Dünyaya örnək olan gənclik
Astara Pedaqoji Kollecində “Gənclər Günü”
münasibətilə keçirilən tədbirdə əvvəlcə
Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi uğrunda
canlarını qurban vermiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirin açılış nitqində kollecin
direktoru, professor, şəhid atası Kamran Kazımov bayram
münasibətilə gəncləri təbrik edib və gələcək
fəaliyyətlərində onlara uğurlar arzulayıb. Natiq
bildirib ki, “ 2 Fevral- Gənclər Günü” Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü əsasında
1996-ci ildə Azərbaycan Gənclərinin Birinci Forumunun
keçirilməsi ilə bağlıdır və 1997-ci ildən
etibarən rəsmi bayram kimi qeyd olunur. Ulu Öndər tərəfindən
bu sahədə dövlət siyasətinin uğurla həyata
keçirilməsi ilə bağlı zəruri qanunvericilik
bazasının formalaşdırılması da təmin edilib.
Qəbul edilmiş qanunlar, dövlət proqramları gənc nəslin
hərtərəfli inkişafına, eləcə mənəvi,
ideoloji cəhətdən mütəşəkkil formada
yetişməsinə böyük təsir göstərdi.
Natiq onu da vurğulayıb ki, daha sonra dövlət
başçısı İlham Əliyev gənclər siyasətini
ən yüksək səviyyədə davam etdirilməklə
dünyaya örnək ola biləcək bir gənclik təqdim
etdi. Həyata keçirilən dövlət gənclər
siyasəti gənc nəslin cəmiyyətdə daha fəal
iştirakının təmin olunmasında mühum rol
oynadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında 44 günlük haqq savaşımızda qəhrəmanlıq
salnaməsi yazmış Azərbaycan gəncləri qüdrətini
təkcə işğalçılara deyil, dünyaya göstərməklə
qalib gənclik statusu qazanıb. Əminik ki, dünyaya örnək
olan gənclərimiz Prezident İlham Əliyevin liderliyi
altında daha böyük uğurlar qazanacaq və dövlətimizin
qüdrəti ilə hər birimizi sevindirməyə davam edəcəklər.
Kollecin İngilis dili müəllimi Nəzrin
Ağamalızadə, Qida mühəndisliyi ixtisası üzrə
fənn müəllimi Cavid Məmmədli, Tələbə Gənclər
təşkilatının sədri Umud Həsənov
çıxışlarında qeyd ediblər ki, müasir gənclərin
milli-mənəvi dəyərlərə
bağlılığı, dünyaya açıq
düşüncə tərzi Azərbaycanın gələcək
inkişafının əsas təminatıdır. Dövlət
tərəfindən həyata keçirilən gənclər
siyasəti onların potensialının üzə
çıxarılmasına, sağlam, fəal vətəndaş
kimi formalaşmasına xidmət edir.
Həmçinin tələbə-gənclərə
göstərdiyi diqqət və qayğıya, təhsilin
keyfiyyətinin yüksəldilməsi, gənclərin bilik və
bacarıqlarının inkişafı üçün
yaratdığı əlverişli şəraitə görə
kollec rəhbərliyinə səmimi təşəkkür
olunub.
Sonra kollecin ictimai həyatında fəal iştirak edən
gənclərə direktor tərəfindən təşəkkürnamələr
verilib.
Zəfər Orucoğlu
Xalq Cəbhəsi .- 2026.-5 fevral (№5).- S.15.