Qəbələ zirvəsi və Azərbaycan
Türk Dövlətləri Təşkilatının
Dövlət Başçıları Şurası 7 oktyabr
2025-ci il tarixində Azərbaycan Respublikasının Qəbələ
şəhərində toplandı. Zirvənin yekun bəyanatından
da göründüyü kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev məmnunluq
doğuran və təqdirəlayiq bir ev sahibliyi etdi.
Zirvədə Türkiyə Respublikasının
Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan
Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayev,
Qırğız Respublikasının Prezidenti cənab
Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti cənab
Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri cənab
Viktor Orban, Türkmənistanın Milli Lideri, Xalq Məsləhəti
Başçısı cənab Qurbanqulu Berdimuhammedov,
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab
Ersin Tatar, Türk Dövlətləri Təşkilatının
Baş katibi cənab Kubanıçbek Ömüraliyev,
Ağsaqqallar Şurasının üzvləri və Türk əməkdaşlıq
təşkilatlarının və qurumlarının rəhbərləri
iştirak etdilər.
Toplantıda Güney Türküstan olaraq tanımlaya
biləcəyimiz Əfqanıstanla bağlı bir maddənin
yekun bəyanata daxil edilməsi çox mühümdür. Bu
mövzu ilə bağlı ayrıca bir köşə
yazısı yazacağımız üçün şərhlərimizi
həmin yazıya saxlayırıq.
Tacikistan ilə Qırğızıstan arasında sərhəd
razılaşmasının əldə olunması və
barışın təmin edilməsi də məmnunluq
doğuran bir nəticə olaraq qeyd edilir. Tarixi, mədəni,
siyasi, ictimai və coğrafi həqiqətlər çərçivəsində
Tacikistan da Türk Dünyasından ayrı görülməməlidir.
Mümkün təhdidlərin aradan qaldırılması və
ortaq gələcəyin qurulması məqsədilə
Tacikistan ilkin olaraq müşahidəçi statusu ilə
Türk Dövlətləri Təşkilatına dəvət
olunmalıdır. Daha sonra tam üzvlük də nəzərdən
keçirilə bilər.
Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti
və Macarıstan artıq təşkilata müşahidəçi
üzv olaraq qatılıb və onların tam üzv
olmalarının da vaxtı gəlib. Hətta Pakistan, Kosovo,
Bosniya-Herseqovina və Albaniyanın müşahidəçi
olaraq dəvət edilməsində fayda görürük.
Zirvədə daha əvvəl cənab Prezident Rəcəb
Tayyib Ərdoğanın təklifi ilə qəbul edilən,
planlaşdırılan və həyata keçirilməsi nəzərdə
tutulan “ortaq əlifbanın” qəbul olunması çox əhəmiyyətlidir.
Lakin 1991-ci ildən bu yana həyata keçirilə bilməyən
ortaq təhsil və tədris proqramı artıq
reallaşdırılmalıdır. Xüsusilə ortaq dil və
ortaq tarix mütləq şəkildə tədris
proqramında yer almalıdır.
Ortaq dil tədrisini həyata keçirərkən
bütün Türk ləhcələri və şivələri
birləşdirilməlidir. Mənşəyi məlum olmayan və
sonradan uydurulan söz və ifadələr, eləcə də
latın və slavyan dillərindən alınan söz və
ifadələr əvəzinə Türk ləhcələrindəki
qarşılıqları istifadə olunmalıdır. Türk
dövlətlərindəki yerli ləhcə və şivələr
qorunmalıdır.
Türk Dövlətlərinin ortaq müdafiə sənayesi,
ortaq təlimlər, Türk Dövlətləri müdafiə
əməkdaşlığı və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi
ilə reallaşan ortaq təlim və Türk Dövlətləri
Ordusu (Turan Ordusu) dünyanın mərkəzində bir
insanlıq və fəzilət qüvvəsi olacaq. Zirvənin
ən əhəmiyyətli qərarlarından biri də bu məsələdir.
Türk Dövlətləri Təşkilatı Avropa
İttifaqı kimi, hətta ondan da daha irəli səviyyədə
bir birlik halına gəlməlidir. Bu istiqamətdə vacib
addımlardan biri də “Türk Dünyası Vətəndaşlığı”nın
tətbiq olunmasıdır. Türk dövlətləri
arasında sərbəst keçid təmin edilməlidir.
Türk dövlətləri arasında fitnəyə səbəb
ola biləcək bütün məsələlər fikri və
əməli olaraq aradan qaldırılmalıdır.
Məsələn, bu zirvəyə ən gözəl
şəkildə ev sahibliyi edən Azərbaycan ilə
Türkiyə arasına fitnə salmaq üçün
uydurulan yalan və yanlış şərhlərə, əsassız
xəbərlərə yol verilməməlidir.
Məsələn, İngiltərə mənşəli
bir xəbər mənbəyi “Həmas İsrailə hücum
etdikdə Azərbaycanda bayraqlar yarıya endirildi” şəklində
yalan xəbər yayıb. Yenə Fələstindəki bir
qrupun Ermənistanı dəstəkləyən nümayişlər
keçirməsini “Fələstin Ermənistanı dəstəkləyir”
şəklində eyni mərkəzlər yayıb. Azərbaycan–İsrail
ticarət əlaqələri davam etsə də, bu cür
yalan xəbərlər düşmənçilik hisslərini
və əməllərini körükləyir.
Bu və bu kimi fitnə mənbələri aradan
qaldırılmalı, Qəbələ Zirvəsinin ruhuna və
mətninə uyğun olaraq ev sahibi Azərbaycanımızın
haqlı məsələsi bu vasitə ilə daha çox
gündəmə gətirilməlidir.
Azərbaycanın və bütün Türk
Dünyasının məsələsi olan “Qərbi Azərbaycan
məsələsi” davamlı olaraq izah edilməli və
anlanmalıdır. Türk Dövlətləri Təşkilatının
növbəti zirvə toplantısının yekun bəyanatında
“Qərbi Azərbaycan məsələsi” üçün
ayrıca bir bənd açılmasını gözlədiyimizi
də bildirmək istəyirik.
Yeni Prezident Fərmanı ilə Türk soylular
artıq Türkiyədə “xarici” sayılmayacaq. Azərbaycandan,
Türküstandan və digər Türk topluluqlarından gələn
şəxslər peşələrini sərbəst icra edə
və dövlət və özəl sektorda işləyə
biləcəklər. Bu qərar Türk dünyası ilə əlaqələri
gücləndirir. Çox mühüm və sevindirici bir qərardır.
Hörmətli Prezidentimizə təşəkkür edirik. Digər
Türk dövlətlərinin də bənzər qərarlar
alacağına inanırıq...
Professor Seyit Aydın, Türkiyə
Xalq Cəbhəsi .- 2025.- 23 oktyabr (¹ 39).-S.15.