“Konstitusiya və Suverenlik İli”- bir-birini tamamlayan iki
tarixi hadisə
12 Noyabr – Azərbaycan Respublikasının
Konstitusiyası Günü, müstəqil dövlətimizin
siyasi və hüquqi tarixində ən mühüm mərhələlərdən
birini ifadə edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
yolu ilə qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizin dövlət quruluşunun
hüquqi əsaslarını müəyyən edib, xalq
hakimiyyətinin, demokratiyanın və hüquqi dövlət
prinsiplərinin möhkəmlənməsinə geniş yol
açıb. Bu Konstitusiya yalnız birdövlətin idarəçilik
mexanizmini tənzimləyən sənəd deyil, həm də
insan hüquq və azadlıqlarını, ədalət və
qanunçuluğu, vətəndaş cəmiyyəti prinsiplərini
özündə əks etdirən strateji hüquqi baza olub.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi
bərpa olunduqdan sonra ölkədə yeni ictimai-siyasi şərait
formalaşdı. Müstəqil dövlətin qurulması
üçün yeni hüquqi əsaslar, müasir idarəçilik
mexanizmi və xalqın iradəsinə söykənən
qanunvericilik sistemi yaradılmalı idi. Lakin 1991–1993-cü illərdəki
siyasi qeyri-sabitlik, idarəetmədə xaos və anarxiyabu prosesi
ləngitdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə qayıdışından
sonra Azərbaycanda dövlətçilik prinsipləri bərpa
olundu, sabitlik təmin edildi və hüquqi dövlət
quruculuğunun əsası qoyuldu.
Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə
doktoru, dosent Səyavuş Qasımov yazır ki, Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
1995-ci ildə Konstitusiya Komissiyası yaradıldı.
Uzunmüddətli müzakirələrdən, elmi və ictimai
debatlardan sonra həmin ilin 12 noyabrında Azərbaycan
Respublikasının ilk müstəqil Konstitusiyası
ümumxalq səsverməsi ilə qəbul olundu. Ulu Öndər
Heydər Əliyev demişdir ki, Konstitusiyamız ümumbəşəri
dəyərlərə və mütərəqqi milli ənənələrə
söykənərək, bu günün
reallıqlarını, dövlətin, cəmiyyətin
inkişaf perspektivlərini əks etdirir. Azərbaycan
Respublikasının Konstitusiyası hazırlanarkən
dünyanın inkişaf etmiş ölkələrinin
konstitusiya təcrübəsi, xüsusən də demokratik və
hüquqi dövlət quruculuğu prinsipləri əsas
götürülüb. Əsas Qanunda dövlətin fəaliyyəti
hüquq üstünlüyü və insan
azadlıqlarının qorunması üzərində qurulub.
Konstitusiyada müasir dövrün hüquqi dövlət
quruculuğu meyilləri nəzərə alınıb. Azərbaycan
Respublikasının Konstitusiyası qəbul edilərkən
hüquqi dövlət quruculuğunun müasir meyillərinə
istinad olunub, ölkəmizin hüquq sistemi üçün
yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi
orqanının yaradılması nəzərdə tutulmuş,
bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və
rolu müəyyənləşdirilib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası
təkcə dövlət idarəçiliyinin hüquqi
bazasını deyil, həm də cəmiyyətin mənəvi,
siyasi və sosial inkişaf istiqamətini müəyyən
etmişdir. Bu sənəd dövlət və vətəndaş
münasibətlərini hüquqi əsasda tənzimləyir.
Demokratiyanın və vətəndaş
iştirakçılığının genişlənməsinə
şərait yaradır. Hüquq-mədəniyyətin
formalaşmasına və vətəndaş məsuliyyətinin
artmasına xidmət edir.
Sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə
aparılan Konstitusiya islahatları da hüquqi dövlət
quruculuğunun təkmilləşdirilməsinə, insan hüquqlarının
daha səmərəli qorunmasına və müasir idarəetmə
tələblərinə uyğunlaşmaya yönəlib: “12
Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası
Günü, müasir Azərbaycan dövlətçiliyinin
hüquqi təməlini, xalq iradəsinin təntənəsini
və hüququn aliliyinin rəmzini ifadə edir. 1995-ci il
Konstitusiyası ilə Azərbaycan Respublikası hüquqi,
demokratik və dünyəvi dövlət kimi inkişaf yoluna
qədəm qoydu. Bu Konstitusiya həm dövlətin, həm də
vətəndaşın hüquqlarını qoruyan, sabitlik və
ədalət üzərində qurulan milli Əsas Qanundur.
