MEK-də növbəti
könüllülük proqramı uğurla başa
çatıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında (MEK) təşkil olunan
üçüncü könüllülük proqramı
uğurla yekunlaşıb.
Tədbiri giriş sözü ilə açan MEK-in
direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycan
Gəncləri Günü münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Direktor qeyd edib
ki, müasir Azərbaycan gəncliyi ölkənin həm elmi,
həm də yaradıcı potensialının əsas hərəkətverici
qüvvəsidir. O, könüllülərin kitabxanadakı fəaliyyətini
yüksək qiymətləndirərək, bu cür
proqramların gənclərin gələcək karyerasında
mühüm tramplin rolunu oynadığını
vurğulayıb.
MEK rəhbəri bildirib ki, üç ay ərzində
könüllülər kitabxana mühitində praktiki təcrübə
qazanmaqla yanaşı, kitabxananın müxtəlif şöbə
və fondlarında çalışaraq komanda işi,
vaxtın idarə olunması, istifadəçilərlə
ünsiyyət kimi bacarıqlarını da inkişaf etdirməyə
imkan tapıblar.
Könüllülər
tərəfindən “Şəhərsalma və Memarlıq
İli”nə töhfə olaraq, MEK-in binasının xüsusi
dəqiqliklə işlənmiş maketini
hazırladığını diqqətə çatdıran
direktor, bu təşəbbüsün könüllülərin
müasir Azərbaycan memarlığına olan
marağını və kitabxanaya olan
bağlılığını simvolizə etdiyini qeyd edib.
Tədbir zamanı MEK-in
elmi katibi, “MEK könüllüləri” proqramına məsul
şəxs Şəbnəm Rüstəmova
könüllülərin fəaliyyəti barədə təqdimatla
çıxış edib. Bildirilib ki, könüllülər
kitabxananın bütün sahələrində öz
potensiallarını sınamaq imkanı əldə ediblər
və nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndiriblər.
Onlar, kitabların inventar nömrələrinə görə
sıralanması, topoqrafik kartoçkaların
hazırlanması, sənədlərin işlənməsi və
elektron kataloqa daxil edilməsi, nəşrlərin rəqəmsallaşdırılması
kimi müxtəlif işlərə cəlb olunublar. Bundan
başqa, oxuculara xidmət göstərərək sənəd
sifarişlərini yerinə yetiriblər.
Daha sonra MEK könüllülərinin fəaliyyəti
haqqında videoçarx izlənilib.
Tədbirdə çıxış edən
könüllülər onlara yaradılan geniş imkanlara
görə kitabxana rəhbərliyinə öz dərin minnətdarlıqlarını
bildiriblər. Gənclər MEK-də keçirdikləri
müddətin onlara peşəkar vərdişlər
qazandırdığını, yaradıcı
ideyalarının dəstəklənməsinin isə onlarda
özünəinam hisslərinin artırdığını
qeyd ediblər.
Tədbirin sonunda könüllülük
proqramını müvəffəqiyyətlə başa vuran
bir qrup gəncə sertifikatlar təqdim olunub. Direktor
könüllülərə gələcək fəaliyyətlərində
uğurlar arzulayaraq, onların kitabxana ilə əlaqələrinin
hər zaman davamlı olacağını bildirib.
Röya İsrafilova
Xalq Cəbhəsi.- 2026.-5 fevral (¹5).- S.14.