“PAYIZ ÇÖHRƏSİNDƏ YAZDI 44 GÜN” KİTABI - VƏTƏN MÜHARİBƏSİNİN İLK POETİK SALNAMƏSİ

 

2020-ci ilin payızı Azərbaycan xalqı üçün əbədi olaraq zəfər mövsümünə çevrildi. Otuz ilə yaxın işğal altında olan Qarabağ torpaqlarının azadlığı uğrunda başlanmış 44 gün davam etmiş Vətən müharibəsi yalnız hərbi güc diplomatiyanın təntənəsi deyil, həm ədəbiyyatımıza silinməz izlər buraxdı.

Azərbaycan ədəbiyyatında müharibə mövzusu zəngin uzun bir ənənəyə malikdir, lakin Tapdıq Əlibəyli bu sahəyə 44 günlük Vətən müharibəsinin ilk poetik salnaməsini gətirdi. O, “Payız çöhrəsində yazdı 44 Günadlı şeir kitabı ilə müasir Azərbaycan ədəbiyyatında Vətən müharibəsinə həsr olunmuş ilk şeir toplusunu yaratdı. Bu əsər həm müharibənin şairə verdiyi böyük məsuliyyəti əks etdirən bir sənət əsəri oldu.

Kitab sadəcə bir şeir toplusu deyil, həm Zəfər tariximizin poetik salnaməsidir. Tapdıq Əlibəyli müharibənin acılarını, qələbənin coşqusunu xalqın həmrəyliyini sözün bədii qüdrəti ilə tərənnüm etmişdir.

Kitabın adı - “Payız çöhrəsində yazdı 44 Günəsərin həm poetik dərinliyini, həm zəfər mövsümünün mahiyyətini açır. Payız, solğun kədərli bir fəsil olaraq təqdim edilə bilərdi, lakin Tapdıq Əlibəyli bu mövsümü Vətən müharibəsinin şanlı günləri ilə əlaqələndirir. Payızın boz rəngləri, dumanlı səması kədərli çiskinləri müharibənin qəhrəmanlığın coşğusu ilə müqayisə edilərək poetik bir şəkildə təsvir edilir. Bu payız həm Vətən müharibəsində düşmənə qarşı mübarizə aparan, şəhid olan döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun simvoluna çevrilir.

 

Bürüsə duman, çən Qarabağı,

Zəfər çiçəklədi bağrının dağı.

Yadda boz illərin çiskin-sazağı...

Payız çöhrəsində yazdı 44 Gün.

 

Bu misralarda müəllif payızı qaraltmaq yerinə, müharibənin sonunda yüksələn Zəfər çiçəyinidöyüşlərdən sonra yenidən canlanmış, qürurlu, şanlı Azərbaycanı təsvir edir. Yəni həm fiziki, həm mənəvi olaraq qaralan torpaqlar, qayıdan həyat bərpa olunan vətən sevgisi ilə yeni bir mənzərə yaradır.

 

Döyüş meydanında yenildi yağı,

Düşmən sırğa etsin qoy bayrağı!

Sərkərdə gur çatıb tonqal, ocağı...

Qələbə tarixi yazdı 44 Gün!

 

Düşmənin məğlubiyyəti, Azərbaycanın gücünü təcəssüm etdirir. bayraq, düşmənin təslimiyyətini göstərir müharibənin qəhrəmanlıqla bitdiyini əks etdirir. Bu bədii yanaşma həmçinin zəfərin şanlı təntənəsini bir daha gündəmə gətirir.

Kitabda Azərbaycan Ordusunun obrazı xüsusi yer tutur. T. Əlibəyli ordumuzun birliyini igidliyini şeirində yüksək mənəvi dəyərlər şəklində tərənnüm edir. “Xilaskar Ordumun Vətən savaşışeirində şair, Azərbaycanın müzəffər Ordusunun haqq səsini qələbə yolundakı əzmini təsvir edir.

 

Ordumun müzəffər, haqq səsi gəlir,

Qələbə qoxulu nəfəsi gəlir...