Azərbaycan xalqı üçün 12 Noyabr tarixi təkcə
hüquqi hadisə deyil, həm də dövlətçilik
tariximizin şərəfli səhifəsidir. Azərbaycan
Respublikasının Konstitusiyası ölkəmizin müstəqillik
dövründə qəbul edilən ilk Əsas Qanunu olaraq
milli suverenliyimizin və hüquqi dövlət
quruculuğumuzun təməlini qoydu. Azərbaycan
Respublikasının Konstitusiyası xalqın iradəsini,
azadlıq və ədalət ideallarını özündə
əks etdirən, dövlət quruluşunun əsaslarını
müəyyən edən ali hüquqi sənəddir.
Konstitusiyanın mühüm bəndlərindən biri
Azərbaycanın ərazi bütövlüyü və
suverenliyinin təmin edilməsidir. Lakin 1990-cı illərin əvvəllərində
Ermənistanın hərbi təcavüzü nəticəsində
ölkəmizin bir hissəsi işğal altında
qaldığından, bu prinsip uzun illər faktiki olaraq
pozulmuşdu. 2020-ci il 27 sentyabr – 44 günlük Vətən
müharibəsi Azərbaycan xalqının və ordusunun
misilsiz qəhrəmanlığı nəticəsində
torpaqlarımızın böyük hissəsi azad edildi.
2023-cü il 19–20 sentyabr tarixlərində həyata
keçirilmiş lokal antiterror tədbirləri isə
Qarabağda separatçılığa son qoydu və Azərbaycan
Respublikasının ərazi bütövlüyü və
suverenliyi tam şəkildə bərpa olundu. Bu hadisə
Konstitusiyanın ali məqsədlərindən biri olan
suverenliyin təmin olunması prinsipinin reallığa
çevrilməsi demək idi. Artıq bu gün Azərbaycan
Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin
bütün ərazisində bərqərar olub”.
Onun fikrincə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı
ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik
İli” elan edilmişdir.2025-ci ilin “Konstitusiya və Suverenlik
İli” təkcə yubiley xarakteri daşımır, həm də
Azərbaycanın yeni inkişaf mərhələsinin ideoloji əsasını
təşkil edir. Bu dövrdə dövlət siyasətinin əsas
istiqamətlərindən biri — postmüharibə
dövründə bərpa, dirçəliş və
reinteqrasiya proseslərinin Konstitusiya prinsipləri əsasında
həyata keçirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda
aparılan quruculuq işləri, bərpa edilən məhkəmə
və inzibati orqanlar, keçirilən bələdiyyə və
prezident seçkiləri Konstitusiyanın hüquqi qüvvəsinin
bütün ölkə ərazisində təmin olunduğunu
göstərir.
12 Noyabr – Azərbaycan Respublikasının
Konstitusiyası Günü və 2025-ci ilin “Konstitusiya və
Suverenlik İli” bir-birini tamamlayan iki tarixi hadisədir. Əgər
1995-ci il Konstitusiyanın qəbulu ilə müstəqil
dövlətin hüquqi əsasları qoyulmuşdusa,
2020–2023-cü illərdə əldə olunan tarixi qələbələr
nəticəsində Konstitusiyanın ərazi
bütövlüyü və suverenlik prinsipi tam
reallaşdı. Bu gün Azərbaycan dövləti və
xalqı Ulu Öndər Heydər Əliyevin ideyaları,
Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində
hüquqi dövlətin və suveren Azərbaycanın daha da
möhkəmlənməsi istiqamətində uğurla irəliləyir.
Milli Məclisin deputatı Azər Allahverənov deyib
ki, Azərbaycan xalqının çoxəsrlik dövlətçilik
yolu daim mübarizə, inkişaf və yeniləşmə mərhələləri
ilə müşayiət olunub. Tarixin hər bir dönəmində
xalqımız azadlıq, ədalət və millisuverenlik
uğrunda mübarizəsini davam etdirmiş, bu yolda əldə
etdiyinailiyyətləri gələcək nəsillərə
miras qoymuşdur. Bu uzun və keşməkeşli yolun ənparlaq
mərhələlərindən biri isə müstəqil Azərbaycan
RespublikasınınKonstitusiyasının qəbul edildiyi 12
noyabr 1995-ci il tarixidir.
