Qaz ixracı və gəlirləri artır
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 3,065 milyard
ABŞ dolları dəyərində 8,160 milyard kubmetr həcmində
təbii qaz ixrac edilib . Bu barədə Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata
görə, 2024-cü ilin ilk dörd ayı ilə müqayisədə
ixrac edilən təbii qazın dəyəri 306,8 milyon ABŞ
dolları və ya 11,1%, həcmi isə 453,2 milyon kubmetr və
ya 5,9% artıb. Hesabat dövründə Azərbaycanın
ümumi ixracında təbii qazın payı 34,90% təşkil
edib.Ətraflı
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan
xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində
ticarət əməliyyatı aparıb. Məlumata görə,
bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə
3,3 milyard ABŞ dolları və ya 24,1% çoxdur. Xarici ticarət
dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133
milyard ABŞ dolları isə idxalın payına
düşüb. Bu da 2024-cü ilin ilk 4 ayındakı
göstərici ilə müqayisədə müvafiq olaraq
616,1 milyon ABŞ dolları (və ya 7,5%) və 2,7 milyard
ABŞ dolları (və ya 48,8%) çoxdur. Nəticədə,
xarici ticarətdə 651,792 milyon ABŞ dollarlıq müsbət
saldo yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə
müqayisədə 2,1 milyard ABŞ dolları və ya 4,15 dəfə
azdır.
Ölkəmizdə son illərdə neft hasilatı
azalmağa, qaz istehsalı isə artmağa başlayıb. Belə
ki, Azərbaycanda neft istehsalı 2010-cu ildə pik həddə
çatıb və 50,8 milyon ton təşkil edib. 2011-ci ildən
etibarən “qara qızıl” hasilatı azalmağa
başlayıb 2011-ci il də 45,6 milyon, 2015-cu ildə 41,6
milyon, 2020-ci ildə 34,5 milyon, 2021-ci ildə 34,6 milyon,
2024-cü ildə 29,1 ton təşkil edib. Əvəzində
isə qaz hasilatı artıb.
Belə ki, Energetika Nazirliyinin məlumatlarına əsasən,
respublikada 2024-cü ildə 29,1 milyon ton neft (kondensatla birlikdə)
hasil edilib. Hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin,
4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat)
“Abşeron” yatağının payına düşüb. SOCAR
üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil
edib. 2024-cü ildə 24,4 milyon ton neft (kondensat ilə birlikdə)
ixrac edilib. Bunun 21 milyon tonu konsorsiumların, 2,8 milyon tonu
SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının
payına düşüb. Neftin emalı ötən il ərzində
5,8 milyon ton təşkil edib.
2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii
qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”,
27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron”
yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil
olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən
2 milyard kubmetr artımla qaz istehsal olunub. Hesabat dövründə
xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil
edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə 5,8 faiz çoxdur. Bunun 12,9 milyard kubmetri
Avropaya, 9,9 milyard kubmetri Türkiyəyə, 2,4 milyard kubmetrdən
çoxu isə Gürcüstana satılıb. Türkiyəyə
TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və
“Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar
2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə),
466,5 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən
601,5 milyon ton neft, 229,7 milyard kubmetr qaz, “Şahdəniz”dən
isə 48,7 milyon tona yaxın kondensat, 236,8 milyard kubmetr qaz
çıxarılıb. Bu yataqlardan 01 yanvar 2025-ci il tarixinədək
648,3 milyon ton neft, 169,5 milyard kubmetr qaz ixrac olunub.
“Qara qızıl” hasilatının azalmasından
itirdiklərimizi “mavi yanacaq” istehsalının və
ixracının artırılması əvəzləyir.
İndiyə kimi ixraca yönləndirilmiş 170 milyard kubmetr
qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri,
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru
Kəməri (TAP) vasitəsilə daha da şaxələndirilib.
Proqnozlara görə, yaxın illər ərzində dünya
bazarında qaza təlabatın artması gözlənilir ki,
bu da növbəti illərdə qaz hasilatını və
ixracını əhəmiyyətli dərəcədə artıracaq
Azərbaycanın iqtisadi maraqlarına çavab verir. Neft
hasilatının azaldığı, qiymətlərin kövrək
olduğu bir vaxtda qazla bağlı belə nikbin proqnozlar lap
yerinə düşür, “qara qızıldan” itirdiklərimizi
“mavi yanacaq” ixracının artırılması əvəzləyə
bilər. Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində
kömürü üstələyəcəyi və 2047-ci ildə
ən çox istifadə olunan enerji mənbəyinə
çevriləcəyi gözlənilir. Qaz İxrac Edən
Ölkələr Forumunun (GECF) hesabatında bildirilir ki, bir
çox ölkə tərəfindən təbii qaza təmiz
enerji növü kimi daha çox üstünlük veriləcək.
Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla
yanaşı, ölkələr arasında əlaqələrin
qurulmasında daha böyük rol oynayacaq. Elektrik enerjisi
istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı
artımda əsas amil olacaq.