Allahın da xoşu, həvəsi gəlir,

"İrəli!" marşından Azərbaycanın!

 

Bu misralar da Azərbaycan xalqının birliyini, Vətənə olan sədaqətini zəfər yürüşünün həmişəlik yaddaşlarda qalacağını təsdiqləyir. Şair burada Ordunun yalnız hərbi gücünü deyil, gözəl ideallarını - haqqın, ədalətin insanlığa olan sevginin qələbəsini təcəssüm etdirir.

 

Şaddır Şəhidlərin zəfərlə Ruhu,

Düşməndən qisasın alındı, Vətən!

Ovunur qovrulan torpağın ahı...

Vətən, qəhrəmandır Əsgər, Sərkərdən!

 

Tapdıq Əlibəyli Şəhidlərin unudulmaz xatirəsinə ehtiram olaraq Zəfərlə dalğalanan Bayrağımızın şöləsində "Şəhidlərə salam olsun" deyir:

 

Körpələrin yuxusundan,

Süd ətirli qoxusundan,

Dan yerinin yaxasından

Şəhidlərə salam olsun!

 

Ərənlərin dünyasından,

Anaların duasından,

Elin ismət, sonasından

Şəhidlərə salam olsun!

 

Bayraq, zəfər şöləsindən,

Himnimizin hürr səsindən,

Azərbaycan kürəsindən

Şəhidlərə salam olsun!

 

Bu poetik deyim, şəhidlərin ruhunun rahatlıq tapdığı bir Zəfər nişanəsidir. Onlar yalnız torpaqları azad etmədi, eyni zamanda millətin gələcəyinə yeni bir inam ümid bəxş etdilər.

Qələbə təqvimin mübarəkşeiri, xüsusilə 8 Noyabr tarixinin, Azərbaycanın Zəfər Günü kimi tarixə düşdüyü günün hər bir Azərbaycanlı üçün necə əhəmiyyətli olduğunu poetik şəkildə ortaya qoyur.

 

Doğub Qarabağda zəfər günəşi,

Zəfərgözlü şəfəq göz qamaşdırır.

Ordumun çiynində Vətən savaşı

İşğala son qoyur, sədləri aşır...

 

Bu şeir həm Vətənin yeni bir dövrə qədəm qoymasını, müharibənin bitməsini yeni həyatın başlanmasını təcəssüm etdirir. Zəfər yalnız hərbi qələbə deyil, həm Azərbaycanın yeni bir dönəməmüstəqil, güclü qürurlu bir dövrə girməsinin təntənəsidir.

Kitaba daxil edilmişZəfər paradıadlı şeir haqqında daha ətraflı fikir bildirmək istərdim. Şair, Azərbaycanın zəfər qazandıqdan sonra yüksələn xalq ruhunu müstəqillik həyəcanını ifadə edir. "Baş meydan başını dik tutub, Yurdum" misrası, Azərbaycanın müharibədən sonra başını dik tutaraq müstəqilliyinin simvolu olduğunu bildirir.

 

Baş meydan başını dik tutub, Yurdum,

Sinəsin süsləyib Zəfər paradı.

Müzəffər yürüşdən dönübdür Ordum,

Şəhid, qazı, qalib - əsgərin adı!..

 

Tapdıq Əlibəyli müharibənin bir simvolu olan “44 Günlük döyüş bayrağı”na salam göndərir. Bu bayraq yalnız hərbi qələbənin deyil, həm mənəvi zəfərin, xalqın əzminin Vətən sevgisinin rəmzidir.

 

Salam, 44 Günlük döyüş bayrağım!

Şöləndə şanlı yol, Vətən savaşım.

Salam, halal haqqım, Zəfər bayramım!

Səninlə üzüm , ucadır başım!..

 

Şeirdə müharibə sonrası yaranan azadlıq ruhu şəhidlərin qanı ilə qazandığımız ərazi bütövlüyü təmin edimiş Vətən təsvir olunur.

