“Qərbi Azərbaycan:
Unudulmaz izlər” layihəsi çərçivəsində
Karsda beynəlxalq forum keçirildi
14 may 2025-ci il tarixində Türkiyənin Kars şəhərində
yerləşən Kafkas Universitetində “İnkişafa və
İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı
və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi
ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq
forum keçirildi.
Bizim.Media xəbər verir ki, tədbirin əsas məqsədi
Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi
yaddaşını və kulinariya ənənələrini
nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya
tanıtmaq və gənc nəslə ötürməkdən
ibarət idi.
Forum Azərbaycan-Türkiyə münasibətləri
kontekstində ortaq tarix yaddaşının qorunması və
gələcək nəsillərə ötürülməsi
baxımından mühüm əhəmiyyət
daşıyır.
Forum iştirakçıları öncə Azərbaycan
və Türkiyənin ərazi bötüvlüyü
uğrunda şəhid olmuş iğid oğullarının əziz
xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha
sonra Türkiyə və Azərbaycan dövlət himnləri
səsləndirildi.
Kafkas Universiteti
Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları
Bölümünün rəhbəri Prof. Dr. İlkin Gulusoy
çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan
məsələsi yalnız bir regionun deyil,
bütövlükdə türk dünyasının tarixi
yaddaşıdır. Bu cür tədbirlər mədəni
mirasın yaşadılması baxımından son dərəcə
dəyərlidir.”
“İnkişafa və İslahatlara Dəstək”
İctimai Birliyinin sədri Ramil Əliyev
çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın
mədəni irsini dünyaya tanıtmaq bizim tarixi və mənəvi
borcumuzdur. Layihəmiz bu istiqamətdə mühüm
addımlardan biridir.”
Azərbaycanın Karsdakı Baş konsulu Zamin
Əliyev çıxış edərək bildirdi ki, “Azərbaycan
və Türkiyə arasındakı qardaşlıq münasibətləri
bu cür layihələrlə daha da möhkəmlənir. Qərbi
Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir.”
Əslən Qərbi Azərbaycandan olan Kars Bələdiyyə
Başçısı Prof. Dr. Ötüken Senger
çıxış edərək bildirdi ki, “Bu cür tədbirlər
şəhərimizin beynəlxalq mədəni platformaya
çevrilməsinə də töhfə verir. Qərbi Azərbaycan
məsələsinin insanlıq tarixində yeri
böyükdür.”
Naxçıvan Muxtar Respublikasının Ali məclisinin
deputatı Üzeyir Məmmədov çıxış edərək
bildirdi ki, “Qərbi Azərbaycan torpaqları bizim tariximizin qan
yaddaşıdır. Gənc nəsil bu gerçəkləri
öyrənməli və gələcəyə
daşımalıdır.”
Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri
Asim Vəliyev çıxış edərək bildirdi ki, “Gənclər
olaraq bu mirası yaşatmaq və dünyaya tanıtmaq bizim vəzifəmizdir.
Forum bu baxımdan bizə böyük ilham verir.”
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin Müşahidə
Şurasının üzvü Zaur İbrahimli
çıxış edərək bildirdi ki, “Biz bu kimi layihələrlə
həm milli kimliyimizi möhkəmləndirir, həm də beynəlxalq
aləmdə Azərbaycan həqiqətlərini
tanıdırıq. Dövlət dəstəyi ilə həyata
keçirilən bu tədbirlər gələcəyə
yönəlib.”
Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi
İctimai Birliyinin sədri Məhsəti Hüseynova
çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın
kulinariya irsi də bu tarixi yaddaşın ayrılmaz hissəsidir.
Biz bu irsi qorumalı və nəsildən-nəslə
ötürməliyik.”
Rəsmi çıxışlardan sonra təşəkkür
plaketləri və iştirakçı sertifikatları təqdim
olundu. Forum Azərbaycan milli musiqlilərindən ibarət
konsert proqramı ilə davam etdi. Sonda Qərbi Azərbaycan mətbəxinin
incilərindən olan İrəvan kətəsi, İrəvan
şirin çörəyi, fəsəli və bir çox
şirniyyatlar təqdim olundu və həmçinin İrəvan
şəhərinin dağıdılmış tarixi abidələrinin
fotoları sərgiləndi.
Xalq Cəbhəsi .- 2025.- 22 may(¹19).- S.15.