Tariximiz qürurumuzdur
Şəhidlik ən müqəddəs bir zirvədir.
Bu ucalıq şərəfinə yalnız torpaq, Vətən
naminə canından keçənlər nail ola bilir və
onlar ürəklərdə yaşamaqla heç zaman
ölmürlər. Belə ölümsüzlüyə
qovuşan, adı qürurla çəkilən qəhrəmanlardan
biri də Birinci Qarabağ müharibəsi şəhidi Valid
Rakif oğlu Süleymanovdur. Valid Lənkəranda boya-başa
çatıb. Burada kiçik də, böyük də öz
qəhrəman oğlunun xatirəsini həmişə əziz
tutur, məqamında onu böyük ehtiramla yad edirlər.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin
təşkilatçılığı ilə “Tariximiz
qürurumuzdur” layihəsi çərçivəsində
ölməz Vətən sevdalısının əziz xatirəsinə
həsr olunmuş anım tədbiri keçirildi. Lənkəran
Şəhər İcra Hakimiyyəti
başçısının müavini, İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdiri
Ülviyyə Əliyevanın, digər rəsmi şəxslərin,
Şürük kənd tam orta məktəbin müəllim və
şagird kollektivinin, təhsil və mədəniyyət
işçilərinin, şəhid ailələrin, müharibə
əlillərinin və rayon ictimaiyyətinin nümayəndələrin
qatıldığı tədbirdə əvvəlcə Azərbaycan
Respublikasının Dövlət Himni oxundu, Ulu Öndər
Heydər Əliyevin və Vətən uğrunda canından
keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla anıldı.
Mərkəzinin direktoru Reyhanə Sadıxova tədbirin
giriş sözündə dedi:
“Birinci Qarabağ müharibəsi şəhidləri
ilk müstəqil addımlarını atan dövlətimizin
qorunması və onun əbədi yaşadılması yolunda
sözün əsl mənasında qəhrəmanlıq
göstərdilər. Onların xatirəsini daim ehtiramla
anılması gənc nəsil üçün böyük
örnək olar”.
Şəhid Valid Süleymanovun əziz xatirəsinə
həsr olunmuş video çarxın nümayişindən
sonra digər çıxışçılar-Lənkəran
Şəhər İcra Hakimiyyəti
başçısının müavini Ülviyyə
Əliyeva, Şürük kənd tam orta məktəbinin
müəllimi Ramilə Süleymanova, “Həqiqətlər və
faktlar” ictimai-hüquqi qəzetinin müxbiri Ülviyyə
xanım, şəhidin bibisi Xoşqədəm Süleymanova
Birinci Qarabağ müharibəsində Vətən uğrunda
canından keçən qəhrəmanların Azərbaycan
tarixində silinməz iz qoyduğunu qürurla söylədilər,
eləcə şəhid ailələrinə göstərilən
dövlət qayğısına yüksək qiymət verdilər,
hər bir şəhid ailəsinin ağrısı xalqın
ümumi ağrısı olduğunu xüsusi olaraq
vurğuladılar.
Tədbirin bədii hissəsində məktəblilərin
ifasında səslənən şerlər və mahnılar,
nümayiş olunan səhnəciklər tədbirə bir qəhrəmanlıq,
vətənpərvərlik ovqatını qatdı.
Söz alan şəhidin anası tədbirin təşkilində
əməyi olan hər kəsə, şəhid ailələrinə
və müharibə iştirakçılarına göstərilən
diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya dərin
razılığını bildirdi.
Tədbirdə xatirə şəkilləri də
çəkildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xalq Cəbhəsi .- 2026.-5 fevral (¹5).- S.15.