 

Azadlıq meydanı meydan sulayır,

Düşüb sümüyünə Şuşa havası.

Qələbə diliylə salam söyləyir,

Himnimin səsində şövqü, həvəsi...

 

MüəllifinZəfər paradıifadəsi, xalqın müharibədən sonra yaşadığı coşqunu dövlətin qələbə ilə başlatdığı yeni dövrü təsvir edir.

 

Haqqın təntənəsi - Zəfər paradım

Qalibin məğluba ibrət dərsidir.

Neçə Mübarizim, neçə Poladım

Millətin əzəmət, qürur səsidir!

 

Sonuncu bənddə, şair Azərbaycanın qələbəsini xalqın yüksələn səsini dünyaya duyurur. "Zəfər günəşinlə səfəqlənib dan" misrasında müharibə sonrası yaranan yeni gündüz, yeni həyatın başlanmasını simvolizə edir. "Şahinlər gözündə yer-göy görüşür..." ifadəsi isə xalqın qəhrəmanlarının, şəhidlərinin əsgərlərinin yüksək əzmi qələbəyə doğru gedən yolda verdikləri mübarizənin təntənəsini vurğulayır.

 

Səsin, Azərbaycan, ucadan gəlir!

Simana Qarabağ işığı düşür...

Zəfər günəşinlə səfəqlənib dan,

Şahinlər gözündə yer-göy görüşür...

 

Bu şeir Azərbaycanın müharibə sonrası qələbəsinin yalnız fiziki deyil, həm mənəvi nəticələrini göstərir. Şeirdəki hər bir misra Azərbaycan xalqının müstəqillik qələbə yolundakı əzmini, şəhidlərin qanı ilə qazanılan zəfəri bu zəfərin gətirdiyi yüksələn əxlaqi mənəvi dəyərləri əks etdirir. Tapdıq Əlibəylinin "Payız çöhrəsində yazdı 44 Gün" kitabının bir hissəsi olaraq, bu şeir Azərbaycan ədəbiyyatında Vətən müharibəsinin Zəfərin poetik təcəssümüdür.

Tapdıq Əlibəylinin bu kitabı yalnız müharibənin zəfərin şeirə düşməsi deyil, həm müasir Azərbaycan poeziyasının yeni bir mərhələyə keçməsini göstərir. Müəllif, zəfəri qeyd etməkdən daha çox, bu zəfərin cəmiyyətin ruhunda, millətin yaddaşında necə yer etdiyini, xalqın birliyinin necə təcəssüm tapdığını göstərir. Tapdıq Əlibəylinin misraları həm bədii, həm məfkurəvi olaraq Azərbaycan tarixinin xalqın yüksələn ruhunun simvoluna çevrilir.

2020-ci ilin 44 günü Azərbaycanın tarixinə Zəfər Günləri olaraq düşdü. Bu günlər yalnız silah döyüşlə deyil, qeyd etdiyim kimi, həm poeziya ilə yaddaşlarda yaşayacaq. Tapdıq ƏlibəylininPayız çöhrəsində yazdı 44 Günkitabı, bu 44 günün həm müharibə sonrası Azərbaycanın tarixi ədəbiyyatındakı ilk bədii salnaməsidir.

Tapdıq Əlibəyli bu əsəri ilə Zəfərimizin ilk poetik təcəssümünü vermiş oldu. Azərbaycan ədəbiyyatında bu kitabın xüsusi yeri həmişə qalacaq. Zəfərin poetik dillə təsvir edilən bu salnaməsi həm Azərbaycan xalqının qələbə ruhunu, həm müharibənin doğurduğu yeni əxlaqi mənəvi dəyərləri əks etdirən bir sənət əsəri olaraq nəsillərə ötürüləcək.

Zəfər Günün mübarək, Azərbaycan!

 

Səyadulla KƏRİMLİ,

yazıçı-publisist

 

Xalq Cəbhəsi .- 2025.- 30 oktyabr, (¹40).- S.15.