunmasına
görə” medalları ilə təltif olunub. Mehrab peşakar
hərbi qulluqçu olmağı ilə yanaşı həmdə
yaxşı dost və yoldaş idi öz fədakarlığı
ilə hər zaman dostlarının qəlbində əbədi
yaşayacaq.
Ruhun şad olsun qəhraman qardaşım!
Bəhruz Məmmədzadə
Xüsusi Təyinatlıların Qaziləri, Şəhid
Ailələri və Veteranları” İctimai Birliyinin sədri
Xalq Cəbhəsi .- 2025.- 15 may(¹18).- S.15.