Azərbaycanın beynəlxalq aləmdə nüfuzu
artır
Mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində
“Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının
açılış mərasimi keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tədbirdə
iştirak edib. Albaniya Respublikasının Baş naziri Edi Rama
Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə
toplantısında iştirak edən digər dövlət və
hökumət başçılarını
qarşılayıb. Azərbaycan Prezidentinin Zirvə
toplantısı çərçivəsində keçirdiyi
görüşlər, aparılan müzakirələr,
ölkəmizə və onun Liderinə göstərilən
yüksək səviyyəli münasibətlər həyata
keçirilən uğurlu siyasətin məntiqi sonluğu kimi
də izah olunur. Bu da onu deməyə əsas verir ki, Azərbaycan
bu gün regional və qlobal miqyasda aparıcı faktor kimi
çıxış edir.
Builki Zirvə toplantısında ümumilikdə 50-yə
yaxın ölkədən dövlət və hökumət
başçıları iştirak ediblər.
Tədbirdə innovasiya, enerji və sənaye
davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli
və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni
dünya kontekstində lider mövqe tutması kimi mövzular
müzakirə olunur.
Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik,
iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə
əməkdaşlığı gücləndirmək məqsədilə
həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda
kiçik və böyük ölkələr arasında
siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə
yönəlmiş hökumətlərarası platformadır.
Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin
həlli üçün siyasi dialoqu və əməkdaşlığı
inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini,
sabitliyini və rifahını gücləndirməkdir.
Politoloq Çingiz Şahbazi qəzetimizə
açıqlamasında deyib ki, bu gün Azərbaycan Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında
aparılan siyasət heç şübhəsiz ki, dünyada
baş verənlər fonunda ən məqbul hesab olunan siyasətdir.
Diqqət yetirsəniz görərsiniz ki, Azərbaycan Prezidenti
cənab İlham Əliyevin yürütdüyü siyasət
istər öz ölkəmizlə, istərsə də hər
hansı bir ölkə ilə bağlı olsun, hər zaman
beynəlxalq hüquq normaları çərçivəsində
həyata keçirilir.
O, qeyd edib ki, Azərbaycan ərazi
bütövlüyünü öz gücünə bərpa
edən ölkədir və 30 ildən artıq
torpaqlarımız işğal altında qaldığı
dönəmlərdə, beynəlxalq hüququn bizim lehimizə
olduğu halda, ölkəmiz və xalqımız ikili
standartlara məruz qaldı. Bu gün biz Rusiyanın Ukrayna
torpaqlarında həyata keçirdiyi işğalçı
addımlarından dolayı yediyi sanksiyaları və digər
cəza növlərini görürük və Ukraynanın
haqlı olduğundan dolayı siyasi, hərbi, finansal və
iqtisadi yardimlarla demək olar ki, dünyanın dörd bir tərəfindən
dəstəklənir.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
işğal altında qaldığı dönəmlərdə,
1 milyonluq qaçqınla təkbaşına (Türkiyə,
Pakistan, Səudiyyə Ərəbistanı xaricində) demək
olar ki, qaldıq. Azərbaycanın siyasi hakimiyyəti və
xalq olaraq biz bunları yaşasaq da heç vaxt
ümüdümüzi üzmədik və heç vaxt beynəlxalq
hüququn kənarına çixmadıq: "Bu günkü
Azərbaycanın bu səviyyəyə gəlib
çatmasında Ali Baş Komandanın, cənab Prezident
İlham Əliyevin yürütdüyü siyasətin nəticəsindir
ki, bu Azərbaycan dünyanın ən ciddi beynəlxalq tədbirlərinə
ev sahibliyi edir. Bu gün cənab İlham Əliyevin
dünyanın istənilən yerində keçirilən beynəlxalq
tədbirlərində özəl diqqət mərkəzində
olması, ölkəmizin nüfuzunu daha da artırır və
Azərbaycan hər kəsin maraq dairəsindədir.