Dövlət müstəqilliyimizin bərpa edilməsindən
cəmi bir neçə il sonra qəbulolunmuş Konstitusiya, Azərbaycan
xalqının öz taleyinə sahib
çıxmasının, hüquqivə demokratik dövlət
qurmaq əzminin parlaq ifadəsinə çevrildi. O, yalnız
dövlətinali hüquqi sənədi deyil, həm də cəmiyyətin
mənəvi birliyini, milli ideallarını vəvətəndaş
məsuliyyətini özündə ehtiva edən dərin məzmunlu
tarixi sənəddir: “Yeni Konstitusiyanın hazırlanması və
qəbul edilməsi Ümummilli Lider HeydərƏliyevin
uzaqgörən siyasəti və rəhbərliyi sayəsində
mümkün oldu. 1990-cı illərinəvvəllərində
müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın
qarşısında dövlətidarəçiliyinin
hüquqi əsaslarını yaratmaq, sabit və mütərəqqi
hüquqi sistemformalaşdırmaq kimi taleyüklü vəzifələr
dayanırdı. Heydər Əliyev bu məsuliyyətlimərhələdə
Konstitusiya Komissiyasının yaradılmasına təşəbbüs
göstərərək, müstəqil dövlətin gələcək
inkişaf modelinin hüquqi bünövrəsini müəyyənləşdirdi.Ulu
Öndərin rəhbərliyi ilə hazırlanan layihə dərin
elmi-nəzəri təhlil, beynəlxalq təcrübə və
milli dövlətçilik ənənələrinin vəhdəti
əsasında formalaşdı. Nəticədə 1995-ci il
noyabrın 12-də ümumxalq səsverməsi – referendum vasitəsilə
qəbul olunan Azərbaycan Respublikasının
Konstitusiyası, ölkəmizin siyasi, iqtisadi və ictimai həyatında
dönüş nöqtəsinə çevrildi”.
O, qeyd edib ki, bu sənəd Azərbaycanın
suverenliyini, xalqın iradəsini, insan hüquq və
azadlıqlarının təminatını hüquqi cəhətdən
təsbit edən əsas qanun kimi tariximizdə əbədi yer
aldı. Konstitusiya insan hüquqlarının prioritetliyini,
hakimiyyətin bölünməsi prinsipini, hüquqi dövlət
və vətəndaş cəmiyyətiideyalarını bərqərar
etdi. Hər bir vətəndaşın qanun
qarşısında bərabərliyi, mülkiyyətin
toxunulmazlığı, söz və fikir azadlığı
kimi dəyərlər Konstitusiyanınəsas
sütunlarını təşkil edir.
Ulu Öndər Heydər Əliyev bu sənədin
mahiyyətini belə ifadə etmişdi:“AzərbaycanRespublikasının
Konstitusiyası xalqımızın azad iradəsinin məhsuludur
vəmüstəqil dövlətimizin inkişafının
hüquqi təminatıdır.”
Konstitusiyanın qəbulundan sonra ölkədə
demokratik islahatların dərinləşməsi, idarəetmənin
hüquqi əsaslar üzərində qurulması, insan və
vətəndaşhüquqlarının təmin olunması
istiqamətində mühüm addımlar atıldı.
Dövləthakimiyyətinin üç qolu qanunverici, icraedici
və məhkəmə hakimiyyətiKonstitusiyada müəyyən
edilmiş səlahiyyət bölgüsü əsasında fəaliyyətgöstərməyə
başladı ki, bu da hüquqi dövlət quruculuğunun təməlini
qoydu: “Azərbaycan Konstitusiyasının mühüm
xüsusiyyətlərindən biri də onun milli-mənəvi
dəyərlərlə ümumbəşəri prinsipləri
harmonik şəkildə birləşdirməsidir. Burada
xalqımızın dövlətçilik ənənələri,
dil və mədəniyyətin qorunması, vətənəsədaqət
və demokratik dəyərlər kimi ideyalar vəhdət təşkil
edir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə Konstitusiyanın prinsiplərinəəsaslanan dövlət
idarəçiliyi daha da təkmilləşdirilir, insan
hüquqlarının müdafiəsi, sosial ədalət və
qanunun aliliyi istiqamətində sistemli islahatlar həyata
keçirilir.Məhz bu möhkəm hüquqi dayaqlar üzərində
qurulan siyasət, Azərbaycanıregionun ən sabit və
dinamik inkişaf edən dövlətlərindən birinə
çevirmişdir.
Konstitusiya Günü təkcə bir hüquqi sənədin
qəbul tarixi deyil, həm də xalqınmüstəqillik iradəsinin,
dövlətə və qanuna inamının, vətəndaş
məsuliyyətininbayramıdır. Bu gün biz Ulu Öndərin
yaratdığı hüquqi dövlətin əsaslarını
qorumaqvə inkişaf etdirmək kimi böyük məsuliyyət
daşıyırıq.
Beləliklə, Azərbaycan Respublikasının
Konstitusiyası xalqın azad iradəsininifadəsi, müstəqil
dövlətimizin mənəvi-siyasi sütunu və gələcək
inkişafımızıntəminatıdır.
12 Noyabr isə hər bir azərbaycanlının qəlbində
hüquq, ədalət və vətənə sədaqətduyğularını
yenidən oyadan müqəddəs bir gündür”.
Cavid
Xalq Cəbhəsi .- 2025.- 8 noyabr (¹42).- S.