Trans-Adriatik Boru Kəmərinin (TAP) yeni uzunmüddətli
imkanları 2025-ci ilin sonlarında əlçatan olacaq. Boru kəmərinin
imkanlarının artırılması üzrə bazar
sınağının yekunlarına əsasən 2026-cı
ildən 2028-ci ilin dekabr ayınadək əlavə olaraq 1,2
milyard kubmetr qaz nəqli üçün müraciət olunub.
İkinci partiya isə 2026-cı ilin oktyabr ayından
2033-cü ilin sentyabr ayınadək nəql ediləcək. Biz
2025-ci ilin sonlarında əlçatan olacaq bu yeni uzunmüddətli
imkanlarla qaz nəqli üzrə müqavilələr
imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın
payına düşür, 200 milyon kubmetr isə Albaniyaya nəql
olunacaq. TAP-ın imkanları mərhələli şəkildə
ikiqat artırılacaq.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub
Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli
başladılıb. Azərbaycan tarixdə ilk dəfə
öz təbii qazını boru kəmərləri ilə
Avropa bazarına çıxarıb. Dünyada təbii
qazın ən iri idxalçısı olan Avropa bazarına
birbaşa çıxışla Azərbaycan öz ixrac
imkanlarını diversifikasiyalaşdırıb. İndiyə
kimi ixraca yönləndirilmiş 170 milyard kubmetr qaz
üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və
TAP vasitəsilə daha da şaxələndirilib.
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində böyük potensiala malikdir və dəhlizin
ötürücülük imkanlarının
artırılması üzrə planlar
reallaşdırılacaq. Azərbaycan son illər
ardıcıl olaraq qaz hasilatını və ixracını
artırır. Öllkəmiz neft təchizatçısı
kimi Xəzər dənizi ilə Aralıq dənizi, qaz təchizatçısı
kimi Xəzər dənizi ilə Adriatik dənizi arasında
yaratdığı enerji bağlantılarını daha da
şaxələndirir. İndi isə Azərbaycanın
yaşıl enerji tədarükçüsü kimi Xəzər
dənizi ilə Qara dəniz arasında enerji
bağlantısı qurmaq yaşıl enerji gündəliyinin
prioritetləri sırasındadır. 25 QVt-dək yaşıl
enerji istehsalı ilə bağlı layihələr orta və
uzunmüddətli dövrdə bərpa olunan enerji və
yaşıl hidrogenin təchizatçısı kimi ölkəmizin
mövqeyini gücləndirəcək.
AÇG-də iştirak payları bp - 30,37%; SOCAR- 25%;
MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil - 6,79%; TPAO - 5,73%;
ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%-dir.
Azərbaycan ötən müddət ərzində təkcə
təchizatçı deyil, həm də etibarlı tranzit
ölkəyə çevrilib. Xəzəryanı ölkələr
beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan
ərazisindən, həmçinin Xəzər dənizi
sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə
beynəlxalq bazarlara nəql etməyə üstünlük
verir. Xəzərdəki ən böyük donanma da Azərbaycana
məxsusdur. Azərbaycanın beynəlxalq bazarlarda
iştirakının genişləndirilməsi ölkənin
qüdrətini daha da artırır. “Əsrin müqaviləsi”nin
imzalanması ilə 1999-cu ildən fəaliyyətə
başlayan Azərbaycan Dövlət Neft Fondu karbohidrogen gəlirlərinin
səmərəli idarəsinin və gələcək nəsillər
üçün maliyyə sabitliyinin təminatçısına
çevrilmiş, vəsaitlərin uzunmüddətli
investisiyalara, inkişaf layihələrinə və insan
kapitalının inkişafına yönəldilməsini təmin
etmişdir.
İqtisadiyyatı neft-qaz gəlirlərindən
asılı olan ölkə üçün dünya bazarında
onun qiymətlərinin necə dəyişməsi həmişə
prioritet və gündəmdə olan məsələdir. Mərkəzi
Bank tərəfindən bu il proqnozlaşdırılan neftin
orta qiyməti 77,3 dollar, təbii qazın orta qiyməti isə
349 dollardır. Dünya birjalarında isə neft
ucuzlaşır. İtaliyanın Augusta limanında Azərbaycanın
"Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti
əvvəlki göstərici ilə müqayisədə 0,45
ABŞ dolları və ya 0,67% azalaraq, 67,17 dollar/barel təşkil
edib. Azərbaycanın 2025-ci il üçün dövlət
büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ
dollarından hesablanıb. ABŞ-ın yeni prezidentinin yeni
siyasəti, yəni təbii enerji resursları
istehsalının artırılması niyyətləri
dünya bazarında qiymətlərin enməsini
stimullaşdırır. Bu prosesin nəq dəqər çəkəcəyini
proqnozlaşdırmaq çətindir. Bununla belə, Azərbaycanda
qaz hasilatının, ixracınn və bu sahədən gəlirlərin
artması neftdən itirdiklərimizi əvəz etməsi, Neft
Fondunun 63 milyard dollarlıq valyuta ehtiyatları nikbin olmağa əsas
verir.
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi .- 2025.- 22 may(¹19).- S.12.