Bütün bunlar ölkəmizə olan
etibarlılığı artırır və ölkəmiz
söz sahibinə çevrilir. Azərbaycan bu gün nəinki
Cənubi Qafqazda, həmçinin Yaxın Şərqdə, Mərkəzi
və Orta Asiyada ən etibarlı tərəfdaşdır. Bu
tərəfdaşlıq siyasi və iqtisadi əlaqələr
fonunda həmçinin enerji, nəqliyyat, ticarət əlaqələrinin
inkişafı istiqamətində mühüm işləri
özündə əks etdirir. Cənab Prezidentin Avropa Siyasi
Birliyinin 6-cı zirvə toplantısında iştirakı və
cənab Prezidentin qətiyyətli davranışları, liderlərlə
keçirdiyi görüşlər və nəhayət siyasi
baxımdan qəti mövqeyindən geri çəkilməməsi
onun yürütdüyü siyasətin və Azərbaycanın
haqlı olduğunu göstərirdi. Azərbaycan, Cənubi
Qafqazda Avropa İttifaqı və Avropa ölkələri ilə
əlaqələrin inkişafı, nə qədər
faydalı və önəmli olmasını, zaman keçdikcə
hər kəsə daha aydın şəkildə görünməkdədir.
Azərbaycan bu gün də, sabah da dostluq və əməkdaşlıq
müstəvisində yürütdüyü siyasəti davam
etdirəcək. Bu səbəbdən ölkəmizin beynəlxalq
aləmdə nüfuzunun artması şübhə
doğurmur".
Deputat İlham Məmmədov isə deyib ki, Prezident
İlham Əliyevin Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə
toplantısında iştirakı çərçivəsində
keçirdiyi görüşlər və ona olan münasibət
bir daha onu sübut etdi ki, Avropa Azərbaycanı “orta güc”
kimi qəbul edir və onunla hesablaşır.
Onun sözlərinə görə, cənab Prezident
İlham Əliyevin Tiranada Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə
görüşü zamanı Azərbaycanın Avropa
İttifaqının vacib və etibarlı tərəfdaşı
olduğunu bildirərək, ölkəmizin xüsusilə
Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi
yüksək qiymətləndirməsi bunun bariz nümunəsidir.
“Avropa İttifaqının liderlərinin Azərbaycanın Mərkəzi
Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə
aparıcı rolu vurğulamaqla yanaşı, regionda, həmçinin
regionun hüdudlarından kənarda sülhün və
sabitliyin təmin olunmasında müxtəlif tərəflər
arasında dialoqun aparılması üçün platforma
rolu oynamasını qeyd etmələri ölkəmizin “orta
güc” kimi qəbul edilməsinin sübutu idi”, - o vurğulayıb.
Deputat əlavə edib ki, bütün bu uğurlara cənab
Prezident İlham Əliyevin yürütdüyü qlobal
çağırışlara zamanın çevik reaksiya verib
ona uyğun diplomatiya yürütməsi və çoxvektorlu
siyasət nəticəsində mümkün olub: “ Məhz cənab
Prezident İlham Əliyevin yürütdüyü uğurlu
xarici siyasətin nəticəsində Azərbaycanın beynəlxalq
miqyasda etibarlı tərəfdaş kimi qəbul
olunduğundan nüfuzu artəb mövqeləri möhkəmlənməkdədir.
Uğurlu siyasət nəticəsində Azərbaycanın beynəlxalq
münasibətlər sistemində oynadığı aktiv rol
ölkəmizin geosiyasi mövqelərinin möhkəmlənməsinə
və gələcəkdə daha ciddi aktor rolunda
çıxış etməsinə xidmət edir”.
Avropa İttifaqı rəhbərlərinin Prezident
İlham Əliyevlə görüşün əhəmiyyətinə
toxunan deputat bildirib ki, Aİ lideləri də Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaş
olduğunu bir daha təsdiq etməklə, bunda sonra da istər
enerji, “yaşıl enerji”, istər digər iqtisadi,
tranzit-yükdaşıma, istərsə də Orta Dəhlizin
inkişaf etdirilib Mərkəzi Asiya regonu ilə daha sıx əməkdaşlığın
qurulmasında ölkəmizin müstəsna rol
oynamasının fərqindədirlər. “Avropa həm də
oynadığı “orta güc” rolunun regional sülhə,
sabitliyə, təhlükəsizliyə və
qarşılıqlı faydalara əsaslanan sıx əməkdşalıq
formatlarının yaranmasına xidmət edir. Əminəm ki,
cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan
hələ çox uğurlara imza atacaq və ölkəmiz
dünyanın inkişaf etmiş sosial ölkəsinə
çevriləcək”.
Politoloq Azər Qasımovun fikrincə, Avropa
İttifaqı və Azərbaycan arasında münasibətlərin
əbəzolunmazlığı Albaniyanın paytaxtı
Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı
Zirvə toplantısında açıq şəkildə
göründü.
Bir müddət əvvəl düşünülə
bilərdi ki, Azərbaycanın Aİ ilə əlaqələri
geriyə doğru gedir. İndiki mürəkkəb geosiyasi
durumda Aİ-nın seçim qarşısında
qaldığı bir dövrdə Azərbaycan kimi enerji
daşıyıcısı bir ölkənin
varlığından imtina edilməsi Aİ üçün
öldürücü olardı. Aİ-nın əvvəlki
adminstrasiyası tərəfindən Azərbaycana münasibətdə
haqsızlıq var idi. Ancaq Azərbaycanın qəti
mövqeyi bunun aradan qaldırılmasına səbəb oldu.
Bu da onu göstərdi ki,
Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində,
ümumilikdə, dünyada qlobal problemlərin aradan
qaldırılmasında etibarlı tərəfdaşdır və
onun rolu bir daha görünür və qəbul edilir: “Aİ
yaxşı başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi
Asiya və Yaxın Şərqdə siyasətinin həyata
keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır.
Aİ rəsmilərinin Azərbaycan Prezidenti ilə
görüş və zəngləri Aİ-nın Azərbaycana
verdiyi əhəmiyyətin bariz .
Göründüyü kimi, Azərbaycan və Aİ
arasında siyasi münasibətlər tamamilə bərpa
olunub. Ermənistanın və ona dəstək
vürınlırun cəhdlərinə baxmayaraq Azərbaycan
Prezidentinin qətiyyətli siyasəti bu kimi faktorların
aradan qalxmasına səbəb oldu.
Səfər zamanı keçirilən
görüşlər Azərbaycana olan marağın və
ölkəmizə verilən əhəmiyyətin
miqyasını nümayiş etdirdi.
Azərbaycan bir tərəfdən Çinlə, Mərkəzi
Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələrini
inkişaf etdirdi, digər tərəfdən Aİ ilə
münasibətlərini normal məcrada,
qarşılıqlı maraqlara cavab verən şəkildə
inkişaf etdirdi.
Hesab edirəm ki, Azərbaycanın
yürütdüyü siyasət dünya nizamının
formalaşmasına xüsusi təsirləri baxımından
maraq doğurur. Bunu Aİ da yaxşı görür. Azərbaycan
dünyada nadir dövlətlərdəndir ki,
yürütdüyü siyasət bütün qütblərdə
normal qarşılanır, əks mövqe doğurmur. Bu da Azərbaycan
dövlətinin unikal qabiliyyətinin təzahürüdür.
Bu unikallıq da Azərbaycanı qarşı qütblər
arasında ortaq mövqedə çıxış etməyə,
onların mövqelərindəki ziddiyyətləri aradan
qaldırılmasına dəstək olmaq üçün
imkanlar yaradır”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 22 may(¹19).- S.9.